AXCP
Xbrlr “Maraqlar məngənə”si və siyasi məhbuslar
“Maraqlar məngənə”si və siyasi məhbuslar

Terrorçu qruplaşmaların üzvləri, kamikadzelər, cihadçılar fikir vermisinizsə, əsasən gənclərdən ibarət olur. Bəli, burda fiziki göstəricilər də rol oynayır, amma əsas

Terrorçu qruplaşmaların üzvləri, kamikadzelər, cihadçılar fikir vermisinizsə, əsasən gənclərdən ibarət olur. Bəli, burda fiziki göstəricilər də rol oynayır, amma əsas məsələ beyinlə, şuurla bağlıdır. Eləcə də siyasi məhbus dediyimiz insanların da əksəriyyəti gənclərdir. Ömürlərinin ən gözəl çağını dörd divar arasında keçirməyə məcbur edilən gənclər. Məni bu yaşımda kimsə qızışdırıb küçəyə daş atmağa çıxara bilməz. Bəli, bilirəm, razıyam, hakimiyyət haqqımızı, hüququmuzu tapdalayır, bizi əzir. Amma mən onu da bilirəm ki, mənim haqqımı tapdalayan hakimiyyət, sabah qanunsuz küçə aksiyası keçirsəm mənim özümü də tapdalayar, qanımı da batırar, haqqımı da məni küçələrə çıxaranlar qorumaz. Bunun çox şahidi olmuşuq. Düzdü tələbəlik illərində, “beyni qan” vaxtlarımda  icazəli, icazəsiz aksiyalarda iştirak edirdim hərdən. \\Lakin çox tez anladım ki, bizi mitinqə çıxaranlarla, küçədə bizi döyən hakimiyyət  bir-birindən heç də fərqlənmir. Çünki, mən çox gözəl görürdüm ki, insanlara, “gedin haqqınızı tələb edin”, “küçələrə çıxın”, deyənlərin nə özləri, nə də ailə üzvləri heç bir təzyiqə məruz qalmadan, yağ-bal içərisində yaşayırlar.\\Daş atan, polis dəyənəyinin altına düşən kasıb-kusubların ailələri isə onlar tutulduqdan sonra daha da acınacaqlı duruma düşür və kimsə gəlib onlara maddi-mənəvi dəstək vermir. Hansı şəraitdə onu bir tək Allah bilir, əfv ərizəsi yazanlar isə, bir gün öncə qəhrəmankən, bir anda satqın elan edilirlər. Buna görə də düşünürəm, insanları “azadlıq” uğrunda meydanlara çıxaranların özləri “qarşı çıxdıqları” hakimiyyətin “peşka”larıdırlar. Məsələn, mənə çox maraqlıdır, müxalifətdə önəmli fiqur hesab edilən, illərlə hakimiyyəti tənqid, hətta təhqir edən bir müxalifətçi, niyə bu illər ərzində toxunulmaz qaldığı halda, son MTN əməliyyatından sonra yazdığı bir statusa görə qəfil həbs edildi, axı o belə, bundan da odlu-alovlu statusları illərdir yazırdı?...\\Müxalifətini özü yaradan hakimiyyət\\Təsəvvür edin, hakimiyyət müxalifət yaradır və ya fəaliyyətinə şərait yaradır, bu müxalifət hakimiyyəti söyür, bəli sadəcə söyür, heç bir məntiqi tənqid və təklif ortaya qoymadan söyür, insanları hakimiyyətə qarşı çıxmağa çağırır və aksiyalar, iğtişaşlar. Və hakimiyyət bir güllə ilə iki dovşan vurur, necə? Hakimiyyət həm Qərbə göstərir ki, baxın, bizdə söz azadlığı var, demokratiya var, məni söyürlər. Eyni zamanda özü üçün təhlükəyə çevrilə biləcək insanları özünün yaratdığı müxalifətin əliylə aşkara çıxarır və zərərsizləşdirir. Həbs edir və beləcə “siyasi məhbus” ifadəsi meydana gəlir. Amma bu insanların həbs edilməsinə ustalıqla müxtəlif cinayət donu geyindirilir. Sonra iqtidarın müxalifəti də başlayır “dovşan vurmağa”. Beləki, həmin bu müxalifət başlayır bar-bar bağırmağa ki, ay aman, ay Qərb, qoymayın haqqlarımızı tapdalayırlar, bəs bizdə siyasi məhbus var. Qərb də xalqımıza canı çox yanırmış kimi, başlayır bu bağıranları maddi-mənəvi dəstəkləməyə. Və başlayır müxtəlif sözdə sanksiya hədələri. Bu hədələr heç də sənin-mənim haqqımız, hüququmuz üçün deyil. Azərbaycan Rusiyanın, İranın, Amerikanın, Avropanın marağında olan bir dövlətdir. Kiməsə bizim siyasi məhbuslarımızı, insan haqqlarımızı, hüquqlarımızı düşünmür. Burda söhbət yalnız iqtisadi maraqlardan gedir. Onların maraqların Azərbaycan hakimiyyəti təmin edən kimi də, siyasi məhbuslar, tapdanan hüquqlar, ədalət unudulur, müxalifət də sakitləşib oturur yerində. Amma bir “qəhrəman” kimi. Çünki, onlar özlərinin həbsinə səbəb olduqları insanların “müdafiəsinə qalxdılar” axı. Bütün bunlar mənim şəxsi yanaşmam ola bilər. Ssenari bütün bu yazdıqlarımdan biraz fərqli ola bilər. Amma əminəm ki, çox oxşardı. Yəni hər şeyin kökündə iqtisadi, maddi maraqlar dayanır. Məsələn, biz necə ki, hökumət adamlarından, məmurlardan, nazirlərdən soruşa bilmirik ki, bu qədər varı-dövləti, villaları, dodaq uçuqladan qiymətə avtomobilləri, monopoliya biznesini quracaq gücü, pulu hardan almısınız, eləcə də bunu müxalifət liderlərindən də soruşa bilmirik. Axı onlar da pis yaşamırlar. Villa da var, “obyekt” də, bahalı avtomobilər də, xaricdə eyş-işrət də. Eləcə də dünyaya “demokratiya” bəxş etmək istəyən qərbdən şərqdə tökdükləri qanların hesabını soruşa bilmirik...\\Qonşuya əsəbləşib övladlarını döyən ATA\\Biz AXCP olaraq qısa müddət öncə siyasi məhbuslarla bağlı tədbir keçirdik və prezidentə bir müraciət göndərib, xahiş etdik ki, siyasi məhbuslar azad edilsinlər. Amma maraqlıdır ki, bu müraciətdən sonra bəzi “müxalif” güclər bizi qınadı ki, bəs niyə hakimiyyətdən xahiş edirik, bəs biz hakimiyyətə işləyirmişik guya. Və özləri başladılar hakimiyyətdən əmrlə, kəskin şəkildə tələb etməyə ki, məhbusları azad edin, eyni zamanda ABŞ və Avropa da digər tərəfdən başladı bu təxribata dəstək verməyə, sanksiyalarla hakimiyyəti hədələməyə. Hakimiyyət də, çox təəssüf ki, özünü saxta qəhrəmana çevirməyə çalışan müxalifətin və iqtisadi maraqlarını güdən, Azərbaycana yağlı əppək kimi baxan Qərbin təxribata uydu, öz xalqına zülm etdi, bir nəfər də olsun siaysi məhbus azad etmədi. Bundan sonra nə olacaq bilmirəm, bir onu bilirəm ki, bu məzlum, qaragünlü, yazıq xalq nə iqtidarından, nə müxalifətindən, nə də “ədalət” mücəssəməsi Qərbdən yarımadı...\\P.S. Həbsdə, 4 divar arasında, övladından, həyat yoldaşından, sevgilisindən, valideynindən ayrı, təbiətin bəxş etdiyi gözəllikləri görmədən yaşayanlar, yəni məhbuslar üçün daxili və xarici siyasi-iqtisadi münasibətlər qətiyyən maraqlı deyil. Onlar azad olmaq istəyirlər. Söhbət cinayətkarlardan yox, siyasi baxışlarına görə həbs edilmiş vicdan məhbuslarından gedir...