AXCP
Xbrlr Bizi söydülər, döydülər, biz davam etdik...
Bizi söydülər, döydülər, biz davam etdik...

Razi Nurullayev ətrafına bir neçə nəfər toplayıb, “Biz Əbülfəz Elçibəyin qurduğu AXCP-ni yenidən insanlara qaytaracağıq” deyəndə, dedilər “Bunlar bir iş

Razi Nurullayev ətrafına bir neçə nəfər toplayıb, “Biz Əbülfəz Elçibəyin qurduğu AXCP-ni yenidən insanlara qaytaracağıq” deyəndə, dedilər “Bunlar bir iş görə bilməz, qısamüddətli layihədir, dağılacaqlar”, amma biz davam etdik, ətrafımıza toplaşanlar günü-gündən artdı.\\Biz "AXCP-ni yenidən sevdirəcəyik, insanlarda partiyaya olan ümidi, güvəni yenidən qaytaracağıq” deyəndə, dedilər “Bunlar Don Kixotdu, Biləcəridən o tərəfə çıxa bilməzlər”, amma biz davam etdik, bir neçə ay içərisində Azərbaycanın demək olar bütün bölgələrində şöbələr yaratdıq, insanlar bizi dəstəkləməyə başladı, rayon konfranslarımıza 10-larla, 100-lərlə insan qatıldı, bizə inandılar.\\Biz "kübar, sivil müxalifət yaradacağıq, insanların göz yaşı, acısı üzərində qəhrəmanlıq qurmayacağıq, kimsəni söyüb, təhqir etməyəcəyik, sivil mübarizə aparacağıq” deyəndə, dedilər “Bunlar hakimiyyətin adamlarıdır, AXCP-ni dağıtmağı planlayıblar”, amma biz davam etdik, hökuməti tənqid etməkdən, siyasi dustaqlara azadlıq tələb etməkdən, neft səltənəti vətəndaşlarının kredit borcları altında boğulduğunu dilə gətirməkdən çəkinmədik.\\Bizi söydülər, biz söymədik, davam etdik. Bizi döydülər, biz döymədik, davam etdik. İnandıq, öz yolumuzdan sapmadıq, öz prinsiplərimizdən, öz inancımızdan, əqidəmizdən vaz keçmədik. Biz kiminləsə şəxsi problemimizin olmadığını dedik, biz durmadıq, biz davam etdik.\\Və 18 oktyabr... AXCP tarixində ilklər günü kimi yadda qalan 18 oktyabr. AXCP Etimad Qurultayı bütün görülən işlərin nəticəsi olaraq 1200-dən çox insanın iştirakı ilə gerçəkləşdi. Bu qurultayın tarixiliyi yalnız bir neçə ay içərisində qurultaya bu qədər insanı toplamaqla dəyərləndirilmir, o gün bir çox ciddi hadisələr də baş verdi. Ən önəmlisi demokratiya, şəffaflıq və səmimiyyət qələbə çaldı.\\Nə baş verdi? İlk dəfə AXCP tarixində sədr gizli səsvermə ilə seçildi, bu, çox önəmli idi. Bu günə kimi iqtidarı qeyri-şəffaf seçkilərdə ittiham edənlər, özləri rəqibsiz seçkiyə gedib, ən yaxşı halda “üz-üzdən utanar”, ən pis halda isə “qorxu” prinsipini əsas götürərək, açıq səsvermə ilə ömürlük sədrlikdə qalırdılar. Bizsə namizədləri də elə həmin gün, hər kəsin gözü qarşısında, cəbhəçilərin öz istədikləri insanlardan seçdik. Və tam demokratik, sivil üsulla, gizli səsvermə ilə sədr təyin etdik. Alternativli və şəffaf seçkinin təməlini qoyduq.\\Və biz AXCP-də ömürlük “sədrlik kreslosu xəstəliyi”ni müalicə etdik. Biz dedik, əgər müxalifət iqtidarı hakimiyyəti 2 dəfədən artıq, qeyri-qanuni zəbt etməkdə ittiham edirsə, özü bunun əksini nümayiş etdirməlidir, özü nümunə olmalıdır. Və biz nümunə olduq, təklif etdik ki, sədr 2 dəfədən artıq namizədliyini irəli sürə bilməsin, bu təklif də cəbhəçilər tərəfindən səs çoxluğu ilə qəbul olundu. O gün Razi Nurullayev dedi: “Bu, tarixi qərardır. Sədrin seçilmə müddətinin 2 dəfəyə endirilməsi olduqca vacibdir.  Heç kəs kresloda ömürlük olmamalıdır. Kreslo xalqa xidmət üçündür. Heç bir nəticə əldə edilməyəcəksə, o kresloda oturmaq olmaz”.\\Biz qurultayda Avropaya inteqrasiyanın vacibliyini vurğuladıq. Bəli, biz şərq ölkəsiyik, lakin günün reallığı Avropaya inteqrasiyanı labüd edir. Bu gün insanların yaxşı həyat arzusu ilə Avropaya üz tutması bunun bariz sübutudur. Razi Nurullayevin dediyi kimi: “Bu gün səfirliklər qarşısında növbədə dayananlar var. Avropada şəffaflıq, iş, gözəl təhsil, demokratiya, insan şəxsiyyətinə hörmət, qanun və qanunçuluq var. Ona görə də Azərbaycan Avropanın bir hissəsi olmalıdır. Azərbaycanda saf, sivil, kübar bir dövlət yaratmalıyıq”.\\Bir sözlə, biz böhtanlara, təhqirlərə, söyüşlərə, təhdidlərə, fizki təzyiqlərə baxmayaraq dayanmadıq, biz davam etdik, biz davam edirik, biz davam edəcəyik...\\Çünki biz AXCP-yik, çünki AXCP bizik...\\ \\Vüsal QARAYEV - AXCP Mətbuat Katibi\\ \\