AXCP
Xbrlr Siyasətdə yeni simaların səhnəyə çıxması zəruridir
Siyasətdə yeni simaların səhnəyə çıxması zəruridir

“Azərbaycan siyasəti yenilənməlidir. Təmamilə yeni simaların siyasi səhnəyə gəlməsi zəruridir. Bu gün hakimiyyəti tənqid etməklə, onları “rüşvətxor”, “qanundankənar”, “saxtakar” adlandırmaqla

“Azərbaycan siyasəti yenilənməlidir. Təmamilə yeni simaların siyasi səhnəyə gəlməsi zəruridir. Bu gün hakimiyyəti tənqid etməklə, onları “rüşvətxor”, “qanundankənar”, “saxtakar” adlandırmaqla Azərbaycanı dəyişmək mümkün deyil. Azərbaycan qanunsuzluqlar, korrupsiya, məmurlar tərəfindən törədilən və stimullaşdırılan cinayətlər içində boğulur, amma cəmiyyətin müqaviməti sıfırdır”. \\“Cəmiyyətin müqavimət göstərməməsinin bir səbəbi də xalqı arxasınca aparmaq iddiasında olanların çoxdan tükənməsidir. Onun üçün də Azərbaycan siyasətinə tam olaraq yeni insanların gəlməsi zəruridir. 90-cı illərin qalıqlarının siyasi səhnədə hələ də duruş gətirmək və söz demək cəhdi insanlarda yaxşı hiss oyatmır. Siyasətə gəlmək kimi həm də getməyi bacarmaq lazımdır. Söhbət yalnız Əli Kərimlinin getməsi ilə bitmir, onlarla siyasətçinin getməsinə, onlarla partiyanın yenilənməsinə ehtiyac var. 90-cı illərdə, eyni zamanda 2008-ci ilə kimi siyasətdə nəticəsizlik qazanan və adının qabağına "lider" sözünü calaq edənlərin çoxu siyasi səhnədən kənara çəkilməlidir. Ölkənin xilas yolu budur. Əks halda, biz hazırkı iqtidarla mübarizə aparmaqda çox çətinlik çəkəcəyik”.\\“Mən bütün partiyalarda sağlam gəncliyi üsyana çağırıram. Qorxu və kortəbii bağlılıq hissini kənara atın. Uğursuz liderlərə, uğursuz sədrlərə "Yox" deməyi bacarın. Partiya daxilində üsyana qalxın və sizin çiyinlərinizdə kreslo qoyub oturmuş başabəla, uğursuz, nəticəsiz və ancaq danışmağı bacaran siyasətçiləri devirin. Üsyan edin və sizin üsyanınız bu xalqı xoşbəxt gələcəyə çıxarmaq üçündür. Biz sizə əlmizdən gələn köməyi edəcəyik”.