AXCP parçalandı, BAXCP yarandı
Qüdrət Həsənquliyev 2001-ci ildən AXCP-nin parçalanan tərəflərinin birləşdirilməsi kampaniyasına başlayır. Əli Kərimli birləşmə ideyasının onun avtoritarizminə son qoyacağını bilərək bəyan edir ki, birləşmə məsələsində kifayət qədər qapalı və şübhəli məqamlar var. Bundan sonra "islahatçılar" prosesdən kənarlaşırlar. “İslahatçılar”ın dəstəyindən məhrum olan Qüdrət Həsənquliyev “klassiklər”in böyük bir hissəsini birləşmə planına inandıra bilir və “klassiklər”in böyük bir hissəsi onunla “birləşmə” prosesinə qoşulur. Mirmahmud Mirəlioğlunun sərt etirazı vəziyyəti dəyişdirir.
Nəticədə 2002-ci ilin iyul ayında bir qrup AXCP üzvü “birləşdirici qurultay” adı ilə toplaşıb partiyanın birləşdiyini bəyan edir. Bir müddət sonra Ədliyyə Nazirliyi Qüdrət Həsənquliyevin rəhbər olduğu birləşən AXCP-ni rəsmən tanıyır. Amma az sonra Ədliyyə Nazirliyi AXCP-nin qeydiyyatını ləğv edərək, Əli Kərimlini yenidən partiyanın sədri kimi tanıyır. Bundan sonra Q.Həsənquliyevin partiyası Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) adlanır və o, sədr olur.
-
AXCP-də Yurd
1995-ci ildə “Yurd”çuların istəyi sayəsində AXC partiyaya çevrilib, o vaxt Kələkidə olan Elçibəy sədr seçilsə də, yeni yaranan partiyanın təşkilatlanma, idarə olunma prosesi “Yurd”çuların nəzarətində olub.
-
AXCP EQTK
19 avqust 2015-ci ildə AXCP-də sabiq müavin olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi yaratdığını bəyan etdi.
-
Rəyasət heyəti
AXCP-nin Rəyasət heyəti
-
Tarixin Təşkilatı, Təşkilatın Tarixi
Azərbaycan Xalq Cəbhəsi yarandığı gündən cəmiyyətin demokratikləşməsini başlıca məqsədlərindən biri hesab etmiş və bu istiqamətdə ardıcıl mübarizə aparmışdır.
-
AXC-nin qara səhifəsi
1993-cü ildə milli hökumət devrildikdən sonra Əbülfəz Elçibəy başda olmaqla AXC rəhbərliyinə daxil olan yüksək vəzifə sahibləri ya həbs olundu, ya dasürgün həyatı yaşamağa məcbur oldular.
-
Elçibəysiz AXCP
1997-ci ildə Əbülfəz Elçibəy Kələkidən Bakıya qayıtdı və bütün siyasi qüvvələri ölkədə vətəndaş həmrəyliyi və milli birliyi təmin etmək üçün vahid mövqedən çıxış etməyə çağırdı.
-
KXCP
“İslahatçılar” və “klassiklər” davası, AXCP-nin ilk parçalanması – KXCP yarandı
-
BAXCP
AXCP parçalandı, BAXCP yarandı


