Respublikaçılar partiyasının senatoru Lindsi Qrem Sputnika gentliyinə müsahibəsində Pentaqonun Qərbə loyal Suriya müxalifəti hazırlamaq planını iflas adlandırıb. Cebhe.info xəbər verir ki, ABŞ iki ay ərzində İŞİD-lə döyüşmək üçün 60 suriyalı döyüşçü hazırlayıb. Qremin bildirdiyinə görə, Suriyada İŞİD-ə qarşı müqavimət göstərmək üçün çox az sayda könüllü var. CBS kanalının əldə etdiyi məlumata görə, Pentaqon müxaliflərin hazırlığına 42 milyon dollar sərf edib. Amerika standartları ilə yoxlamadan 7 min könüllü keçib. ABŞ daha əvvəl bəyan etmişdi ki, Türkiyə, Qətər, İordaniya, Səudiyyə Ərəbistanındakı bazalarında hər il 5 min könüllü hazırlayır. 2011-ci ilin martından bu günədək Suriyada ölənlərin sayı 220 min nəfərə çatıb. – See more at: http://www.cebhe.info/oxu/648/#sthash.RvYPMkVF.dpuf







