KXCP-dən qopma – Böyük Quruluş Partiyası
1992-93-cü illərdə Prezident Aparatının hüquq şöbəsinə rəhbərlik etmiş Fazil Mustafa“Yurd”çu kimi tanınsa da,1998-ci ildən sonra Əli Kərimli ilə yollarını ayırıb və “klassiklər”in tərəfinə keçdi. AXCP parçalandıqdan sonra Fazil Mustafa “klassiklər”in sədr müavini olub.Bir müddət sonra hərbi xidmətə göndərilən Fazil Mustafa geri qayıtdıqdan sonra partiyada qaldı.2003-cü ildəki prezident seçkilərində Müsavat Partiyasının başqanı İsa Qəmbəri dəstəkləyən Fazil Mustafa seçkilərdən sonra yeni yaratdığı Böyük Quruluş Partiyasının başqanı seçilməklə konstruktiv müxalifətə keçdiyini bəyan etdi. 2005 və 2010-cu il seçkilərində deputat seçilib.






