Mövqe – AXCP http://axcp.biz Siyasi - Ictimai Wed, 20 Apr 2016 11:41:39 +0000 en-US hourly 1 https://wordpress.org/?v=4.5.1 «На присвоенные 9 миллиардов можно было купить половину российских СМИ» http://axcp.biz/%d0%bd%d0%b0-%d0%bf%d1%80%d0%b8%d1%81%d0%b2%d0%be%d0%b5%d0%bd%d0%bd%d1%8b%d0%b5-9-%d0%bc%d0%b8%d0%bb%d0%bb%d0%b8%d0%b0%d1%80%d0%b4%d0%be%d0%b2-%d0%bc%d0%be%d0%b6%d0%bd%d0%be-%d0%b1%d1%8b%d0%bb/ Tue, 19 Apr 2016 04:06:17 +0000 http://axcp.biz/?p=1072 «В ходе последней 4-дневной войны в Карабахе мы познали своих друзей и врагов. Большинство мировых СМИ оправдали наши ожидания, кроме российских. Российские СМИ освещали все события с одной стороны – армянской, встали на их сторону и открыто распространяли дезинформацию в пользу армян».

Об этом Минвалу заявил председатель Партии народного фронта Азербайджана Рази Нуруллаев. Он добавил, что в большинстве российских СМИ работают армяне, как, например, на канале «Lifenews», который освещает события с позиции армян. Как отмечает Рази Нуруллаев, хоть одной из причин этому и является дружба России и Армении, но отчасти в этом виноваты и мы сами:

«Выходит, что у нас нет способных, талантливых журналистов, чтобы они могли работать в российских медиа. На уровне государства им не оказывается никакой поддержки. На самом деле, это видимая сторона айсберга. У меня есть ряд предложений.  Во-первых, в России проживает достаточно азербайджанцев, с их помощью можно создать СМИ. Правда, я не знаю, разрешено ли по российским законам иностранцам создавать СМИ. Можно выкупить уже работающие СМИ. В ходе спецоперации в МНБ распространилась информация, что было присвоено 9 миллиардов. На эти деньги можно было купить половину центральных и региональных российских СМИ. Есть чиновники и бизнесмены, у которых есть по 50-60 вилл стоимостью 10-15 миллионов, если он продаст одну их них, то может купить региональное СМИ».

«Кричать о родине – это не патриотизм. Участвовать в похоронах шехида, снимать фотографии и проклинать армян – это не любовь к Родине. Кто-то отдает за родину свою жизнь, но кто-то должен пожертвовать своими деньгами и собственностью, проявить свой патриотизм», — обратился Рази Нуруллаев к проживающим в России азербайджанским бизнесменам.

«Открывайте всякие развлекательные центры и бутики, но и о родине не забывайте. Видите, как несправедливо относятся российские СМИ к Азербайджану, постарайтесь посодействовать, чтобы изменить это. Вы можете зарабатывать и с помощью СМИ. Покупайте и создавайте новые российские СМИ  и телеканалы, берите на работу азербайджанских журналистов.

Во-вторых, правительство Азербайджана должно выработать и реализовать серьезный план и ежегодно отправлять сотни абитуриентов на факультет журналистики в российские вузы. Это инвестиции в наше будущее. В российском эфире нет известных азербайджанских режиссеров (кроме Рустама Ибрагимбекова), певцов и артистов. Зато у нас полно продавцов шмоток, картошки и фруктов. Пора внедрять своих людей в политику, искусство, культуру, литературу. Так создается лобби и диаспора.  Лучший путь – отправлять азербайджанских студентов учиться в российские вузы, и чтобы они оставались там же работать».

По мнению Рази Нуруллаева, в России больше всего необходимо вкладывать в политологов, людей искусства и политиков:

«Да, власти проделали некоторую работу в этом направлении, но этого слишком мало. В России проживает много образованных азербайджанцев, нужно оказать им поддержку на государственном уровне, чтобы они смогли устроиться на госслужбу на центральном, федеральном и региональном уровне. Надеюсь, правительство подумает над моими предложениями».

]]>
Partiya sədri: Ermənistan narazı qalacaq, cəhənnəmin dibinə qədər yolu var http://axcp.biz/partiya-s%c9%99dri-erm%c9%99nistan-narazi-qalacaq-c%c9%99h%c9%99nn%c9%99min-dibin%c9%99-q%c9%99d%c9%99r-yolu-var/ Tue, 19 Apr 2016 04:01:45 +0000 http://axcp.biz/?p=1069
“Qarabağda qan tökülsün. Mənim şəxsən düşüncəm budur. Təmsil etdiyim partiyanın da istəyi budur. Dağlıq Qarabağda qan tökülsün və sel kimi axsın. Bu qan bizim igid əsgərlərimizin tökdüyü işğalçı erməni əsgərinin qanı olsun. Qoy minlərlə ana və bacının göz yaşı qurumasın. Lap ölənə kimi qurumasın. Bu göz yaşları erməni əsgərlərinin ana və bacıları olsun. Biz müharibə istəmirik, heç kimin də qanının axıdılmasına razı deyilik. Amma, torpağımızı işğal edən və onu işğal altında saxlayan düşmən əsgərinin qanını axıtmaq Azərbaycan əsgərinə halaldır”.
Bu sözləri AXCP sədri Razi Nurullayev deyib. Ölkə.Az AXCP sədri Razi Nurullayevin Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən son proseslərlə bağlı səsləndirdiyi fikirlərini sizə təqdim edir:
“Kaş ki, nə Rusiyanın, nə də digər ölkələrinin hədə və təhdidlərinə boyun əyməyəydik. Dörd günlük müharibədə heç dayanmazdıq və gücümüz çatan qədər torpaqlarımızı azad edəydik. Bu gün, o zaman Rusiya baş naziri Dmitri Medvedevin sözləri də bizi bu qədər yaralamazdı. Necə yəni, “problem odur ki, münaqişənin istənilən həlli bir tərəfi qane edəcək, digər tərəfi isə narazı salacaq”. Bu nə məsuliyyətsiz və düşünülməmiş yanaşmadır? Axı Rusiya, rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistan, cəhənnəm olub Azərbaycan torpağından çəkilsin. İşğal etdiyi torpaqdan çəkilməsi deyilincə, Ermənistan narazı qalacaq, cəhənnəmin dibinə qədər yolu var.
İndi Ermənsitanda Serj Sərkisyan kimi əli qana batmış və vəzifə, mövqe üçün hər şeyə hazır olan bir iki nəfər narazı qalmasın deyə, bir milyona yaxın qaçqın və köçkün, 10 milyonluq Azərbaycan xalqı narazı qalsın? Onlar zülüm içində boğulsunlar, onlar əzan və zəiyyət içində yaşasınlar? Bu cür ifadə dövlət ərkanı görmüş, prezidentlik kürsüsündə oturmuş bir siyasətçiyə yaraşan ifadədirmi?
Baş nazir Medvedev deyir ki, “Əgər münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq, yəni onu tez bir zamanda həll etmək qərarından imtina etmək və münaqişənin həlli yolunda verilən insan itkiləri arasında seçim etməli olsam, mən yenə də ikincini seçərəm. Yaxşısı budur vəziyyət belə qalsın, amma qan tökülməsin”. Bu o deməkdir ki, Rusiya Azərbaycanı aldatdı. Azərbaycan xalqı Rusiya siyasi elitasının Ermənistana təzyiq göstərəcəyini və ən azından 5 rayonun ilkin mərhələdə azad edilməsini gözləyirdi. Bu gözlənti suya düşdü və boğuldu. Bununla barışa bilmərik.
Azərbaycan belə çıxır ki, münaqişənin həllində Rusiyanı da qarşısına almalıdır. Nə olursa olsun, boyun əymək olmaz. Mərdi qova-qova namərd etmək istəyirlər. Onun üçün də Türk dövlətlərinin və üstəgəl Paksitanın daha sıx birliyini sürətlə gündəmə gətirmək və konkret addımlar atmaq vaxtıdır. Düşmən güc görməyincə geri çəkilən deyil. Biz partiya olaraq, bu sahədə müzakirələr aparacaq və potensial təkliflərimizi təqdim edəcəyik”.
]]>
Razi Nurullayev: “Oğurlanan 9 milyarda Rusiya mətbuatının yarısını almaq olardı” http://axcp.biz/razi-nurullayev-ogurlanan-9-milyarda-rusiya-m%c9%99tbuatinin-yarisini-almaq-olardi/ Tue, 19 Apr 2016 03:56:57 +0000 http://axcp.biz/?p=1065
“Sonuncu dörd günlük müharibədə dostumuzu və düşmənimizi tanıdıq. Əksər dünya mətbuatı xəyallarımızı suya düşürmədi, Rusiya mətbuatından başqa. Rusiyanın mətbuat orqanları birmənalı olaraq Ermənistanın tərəfini tutdular, açıq-aşkar ermənilərin xeyrinə yalan dezinformasiyalar yaydılar”.
Bunu AXCP sədri Razi Nurullayev deyib.
Partiya sədri qeyd edib ki, əksər Rusiya mətbu orqanlarında erməni əməkdaşlar var, ermənilərin söz sahibi olduğu “Lifenews” kimi kanallar var və bunun bir səbəbi Rusiya-Ermənistan dostluğudursa, digər səbəbi özümüzük: “Belə çıxır ki, bizim qabiliyyətli, bacarıqlı və uzaqgörən jurnalistlərimiz yoxdur ki, Rusiya mətbuat orqanlarına işə düzəlsinlər. Dövlət səviyyəsində onlara dəstək də göstərilməyib. Əslində, bunlar aysberqin görünən tərəfləridir. Görünməyən tərəfin də üzə çıxarılması və həyata keçirilməsi üçün bir sıra təkliflərim var. Birincisi, Rusiyada yaşayan, vətəndaşlığı olan kifayət qədər azərbaycanlı var. Onların vasitəsilə, Rusiyada mətbu orqanları yaratmaq olmazmı? Doğrusu, Rusiya qanunlarının əcnəbilərə mətbu orqanı yaratmağı qadağan edib-etmədiyi barədə məlumatım yoxdur. Əgər, yoxdursa, məsələ daha da asanlaşır. Hazır mətbuat orqanlarından bir neçəsini almaq olar. Son MTN əməliyyatında gizli xidmət orqanlarının 9 milyard oğurladığı barədə məlumatlar yayıldı. Bu qədər pulun yarısına Rusiyanın mərkəzi və regional mətbuatının yarısını almaq olardı. Elə məmur, elə biznesmen var ki, 10-15 milyon dəyərində 50-60 villası var, birini satsa, regional bir mətbu orqanı alar”.
“Vətən, vətən qışqırmaqla vətənpərvərlik olmur. Şəhidin yasında iştirak edib, şəkil çıkdirməklə, erməniyə lənət yandırmaqla vətənə sevgi olmur. Vətən üçün kimsə canını verib vətənpərvər olur, şəhid olur, kimsə də malından-pulundan keçib vətənpərvər olmalıdır” – deyən partiya sədri Rusiyadakı iş adamlarımıza səslənib:
“Şmotka da sat, kazino da aç, əyləncə mərkəzi də tik, mahnı da oxu, rəqs məktəbi, butiklər də aç, məşhur xanım müğənniləri də bir-iki gecəliyə qonaq et, amma vətənini, elini-obanı da düşün. Görürsünüz ki, rus mətbuatı Azərbaycana qarşı ədalətsizlik edir, siz də bu sahədə yardımçı olmağa çalışın. Sizlər elə mətbu orqanlarından da pul qazana bilərsiniz. Alın Rusiya televiziya və mətbu orqanlarını, yenilərini yaradın, azərbaycanlı jurnalistləri rus mətbu orqanlarına yerləşdirin. İkincisi, Azərbaycan hökuməti ciddi bir plan işləyib həyata keçirməli və hər il Rusiya universitetlərinin jurnalistika fakültələrinə yüzlərlə azərbaycanlı tələbə yerləşdirməlidir. Bu bizim gələcəyimizə qoyulan sərmayədir. Rusiyanın efir məkanında nə tanınmış rejissorumuz (Rüstəm İbrahimbəyov istisna), nə müğənnimiz, nə də artistimiz var. Amma, bolluca şmotka, kartof, meyvə satanımız var. Rusiya siyasətinin, mədəniyyətinin, incəsənətinin və ədəbiyyatının içinə adamlarımızı yeritmək vaxtıdır. Lobbi, diaspora belə qurulur. Ən yaxşı yol, azərbaycanlı tələbələrin Rusiya universitetlərində oxuması və elə orada qalaraq işləməsidir”.
Razi Nurullayev bildirib ki, Rusiyada daha çox politoloqa, tanınmış adamlara, incəsənət adamlarına və siyasətçilərə sərmayə yatırmaq lazımdır: “Düzdür, hakimiyyət bu sahədə müəyyən işlər görüb, amma nəinki yetərincə deyil, hətta çox səthidir. Dördüncüsü, Rusiyada kifayət qədər savadlı azərbaycanlımız var. Bu soydaşlarımızın mərkəzi, federal və regional səviyyədə dövlət qulluğuna girməsi, siyasətə qoşulması və digər dövlət qulluğu məsələsində çalışması üçün onlara dövlət səviyyəsində dəstək vermək gərəkir. Ümid edirəm ki, hökumət bu yazdıqlarım üzərində düşünəcəkdir”.
]]>
AXCP-dən Qarabağ təklifi: Vahid Qərar Şurası yaradılsın http://axcp.biz/axcp-d%c9%99n-qarabag-t%c9%99klifi-vahid-q%c9%99rar-surasi-yaradilsin/ Tue, 19 Apr 2016 03:52:18 +0000 http://axcp.biz/?p=1060 Cebhe.info xəbər verir ki, AXCP Qarabağ danışıqları ilə bağlı Azərbaycan dövlətinin maraqlarının təmin olunması, Azərbaycan dövlət başçısının sülh danışıqlarında xalqımızın bütün zümrələrinin maraq və istəklərini özündə ehtiva edən mövqe sərgiləməsi üçün “Vahid Qərar Şurası”nın yaradılması təklifini irəli sürüb.

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməməsi və hazırkı status-kvonu qoruyub saxlamaq cəhdi Qarabağ danışıqlarında Azərbaycan dövləti üçün əlverişsiz mövqe yaradır. Bu səbəbdən də Azərbaycanın qəbul etdiyi Yeniləşmiş Madrid Prinsiplərindən (2009-cu il, mərhələli şəkildə işğal olunmuş rayonların qaytarılması) imtina edib.

Qarabağ danışıqlarının nəticəsiz olaraq uzun müddət aparılması, Ermənistanın işğal  etdiyi torpaqları azad etməkdən imtina etməsi, hazırkı status-kvonun saxlanılması və birtərəfli qaydada Ermənistana sərf edən danışıqlar prosesinin müxtəlif adlar altında davam etdirilməsinın nəticəsində qarşı tərəf – Ermənistan əlavə zaman qazanmış olur. 22 illik atəşkəs rejimi vəziyyətində (Bişkek protokolu, 21 may 1994-cü il) dəfələrlə Ermənistan tərəfindən atəşkəs pozulmuş, Azərbaycanın hərbi qulluqçuları və dinc sakinlər elan olunmamış müharibə vəziyyətində ölümlərlə üz-üzə qalıb. Nəticədə Azərbaycan vətəndaşları qətlə yetirilib. Lakin bunun müqabilində beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupu tərəfindən Ermənistana qarşı ciddi tənbeh tədbirləri görülməyib, birmənalı münasibət bildirilməyib. Bu da Azərbaycan cəmiyyətində birmənalı qarşılanmır.

Azərbaycan dövlətinin  və prezidentin danışıqlarda sərt iradə nümayiş etdirməsinə rəğmən, beynəlxalq təşkilatlar və ATƏT-ə üzv olan dövlətlər tərəfindən ona təzyiqlər edilir. İşğalçı və işğala məruz qalan dövlət arasında fərq qoyulmur. Təzyiqlərin arxasında isə Ermənistanın deyil, Azərbaycanın yeni kompromislərə vadar edilməsi durur.

Hesab edirik ki, Azərbaycan dövlətinin və təmsilçilərinin danışıqlarda mövqeyinin gücləndirilməsi üçün xalqın vahid mövqeyinin formalaşması danışıqlarda əlavə üstün imkanlar yaratmaq gücündədir. Bu, eyni zamanda Qarabağ anlaşmasının ölkə daxilində digər siyasi qüvvələr tərəfindən siyasi hakimiyyətə qarşı istifadə olunmaması və bütünlükdə Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasi və ictimai qüvvələrin vahid mövqeyinin müəyyən edilməsi üçün də vacibdir. Bu mövqe işğal olunmuş torpaqların azad edilməsi və ərazi bütövlüyünün bərpası, nəticədə münaqişənin həlli yolunda ciddi və Azərbaycan dövlətinin xeyrinə bir dönüş yaradar, Ermənistanı isə haqsız olduğuna görə çətin duruma sala bilər.

Bu gün Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların, ictimai birliklərin, ziyalıların və digər söz sahibi olan təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vahid mövqe sənədinin olması vacibdir. Bu, eyni zamanda Azərbaycan dövlətinin və prezidentin danışıqlarda qətiyyətli olması, verdiyi qərarların ölkədə daxili sabitliyin pozulmaması və yaranmış situasiyanın hakimiyyət uğrunda çəkişməyə çevrilməyəcəyinə inancı üçün vacib olduğu qədər də, işğal olunmuş ərazilərin geri qaytarılması, sosial-iqtisadi durumun yaxşılaşdırılması, ölkənin qaçqın-köçkün problemindən xilas olması üçün çox vacib məqamlardandır.

Nəticədə, Azərbaycan dövlət olaraq, danışıqlarda inamla iştirak edir və gücünü, qətiyyətini xalqı təmsil edən Vahid Qərar Şurasından alır.

Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın əzəli və əbədi torpaqları olan Qarabağ və ətraf rayonların zamana buraxılmayacaq həlli üçün Azərbaycan dövlətinin, hakimiyyətin və ictimaiyyətinin mövqeyini əks etdirən

“Vahid Qərar Şurası”-nın yaradılması

Vahid Qərar Şurasının məram və məqsədi dövlətin taleyüklü məsələsi olan Qarabağın azadlığı məsələsində Xalq və Dövlətin bir orqanizm kimi çalışmasını ortaya qoymaqdır.

“Vahid Qərar Şurası”nın fəaliyyəti

1.VQŞ-nın tərkibi dövlətin müəyyən etdiyi siyahıya uyğun – tanınmış ictimai xadimlər, ölkədə nüfuz malik olan müxtəlif ictimai qurumlar, bütün siyasi partiyalar, o cümlədən nizamnaməsində Qarabağla bağlı müxtəlif fikir və məramlar qeyd edilən ictimai birliklər, işğalda olan rayonların millət vəkilləri və həmin rayonlarda ictimaiyyət arasında xüsusi nüfuza malik ziyalı və ağsaqqallar, 20-25 nəfər tanınmış KİV rəhbərlərindən ibarət geniş tərkibli heyət təşkil edilir;

2.VQŞ-nın bu geniştərkibli heyətindən Şuranın Dövlətin və Xalqın dəyişməz, vahid mövqeyini əks etdirən qərar layihəsinin hazırlanması üçün işçi qrupu yaradılır;

3.VQŞ-nın prinsipləri beynəlxalq qanunları rəhbər tutaraq dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı, Azərbaycan xalqının milli mənafeyini təmin edən, Ermənistanın işğalında olan Qarabağ və ətraf rayonların qeyd-şərtsiz azad olunması prinsipi çərçivəsində Azərbaycan dövlətinin tərkibində hansı dərəcədə statusun verilməsi məsələsinin konkret detallar üzərində qurulur;

4.Qarabağ və ətraf rayonlara dəymiş maddi və mənəvi ziyanın sərhədlərinin (dərəcəsi) işçi qrupu tərəfindən qiymətləndirilməsi və vahid formatda beynəlxalq təşkilatlara təqdim edilməsi, ardından isə Ermənistandan təzminatın tələb edilməsi üçün müvafiq sənədlər hazırlanır. Bunun üçün İşçi Qrupuna beynəlxalq təşkilatların, müstəqil beynəlxalq auditorların, qiymətləndiricilərin və ekspertlərin dəvət edilməsi də vacibdir.

5.ATƏT-in Minski qrupunun fəaliyyətin ilə bağlı VQŞ-nın mövqeyini müəyyən etmək və vahid münasibəti, o cümlədən potensial islahat təkliflərinin ATƏT-in üzv dövlətlərinə təqdim edilməsi;

6.BMT-nin Qarabağla bağlı 4 məlum qətnaməsini Ermənistan tərəfindən icra edilməməsinin müvafiq beynəlxalq təşkilatlar qarşısında yazılı şəkildə qaldırılması və onlardan yazılı cavab tələb edilməsi;

Alınan cavabların ictimaiyyətə təqdim edilməsi və cavabların ölkəmizin xarici diplomatiya sahəsində apardığı səylərdə istifadə edilməsi;

8. VQŞ-da Xarici İşlər Nazirliyinin Qarabağla bağlı bu günə qədər gördüyü işlərin hesabatının dinlənilməsi və qiymətləndirilməsi, yaxın gələcək üçün qəti qərarların fonunda sözü gedən nazirliyə tövsiyyələrin edilməsi;

8.VQŞ-da Qarabağ məsələsinin həll olunmasına mane olan açıq tərəflərin rəsmi olaraq elan edilməsi;

9.Azərbaycanın təkzib olunmaz ədalətli mövqeyini, arqumentləşdirilmiş müraciətini bütün müvafiq beynəlxalq təşkilatlara, dünya ölkələri birliklərinə və 193 dünya ölkələri hökumətlərinə, prezidentlərinə, parlamentlərinə, XİN-ə xəbərdarlıq bəyənnaməsi kimi göndərilməsi və rəsmi cavabların alınmasına nail olunması;

10.VQŞ-da atəşkəsin zaman ölçüsünün təyin və son tarixinin bəyan edilərək dünya ictimaiyyətinə dövlətin mövqeyi kimi çatdırılması;

11.VQŞ yuxarıda qeyd olunan məsələləri atəşkəsin konkret müəyyən olunmuş zaman daxilindəki müddətində həyata keçirir.

12.VQŞ-nın qəbul etdiyi vahid sənədin qurumda təmsil olunan bütün üzvlər tərəfindən “Qarabağ-Azərbaycan” sənədi kimi qəbul edilməsi əsas şərtdir.

13.VQŞ-nın qəbul etdiyi “Qarabağ-Azərbaycan” sənədi dövlət başçısı tərəfindən imzalanır və hüquqi status daşıyır.

Cebhe.info

]]>
R.Nurullayev: “Evinin qarşısına toplaşmaq Əli Kərimliyə etdikləri ən böyük xidmətdir” – MÜSAHİBƏ http://axcp.biz/r-nurullayev-evinin-qarsisina-toplasmaq-%c9%99li-k%c9%99rimliy%c9%99-etdikl%c9%99ri-%c9%99n-boyuk-xidm%c9%99tdir-musahib%c9%99/ Tue, 19 Apr 2016 03:43:19 +0000 http://axcp.biz/?p=1050 4 günlük müharibə illər sonra ilk dəfə Azərbaycan xalqının birlik və bərabərliyini göstərdi. Siyasi partiya mənsubiyyətindən, milliyətindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı əsgərlərimizin uğuruna sevinib, itkilərimizə kədərlənirdi.

Müharibə, iqtidar-müxalifət münasibətləri, şəbəkədəki informasiya müharibəsi və daxildəki gülünc hadislərlə bağlı AXCP sədri Razi Nurullayevlə söhbətləşdik.

Ölkə.Az Razi Nurullayevlə olan həmin müsahibəni sizə təqdim edir:

xkdr-2625.jpg.pagespeed.ic.Gh1FsMOAk9

– Salam Razi bəy. Necəsiniz?

– Salamlar. Yaxşılıqdır. İşimiz-gücümüz cəbhədən gələn xəbərləri izləməkdir.

– Cəbhədə bir neçə gün döyüşlər getdi. Bir neçə strateji yüksəkliyi ələ keçirdik. Bundan sonra sülh danışıqlarında baş verən proseslər Azərbaycanın xeyrinə olacaq?

– Təbii ki, Azərbaycan bundan sonra baş verəcək danışıqlarda fərqli rakursdan çıxış edəcək. Son proseslərdə Azərbaycanın əlini gücləndirəcək bəzi hadisələr baş verdi. Bu xüsusən də Azərbaycanın Ermənistandan daha müasir silahlara malik olmasıdır. Əlavə olaraq dünya mətbuatının da yer ayırdığı Naqor pilotsuz təyyarələri ilə bağlıdır. Videosundan da gördük ki, həmin təyyarələr hədəfi görür, sonra kamikadze rolunda iştirak edərək həmin hədəfi məhv edir. Azərbaycanın çoxlu sayda müasir silahları var. Bu döyüşlər həm də, həmin silahların bir çoxunun sınaqdan keçirilməsi üçün poliqon oldu. Bu döyüşlər zamanı Azərbaycanın üstünlüyünü pərdələyəcək proseslər də baş verdi. Hadisələrin sonunda diplomatik dildən loru dilə çevirsək Rusiyanın sanki Azərbaycandan atəşi dayandırmaq və işğal altında olan ərazilərin işğaldan azad etməmək tələbi oldu. Belə göründü ki, Azərbaycan əməliyyatları dayandırmasa Rusiya Ermənistana açıq şəkildə kömək edəcək və yaxud Azərbaycanı digər bir yolla cəzalandırmağa çalışacaq. Düşünürəm ki, Azərbaycan məcburən döyüşü dayandırdı. Əldə edilən yüksəkliklərdən sonra Azərbaycan ordusu irəliləyib işğal altında olan rayonların ən azından yarısını azad edə bilərdi. Ancaq Rusiya, Avropa İttifaqı ölkələri və ABŞ Azərbaycana kifayət qədər təzyiqlər göstərdilər. Onlar münaqişənin dondurulmuş qalmasında maraqlıdırlar.

– Döyüşlər baş verən zaman bir çoxları maskalandı, “vətən”, “millət” deməyə başladı. Əməliyyatlar dayanan kimi geri qaytardığımız strateji yüksəklikləri təpə adlandırdılar. Şəhid olanlarımızı isə “niyə qırğına verdilər?” dedilər. Bu nə qədər doğru idi?

– Əgər müharibə varsa, şəhidlər də olacaq. Bununla bərabər, atəşkəs pozulmuşdu, Azərbaycan ordusu hücuma keçmişdi. Bu hücum nəticəsində qurban verdiklərimizə görə daha çox ərazini işğaldan azad etmək istəyimiz var idi. Ordumuz hücuma keçən zaman insanlarda böyük gözlənti əmələ gəldi. Bunun bir nömrəli günahını qeyri-peşəkarcasına fəaliyyət göstərən, ucuz İP arxasınca qaçan, ucuz sensasiya yaratmaq istəyən sayt və qəzetlərdə görürəm. Məsələnin bu həddə çatmasının da günahkarı o sayt və qəzetlər oldu. Bəziləri yazırdı ki, artıq Xankəndinə çatmışıq. İnsanlarda gözlənti yarandı və sonunda məlum olanda ki, Azərbaycan ordusu cəmi bir neçə yüksəkliyi alıb, insanların beyni çevrildi. İnsanların sevinci qursaqlarında qaldı. Bundan sonra hətta Azərbaycanın əleyhinə işləyəcək yazılar da yazmağa başladılar. Bir çoxları bunu bilərəkdən etdi, bir çoxları bunu siyasi məqsədləri üçün istifadə etdi, bir çoxları isə bunu nadanlıqlarından və cahilliklərindən etdilər. Ermənilər də bundan çox yaxşı istifadə etdi. Bu günə kimi xalqımızın müxalifətli, iqtidarlı eyni nöqtəyə vurduğu bir məqam olmamışdı. Heç bir zaman birinci Qarabağ savaşından sonrakı dövrdə şəhidlərin bu şəkildə torpağa tapşırılması mərasimləri də həyata keçməmişdi. Xalqımız ayağa qalxdı. Göründü ki, xalqımızda vətənpərvərlik ruhu ölməyib, onlar yenə də torpaqlarımızın azadlığı uğrunda ölümə getməyə hazırdılar. Bu çox yaxşı bir məqam oldu.

xkdr-2575.jpg.pagespeed.ic.DKzoT9rN53

Əgər biz müharibə aparırıqsa şəhid olacaq. Biz hücuma keçən tərəf olduğuna görə və eyni zamanda gedəcəyimiz yer yüksəklik olduğuna görə əslində müdafiə olunan tərəfdən 3-4 dəfə daha çox itki verməyə məhkumuq. Təbii ki, Azərbaycan bir neçə yüksəklik və yaşayış məntəqəsini işğaldan azad edib və şəhid vermişik. Şəhid vermədən bir qarış torpaq almaq olmur. Biz onsuz da 4 günlük müharibə apardıq. 4 gündə şəhid verdik, bizə qarşı təzyiqləri gözləyirdik, kaş elə bu 4 gündə dayanmadan, susmadan daha çox ərazini işğaldan azad edərdik. Onsuz da bizi dayandıracaqdılar. Dünyanın düzəni elədir ki, müstəqil siyasət aparmağa imkan vermirlər, Azərbaycan kimi kiçik dövlətlər üçün isə bu daha çətindir. Kaş ki, daha çox irəliləyə bilsəydik. Heç olmasa idi bir neçə rayonu azad edə bilərdik. Əgər bu baş versə idi, Azərbaycanın əli danışıqlarda daha da möhkəmlənərdi.

– Siz də bir müxalif partiya sədrisiniz. Baş verən proseslərdə ümumiyyətlə müxalifətin müharibəyə köklənməsindən razı qaldınızmı?

– Ümumilikdə müxalifətin Dağlıq Qarabağda baş verən son hadisələrə münasibəti məni çox qane etdi. Hər bir kəs dövlətin yanında olduğunu bəyan etdi, biz də bunu ilk edənlərdən olduq və həmin mövqeyimizdə qalırıq. Düşünürəm ki, hal-hazırda müxalifətlə iqtidar arasında Dağlıq Qarabağ savaşı ilə bağlı fərqli bir baxış yoxdur. Müxalifət də, iqtidar da Dağlıq Qarabağın azad olunmasını istəyir. Bu məsələdə yalnız fərqli baxış ola bilər. Düşünürəm ki, bu gün Azərbaycanda kimin prezident olub-olmamasından asılı olmayaraq, Dağlıq Qarabağın azad edilməsinin məsuliyyətini tək daşımamalıdır. Bu mümkün də deyil. Bu gün İlham Əliyevi Dağlıq Qarabağın azad olmaması üçün kimsə tənqid edirsə haqlı ola bilməz. Sabah mən prezident olaramsa, mənim partiyam iqtidar olarsa Dağlıq Qarabağı ildırım sürəti ilə azad edəcəyik, dünyanı Dağlıq Qarabağı bizim hissəmiz olaraq qəbul etməsinə, ermənilərin cəzalandırılmasına nail olacağıq desək, bu papulizmə yönəlik bir addım olardı. Bu mümkün deyil. Çünki dünyanın düzəni, geopolitikası və Azərbaycana olan baxışları fərqli rakursdandır. Biz bunu bilirik və hakimiyyətdə kimin olub-olmamasından asılı olmayaraq dünyanın Azərbaycana, Dağlıq Qarabağa olan münasibəti dəyişməyəcək. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının günahını İlham Əliyevdə, YAP-da axtarmaq ədalətsizlik olardı. Biz bununla bağlı təklif hazırlamışıq. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Vahid Qərar Şurası yaradılsın. Düşünürəm ki, verdiyimiz bu təklif indiyənə qədər təklif olunan planlar arasında ən mütərəqqisidir. Təsəvvür edin, İlham Əliyev danışıqlara gedir və düşünür ki, Azərbaycana qayıdan zaman onu necə qarşılayacaqlar. Prezidentin əlini gücləndirmək üçün, narahatlığı aradan qaldırmaq üçün Vahid Qərar Şurasının yaradılması məqbul olardı.

– Atəşkəs elan olundu. İnsanlar daha çox şəhid xəbərlərinin üzərinə getdi. İnsanlar daha çox “məmur övladı şəhid olmadı, ancaq kasıb övladı həlak oldu” kimi fikirlər bildirirdi…

– Bu doğrudur. Hər bir zaman üçün də doğru olub. Bu, Azərbaycanda qüsurlu bir mentalitetdir. Bu gün biz Rusiya və digər dövlətləri qarşımıza alıb müharibə edəcəyiksə və qələbə qazanmaq istəyiriksə, bütün məmurların, prezidentdən tutmuş, ən kiçik məmura kimi hər birinin övladı ön cəbhədə olmalıdır. Bəzi əlaqədar nazirliklər Gəncə şəhərinə köçməlidir. Hər bir şəxs düşünməlidir ki, mənim, ailəmin, övladımın həyatı ortaya qoyulub. Həmin məmurlar gecə-gündüz qələbə üçün, övladını, ailəsini qorumaq üçün çalışacaq. Eyni zamanda sosial bərabərsizlik aradan götürüləcək.

xkdr-2632.jpg.pagespeed.ic.xCjqYp1AOF

– Hansı nazirliklər Gəncə şəhərinə köçürülməlidir?

– Prezident tez-tez cəbhəyanı ərazilərdə olur. Ancaq döyüşlər başlayan zaman prezident bir qərargahını da cəbhədə yaratmalıdır. İclaslar birbaşa cəbhə bölgəsinə yaxın bir yerdə keçirilməlidir. Müdafiə Nazirliyinin generallarının Bakıda oturmasına heç bir ehtiyac yoxdur. Əgər müharibə olarsa, bir çoxları işini dayandırıb cəbhə üçün çalışmalıdır.

– Əli Kərimlinin evinin qarşısında aksiya keçirdilər. Bu nə qədər doğru idi?

– Mənim buna münasibətim çox mənfidir. Belə bir durumda buna lüzum yox idi. Əli Kərimlinin evinin qarşısında aksiya keçirən insanların oraya toplaşması Əli Kərimliyə etdikləri ən böyük xidmətdir. Bundan böyük xidmət olmazdı. Biz müxalifətə yeni insanlar, yeni simalar gətirmək istəyirik, ancaq kimlərinsə marağındadır ki, Əli Kərimlini müxalifətə yenidən gətib pərçimləsinlər və qəhrəman obrazında təqdim etsinlər. Bu gün Əli Kərimliyə erməniyə satılıb, erməni dəyirmanına su tökən deməklə bunu heç kimə inandırmaq olmaz. Bu baxımdan bu aksiyanı çox qüsurlu gördüm.

– Son günlər sosial şəbəkələrdə başladılar ki, Müdafiə Nazirliyi şəhidlərimizin dəqiq sayını versin. Bəzi saytlar şəhidlərimizin siyahısını yayımladı, yayımlanan siyahıda olanlardan bir neçəsi hətta sağ çıxdı. Ermənilər bundan çox yaxşı istifadə etdilər.

– Həmin o məlumatı Əli Kərimli də paylaşmışdı. Bu çox qüsurlu hərəkət idi. Bunu qınayıram. Bu cür məlumatları paylaşanları da qınayıram. Əgər əmin olsam bu qədər şəhid olub və gizlədilib, bu zaman onun aşkara çıxarılması üçün hər cür addım atardım. Əlimizdə fakt varsa və bunu biliriksə onu yayımlamaq olar. O cür yalan xəbərin siyasətçilər tərəfindən paylaşılması qüsurludur. Mətbuatın bu tipli məlumatı yayımlaması başa düşüləndir. Onlar məlumat axtarışındadır. Bəzi media qurumlarında bütün dəyərlər arxada qalır, yalnız reytinq və birinci xəbər vermək prinsipi önə çıxır. Ancaq siyasətçilərin yoxlanmamış xəbərləri paylaşması və bundan siyasi aponentinə qarşı istifadə etməsi düzgün deyil. Dağlıq Qarabağ məsələsindən siyasi aponentlərinə qarşı istifadə edilməsi biabırçılıqdır, yöndəmsizlikdir. Bu elə xəyanətə bərabər bir məsələdir. Əli Kərimlinin o cür məlumatı paylaşması da düzgün deyildi, eyni zamanda onun evinin qarşısında aksiyanın keçirilməsi də eybəcər idi. Bu cür hallara baxdıqda görərik ki, hər iki tərəf Dağlıq Qarabağ münaqişəsindən bir-birinə qarşı istifadə etdi.

– Cəbhədə olduğu kimi virtual aləmdə də informasiya müharibəsi gedirdi. İnformasiya müharibəsi necə getdi?

– Düşünürəm ki, Azərbaycan 90-cı illərdə olan Azərbaycan deyil. Azərbaycanın xaricdən oxunan mətbuatı var. Azərbaycanın səfirlikləri məlumatları xarici dillərə tərcümə edib xarici mediaya ötürür. Azərbaycan bir çox ölkələrdə lobbi təşkilatları yarada bilib. Azərbaycanın haqq işi ilə bağlı dünya mətbuatında kifayət qədər yazılar dərc olundu. Azərbaycan bir neçə ildir ki, informasiya müharibəsində Ermənistana uduzmur. Əksinə Azərbaycan kifayət qədər önə çıxıb. Bir zamanlar diaspora təşkilatlarımız yox idi, erməni lobbisi güclü idi, Azərbaycan təklənmişdi.

Son baş verən hadisələrdə Azərbaycana qarşı qərəz Rusiya mətbuatında oldu. Rusiya bütün məqamlarda Azərbaycanı aşağılayaraq, günahkar kimi təqdim etdi. Əlavə olaraq, Rusiya mətbuatı Ermənistanı qalib kimi göstərməyə çalışdı. Onlar yayırdılar ki, Ermənistanın əks hücumu ilə Azərbaycan ordusu geri oturduldu və böyük itkilər verdi. Rusiya mətbuatı Azərbaycanın adına yazılası məlumatları Ermənistanın adına yazıb dünyaya sırımağa çalışdı. Rusiya mətbuatı Azərbaycana qarşı o qədər qərəzli idi ki, adamda ikrah hissi oyadırdı.

xrazinurullayevbasfotoolkeaz.jpg.pagespeed.ic.Pj8dCALt1h

– Ermənistan informasiya müharibəsində ölkəmizdə olan etnik xalqları qızışdırmaq üçün xəbərlər yayırdı.

– Azərbaycanda etnik xalqlarla bağlı problem yoxdur. Ancaq bu problemin olmasını istəyən qüvvələr mövcuddur. Düşünürəm ki, tarix boyu bizim ermənilərdən başqa heç bir xalqla tarixi düşmənçiliyimiz olmayıb. Biz eyni coğrafiyada yaşayırıq. Hamımız Azərbaycan vətəndaşıyıq. Azərbaycanın müstəqilliyi və Dağlıq Qarabağ müharibəsi zamanı çoxlu sayda etnik xalqların nümayəndələri də həlak olublar. Azərbaycanda yaşayan xalqlar arasında ayrıseçkilik yoxdur. Hər kəs bilsin ki, bu, türkün davası deyil, bu, Azərbaycanda yaşayan bütün xalqların davasıdır.

– Cəbhədə atəşkəs elan olunduqdan sonra bir çox siyasilər partiya lideri şəklində yox, millət vəkili səviyyəsində cəbhə xəttinə yollandılar. Hərbçilərimizlə, camaatla görüşdülər. Sizdə belə bir plan varmı?

– Təbii ki. Biz bu məsələni partiya daxilində müzakirə etdik. Bakıya gələn şəhidlərimizin yas mərasimində iştirak etdik. Əlimizdən başqa heç nə gəlmir. Rayon şöbələrində olan üzvlərimiz rayonlardakı yas mərasimlərinə qatılırlar. Bir çox üzvlərimiz cəbhə bölgəsinə getdilər. Biz Tərtərə getmək istəyirdik. Bir neçə yerlə məsləhətləşdik, danışdıq. Bizə getməməyi məsləhət gördülər. Müxalifət kimi gedib kimlərləsə görüşlər keçirməyimiz alınmayacaq. Əfsuslar olsun ki, Azərbaycanın siyasi mədəniyyəti o dərəcə aşağıdır ki, artıq müxalifətin gedib cəbhədə əsgərlərə dəstək verməsi düzgün qarşılanmır. Elə başa düşürlər ki, biz bundan siyasi məqsədlərimiz üçün istifadə edəcəyik. Bəli, o cür müxalifət partiyaları var. Özümüz haqlı ikən haqsız duruma düşməmək üçün bu səfərimizdən imtina etdik. Ancaq istəyirəm ki, hakimiyyət içərisində bunun dəstəkləndiyi ifadə olunsun. Müxalifət də gedib əsgərlərimizlə görüşsün, əsgərlərimizə dəstək olsun. Cəbhənin ən qaynar nöqtəsinə getməyə hazıram və bizim bütün üzvlərimiz də hazırdır.

Səxavət Məmməd
Fotolar: Nurlan Gülməmmədov
Ölkə.Az

 

]]>
Предложения ПНФА в связи с Ходжалинским геноцидом http://axcp.biz/%d0%bf%d1%80%d0%b5%d0%b4%d0%bb%d0%be%d0%b6%d0%b5%d0%bd%d0%b8%d1%8f-%d0%bf%d0%bd%d1%84%d0%b0-%d0%b2-%d1%81%d0%b2%d1%8f%d0%b7%d0%b8-%d1%81-%d1%85%d0%be%d0%b4%d0%b6%d0%b0%d0%bb%d0%b8%d0%bd%d1%81%d0%ba/ Sun, 28 Feb 2016 08:58:53 +0000 http://axcp.biz/?p=1043 jFcm2Uw

Председатель Партии народного фронта Азербайджана Рази Нуруллаев выступил с предложениями по поводу Ходжалинского геноцида. Минвал представляет предложения партии:

ПНФА считает Ходжалинский геноцид общенациональной трагедией и самым большим преступлением века против азербайджанцев. В деле признания этого геноцида и придания ему правовой оценки во всем мире каждая политическая организация, вне зависимости от своей позиции, готова сотрудничать с правительством.

ПНФА выражает нижеследующее отношение к позиции в связи с Ходжалинской резней и выдвигает некоторые предложения:

1. ПНФА считает кампанию «Справедливость к Ходжалы» одной из самых успешных инициатив властей и ее сторонников, поддерживает и будет впредь поддерживать проводимые в рамках этой кампании работы. В результате проведенной пропаганды во многих станах мира поминается Ходжалинская трагедия, к этому процессу привлекаются проживающие за границей азербайджанцы, во многих странах мира снимаются пропагандирующие фильмы, организовываются выставки, раскрывается истинное лицо армянских преступников. Наряду с этим в зарубежных странах возводятся памятники в память о шехидах Ходжалы, ряд международных организаций и стран признали Ходжалинскую трагедию геноцидом.

2. В 1992 году во время власти Народного фронта Азербайджана для увековечивания памяти шехидов Ходжалы на территории Хатаинского района города Баку был воздвигнут памятник «Ana harayı» («Зов матери»). В последующие годы правящая Партия Ени Азербайджан благоустроила и усовершенствовала этот монумент. 26 февраля каждого года сотни тысяч азербайджанцев посещают этот памятник и отмечают страшный геноцид.

Однако памятник «Ana harayı» не может показать всего ужаса Ходжалинской трагедии. Поэтому ПНФА предлагает усовершенствовать его и создать Парк Ходжалинской резни. ПНФА предлагает, чтобы парк был разбит на территории в 5 гектаров, и в нем были воздвигнуты памятники 613 лицам, подвергшимся геноциду. Этот парк послужит тому, что весь мир узнает об этом геноциде. Каждый посетивший этот парк гость, иностранные миссии или международные организации долгое время будут находиться под впечатлением. Предлагаем, чтобы памятники создали на основе существующих фото и видеоматериалов. Предлагаем также включить этот парк в туристические буклеты. Также предлагаем создать еще 3 памятника, посвященных 8-ми полностью уничтоженным семьям, 25-ти детям, потерявшим обоих родителей и 130-ти детям, потерявшим одного из родителей.

Предлагаем, чтобы власти приняли решение о строительстве Парка Ходжалинской резни и увековечили в 2018 году память жертв этого геноцида на большой территории.

3. Для придания правовой оценки Ходжалинской резне на национальной и международном уровнях надо называть имена конкретных виновников. Этот вопрос окажется успешным тогда, когда признавшие Ходжалинский геноцид страны в принятых документах и резолюциях укажут имена виновных лиц. ПНФА полагает, что следующий этап пропаганды следует построить на этом желании, что принесет пользу.

4. Мы считаем необходимым снять художественный фильм, полностью отражающий Ходжалинскую трагедию, в котором бы снялись кинозвезды, и чтобы этот фильм сняла известная во всем мире киностудия. Этот фильм внесет ценный вклад в пропаганду признания Ходжалинского геноцида в мире.

]]>
Razi Nurullayev: “Dünyada analoqu olmayan “Xocalı Soyqırımı” parkı yaradılsın” – VİDEO http://axcp.biz/razi-nurullayev-dunyada-analoqu-olmayan-xocali-soyqirimi-parki-yaradilsin-video/ Sun, 28 Feb 2016 06:33:54 +0000 http://axcp.biz/?p=1039

]]>
AXCP-dən unikal təklif – Xocalı Qətliam Parkını yaradılsın http://axcp.biz/axcp-d%c9%99n-unikal-t%c9%99klif-xocali-q%c9%99tliam-parkini-yaradilsin/ Sun, 28 Feb 2016 06:32:26 +0000 http://axcp.biz/?p=1036 AXCP Xocalı soyqırımının 24-cü ildönümü ərəfəsində Mövqe Sənədi yayıb. Sənəddə Xocalı soyqırımının tanınması istiqamətində həyata keçirilməsi vacib olan tədbirlər yer alıb. Cebhe.info AXCP-nin Mövqe Sənədinin tam mətnini təqdim edir.  

Qətliam tarixi

XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı hələ də tam hüquqi qiymətini almamışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiya hərbi birləşmələrinin birbaşa iştirakı ilə Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərini işğal etmiş, azərbaycanlılara qarşı dəhşətli soyqırım törətmişdir.

Həmin gün Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edib. 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı olub. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.

Mövqe

AXCP Xocalı Soyqırımını ümummilli faciə və azərbaycanlılara qarşı əsrin ən böyük cinayəti hesab edir. Bu qətliamın tanıdılmasında və bütün dünyada hüquqi qiymətini almasında mövqeyindən asılı olmayaraq hər bir siyasi təşkilat, o cümlədən hökumətlə əməkdaşlığa hazırdır.

Əlavə olaraq, AXCP Xocalı qətliamı ilə bağlı tutduğu mövqeyə aşağıda verilən münasibəti sərgiləyir və təkliflər irəli sürür:

1. AXCP “Xocalıya Ədalət” kampaniyasını hakimiyyətin və tərəfdarlarının ən uğurlu təşəbbüslərindən biri sayır və bu çərçivədə aparılan işlərə dəstək verir və verəcəkdir. Təbliğat nəticəsində dünyanın bir çox ölkələrində Xocalı faciəsi anılır, xaricdə yaşayan azərbaycanlılar bu prosesə cəlb edilir, müxtəlif dünya ölkələrində təbliğat xarakterli  tədbirlər – filmlər, sərgilər nümayiş etdirilir, erməni cinayətkarlarının iç üzü açılır.  Bununla bərabər, xarici ölkələrdə də Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılır, o cümlədən bu günə qədər bir sıra beynəlxalq təşkilatların, bir sıra dövlətlərin Xocalı qətliamının soyqırımı kimi tanınmasına nail olunub.

2. 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti zamanı Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün Bakının Xətai rayonu ərazisində “Ana harayı” abidəsi ucaldılıb. Sonrakı illərdə hakim Yeni Azərbaycan Partiyası iqtidarı tərəfindən abidə abadlaşdırılıb və təkmilləşdirilib. Hər il 26 fevralda yüz minlərlə azərbaycanlı bu xatirə kompleksini ziyarət edir və dəhşətli soyqırımı həmrəyliklə qeyd edir.

Lakin, “Ana harayı” abidə kompleksi Xocalı Soyqırımının bütün dəhşətlərini tam olaraq özündə ehtiva edə bilmir. Buna görə də AXCP abidə komleksinin daha da təkmilləşdirlməsini – Xocalı Qətliamı Parkının yaradılması təklifini irəli sürür. AXCP təklif edir ki, 5 (beş) hektar ərazidə Xocalı Qətliamı Parkı yaradılsın.  Təklif edirik ki, 613 nəfər soyqırıma məruz qalmış şəxslərin abidələri ucaldılsın. Bu Soyqırım Parkının Xocalı qətliamının bütün dünyada tanıdılmasına səbəb olacaq. Bu parkı ziyarət edən hər bir qonaq, xarici missiya, beynəlxalq təşkilatlar qətliamın təsiri altından uzun müddət çıxa bilməyəcəklər. Təklif edirik ki, abidələr mövcud video-görüntülər və əldə olan fotolar vasitəsilə şəkilləndirilsin. Əlavə olaraq, Xocalı Qətliam Parkı turizm bülletenlərinə və turizm informasiya kitabçalarına əlavə edilsin. Bununla yanaşı, daha üç abidənin – 8 ailənin tamamilə məhv edilməsi, 25 uşağın hər iki valideynini və 130 uşağın valideynlərindən birini itirməsini təcəssüm etdirən abidələrin qoyulması da Xocalı Qətliam Parkının ürəkləri fəth etməsində böyük rol oynayar.

Təklif edirik ki, hakimiyyət Xocalı Qətliam Parkının tikintisi ilə bağlı gecikmədən müsbət qərar qəbul etsin və xalqımız 2018-ci ildə Xocalı qurbanlarının xatirəsini yeni məkanda – Xocalı Qətliam Parkında qeyd etsin.

3. Xocalı qətliamına milli və beynəlxalq səviyyədə hüquqi qiymətin verilməsi mərhələsi konkret günahkar şəxslərin adının çəkilməsi olmalıdır. Bu o zaman uğur sayıla biləcək ki, Xocalı qətliamını tanıyan dövlətlərin qəbul etdikləri sənəd və qətnamələrdə günahkar şəxslərin adı çəkilsin. AXCP hesab edir ki, bundan sonrakı təbliğat mərhələsinin bu istək üzərində qurulmasında böyük fayda var.

4. Xocalı faciəsinin tamamını özündə əks etdirən və dünyaca məşhur şirkətlərin və kino ulduzların iştirakı ilə bədii filmin çəkilməsini zəruru hesab edirik. Bu filmin ərsəyə gəlməsi Xocalı soyqırımın dünyada tanınmasına və təbliğatına əvəzsiz töhfələr verəcəkdir.

]]>
Razi Nurullayev: “Azərbaycan İran yaxınlaşması Ermənistana zərbə olacaq” http://axcp.biz/razi-nurullayev-az%c9%99rbaycan-iran-yaxinlasmasi-erm%c9%99nistana-z%c9%99rb%c9%99-olacaq/ Sun, 28 Feb 2016 06:29:00 +0000 http://axcp.biz/?p=1033 Azərbaycan Xalq CƏbhəsi Partiyasının sədri Razi Nurullayev İlham Əliyevin İran səfərini şərh edib. Təfərrüat videoda.

 

]]>
“ABŞ – Rusiya” məngənəsində əzilən Suriya http://axcp.biz/abs-rusiya-m%c9%99ng%c9%99n%c9%99sind%c9%99-%c9%99zil%c9%99n-suriya/ Sun, 28 Feb 2016 06:24:10 +0000 http://axcp.biz/?p=1028 Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev Suriya hadisələrini şərh edib. Təfərrüat videoda.

 

]]>