Müsahibə – AXCP http://axcp.biz Siyasi - Ictimai Sat, 13 Aug 2016 07:52:44 +0000 en-US hourly 1 https://wordpress.org/?v=4.5.3 Razi Nurullayev prezidentlərin Sankt-Peterburq görüşündən danışdı – VİDEO http://axcp.biz/razi-nurullayev-prezidentl%c9%99rin-sankt-peterburq-gorusund%c9%99n-danisdi-video/ Mon, 27 Jun 2016 07:55:23 +0000 http://axcp.biz/?p=1125 “Mən ümumiyyətlə hər bir zaman demişəm və bu gün də təkrar etmək istəyirəm ki, bu şəkildə prezidentlərin görüşündən nəticə gözləmək sadəlöhvlük olardı. Mən düşünürəm ki, prezident İlham Əliyev də bu görüşə gedən zaman onun nəticələrinə inanmır. Bəli, təəssüf ki, siyasətdə hər şey düşündüyümüz, istədiyimiz kimi olmur. Aydındır ki, əgər hökumət görüşdən imtina etsə, Azərbaycan tərəfi sülh danışıqlarından imtina etməkdə günahlandırılacaq. Onun üçün də bəlkə prezident bilə-bilə nəticəsiz danışıqlara gedir. Lakin mən düşünürəm ki, bunun bir çıxış yolu olmalıdır, istənilən halda hər bir problemdən çıxış yolu var”. 
Bu sözləri “Talk TV”-yə prezidentlərin son görüşünü şərh edən yeni yaradılmış AXCP-nin sədri Razi Nurullayev deyib.
O, qeyd edib ki, görüşün nəticəsindən aslı olmayaraq Ermənistan heç bir halda tutduğu mövqedən geri çəkilməyəcək: “Azərbaycan isə bir qarış torpağını belə, ermənilərə verən deyil. Belə bir vəziyyətdə, hər iki tərəf mövqeyində dayanaraq görüşlərə gedirsə, təbii ki, həmin görüşdən nəticə hasil oluna bilməz. Rusiya ya sağol demək olar ki, bu görüşləri təşkil edir, lakin digər yandanda düşünürəm ki, əgər Rusiya ermənistana lazım olduğu səviyyədə və qədərində təzyiq və müqavimət göstərsəydi nəticə də olardı. Əgər Ermənistan qarşısında güc görməsə və yaxud Rusiyanın müqaviməti ilə qarşılaşmasa heç bir halda heç bir rayonu azad etmək niyyətində olmayacaq. Onun üçün də heç bir halda biz 6-7 rayonun qaytarılması ilə bağlı başımızın altına yastıq qoya bilmərik. Azərbaycan konkret addım atmalıdır. Bu konkret addımı mən bir neçə dəfə demişəm və yenə də səsləndirmək istəyirəm. Azərbaycan özü üçün və dünya ictimaiyyəti üçün son danışıq tarixini müəyyənləşdirməlidir. Azərbaycan dekabrın birini son müddət kimi beynəlxalq içtimaiyyətin qarşısında və ermənistanın qarşısında qoyub. Azərbaycan bu müddətə qədər sülh danışıqlarına sadiqdir və Beynəlxalq ictimaiyyətdən, Minsk qrupu həmsədr ölkələrindən və eyni zamanda ATƏT üzvü ölkələrindən bir təşəbbüs, nəticə gözləyir. Əgər onlar bu müddət ərzində Azərbaycanın haqq işində dəstək ola bilməyəcəklərsə, Ermənistan işğal etdiyi ərazilərdən çıxmayacaqlarsa Azərbaycan o zaman istənilən addımı atmaq hüququnu özündə saxlayır. Azərbaycan bu bəyanatı verəndən sonra və bu prinsiplərə sadiqliyini göstərəndən sonra Minsk qrupu həmsədr ölkələri, ATƏT ölkələri, dünya ictimaiyyəti təbii ki, hərəkətə keçəcəklər”.
4 günlük müharibədən sonra dünya ictimaiyyətinin bu məsələ üzərində fəallaşdığını deyən Razi Nurullayev bildirib ki, buna qədər dondurulmuş münaqişə adı verilən Qarabağ problemində bütün dünya, özəlliklə Rusiya xüsusi canfəşanlıq göstərməyə başlayıb: “Azərbaycana təbii ki, problemin dondurulmasını bunu qəbul etmirdi. Müharibə başlayandan sonra isə status-kvo götürüldü və artıq bu problem dondurulmuş yox, istənilən an partlaya biləcək və müharibə vəziyyətinə çata biləcək bir münaqişədir. Bu baxımdan Azərbaycan bu müddəti təyin edəndən sonra artıq dünya ictimaiyyəti də müəyyən addım ata bilər və təbii ki, bu demək deyilki Azərbaycan dekabrn birinə qədər irəli sürüldüyü tələblər yerinə yetirilməyəcəksə həmən müharibəyə başlayacaq. Amma Azərbaycan artıq öz addımlarına özü cavabdeh olmalıdır və dünya ictimaiyyəti əgər bunu etmirsə artıq Azərbaycan öz dostları ilə birlikdə torpaqlarının azad olunması üçün digər tədbirlər və mövqelər, təkliflər və hərəkətlər üzərində işini aparmalıdırlar. Bunu hətta mən görüşdən öncə də demişdim, ola bilsin ki, Ermənistan üzərinə hər hansı bir öhdəlik götürüb ki, bir neçə aydan sonra deyək ki, 5-6 rayonu qaytarıram, sonrakı mərhələdə isə dağlıq Qarabağın ümumilikdə müqəddaratını həll edirik. Amma biz hər zaman görmüşük Ermənistan belə sözlər verib, sonra sözünün üzərində dayanmır. Əgər dünən Sankt-Peterburqda Ermənistan prezidenti söz veribsə ki, Dağlıq Qarabağla bağlı kompramist mövqe sərgiləyəcək və rayonların qaytarılması ilə bağlı konkret addımlar atılacaq, heç kim zəmanət verə bilməz ki, Sarkisiyan həmişəki kimi bir həftə sonra başqa bir bəyanat verməyəcək, dağlıq Qarabağa müstəqillik tələb etməyəcək. Onun üçün də mən də təəccüblənirəm ki, bu gün hansısa müsbət nəticələrdən danışılır. İstənmilən halda Dağlıq Qarabağla bağlı nə dünənki görüşdən nədə ki, ondan öncəki görüşlərdən konkret ortada bir fakt olmayana qədər müsbət mənada danışmaq həm yersizdir, həm də mən hesab edirəm ki, bu mümkün deyildir”.
Razi Nurullayev sonda rəhbərlik etdiyi partiyanın irəli sürdüyü “Vahid Qərar Şurası”nın Qarabağ probleminin həllində önəmli rol oynayacağını bildirib: “Azərbaycan iqtidarı da gücünü xalqdan və Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatlardan almalıdır. Məhz elə bu yerdə də təklif irəli sürdüyümüz “Vahid Qərar Şurası” öz yerini tutur. Mən düşünürəm ki, “Vahid Qərar Şurası” tez bir zamanda formalaşmalıdır və hakimiyyət buna çox ciddi bir siyasi dəstək verməlidir. Ölkədə ictimai-siyasi təşkilatlar da buna dəstək verməlidir. “Vahid Qərar Şurası” da Azərbaycanın taleyüklü məsələləri ilə bağlı Vahid Qərarını açıqlasın. Artıq prezident də “Vahid Qərar Şurası”ndan güc alaraq, xalqın dəstəyindən əmin olaraq danışıqlara rahat getsin”.

 

]]>
Рази Нуруллаев: «Устав большинства политических партий схож, нет идеологических линий» http://axcp.biz/%d1%80%d0%b0%d0%b7%d0%b8-%d0%bd%d1%83%d1%80%d1%83%d0%bb%d0%bb%d0%b0%d0%b5%d0%b2-%d1%83%d1%81%d1%82%d0%b0%d0%b2-%d0%b1%d0%be%d0%bb%d1%8c%d1%88%d0%b8%d0%bd%d1%81%d1%82%d0%b2%d0%b0-%d0%bf%d0%be/ Tue, 24 May 2016 08:42:40 +0000 http://axcp.biz/?p=1102 «В оппозиционном лагере было бы полезным отказаться от самовлюбленности и амбиций. Естественно, есть такие моменты и такие люди, когда тебя не покидает убеждение, что они только навредят общей работе. Как в нашем случае с ПНФА. В целом в стране достаточно серьезных политических партий и политиков, объединившись, они могут оказать серьезное влияние на политическую жизнь страны. С самого начала хочу отметить, что мы готовы без предусловий принимать участие в союзе во благо всеобщего дела».

Об этом заявил председатель Партии народного фронта Азербайджана Рази Нуруллаев. По его словам, хотя большая часть население на сегодняшний день и следит за политическими процессами, но не участвует в них напрямую:

«Они не доверяют политическим партиям, которые стараются только унизить и опорочить друг друга, ставят палки в колеса друг другу. Хотя на политической сцене Азербайджана найдется место для всех».

«Устав большинства политических партий, их помыслы и цели схожи. Идеологических линий нет», — заявил Рази Нуруллаев.

«От себя скажу, что мы избрали путь создания изменений и можем поделиться своим опытом с любыми дружескими партиями, поддержать их. Политические партии могут создать различные идеологические линии и работать с разными  слоями населения, но проблема в том, что они выбирают одни и те же группы и слои населения. Каждый старается склонить 10-миллионное населения в свою сторону. Но это невозможно. Такое возможно только во время революции или потере территориальной целостности, во время войны.  Для каждой партии есть свои слои населения. Мы может это обсудить и принять серьезное решение. Для этого серьезные и здоровые политические силы должны собраться вместе. Мы готовы обсудить эти возможности с дружественными партиями и политиками».

Рази Нуруллаев отметил, что за короткое время возглавляемая им ПНФА проделала большую работу и подготовила для них предложения и программы:

«Мы полностью обновляем партию, работаем над ее идеологическими, теоретическими и практическими основами. Мы готовы к сотрудничеству и обсуждениям со здоровыми политическими силами. Основной темой нашей повестки дня является создание «Совета единого решения» для урегулирования карабахского конфликта. Все могут участвовать и обсуждать».

]]>
Üzeyir Cəfərov: “Vahid Qərar Şurası”na qısqanclıq edənlərin vətəndaşlıq mövqeyinə şübhə edirəm – Videosujet http://axcp.biz/vahid-q%c9%99rar-surasina-qisqancliq-ed%c9%99nl%c9%99rin-v%c9%99t%c9%99ndasliq-movqeyin%c9%99-subh%c9%99-edir%c9%99m-uzeyir-c%c9%99f%c9%99rov/ Tue, 24 May 2016 08:31:31 +0000 http://axcp.biz/?p=1091 Azərbaycan Xalq Cəbhəsi Partiyası  Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların, ictimai birliklərin, ziyalıların və digər söz sahibi olan təşkilatların, ən əsası Azərbaycan xalqının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vahid mövqeyini ortaya qoymaq üçün təklif etdiyi “Vahid Qərar Şurası”nın müzakirələri davam edir. İctimaiyyətdən müsbət rəy toplayan şura haqqında daha bir ekspert yüksək fikirlər səsləndirib.

 

Belə ki, “İctimai Fikir Akademiyası”nın “Qarabağ münaqişəsində xalqın vahid mövqeyi” mövzulu ictimai müzakirəsində iştirak edən hərbi ekspert Üzeyir Cəfərov, tədbirdən sonra Talk Tv-yə açıqlamasında “Vahid Qərar Şurası”nın çox önəmli təklif olduğunu bildirib. Ekspert qeyd edib ki, müxalifətindən, iqtidarından aslı olmayaraq hərkəs bu şuraya dövlətçilik nöqteyi nəzərindən yanaşmalı, qısqanclıq göstərməməlidir:

“Burda heç bir qısqanclıqdan söhbət gedə bilməz. Çünki burda Azərbaycanın gələcəyi ilə bağlı olan müddəalar öz əksini tapıb. Sənədi hazırlayanlar vətənini, torpağını sevən insanlardır. Mən hesab edirəm ki, o sənəd üzərində bütün iqtidarlı, müxalifətli hər bir kəsin işləməsi çox vacibdir və çox zəruridir. Çünki muharibə elə bir şeydir ki, dövlətin olum-qalım məsələsi həll olunur. O nöqteyi nəzərdən mən şəxsən fərd olaraq, cəmiyyətin bir üzvü olaraq  “Vahid Qərar Şurası”nın tədbirlərində iştirak edəcəm. Çünki orda həm müzakirə olunası, həm də təklif ediləsi xeyli müddəalar var. Mən demirəm ki, o ideal bir sənəddir, sadəcə işçi bir sənəddir, o sənəd üzərində işləmək lazımdır. Ona görə də hamını dəvət edirəm “Vahid Qərar Şurası” ətrafında birləşməyə. Və o sənədi dövlətimizə, xalqımıza bir kömək məqsədilə gələcəkdə proqram xarakterli bir sənəd kimi ortaya çixaraq. Yenədə deyirəm ki, kim bu sənədə qısqanclıqla yanaşılacaqsa o insanların Azərbaycanla bağlı mövqeyini sağlam mövqe hesab edə bilmərəm. Çünki yenə də deyirəm “Vahid Qərar Şurası” Azərbaycan dövlətinə, hakimiyyətinə gələcəkdə atmaq istədiyi addımlarda bir əlavə mandat statusu oynayacaq. Yəni mən belə yanaşıram. Ona görə də mən hesab edirəm ki, o sənəd üzərində bütün Azərbaycan cəmiyyəti yaxından işləməlidir və bütün iqtidarlı, müxalifətli qüvvələr vahid ölkənin taleyi, gələcək taleyi ilə bağlı məsələlərin həlli üçün öz tövhələrini mütləq mənada ortaya qoymalıdır”.

 

Son zamanlar cəbhə xəttində baş verənləri, Qarabağ problemi ətrafında gedən prosessləri və son Vyana görüşünü də dəyərləndirən ekspert bildirib ki, diplomatların 20 ildən artıq müddətdə əldə edə bilmədiklərini Azərbaycan ordusu qısa zamanda etdi, dünyanın diqqətini Qarabağa yönəltməyi bacardı:

“Prinsip etibarı ilə bu hadisələr Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirdi. Mayın 16-da Vyanada baş tutan görüşdə Azərbaycan tərəfi həm ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, həm də dünyaya bir daha belə bir mesaj ünvanladı ki, Azərbaycan heç bir halda Torpaqlarının işğalı ilə barışmayacaq, nəyin bahasına olur osun Azərbaycan silahlı qüvvələri Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcək. Bu istiqamətdə lazım olan bütün addımlar atılıb, ordumuz üçün ən muasir silah-sursatlar alınıb. Bu gün əsgər və zabitlərimizin döyüş ruhu bütün Azərbaycanda olduğu kimi ən yüksək səviyyədədir. Mən hesab edirəm ki, iyun ayının sonunda prezidentlərin növbəti görüşü vaxtı danışıqların əsas parametrləri razılaşdırılmalıdır. Azərbaycanın işğal altında qalan bir neçə yaşayış məntəqəsinin Azərbaycanın halal haqqı kimi öz ərazisinə qaytarılması məsələsi reallığını tapacaq. Hesab edirəm ki, iyun ayında əgər erməni tərəfi yenədə cəhd edərsə danışıqlar prosesini pozsun, Azərbaycan silahlı qüvvələri bu dəfə daha amansız, daha sərt şəkildə düşmənə layiq olduğu cəzanı verəcək. Azərbaycan ordusu bütün çətinliklərə baxmayaraq çətinlik o barədə ki, dağlıq relyefinə görə demək istəyirəm, tam hazırdır, verilən tapşırığı ən yüksək şəkildə yerinə yetirmək əzmindədirlər”.

 

“Ermənistan heç vaxt öz ağlı ilə hərəkət etmir, hər zaman onlara havadarları yol göstərir” deyən Üzeyir Cəfərov bildirib ki, artıq Rusiya da problemin həllində maraqlıdır. Ekspert buna misal olaraq, Rusiya xarici işlər nazirinin Vyana görüşündən sonrakı “tərəflər məsələnin mərhələli həllinə razılaşıblar” fikrini xatırladıb. Üzeyir Cəfərovun sözlərinə görə, mərhələli həll ondan ibarət olacaq ki, ermənistan işğal altında olan ətraf rayonları Azərbaycana qaytaracaq, sonra vətəndaşlar öz torpaqlarına köçəcək və yalnız bundan bir müddət sonra referendum müzakirə mövzusu ola bilər:

“Yəni Ermənistanın istədiyi kimi ola bilməz. Çünki, Dağlıq Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi var. Bu gün də onlar qüvvəsindədir. Baxmayaraq ki, 20 ildən artıq vaxt keçib. Orda aydın şəkildə göstərilib ki, Ermənistanın işğalçı silahlı qüvvələri qeyri şərtsiz olaraq Azərbaycan ərazilərindən geri çəkilməlidirlər. Buna görə də Azərbaycan həm aprelin əvvəllərində ortaya qoyduğu prinsipial mövqe, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin əsasında Qarabağla bağlı məsələ öz xeyrinə həll edəcək. Azərbaycanın kifayət qədər siyasi və hərbi iradəsi var ki, bu məsələ Azərbaycanın tam ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini tapsın”.

 

Minsk Qrupunun da fəaliyyətinə münasibət bildirən hərbi ekspert, 20 il ərzində Minsk Qrupunu ölü bir qurum kimi dəyərləndirdiyini və həmsədrlərin  dünyanın ən xoşbəxt turisti olduğunu deyib:

“Çünki Qarabağ məsələsi burda, yəni regionda həll olunmalı olduğu halda, bunlar bütün dünyanın 4 tərəfini gəzib boş-boş bəyanatlar, mənasız monitorinqlər keçirməklə öz işlərini bitmiş hesab edirlər. Hətta indi Vyana görüşündə də onlar əlavə imkanlar əldə ediblər ki, guya bu müşahidəçilərin sayı artırılacaq. Nə dəyişəcək? O müşahidəçiləri biz Ukraynanın Dambas regionunda da görürük. Amma müşahidəçilərin olmasına baxmayaraq orda qan axıdılırdı, axmaqda da davam edir. Qarabağda monitorinqlər necə keçirilirdisə, ölənlər, itənlər hər iki tərəfdə necə olurdusa, indi də eyni vəziyyət davam edir. Hesab edirəm ki, ATƏT-in minsk qrupunun həmsədrlərinə ehtiyac yoxdur. Artıq hesab edirəm 2016-cı ildə Dağlıq Qarabağla bağlı məsələlər müsbət həllini tapandan sonra ATƏT-in Minsk Qrupunun da fəaliyyəti yəqin ki, tarixçilərin araşdırma mövzusu olacaq. Və onlar tarixdə heçdə yaxşı bir fikirlə xatırlanmayacaqlar”.

Sonda ABŞ-ın dövlət katibi Con Kerrinin Vyana görüşündə iştirakını da müsbət dəyərləndirən ekspert qeyd edib ki, iyun ayında Azərbaycan xalqı Qarabağla bağlı xoş xəbərlər alacaq.

]]>
Razi Nurullayev: “Siyasi meyidə çevrilmiş Əli Kərimlini dirildirlər” – Videomüsahibə http://axcp.biz/razi-nurullayev-siyasi-meyid%c9%99-cevrilmis-%c9%99li-k%c9%99rimlini-dirildirl%c9%99r-videomusahib%c9%99/ Wed, 20 Apr 2016 11:41:39 +0000 http://axcp.biz/?p=1077 Aprel ayının əvvəlində cəbhədə gedən 4 günlük döyüşlərdən sonra bir qrup şəxs Əli Kərimlinin evinin qarşısına yığışaraq aksiya keçirməyə başladı.

Aksiya iştirakçıları Əli Kərimliyə qarşı müxtəlif şüarlar səsləndirirdilər. Əli Kərimlinin evinin qarşısında keçirilən aksiya həm müxalifət, həm də iqtidar cəbhəsi tərəfindən heç də xoş qarşılanmadı.

Əli Kərimlinin evinin qarşısında keçiriləcək aksiya ilə bağlı AXCP sədri Razi Nurullayev Ölkə.Az-a müsahibə verib:

“Əli Kərimlinin yenidən siyasi səhnə üçün dirildilməsi yaxşı hal olmadı. Ona görə bunu deyirəm ki, biz neçə vaxtdır Azərbaycan siyasətində yeniliyin, reformaların, islahatların gəlməsinin tərəfdarı idik. Biz heç bir zaman deməmişik ki, Əli Kərimli xəyanətkardır, Əli Kərimli Qarabağı satar, Əli Kərimli Azərbaycan xalqının düşmənidir. Bəli, Əli Kərimli özünün marağı olmayan yerdə, özünün siyasəti işləməyən yerdə düşmənə çevrilir. Bu birmənalıdır.

Düşünürəm ki, ictimai rəydə bir fikir yaranmalıdır ki, doğurdan da yeni insanlara, siyasətçilərə ehtiyac var və bu gün də bu ehtiyac hiss olunur. Ancaq yenidən kimlərinsə marağındadır ki, Əli Kərimlini təzədən “diriltsinlər”. Birmənalı olaraq Əli Kərimli siyasi meyidə çevrilmişdi. Ancaq onu yenidən diriltdilər. Neçə illərdir ki, Əli Kərimli televiziyaya buraxılmırdı. Necə olur ki, Əli Kərimli televiziyaya buraxılmır, Əli Kərimli xalq tərəfindən unudulur və belə bir çətin məqamda yenidən Əli Kərimli televiziyalara çıxarılır və onun reklamı aparılır. Hər bir ağıllı insan bilir ki, Əli Kərimlinin evinin qarşısında aksiya keçirməklə Azərbaycan xalqı Əli Kərimlini düşmən kimi görməyəcək. Orada “Əli Kərimli torpaqlarımızı satacaq” deməklə, heç kəs Əli Kərimlinin torpaqlarımızı satacağına da inanmayacaq. Bu, birbaşa Əli Kərimlinin siyasi səhnəyə çıxmasına, siyasi səhnədə görünməsinə xidmət edir.

Əli Kərimlinin siması insanlara tanış bir simadır. Əli Kərimli onsuzda yenidən liderə çevrilə bilməyəcək. Bu gün Əli Kərimli məzlum sifəti formasında özünə dəstək qazanmaqdadır. Bu gün kifayət qədər Əli Kərimlini dəstəkləyən insanlar var. Hətta bu gün Əli Kərimliyə qarşı ən sərt siyasi mövqe sərgiləyən Razi Nurullayev belə Əli Kərimli haqqında sərt ifadələr işlədə bilmir. Çünki Əli Kərimli məzlum durumuna salınıb. Əli Kərimliyə insanların yazığı gəldiyindən və eyni zamanda mənim də onun halına acıdığımdan bu məsələləri deyirəm. Kənardan baxanlar elə bilər ki, onu müdafiə etmək istəyirəm. Çünki deyirəm ki, o, Qarabağı satmaz, Azərbaycan xalqının düşməni ola bilməz, yəni, deyilən şəkildə. Bax ona görə də, bu gün Əli Kərimli dirildildi. Əli Kərimlini dirildən insanlar başa düşməlidir ki, artıq onu siyasi fiqura çevirə bilməyəcəklər…”

Razi Nurullayevin Əli Kərimlinin evinin qarşısında aksiya keçirənlərlə bağlı daha geniş fikrinə videomüsahibədə baxa bilərsiniz.

Ölkə.Az həmin videomüsahibəni sizə təqdim edir:

]]>
R.Nurullayev: “Evinin qarşısına toplaşmaq Əli Kərimliyə etdikləri ən böyük xidmətdir” – MÜSAHİBƏ http://axcp.biz/r-nurullayev-evinin-qarsisina-toplasmaq-%c9%99li-k%c9%99rimliy%c9%99-etdikl%c9%99ri-%c9%99n-boyuk-xidm%c9%99tdir-musahib%c9%99/ Tue, 19 Apr 2016 03:43:19 +0000 http://axcp.biz/?p=1050 4 günlük müharibə illər sonra ilk dəfə Azərbaycan xalqının birlik və bərabərliyini göstərdi. Siyasi partiya mənsubiyyətindən, milliyətindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı əsgərlərimizin uğuruna sevinib, itkilərimizə kədərlənirdi.

Müharibə, iqtidar-müxalifət münasibətləri, şəbəkədəki informasiya müharibəsi və daxildəki gülünc hadislərlə bağlı AXCP sədri Razi Nurullayevlə söhbətləşdik.

Ölkə.Az Razi Nurullayevlə olan həmin müsahibəni sizə təqdim edir:

xkdr-2625.jpg.pagespeed.ic.Gh1FsMOAk9

– Salam Razi bəy. Necəsiniz?

– Salamlar. Yaxşılıqdır. İşimiz-gücümüz cəbhədən gələn xəbərləri izləməkdir.

– Cəbhədə bir neçə gün döyüşlər getdi. Bir neçə strateji yüksəkliyi ələ keçirdik. Bundan sonra sülh danışıqlarında baş verən proseslər Azərbaycanın xeyrinə olacaq?

– Təbii ki, Azərbaycan bundan sonra baş verəcək danışıqlarda fərqli rakursdan çıxış edəcək. Son proseslərdə Azərbaycanın əlini gücləndirəcək bəzi hadisələr baş verdi. Bu xüsusən də Azərbaycanın Ermənistandan daha müasir silahlara malik olmasıdır. Əlavə olaraq dünya mətbuatının da yer ayırdığı Naqor pilotsuz təyyarələri ilə bağlıdır. Videosundan da gördük ki, həmin təyyarələr hədəfi görür, sonra kamikadze rolunda iştirak edərək həmin hədəfi məhv edir. Azərbaycanın çoxlu sayda müasir silahları var. Bu döyüşlər həm də, həmin silahların bir çoxunun sınaqdan keçirilməsi üçün poliqon oldu. Bu döyüşlər zamanı Azərbaycanın üstünlüyünü pərdələyəcək proseslər də baş verdi. Hadisələrin sonunda diplomatik dildən loru dilə çevirsək Rusiyanın sanki Azərbaycandan atəşi dayandırmaq və işğal altında olan ərazilərin işğaldan azad etməmək tələbi oldu. Belə göründü ki, Azərbaycan əməliyyatları dayandırmasa Rusiya Ermənistana açıq şəkildə kömək edəcək və yaxud Azərbaycanı digər bir yolla cəzalandırmağa çalışacaq. Düşünürəm ki, Azərbaycan məcburən döyüşü dayandırdı. Əldə edilən yüksəkliklərdən sonra Azərbaycan ordusu irəliləyib işğal altında olan rayonların ən azından yarısını azad edə bilərdi. Ancaq Rusiya, Avropa İttifaqı ölkələri və ABŞ Azərbaycana kifayət qədər təzyiqlər göstərdilər. Onlar münaqişənin dondurulmuş qalmasında maraqlıdırlar.

– Döyüşlər baş verən zaman bir çoxları maskalandı, “vətən”, “millət” deməyə başladı. Əməliyyatlar dayanan kimi geri qaytardığımız strateji yüksəklikləri təpə adlandırdılar. Şəhid olanlarımızı isə “niyə qırğına verdilər?” dedilər. Bu nə qədər doğru idi?

– Əgər müharibə varsa, şəhidlər də olacaq. Bununla bərabər, atəşkəs pozulmuşdu, Azərbaycan ordusu hücuma keçmişdi. Bu hücum nəticəsində qurban verdiklərimizə görə daha çox ərazini işğaldan azad etmək istəyimiz var idi. Ordumuz hücuma keçən zaman insanlarda böyük gözlənti əmələ gəldi. Bunun bir nömrəli günahını qeyri-peşəkarcasına fəaliyyət göstərən, ucuz İP arxasınca qaçan, ucuz sensasiya yaratmaq istəyən sayt və qəzetlərdə görürəm. Məsələnin bu həddə çatmasının da günahkarı o sayt və qəzetlər oldu. Bəziləri yazırdı ki, artıq Xankəndinə çatmışıq. İnsanlarda gözlənti yarandı və sonunda məlum olanda ki, Azərbaycan ordusu cəmi bir neçə yüksəkliyi alıb, insanların beyni çevrildi. İnsanların sevinci qursaqlarında qaldı. Bundan sonra hətta Azərbaycanın əleyhinə işləyəcək yazılar da yazmağa başladılar. Bir çoxları bunu bilərəkdən etdi, bir çoxları bunu siyasi məqsədləri üçün istifadə etdi, bir çoxları isə bunu nadanlıqlarından və cahilliklərindən etdilər. Ermənilər də bundan çox yaxşı istifadə etdi. Bu günə kimi xalqımızın müxalifətli, iqtidarlı eyni nöqtəyə vurduğu bir məqam olmamışdı. Heç bir zaman birinci Qarabağ savaşından sonrakı dövrdə şəhidlərin bu şəkildə torpağa tapşırılması mərasimləri də həyata keçməmişdi. Xalqımız ayağa qalxdı. Göründü ki, xalqımızda vətənpərvərlik ruhu ölməyib, onlar yenə də torpaqlarımızın azadlığı uğrunda ölümə getməyə hazırdılar. Bu çox yaxşı bir məqam oldu.

xkdr-2575.jpg.pagespeed.ic.DKzoT9rN53

Əgər biz müharibə aparırıqsa şəhid olacaq. Biz hücuma keçən tərəf olduğuna görə və eyni zamanda gedəcəyimiz yer yüksəklik olduğuna görə əslində müdafiə olunan tərəfdən 3-4 dəfə daha çox itki verməyə məhkumuq. Təbii ki, Azərbaycan bir neçə yüksəklik və yaşayış məntəqəsini işğaldan azad edib və şəhid vermişik. Şəhid vermədən bir qarış torpaq almaq olmur. Biz onsuz da 4 günlük müharibə apardıq. 4 gündə şəhid verdik, bizə qarşı təzyiqləri gözləyirdik, kaş elə bu 4 gündə dayanmadan, susmadan daha çox ərazini işğaldan azad edərdik. Onsuz da bizi dayandıracaqdılar. Dünyanın düzəni elədir ki, müstəqil siyasət aparmağa imkan vermirlər, Azərbaycan kimi kiçik dövlətlər üçün isə bu daha çətindir. Kaş ki, daha çox irəliləyə bilsəydik. Heç olmasa idi bir neçə rayonu azad edə bilərdik. Əgər bu baş versə idi, Azərbaycanın əli danışıqlarda daha da möhkəmlənərdi.

– Siz də bir müxalif partiya sədrisiniz. Baş verən proseslərdə ümumiyyətlə müxalifətin müharibəyə köklənməsindən razı qaldınızmı?

– Ümumilikdə müxalifətin Dağlıq Qarabağda baş verən son hadisələrə münasibəti məni çox qane etdi. Hər bir kəs dövlətin yanında olduğunu bəyan etdi, biz də bunu ilk edənlərdən olduq və həmin mövqeyimizdə qalırıq. Düşünürəm ki, hal-hazırda müxalifətlə iqtidar arasında Dağlıq Qarabağ savaşı ilə bağlı fərqli bir baxış yoxdur. Müxalifət də, iqtidar da Dağlıq Qarabağın azad olunmasını istəyir. Bu məsələdə yalnız fərqli baxış ola bilər. Düşünürəm ki, bu gün Azərbaycanda kimin prezident olub-olmamasından asılı olmayaraq, Dağlıq Qarabağın azad edilməsinin məsuliyyətini tək daşımamalıdır. Bu mümkün də deyil. Bu gün İlham Əliyevi Dağlıq Qarabağın azad olmaması üçün kimsə tənqid edirsə haqlı ola bilməz. Sabah mən prezident olaramsa, mənim partiyam iqtidar olarsa Dağlıq Qarabağı ildırım sürəti ilə azad edəcəyik, dünyanı Dağlıq Qarabağı bizim hissəmiz olaraq qəbul etməsinə, ermənilərin cəzalandırılmasına nail olacağıq desək, bu papulizmə yönəlik bir addım olardı. Bu mümkün deyil. Çünki dünyanın düzəni, geopolitikası və Azərbaycana olan baxışları fərqli rakursdandır. Biz bunu bilirik və hakimiyyətdə kimin olub-olmamasından asılı olmayaraq dünyanın Azərbaycana, Dağlıq Qarabağa olan münasibəti dəyişməyəcək. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının günahını İlham Əliyevdə, YAP-da axtarmaq ədalətsizlik olardı. Biz bununla bağlı təklif hazırlamışıq. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Vahid Qərar Şurası yaradılsın. Düşünürəm ki, verdiyimiz bu təklif indiyənə qədər təklif olunan planlar arasında ən mütərəqqisidir. Təsəvvür edin, İlham Əliyev danışıqlara gedir və düşünür ki, Azərbaycana qayıdan zaman onu necə qarşılayacaqlar. Prezidentin əlini gücləndirmək üçün, narahatlığı aradan qaldırmaq üçün Vahid Qərar Şurasının yaradılması məqbul olardı.

– Atəşkəs elan olundu. İnsanlar daha çox şəhid xəbərlərinin üzərinə getdi. İnsanlar daha çox “məmur övladı şəhid olmadı, ancaq kasıb övladı həlak oldu” kimi fikirlər bildirirdi…

– Bu doğrudur. Hər bir zaman üçün də doğru olub. Bu, Azərbaycanda qüsurlu bir mentalitetdir. Bu gün biz Rusiya və digər dövlətləri qarşımıza alıb müharibə edəcəyiksə və qələbə qazanmaq istəyiriksə, bütün məmurların, prezidentdən tutmuş, ən kiçik məmura kimi hər birinin övladı ön cəbhədə olmalıdır. Bəzi əlaqədar nazirliklər Gəncə şəhərinə köçməlidir. Hər bir şəxs düşünməlidir ki, mənim, ailəmin, övladımın həyatı ortaya qoyulub. Həmin məmurlar gecə-gündüz qələbə üçün, övladını, ailəsini qorumaq üçün çalışacaq. Eyni zamanda sosial bərabərsizlik aradan götürüləcək.

xkdr-2632.jpg.pagespeed.ic.xCjqYp1AOF

– Hansı nazirliklər Gəncə şəhərinə köçürülməlidir?

– Prezident tez-tez cəbhəyanı ərazilərdə olur. Ancaq döyüşlər başlayan zaman prezident bir qərargahını da cəbhədə yaratmalıdır. İclaslar birbaşa cəbhə bölgəsinə yaxın bir yerdə keçirilməlidir. Müdafiə Nazirliyinin generallarının Bakıda oturmasına heç bir ehtiyac yoxdur. Əgər müharibə olarsa, bir çoxları işini dayandırıb cəbhə üçün çalışmalıdır.

– Əli Kərimlinin evinin qarşısında aksiya keçirdilər. Bu nə qədər doğru idi?

– Mənim buna münasibətim çox mənfidir. Belə bir durumda buna lüzum yox idi. Əli Kərimlinin evinin qarşısında aksiya keçirən insanların oraya toplaşması Əli Kərimliyə etdikləri ən böyük xidmətdir. Bundan böyük xidmət olmazdı. Biz müxalifətə yeni insanlar, yeni simalar gətirmək istəyirik, ancaq kimlərinsə marağındadır ki, Əli Kərimlini müxalifətə yenidən gətib pərçimləsinlər və qəhrəman obrazında təqdim etsinlər. Bu gün Əli Kərimliyə erməniyə satılıb, erməni dəyirmanına su tökən deməklə bunu heç kimə inandırmaq olmaz. Bu baxımdan bu aksiyanı çox qüsurlu gördüm.

– Son günlər sosial şəbəkələrdə başladılar ki, Müdafiə Nazirliyi şəhidlərimizin dəqiq sayını versin. Bəzi saytlar şəhidlərimizin siyahısını yayımladı, yayımlanan siyahıda olanlardan bir neçəsi hətta sağ çıxdı. Ermənilər bundan çox yaxşı istifadə etdilər.

– Həmin o məlumatı Əli Kərimli də paylaşmışdı. Bu çox qüsurlu hərəkət idi. Bunu qınayıram. Bu cür məlumatları paylaşanları da qınayıram. Əgər əmin olsam bu qədər şəhid olub və gizlədilib, bu zaman onun aşkara çıxarılması üçün hər cür addım atardım. Əlimizdə fakt varsa və bunu biliriksə onu yayımlamaq olar. O cür yalan xəbərin siyasətçilər tərəfindən paylaşılması qüsurludur. Mətbuatın bu tipli məlumatı yayımlaması başa düşüləndir. Onlar məlumat axtarışındadır. Bəzi media qurumlarında bütün dəyərlər arxada qalır, yalnız reytinq və birinci xəbər vermək prinsipi önə çıxır. Ancaq siyasətçilərin yoxlanmamış xəbərləri paylaşması və bundan siyasi aponentinə qarşı istifadə etməsi düzgün deyil. Dağlıq Qarabağ məsələsindən siyasi aponentlərinə qarşı istifadə edilməsi biabırçılıqdır, yöndəmsizlikdir. Bu elə xəyanətə bərabər bir məsələdir. Əli Kərimlinin o cür məlumatı paylaşması da düzgün deyildi, eyni zamanda onun evinin qarşısında aksiyanın keçirilməsi də eybəcər idi. Bu cür hallara baxdıqda görərik ki, hər iki tərəf Dağlıq Qarabağ münaqişəsindən bir-birinə qarşı istifadə etdi.

– Cəbhədə olduğu kimi virtual aləmdə də informasiya müharibəsi gedirdi. İnformasiya müharibəsi necə getdi?

– Düşünürəm ki, Azərbaycan 90-cı illərdə olan Azərbaycan deyil. Azərbaycanın xaricdən oxunan mətbuatı var. Azərbaycanın səfirlikləri məlumatları xarici dillərə tərcümə edib xarici mediaya ötürür. Azərbaycan bir çox ölkələrdə lobbi təşkilatları yarada bilib. Azərbaycanın haqq işi ilə bağlı dünya mətbuatında kifayət qədər yazılar dərc olundu. Azərbaycan bir neçə ildir ki, informasiya müharibəsində Ermənistana uduzmur. Əksinə Azərbaycan kifayət qədər önə çıxıb. Bir zamanlar diaspora təşkilatlarımız yox idi, erməni lobbisi güclü idi, Azərbaycan təklənmişdi.

Son baş verən hadisələrdə Azərbaycana qarşı qərəz Rusiya mətbuatında oldu. Rusiya bütün məqamlarda Azərbaycanı aşağılayaraq, günahkar kimi təqdim etdi. Əlavə olaraq, Rusiya mətbuatı Ermənistanı qalib kimi göstərməyə çalışdı. Onlar yayırdılar ki, Ermənistanın əks hücumu ilə Azərbaycan ordusu geri oturduldu və böyük itkilər verdi. Rusiya mətbuatı Azərbaycanın adına yazılası məlumatları Ermənistanın adına yazıb dünyaya sırımağa çalışdı. Rusiya mətbuatı Azərbaycana qarşı o qədər qərəzli idi ki, adamda ikrah hissi oyadırdı.

xrazinurullayevbasfotoolkeaz.jpg.pagespeed.ic.Pj8dCALt1h

– Ermənistan informasiya müharibəsində ölkəmizdə olan etnik xalqları qızışdırmaq üçün xəbərlər yayırdı.

– Azərbaycanda etnik xalqlarla bağlı problem yoxdur. Ancaq bu problemin olmasını istəyən qüvvələr mövcuddur. Düşünürəm ki, tarix boyu bizim ermənilərdən başqa heç bir xalqla tarixi düşmənçiliyimiz olmayıb. Biz eyni coğrafiyada yaşayırıq. Hamımız Azərbaycan vətəndaşıyıq. Azərbaycanın müstəqilliyi və Dağlıq Qarabağ müharibəsi zamanı çoxlu sayda etnik xalqların nümayəndələri də həlak olublar. Azərbaycanda yaşayan xalqlar arasında ayrıseçkilik yoxdur. Hər kəs bilsin ki, bu, türkün davası deyil, bu, Azərbaycanda yaşayan bütün xalqların davasıdır.

– Cəbhədə atəşkəs elan olunduqdan sonra bir çox siyasilər partiya lideri şəklində yox, millət vəkili səviyyəsində cəbhə xəttinə yollandılar. Hərbçilərimizlə, camaatla görüşdülər. Sizdə belə bir plan varmı?

– Təbii ki. Biz bu məsələni partiya daxilində müzakirə etdik. Bakıya gələn şəhidlərimizin yas mərasimində iştirak etdik. Əlimizdən başqa heç nə gəlmir. Rayon şöbələrində olan üzvlərimiz rayonlardakı yas mərasimlərinə qatılırlar. Bir çox üzvlərimiz cəbhə bölgəsinə getdilər. Biz Tərtərə getmək istəyirdik. Bir neçə yerlə məsləhətləşdik, danışdıq. Bizə getməməyi məsləhət gördülər. Müxalifət kimi gedib kimlərləsə görüşlər keçirməyimiz alınmayacaq. Əfsuslar olsun ki, Azərbaycanın siyasi mədəniyyəti o dərəcə aşağıdır ki, artıq müxalifətin gedib cəbhədə əsgərlərə dəstək verməsi düzgün qarşılanmır. Elə başa düşürlər ki, biz bundan siyasi məqsədlərimiz üçün istifadə edəcəyik. Bəli, o cür müxalifət partiyaları var. Özümüz haqlı ikən haqsız duruma düşməmək üçün bu səfərimizdən imtina etdik. Ancaq istəyirəm ki, hakimiyyət içərisində bunun dəstəkləndiyi ifadə olunsun. Müxalifət də gedib əsgərlərimizlə görüşsün, əsgərlərimizə dəstək olsun. Cəbhənin ən qaynar nöqtəsinə getməyə hazıram və bizim bütün üzvlərimiz də hazırdır.

Səxavət Məmməd
Fotolar: Nurlan Gülməmmədov
Ölkə.Az

 

]]>
Razi Nurullayev: “Dünyada analoqu olmayan “Xocalı Soyqırımı” parkı yaradılsın” – VİDEO http://axcp.biz/razi-nurullayev-dunyada-analoqu-olmayan-xocali-soyqirimi-parki-yaradilsin-video/ Sun, 28 Feb 2016 06:33:54 +0000 http://axcp.biz/?p=1039

]]>
Razi Nurullayev: “Azərbaycan İran yaxınlaşması Ermənistana zərbə olacaq” http://axcp.biz/razi-nurullayev-az%c9%99rbaycan-iran-yaxinlasmasi-erm%c9%99nistana-z%c9%99rb%c9%99-olacaq/ Sun, 28 Feb 2016 06:29:00 +0000 http://axcp.biz/?p=1033 Azərbaycan Xalq CƏbhəsi Partiyasının sədri Razi Nurullayev İlham Əliyevin İran səfərini şərh edib. Təfərrüat videoda.

 

]]>
“ABŞ – Rusiya” məngənəsində əzilən Suriya http://axcp.biz/abs-rusiya-m%c9%99ng%c9%99n%c9%99sind%c9%99-%c9%99zil%c9%99n-suriya/ Sun, 28 Feb 2016 06:24:10 +0000 http://axcp.biz/?p=1028 Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev Suriya hadisələrini şərh edib. Təfərrüat videoda.

 

]]>
AXCP sədri: “Neftin ucuzlaşması ilə hakimiyyət dəyişikliyini eyniləşdirmək olmaz” – VIDEO http://axcp.biz/axcp-s%c9%99dri-neftin-ucuzlasmasi-il%c9%99-hakimiyy%c9%99t-d%c9%99yisikliyini-eynil%c9%99sdirm%c9%99k-olmaz-video/ Fri, 08 Jan 2016 04:48:40 +0000 http://axcp.biz/?p=1007 Razi Nurullayev neftin ucuzlaşmasından danışıb

Ölkə.Az-a videomüsahibə verən AXCP sədri neftin ucuzlaşmasından sonra ölkədə baş verənlərə münasibət bildirib.

Razi Nurullayev bildirib ki, bəziləri neftin ucuzlaşmasını hakimiyyətin dəyişməsi kimi görür, ancaq neftin ucuzlaşması ilə hakimiyyət dəyişikliyini eyniləşdirmək olmaz.

AXCP sədri bildirib ki, neftin ucuzlaşmasına sevinənlər çox böyük yalnış içərisindədirlər.

AXCP sədri Razi Nurullayevin neftin ucuzlaşması ilə bağlı daha geniş fikrinə hazırladığımız videoda tanış ola bilərsiniz.

Ölkə.Az həmin videonu sizə təqdim edir:

]]>
AXCP sədri Razi Nurullayev manatın devalvasiyasından danışdı – Videomüsahibə http://axcp.biz/axcp-s%c9%99dri-razi-nurullayev-manatin-devalvasiyasindan-danisdi-videomusahib%c9%99/ Tue, 22 Dec 2015 09:04:55 +0000 http://axcp.biz/?p=1003 Manatın kəskin ucuzlaşması insanları təlaşa salıb

Bir ildə ikinci devalvasiyanın baş verməsi əhali və iş adamları arasında ciddi çaxnaşma yaradıb. Bunun dərin iqtisadi böhranla nəticələnəcəyi deyilir.

İkinci devalvasiya dalğası ilə bağlı AXCP sədri Razi NurullayevÖlkə.Az-a videomüsahibə verib.

AXCP sədri bildirib ki, dolların bahalaşması insanları həqiqətən də şoka salıb. O, baş verənləri əsl fəlakt adlandırıb.

Ölkə.Az AXCP sədri Razi Nurullayevin həmin videomüsahobəsini sizə təqdim edir:

]]>