\r\n\r\n \r\n\r\n“Nə vəd verənlər bezdi, nə çılız təbliğatçılar”\r\n\r\nAXCP sədrinin sözlərinə görə, müxalifətin yeganə güvənc yeri xalqdır: “Səbəblərə baxaq və yolumuzu işıqlandıra biləcək vizyonumuzu ortaya qoyaq. İlk öncə deyim ki, bizim güvən yerimiz Azərbaycan xalqıdır. Ölkədə köklü siyasi dəyişikliklər üçün beynəlxalq təşkilatlara, ABŞ-a, Avropa Birliyinə də gözlənti ilə baxırıq, amma inamımız öz millətimizədir. Əfsuslar olsun ki, hələ də əhalinin siyasi cəhətdən fəal hissəsi son ümidlərini yuxarıda adı çəkilən ölkə və təşkilatlara bağlayır. Acı faktdır ki, bu ümid Azərbaycan xalqının səbri kimi sonsuzluğa qədər davam etməkdədir. Səbəbi isə bu ümidin öz kreslosunun ömrünü uzatmaq istəyən bəzi başabəla siyasətçilər tərəfindən körüklənməsidir. Xalqa təlqin olunurdu ki, Avropa Birliyi ilə Assosiasiya sazişi imzalanacaq və Azərbaycan iqtidarı məcbur qalaraq islahatlara gedəcək. Hər il Şərq Tərəfdaşlığı çərçivəsində keçirilən toplantılar və arabir keçirilən Zirvə Toplantıları ilə siyasi aktiv kəsimi ümidləndirdilər. Adamlar tanıyıram ki, mənə sübut etməyə çalışırdılar ki, bax, bəy, bu may ayı Avropa İttifaqının zirvə toplantısı keçirilir və ən uzağı payıza qədər Milli Şura hakimiyyətə gəlir. Bu cür vədlər ildən-ilə ötürüldü. Nə vəd verənlər bezdi, nə də bu yalanlardan doymayan zombiləşmiş cılız düşüncəli siyası təbliğatçılar. Onlar yenə də meydan sulayırlar. Amma, xalq bezdi, bezdirildi və hələ də bezdirilməkdədir. Bu səbəbdən, müxalifətdən uzaq düşüb”.\r\n\r\n“Vəd verdilər ki, Obama yıxacaq bu hökuməti”\r\n\r\nR.Nurullayev müxaliftət ideoloqlarının zaman-zaman xalqa şirin, aldadıcı vədlər verdiyini xatırladıb: “Düz səkkiz il xalqa təlqin olundu ki, Barak Obama yıxacaq bu hökuməti. Görmürsünüzmü bir dəfə də olsun Ağ Evə dəvət etmədi?! Dözün, az qalıb. Konqresdə filan konqresmen bunları yıxıb sürüyüb, indi orada dinləmələr keçirilir, filan konqresmen qanun hazırlayıb, çox keçməz Azərbaycan hökumətinə sanksiyalar tətbiq olunacaq. Hətta, Qənimət Zahid bir az da qabağa gedib sanksiya tarixini və adları belə açıqladı. Xalq həvəsləndi, ümidləndi, coşdu və sonunda öldü. Həvəsi qurşağında qaldı. Yalanlarla, yalançı ümidlərlə. Təbii ki, Qənimət bəyi günahlandırmaq fikrim yoxdur, o media təmsilçisi olaraq sensasiya dalınca qaça bilər, istəyini deyər, amma bu yalanlarla siyasi ömrünü uzatmağa, lələkləri tökülmüş qanadlarını pərvazlandırmağa can atanlara, xalqın ümidini isti-soyuğa soxanlara nə deyəsən? Bilirsiniz, niyə xalq bir ara coşur, sonra sönür? Niyə bir mitinqə gəlir, ikincisinə gəlmir? Təsəvvür edin: avqust ayında günəş altında qalıb qızmış stəkanın üzərinə soyuducudan çıxmış su tökürsünüz. Stəkan çilik-çilik olur. Xalq da belədir. Təbliğat aparırsan, vəd verirsən, küçəyə çağırırsan, başına avqust günəşi vurur. Sən isə gəlib səriştəsiz-səriştəsiz onun başına buz kimi su tökürsən. O da çilik-çilik olur”.\r\n\r\n“Hillari seçilmədi, “valı” dəyişdilər”\r\n\r\nAXCP sədri bir sıra müxalifətçi həmkarlarının ABŞ-dakı son prezident seçkiləri və Hillari Klintonla bağlı da yanlış təbliğat apardıqlarını vurğulayıb: “Son iki ildə təbliğat apardınız ki, Hillari Klinton gələcək və o dişi canavardır. Obama kimi dişsiz deyil. Obama da, Hillari də gözəl insan, uğurlu siyasətçidirlər. Amma, ətrafınızda dolaşanlara və təbliğat aparanlara demədiniz ki, ABŞ-ın gündəmində Azərbaycan adlı məsələ yoxdur. Onu daha böyük qlobal məsələlər düşündürür. O, Yaxın Şərq, Rusiya, Çin və digər Sakit okeanı hövzəsi ölkələri ilə məşğuldur. Biz qışqırıb səs-küy salmasaq, heç dönüb baxmazlar da. Dönüb baxsalar da, gülümsəyib keçərlər. Bu onların dövlət siyasəti. Onlar, haqlı olaraq öz dövlətlərinin və xalqlarının çıxarlarını düşünürlər və bu belə də davam edəcək. Xanım Hillari Trampa məğlub oldu. Elə həmin gün köhnə vals çaldıranlar diskə yeni vals qoydular. Tramp valsı. İnsan gündə neçə fikrə düşə bilər, ay xalq, ay camaat, ay seçicilər. Siyasəti axı Elza Seyidcahanın yazdığı şeirlərə döndərmək olmaz. Boğulan saman çöpündən yapışan kimi, sizlər də nəticəsiz siyasi ömrünüzü uzatmaq üçün ayıb-əcəb bilmədən hər şeydən yapışırsınız.\r\n\r\nİndi nə deyəcəksiniz? Deyəcəksiniz ki, yeni seçilmiş prezident Donald Trampın İlham Əliyevə zəng etməsi də müxalifətə xidmət edən bir siyasət idi? Ayıb deyilmi? Xalqa yalan danışmaq, həqiqətləri gizləmək kimin siyasətinə xidmət edir? Tarixdə ilk dəfə yeni seçilmiş Amerika prezidenti Azərbaycan dövlət başçısına zəng etdi, bunu Almaniyada səfərdə olan hazırkı prezident Barak Obama da vurğuladı. Bu o deməkdir ki, biz xalqa yalan deyə bilmərik ki, Tramp gəlib bizi prezident kürsüsünə oturdacaq. Əgər oturdacaqsa, onun oyuncağına çevriləcəksən. Bizə xalqın dəstəyi və onun əliylə hakimiyyətə gəlmək zəruridir və bunu da inşallah edəcəyik”.\r\n\r\n“Gəlin, Azərbaycanı təzədən quraq”\r\n\r\nAXCP sədri Avropa Parlamentinin qətnaməsi ilə bağlı da yanlış təbliğat aparıldığını yazıb: “Uzun müddət zombiləşdirdiyiniz və burnundan uzağı görməyən psevdo-təbliğatçılarınız və ura-vətənpərvərinizlə dediniz ki, Avropa Parlamenti qətnamə qəbul edib və iqtidarın “küməsi” dağılıb, sanksiyalar da tətbiq edəcəklər və məsələ bitəcək. Belarusa onilliklərdir ki, sanksiya edilib, nəticə varmı? Sanksiyalar tətbiq edənlər, indi onu ləğv edirlər. Qətnamə qəbul edənlər, barış üçün Azərbaycan dövlət başçısının yanına gəlib üzr istəyirlər. Xalqa Qərb bizi dəstəkləyir deyib, aldatmaq nə lazım? Siyasi ömrünüzü uzatmaq üçünmü? Siyasi ömrünüz batsın. Çıxış yolu İvanda, Petroda, Conda və Mayklda deyil. Qələbə Tükəzban, Fatmanisə və Novruzəli kişinin bizə dəstəyində və inanmasındadır. Xalqı inandırmaq lazımdır. Biz bu yolu seçmişik.\r\n\r\nXalqa – Tükəzban anaya, Fatmanisə nənəyə və Novruzəli kişiyə müraciət edirəm. Siz köhnəliyə yox deyib, yeni siyasətçilərə, yeni siyasətə və yeni simalara baxın. Hazırkı siyasəti bəyənmirsiniz, gəlin bizim sıralarımıza qoşulun və doğrunu göstərin. Biz təklif və tövsiyələrə açıq bir partiyayıq.\r\n\r\nMərhum prezident Əbülfəz Elçibəyin ruhi bizimlədir, onun dürüstlüyü, səmimiliyi və ideyaları bu partiyadadır. O, öz arzularını həyata keçirə bilmədi. Onun xalqın gözəl yaşayışı, gözəl gələcəyi ilə bağlı arzularını biz gerçəkləşdirəcəyik. 2018-ci il Prezident seçkilərinə hazırlaşmaq və son nöqtəni qoymaq lazımdır. Bizim buna əminliyimiz var və sizi sıralarımıza dəvət edirik. Gəlin, Azərbaycanı təzədən quraq. Elə Azərbaycan ki, orada yaşamaq üçün soydaşlarımız vətənlərinə dönsünlər, daha ölkədən mühacirətə getmək üçün növbəyə düzülməsinlər”.
]]>
\r\n\r\nAXCP sədrinin sözlərinə görə, məsələ ilə bağlı “Vahid Qərar Şurası” təklifi meydana çıxıb:\r\n\r\n“VQŞ-ın qayəsində duran əsas məsələ xalqla hakimiyyət arasında birliyini təmin etməkdir. Azərbaycan torpaqlarını azad edə bilər, amma buna imkan vermirlər. Bu gün Sarkisyan ürəyində qorxu var ki, güzəştə getsə, hakimiyyətdən endirəcəklər. Biz istəyərdik ki, “Vahid Qərar Şurası” yaradılsın. Çalışacağıq ki, Minsk Qrupu vasitəsilə bunabənzər qurum Ermənistanda da yaradılsın. Ziyalıların, cəmiyyətin tanınmış və nüfuzlu şəxslərinin “Vahid Qərar Şurası”nda iştirakını istəyirik. Azərbaycan Biz VQŞ-nı elan etmişik və artıq Məşvərət Məclisi də yaradılacaq. Azərbaycan prezidentinin də bu məclisdə iştirakı vacibdir. Əgər prezident bu məclisdə iştirak edəcəksə, bu, müsbət nəticə verəcək. Azərbaycan prezidenti Dağlıq Qarabağ münaqişəsinin məsuliyyətini Vahid Qərar Şurası ilə bölüşə bilər. Bu halda ona olan təzyiqlər də azalacaq. Artıq bununla bağlı müraciət göndərmişik. Prezidentlə yanaşı digər dövlət strukturlarına da müraciət edilib. “Vahid Qərar Şurası”nın tərkibi genişləndikcə, bu, təkcə AXCP-nin yox, bütün siyasi qurumların birliyi olacaq. Ümid edirik ki, Azərbaycan hökuməti də buraya öz nümayəndəsini təyin etsik. Hesab edirəm ki, hakimiyyət də Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır və buna görə, müraciətə müsbət cavab verəcəyinə ümid edirik”. Tədbirdə cəbhə xəttində şəhid olmuş Azərbaycan əsgərlərinin xatirəsi 1 dəqiqəqlik sükutla yad olunub.\r\n\r\n \r\n\r\n“Ziyalılar, ictimai-siyasi fəallar Vahid Qərar Şurasını dəstəkləyirlər”.\r\n\r\nBunu AXCP-nin təklifi ilə yaradılacaq “Vahid Qərar Şurası”nın ictimai müzakirəsində partiya sədrinin müavini Cavid Musazadə deyib.\r\n\r\n“Cəmiyyət tərəfindən VQŞ-a dəstək var. “Vahid Qərar Şurası”nı biz ilkin olaraq layihə kimi ortaya qoymuşuq. Kimlərsə müəyyən təkliflər verə bilərlər və bunu nəzərə alacağıq. Proseslərin gedişində VQŞ quruma da çevrilə bilər”, – deyə C.Musazadə qeyd edib.\r\n\r\n \r\n\r\n“Vahid Qərar Şurası gecikmiş qərardır”.\r\n\r\nBunu Daxili Qoşunların ehtiyatda olan zabiti Arif Qafarov bildirib. “Bu layihə daha əvvəllər ortaya atılmalıydı. Amma indi irəli sürülüb və böyük mahiyyəti var. AXCP-ə təşəkkür edirəm ki, öz dövlət mənafeyini öz mənafeyindən üstün tutub belə bir təklif verib. Bu, olduqca vacib Şuradır. Bu nəinki işğalda olan torpaqlarımız qaytarılana qədər, bundan sonra da icra olunarsa Azərbaycanın suverenliyinə böyük töhfə olardı”, – deyə A.Qafarov vurğulayıb.\r\n\r\n \r\n\r\n“25 il ərzində Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmayıb”.\r\n\r\nAXCP-nin “Vahid Qərar Şurası” ilə bağlı keçirdiyi ictimai müzakirələrin iştirakçısı, Qərbi Azərbaycana Qayıdış Hərəkatının sədri Rizvan Talıbov bu fikirdədir. R.Talıbov qeyd edib ki, beynəlxalq ictimaiyyətin işğalçı və işğala məruz qalan tərəf arasında ayrı-seçkilik etməsi münaqişəsinin həllini ləngidir:\r\n\r\n“Ermənistan qüdrətli dövlət deyil ki, dəstəklənsin. Lakin Minsk Qrupu, Rusiya və digər dövlətlər Ermənistana dəstəkləməklə münaqişənin həllini ləngidirlər. Belə bir məqamda AXCP-nin “Vahid Qərar Şurası” yerində verilən təklif kimi önə çıxır. Münaqişənin həllini və Azərbaycan cəmiyyətinin bu yöndə aktivliyini artırmaq üçün bu kimi təkliflərə ehtiyac var. Təəssüflə qeyd etməliyik ki, bu yöndə ermənilər bizdən daha fəaldırlar. Buna görə də Azərbaycan cəmiyyətinin də münaqişənin həll prosesində aktivliyini artırmağa ehtiyac var”.\r\n\r\nÇıxışçı bildirib ki, Azərbaycan və Ermənistan xalqları tarixi boyu bor yerdə yaşayıblar, ancaq Azərbaycan güzəştə getməməlidir:\r\n\r\n“Bizim güzəştə gedəcək heç nəyimiz qalmayıb. Güzəştsiz münaqişəsinin dinc yolla həlli yoxdur. Əgər Azərbaycan və Ermənistan arasında sülhün olmasını istəyən dövlətlər varsa, Qərbi Azərbaycan məsələsi gündəmə gətirilməlidir. Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar da ora qayıtsınlar və onlara da status verilsin. Ümid edirik ki, bu, “Vahid Qərar Şurası” tərəfindən nəzərə alınacaq”.\r\n\r\n \r\n\r\n““Vahid Qərar Şurası”nın yaradılması Dağlıq Qarabağ münaqişəsinin həlli üçün olduqca vacib bir təklifdir”.\r\n\r\nTədbirdə çıxış edən Ümid Partiyasının funksioneri Taleh Əliyev belə deyib.\r\n\r\n““Vahid Qərar Şurası Azərbaycan üçün ilk olan yanaşmadır. Bu günədək siyasi partiyalar sanki daxili siyasi qələbə üçün çalışırdılar. Amma “Vahid Qərar Şurası” siyasi partiyalar tarixində yeni bir hadisədir. Digər siyasi partiyalar da buna dəstək olmalıdırlar. Mütəmadi olaraq VQŞ haqqında mediaya məlumat verilməli, məsələ həmişə gündəmdə saxlanılmalıdır. VQŞ-ın strukturu ilə tanış olmaq və müzakirə etmək lazımdır. Əgər bu layihə uğurla həyata keçiriləcəksə, bu, cəmiyyətin də xeyrinə olacaq və həmişə AXCP-nin adı xatırlanacaq”.\r\n\r\nT.Əliyev qeyd edib ki, Minsk Qrupu münaqişənin həllində yox, öz istəklərinin təminində maraqlıdır: “Biz vasitəçilərə ümid etməməliyik. Bu gün Ermənistan – Azərbaycan düşmənçiliyi regiona girmək istəyən dövlətlərə əlavə şans verir. İki dövlət arasında münasibətlərin qaydasına salınmasının başqa yolları axtarılmalıdır”.\r\n\r\n“Biz Ermənistanla informasiya müharibəsini udmalıyıq, bu yöndə görülən tədbirlər gücləndirilməlidir”.\r\n\r\n“İrəvan – 2018” Hərəkatının sədr müavini Oktay Hacımusalı “Vahid Qərar Şurası”nın ictimai müzakirəsində çıxışı zamanı belə deyib.\r\n\r\n“Vahid Qərar Şurası da informasiya müharibəsində fəaliyyətini sistemləşdirməlidir. Biz düzgün informasiya müharibəsi aparmaqla dünyaya lazım olan mesajı çatdıra bilərik. Bununla Ermənistanın işğalçı tərəf olmasını da dünyaya sübut edə bilərik. Artıq hücuma keçməyin vaxtıdır, geri çəkilmək lazım deyil. Çünki illərdir ki, dünya gözlərinə pərdə asıb, reallıqları görmür. Bu baxımdan “Vahid Qərar Şurası”nın Məşvərət Məclisi formalaşdırılmalıdır. Ən azından həftədə bir dəfə toplanıb taleyüklü məsələləri də müzakirə edə bilərik. “İrəvan 2018” Hərəkatı VQŞ-a dəstək verməyə hazırdır. Çünki Dağlıq Qarabağ bizim ortaq marağımızdır”.\r\n\r\n \r\n\r\nZaman-zaman Qarabağ adından bəzi siyasi qurumlar hakimiyyətə gəlmək üçün istifadə edirlər”.\r\n\r\nBu fikirdə olan hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, AXCP-nin “Vahid Qərar Şurası” ideyası təqdir olunmalıdır: “Çünki siyasi partiyaların məqsədləri sırf hakimiyyətə gəlmək olmamalıdır, dövlətin maraqlarının müdafiəsi də nəzərə alınmalıdır. Buna görə də AXCP-nin “Vahid Qərar Şurası” çox vacib və təqdirəlayiq təklifdir. Hesab edirəm ki, bu proses o vaxt effektiv olacaq ki, burada dövlət qurumları ilə yanaşı digər ictimai-siyasi qurumlar da təmsil olunacaqlar”.\r\n\r\n \r\n\r\nKXCP sədrinin müavini Aydın Mədətoğlu da çıxışında AXCP-nin “Vahid Qərar Şurası” təklifini dəstəklədiyini bildirib:\r\n\r\n“Yerinə düşən təklifdir. Dünya bizi yaxşı tanıyır, bütün dövlətlər bizi yaxşı izləyir. Hamı işğalçını da yaxşı bilir. Qarabağ probleminin baş memarı Rusiya və digər dövlərlər də proseslərin hansı formada cərəyan etdiyini bilirlər. Sadəcə burada xristian təəssübkeşliyi özünü göstərir. Bu baxımdan Qarabağ düyünün açılması o qədər də asan məsələ deyil. Buna görə də indiyədək məsələnin konkret həlli mümkün olmayıb. Qarabağla bağlı bütün sözlər deyilib. Sadəcə olaraq bu deyilənlərin 1faizi də həyata keçməyib. Bu baxından Vahid Qərar Şurasının Qarabağ münaqişəsinin həllinə təkan verəcəyinə ümid edirəm. Hər kəs öz dəstəyini verməlidir, çünki Qarabağ məsələsinin iqtidarı, müxalifəti olmamalıdır. Biz öz yaxamızı kənara çəkməməliyik. Ümid edirəm ki, VQŞ-ın təklifləri həyata keçəcək”.\r\n\r\n \r\n\r\nHüquq müdafiəçisi, “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, Azərbayan ordusunun aprel əməliyyatları dünyaya Qarabağ münaqişəsini bir daha xatırladıb:\r\n\r\n“Aprelədək heç kəsi bu məsələ maraqlandırmırdı. Amma bundan sonra hadisələr maraqlı inkişaf etməyə başladı. Bu nöqteyi-nəzərdən “Vahid Qərar Şurası” öz zamanında irəli sürülən təklif kimi dəyərləndirilməlidir. Bu, gecikmiş təklif deyil. İnanırıq ki, “Vahid Qərar Şurası” münaqişənin həll prosesinə öz töhfələrini verəcək”.\r\n\r\n \r\n\r\nMüzakirələrə qatılan ziyalı Məhərrəm Şəmkirli bildirib ki, Qarabağda ermənilərə veriləcək status Qərbi Azərbaycandan olan soydaşlarımıza da verilməlidir:\r\n\r\n“Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımız öz tarixi vətənlərinə qaytarılsınlar və onlara orada status verilsin. Ümid edirəm ki, “Vahid Qərar Şurası” bunu dilə gətirəcək. Bu baxımdan “Vahid Qərar Şurası” Azərbaycanın suverenliyi üçün önəmli rola sahib olacaq”.\r\n\r\n \r\n\r\n
\r\n\r\nJurnalist Nicat Dağlar xatırladıb ki, uzun illərdir Dağlıq Qarabağla bağlı eyni sözlər təkrarlanır:\r\n\r\n“Daha danışmaq yox, hərəkətə keçmək lazımdır. Hamı işğalçını da tanıyır, işğala məruz qalanı da. Aprel hadisələri göstərdi ki, Azərbaycan ordusu istənilən an torpaqlarımızı azad etməyə qadirdir. Biz apreldə kimin kim olduğunu, hansı dövlətin kimi dəstəklədiyini də gördük. Biz münaqişənin həlli üçün regionda gedən prosesləri düzgün qiymətləndirməliyik. Bu gün Qarabağ münaqişəsinin həlli üçün fərqli proqram təqdim edilmir, hamı eyni təkifləri verir. Ümid edirəm ki, “Vahid Qərar Şurası” öz fərqli təklifini verəcək”.\r\n\r\n \r\n\r\n
\r\n\r\nMüzakirənin gedişində AXCP sədri Razi Nurullayev bildirib ki, Şuranın yaradılması təklifi Azərbaycan üçün yenilikdir:\r\n\r\n““Vahid Qərar Şurasının yaradılması özü yenilik, Qarabağ münaqişəsinin həllinə fərqli baxışdır. Azərbaycanın Qarabağla bağlı mövqeyi bəllidir, sadəcə məsələ təkliflərin həyata keçirilməsi mexanizmidir. “Vahid Qərar Şurası”nın məqsədi odur ki, hər kəs, bütün siyasi partiyalar bu məsələdə səmimi olsunlar, bir yerdə fəaliyyət göstərsinlər. Məqsədimiz budur ki, prezident də dəstək versin və məsuliyyət bölüşdürülsün”.\r\n\r\nR.Nurullayev qeyd edib ki, Rusiya ilk dəfədir ki, münaqişənin həll prosesində səmimidir:\r\n\r\n“Rusiya hal-hazırda Sarkisyana təzyiq edir ki, 6-7 rayon ilkin mərhələdə Azərbaycana qaytarılsın. Sarkisyan isə Rusiyadan təminat istəyir ki, torpaqlar geri qaytarıldıqdan sonra hakimiyyətdə qalacaq. Sarkisyan indiki məqamda sadəcə hakimiyyətinin təhlükəyə düşəcəyindən qorxur və buna görə də tərəddüd edir. Azərbaycanın bu məsələdə Ermənistana güzəşti o olmalıdır ki, Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində muxtariyyət verilsin. Hansısa qərar veriləndə, Azərbaycan bundan zərər çəkməməlidir”.\r\n\r\n“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Polad Vahid Qərar Şurasını mükəmməl təklif kimi dəyərləndirib:\r\n\r\n“Bu dövlətə uğur gətirəcək bir addımdır və hər kəs bu təklifi alqışlamalıdır, bu partiyaya rəqib olanlar da, dostlar da bunu dəyərləndirməlidir. Çünki “Vahid Qərar Şurası” dövlətimiz üçün önəmli olan bir problemin həllini gündəmə gətirir. Uğurlar arzu edirəm, dövlətimiz üçün bu, çox sevidiricidir\r\nÇıxışlara münasibət bildərən AXCP sədri Razi Nurullayevin sözlərinə görə, VQŞ-ın fəlsəfəsinin arxasında nə dayandığını görənlər var:\r\n\r\n“Bizə inananlar çoxdur. Biz istəyirik ki, Şurada Azərbaycan dövlətinin maraqlarına xidmət edən insanlar təmsil olunsunlar. Növbəti tədbir strukturun müəyyən olunmasına və məramına həsr olunacaq. Bununla bağlı sənəd də qəbul olunacaq. Düşünürəm ki, “Vahid Qərar Şurası” ilə bağlı burada səsləndirilən təkliflər nəzərə alınacaq, həmçinin bütün təkliflərə açığıq. Ümid edək ki, yaxın zamanlarda Dağlıq Qarabağla bağlı müsbət bir xəbər eşidəcəyik və torpaqlarımız azad olunacaq”.\r\n\r\n









]]>\r\n
\r\n
\r\n
\r\n
\r\n
\r\n
\r\n
\r\n
\r\n \r\n\r\nhttps://www.youtube.com/watch?v=WROiz983geg
]]>