\r\n\r\n \r\n\r\n“Nə vəd verənlər bezdi, nə çılız təbliğatçılar”\r\n\r\nAXCP sədrinin sözlərinə görə, müxalifətin yeganə güvənc yeri xalqdır: “Səbəblərə baxaq və yolumuzu işıqlandıra biləcək vizyonumuzu ortaya qoyaq. İlk öncə deyim ki, bizim güvən yerimiz Azərbaycan xalqıdır. Ölkədə köklü siyasi dəyişikliklər üçün beynəlxalq təşkilatlara, ABŞ-a, Avropa Birliyinə də gözlənti ilə baxırıq, amma inamımız öz millətimizədir. Əfsuslar olsun ki, hələ də əhalinin siyasi cəhətdən fəal hissəsi son ümidlərini yuxarıda adı çəkilən ölkə və təşkilatlara bağlayır. Acı faktdır ki, bu ümid Azərbaycan xalqının səbri kimi sonsuzluğa qədər davam etməkdədir. Səbəbi isə bu ümidin öz kreslosunun ömrünü uzatmaq istəyən bəzi başabəla siyasətçilər tərəfindən körüklənməsidir. Xalqa təlqin olunurdu ki, Avropa Birliyi ilə Assosiasiya sazişi imzalanacaq və Azərbaycan iqtidarı məcbur qalaraq islahatlara gedəcək. Hər il Şərq Tərəfdaşlığı çərçivəsində keçirilən toplantılar və arabir keçirilən Zirvə Toplantıları ilə siyasi aktiv kəsimi ümidləndirdilər. Adamlar tanıyıram ki, mənə sübut etməyə çalışırdılar ki, bax, bəy, bu may ayı Avropa İttifaqının zirvə toplantısı keçirilir və ən uzağı payıza qədər Milli Şura hakimiyyətə gəlir. Bu cür vədlər ildən-ilə ötürüldü. Nə vəd verənlər bezdi, nə də bu yalanlardan doymayan zombiləşmiş cılız düşüncəli siyası təbliğatçılar. Onlar yenə də meydan sulayırlar. Amma, xalq bezdi, bezdirildi və hələ də bezdirilməkdədir. Bu səbəbdən, müxalifətdən uzaq düşüb”.\r\n\r\n“Vəd verdilər ki, Obama yıxacaq bu hökuməti”\r\n\r\nR.Nurullayev müxaliftət ideoloqlarının zaman-zaman xalqa şirin, aldadıcı vədlər verdiyini xatırladıb: “Düz səkkiz il xalqa təlqin olundu ki, Barak Obama yıxacaq bu hökuməti. Görmürsünüzmü bir dəfə də olsun Ağ Evə dəvət etmədi?! Dözün, az qalıb. Konqresdə filan konqresmen bunları yıxıb sürüyüb, indi orada dinləmələr keçirilir, filan konqresmen qanun hazırlayıb, çox keçməz Azərbaycan hökumətinə sanksiyalar tətbiq olunacaq. Hətta, Qənimət Zahid bir az da qabağa gedib sanksiya tarixini və adları belə açıqladı. Xalq həvəsləndi, ümidləndi, coşdu və sonunda öldü. Həvəsi qurşağında qaldı. Yalanlarla, yalançı ümidlərlə. Təbii ki, Qənimət bəyi günahlandırmaq fikrim yoxdur, o media təmsilçisi olaraq sensasiya dalınca qaça bilər, istəyini deyər, amma bu yalanlarla siyasi ömrünü uzatmağa, lələkləri tökülmüş qanadlarını pərvazlandırmağa can atanlara, xalqın ümidini isti-soyuğa soxanlara nə deyəsən? Bilirsiniz, niyə xalq bir ara coşur, sonra sönür? Niyə bir mitinqə gəlir, ikincisinə gəlmir? Təsəvvür edin: avqust ayında günəş altında qalıb qızmış stəkanın üzərinə soyuducudan çıxmış su tökürsünüz. Stəkan çilik-çilik olur. Xalq da belədir. Təbliğat aparırsan, vəd verirsən, küçəyə çağırırsan, başına avqust günəşi vurur. Sən isə gəlib səriştəsiz-səriştəsiz onun başına buz kimi su tökürsən. O da çilik-çilik olur”.\r\n\r\n“Hillari seçilmədi, “valı” dəyişdilər”\r\n\r\nAXCP sədri bir sıra müxalifətçi həmkarlarının ABŞ-dakı son prezident seçkiləri və Hillari Klintonla bağlı da yanlış təbliğat apardıqlarını vurğulayıb: “Son iki ildə təbliğat apardınız ki, Hillari Klinton gələcək və o dişi canavardır. Obama kimi dişsiz deyil. Obama da, Hillari də gözəl insan, uğurlu siyasətçidirlər. Amma, ətrafınızda dolaşanlara və təbliğat aparanlara demədiniz ki, ABŞ-ın gündəmində Azərbaycan adlı məsələ yoxdur. Onu daha böyük qlobal məsələlər düşündürür. O, Yaxın Şərq, Rusiya, Çin və digər Sakit okeanı hövzəsi ölkələri ilə məşğuldur. Biz qışqırıb səs-küy salmasaq, heç dönüb baxmazlar da. Dönüb baxsalar da, gülümsəyib keçərlər. Bu onların dövlət siyasəti. Onlar, haqlı olaraq öz dövlətlərinin və xalqlarının çıxarlarını düşünürlər və bu belə də davam edəcək. Xanım Hillari Trampa məğlub oldu. Elə həmin gün köhnə vals çaldıranlar diskə yeni vals qoydular. Tramp valsı. İnsan gündə neçə fikrə düşə bilər, ay xalq, ay camaat, ay seçicilər. Siyasəti axı Elza Seyidcahanın yazdığı şeirlərə döndərmək olmaz. Boğulan saman çöpündən yapışan kimi, sizlər də nəticəsiz siyasi ömrünüzü uzatmaq üçün ayıb-əcəb bilmədən hər şeydən yapışırsınız.\r\n\r\nİndi nə deyəcəksiniz? Deyəcəksiniz ki, yeni seçilmiş prezident Donald Trampın İlham Əliyevə zəng etməsi də müxalifətə xidmət edən bir siyasət idi? Ayıb deyilmi? Xalqa yalan danışmaq, həqiqətləri gizləmək kimin siyasətinə xidmət edir? Tarixdə ilk dəfə yeni seçilmiş Amerika prezidenti Azərbaycan dövlət başçısına zəng etdi, bunu Almaniyada səfərdə olan hazırkı prezident Barak Obama da vurğuladı. Bu o deməkdir ki, biz xalqa yalan deyə bilmərik ki, Tramp gəlib bizi prezident kürsüsünə oturdacaq. Əgər oturdacaqsa, onun oyuncağına çevriləcəksən. Bizə xalqın dəstəyi və onun əliylə hakimiyyətə gəlmək zəruridir və bunu da inşallah edəcəyik”.\r\n\r\n“Gəlin, Azərbaycanı təzədən quraq”\r\n\r\nAXCP sədri Avropa Parlamentinin qətnaməsi ilə bağlı da yanlış təbliğat aparıldığını yazıb: “Uzun müddət zombiləşdirdiyiniz və burnundan uzağı görməyən psevdo-təbliğatçılarınız və ura-vətənpərvərinizlə dediniz ki, Avropa Parlamenti qətnamə qəbul edib və iqtidarın “küməsi” dağılıb, sanksiyalar da tətbiq edəcəklər və məsələ bitəcək. Belarusa onilliklərdir ki, sanksiya edilib, nəticə varmı? Sanksiyalar tətbiq edənlər, indi onu ləğv edirlər. Qətnamə qəbul edənlər, barış üçün Azərbaycan dövlət başçısının yanına gəlib üzr istəyirlər. Xalqa Qərb bizi dəstəkləyir deyib, aldatmaq nə lazım? Siyasi ömrünüzü uzatmaq üçünmü? Siyasi ömrünüz batsın. Çıxış yolu İvanda, Petroda, Conda və Mayklda deyil. Qələbə Tükəzban, Fatmanisə və Novruzəli kişinin bizə dəstəyində və inanmasındadır. Xalqı inandırmaq lazımdır. Biz bu yolu seçmişik.\r\n\r\nXalqa – Tükəzban anaya, Fatmanisə nənəyə və Novruzəli kişiyə müraciət edirəm. Siz köhnəliyə yox deyib, yeni siyasətçilərə, yeni siyasətə və yeni simalara baxın. Hazırkı siyasəti bəyənmirsiniz, gəlin bizim sıralarımıza qoşulun və doğrunu göstərin. Biz təklif və tövsiyələrə açıq bir partiyayıq.\r\n\r\nMərhum prezident Əbülfəz Elçibəyin ruhi bizimlədir, onun dürüstlüyü, səmimiliyi və ideyaları bu partiyadadır. O, öz arzularını həyata keçirə bilmədi. Onun xalqın gözəl yaşayışı, gözəl gələcəyi ilə bağlı arzularını biz gerçəkləşdirəcəyik. 2018-ci il Prezident seçkilərinə hazırlaşmaq və son nöqtəni qoymaq lazımdır. Bizim buna əminliyimiz var və sizi sıralarımıza dəvət edirik. Gəlin, Azərbaycanı təzədən quraq. Elə Azərbaycan ki, orada yaşamaq üçün soydaşlarımız vətənlərinə dönsünlər, daha ölkədən mühacirətə getmək üçün növbəyə düzülməsinlər”.
]]>
\r\n\r\n– Salam Razi bəy. Necəsiniz?\r\n\r\n- Salamlar. Yaxşılıqdır. İşimiz-gücümüz cəbhədən gələn xəbərləri izləməkdir.\r\n\r\n– Cəbhədə bir neçə gün döyüşlər getdi. Bir neçə strateji yüksəkliyi ələ keçirdik. Bundan sonra sülh danışıqlarında baş verən proseslər Azərbaycanın xeyrinə olacaq?\r\n\r\n- Təbii ki, Azərbaycan bundan sonra baş verəcək danışıqlarda fərqli rakursdan çıxış edəcək. Son proseslərdə Azərbaycanın əlini gücləndirəcək bəzi hadisələr baş verdi. Bu xüsusən də Azərbaycanın Ermənistandan daha müasir silahlara malik olmasıdır. Əlavə olaraq dünya mətbuatının da yer ayırdığı Naqor pilotsuz təyyarələri ilə bağlıdır. Videosundan da gördük ki, həmin təyyarələr hədəfi görür, sonra kamikadze rolunda iştirak edərək həmin hədəfi məhv edir. Azərbaycanın çoxlu sayda müasir silahları var. Bu döyüşlər həm də, həmin silahların bir çoxunun sınaqdan keçirilməsi üçün poliqon oldu. Bu döyüşlər zamanı Azərbaycanın üstünlüyünü pərdələyəcək proseslər də baş verdi. Hadisələrin sonunda diplomatik dildən loru dilə çevirsək Rusiyanın sanki Azərbaycandan atəşi dayandırmaq və işğal altında olan ərazilərin işğaldan azad etməmək tələbi oldu. Belə göründü ki, Azərbaycan əməliyyatları dayandırmasa Rusiya Ermənistana açıq şəkildə kömək edəcək və yaxud Azərbaycanı digər bir yolla cəzalandırmağa çalışacaq. Düşünürəm ki, Azərbaycan məcburən döyüşü dayandırdı. Əldə edilən yüksəkliklərdən sonra Azərbaycan ordusu irəliləyib işğal altında olan rayonların ən azından yarısını azad edə bilərdi. Ancaq Rusiya, Avropa İttifaqı ölkələri və ABŞ Azərbaycana kifayət qədər təzyiqlər göstərdilər. Onlar münaqişənin dondurulmuş qalmasında maraqlıdırlar.\r\n\r\n– Döyüşlər baş verən zaman bir çoxları maskalandı, “vətən”, “millət” deməyə başladı. Əməliyyatlar dayanan kimi geri qaytardığımız strateji yüksəklikləri təpə adlandırdılar. Şəhid olanlarımızı isə “niyə qırğına verdilər?” dedilər. Bu nə qədər doğru idi?\r\n\r\n- Əgər müharibə varsa, şəhidlər də olacaq. Bununla bərabər, atəşkəs pozulmuşdu, Azərbaycan ordusu hücuma keçmişdi. Bu hücum nəticəsində qurban verdiklərimizə görə daha çox ərazini işğaldan azad etmək istəyimiz var idi. Ordumuz hücuma keçən zaman insanlarda böyük gözlənti əmələ gəldi. Bunun bir nömrəli günahını qeyri-peşəkarcasına fəaliyyət göstərən, ucuz İP arxasınca qaçan, ucuz sensasiya yaratmaq istəyən sayt və qəzetlərdə görürəm. Məsələnin bu həddə çatmasının da günahkarı o sayt və qəzetlər oldu. Bəziləri yazırdı ki, artıq Xankəndinə çatmışıq. İnsanlarda gözlənti yarandı və sonunda məlum olanda ki, Azərbaycan ordusu cəmi bir neçə yüksəkliyi alıb, insanların beyni çevrildi. İnsanların sevinci qursaqlarında qaldı. Bundan sonra hətta Azərbaycanın əleyhinə işləyəcək yazılar da yazmağa başladılar. Bir çoxları bunu bilərəkdən etdi, bir çoxları bunu siyasi məqsədləri üçün istifadə etdi, bir çoxları isə bunu nadanlıqlarından və cahilliklərindən etdilər. Ermənilər də bundan çox yaxşı istifadə etdi. Bu günə kimi xalqımızın müxalifətli, iqtidarlı eyni nöqtəyə vurduğu bir məqam olmamışdı. Heç bir zaman birinci Qarabağ savaşından sonrakı dövrdə şəhidlərin bu şəkildə torpağa tapşırılması mərasimləri də həyata keçməmişdi. Xalqımız ayağa qalxdı. Göründü ki, xalqımızda vətənpərvərlik ruhu ölməyib, onlar yenə də torpaqlarımızın azadlığı uğrunda ölümə getməyə hazırdılar. Bu çox yaxşı bir məqam oldu.\r\n\r\n
\r\n\r\nƏgər biz müharibə aparırıqsa şəhid olacaq. Biz hücuma keçən tərəf olduğuna görə və eyni zamanda gedəcəyimiz yer yüksəklik olduğuna görə əslində müdafiə olunan tərəfdən 3-4 dəfə daha çox itki verməyə məhkumuq. Təbii ki, Azərbaycan bir neçə yüksəklik və yaşayış məntəqəsini işğaldan azad edib və şəhid vermişik. Şəhid vermədən bir qarış torpaq almaq olmur. Biz onsuz da 4 günlük müharibə apardıq. 4 gündə şəhid verdik, bizə qarşı təzyiqləri gözləyirdik, kaş elə bu 4 gündə dayanmadan, susmadan daha çox ərazini işğaldan azad edərdik. Onsuz da bizi dayandıracaqdılar. Dünyanın düzəni elədir ki, müstəqil siyasət aparmağa imkan vermirlər, Azərbaycan kimi kiçik dövlətlər üçün isə bu daha çətindir. Kaş ki, daha çox irəliləyə bilsəydik. Heç olmasa idi bir neçə rayonu azad edə bilərdik. Əgər bu baş versə idi, Azərbaycanın əli danışıqlarda daha da möhkəmlənərdi.\r\n\r\n– Siz də bir müxalif partiya sədrisiniz. Baş verən proseslərdə ümumiyyətlə müxalifətin müharibəyə köklənməsindən razı qaldınızmı?\r\n\r\n- Ümumilikdə müxalifətin Dağlıq Qarabağda baş verən son hadisələrə münasibəti məni çox qane etdi. Hər bir kəs dövlətin yanında olduğunu bəyan etdi, biz də bunu ilk edənlərdən olduq və həmin mövqeyimizdə qalırıq. Düşünürəm ki, hal-hazırda müxalifətlə iqtidar arasında Dağlıq Qarabağ savaşı ilə bağlı fərqli bir baxış yoxdur. Müxalifət də, iqtidar da Dağlıq Qarabağın azad olunmasını istəyir. Bu məsələdə yalnız fərqli baxış ola bilər. Düşünürəm ki, bu gün Azərbaycanda kimin prezident olub-olmamasından asılı olmayaraq, Dağlıq Qarabağın azad edilməsinin məsuliyyətini tək daşımamalıdır. Bu mümkün də deyil. Bu gün İlham Əliyevi Dağlıq Qarabağın azad olmaması üçün kimsə tənqid edirsə haqlı ola bilməz. Sabah mən prezident olaramsa, mənim partiyam iqtidar olarsa Dağlıq Qarabağı ildırım sürəti ilə azad edəcəyik, dünyanı Dağlıq Qarabağı bizim hissəmiz olaraq qəbul etməsinə, ermənilərin cəzalandırılmasına nail olacağıq desək, bu papulizmə yönəlik bir addım olardı. Bu mümkün deyil. Çünki dünyanın düzəni, geopolitikası və Azərbaycana olan baxışları fərqli rakursdandır. Biz bunu bilirik və hakimiyyətdə kimin olub-olmamasından asılı olmayaraq dünyanın Azərbaycana, Dağlıq Qarabağa olan münasibəti dəyişməyəcək. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının günahını İlham Əliyevdə, YAP-da axtarmaq ədalətsizlik olardı. Biz bununla bağlı təklif hazırlamışıq. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Vahid Qərar Şurası yaradılsın. Düşünürəm ki, verdiyimiz bu təklif indiyənə qədər təklif olunan planlar arasında ən mütərəqqisidir. Təsəvvür edin, İlham Əliyev danışıqlara gedir və düşünür ki, Azərbaycana qayıdan zaman onu necə qarşılayacaqlar. Prezidentin əlini gücləndirmək üçün, narahatlığı aradan qaldırmaq üçün Vahid Qərar Şurasının yaradılması məqbul olardı.\r\n\r\n– Atəşkəs elan olundu. İnsanlar daha çox şəhid xəbərlərinin üzərinə getdi. İnsanlar daha çox “məmur övladı şəhid olmadı, ancaq kasıb övladı həlak oldu” kimi fikirlər bildirirdi…\r\n\r\n- Bu doğrudur. Hər bir zaman üçün də doğru olub. Bu, Azərbaycanda qüsurlu bir mentalitetdir. Bu gün biz Rusiya və digər dövlətləri qarşımıza alıb müharibə edəcəyiksə və qələbə qazanmaq istəyiriksə, bütün məmurların, prezidentdən tutmuş, ən kiçik məmura kimi hər birinin övladı ön cəbhədə olmalıdır. Bəzi əlaqədar nazirliklər Gəncə şəhərinə köçməlidir. Hər bir şəxs düşünməlidir ki, mənim, ailəmin, övladımın həyatı ortaya qoyulub. Həmin məmurlar gecə-gündüz qələbə üçün, övladını, ailəsini qorumaq üçün çalışacaq. Eyni zamanda sosial bərabərsizlik aradan götürüləcək.\r\n\r\n
\r\n\r\n– Hansı nazirliklər Gəncə şəhərinə köçürülməlidir?\r\n\r\n- Prezident tez-tez cəbhəyanı ərazilərdə olur. Ancaq döyüşlər başlayan zaman prezident bir qərargahını da cəbhədə yaratmalıdır. İclaslar birbaşa cəbhə bölgəsinə yaxın bir yerdə keçirilməlidir. Müdafiə Nazirliyinin generallarının Bakıda oturmasına heç bir ehtiyac yoxdur. Əgər müharibə olarsa, bir çoxları işini dayandırıb cəbhə üçün çalışmalıdır.\r\n\r\n– Əli Kərimlinin evinin qarşısında aksiya keçirdilər. Bu nə qədər doğru idi?\r\n\r\n- Mənim buna münasibətim çox mənfidir. Belə bir durumda buna lüzum yox idi. Əli Kərimlinin evinin qarşısında aksiya keçirən insanların oraya toplaşması Əli Kərimliyə etdikləri ən böyük xidmətdir. Bundan böyük xidmət olmazdı. Biz müxalifətə yeni insanlar, yeni simalar gətirmək istəyirik, ancaq kimlərinsə marağındadır ki, Əli Kərimlini müxalifətə yenidən gətib pərçimləsinlər və qəhrəman obrazında təqdim etsinlər. Bu gün Əli Kərimliyə erməniyə satılıb, erməni dəyirmanına su tökən deməklə bunu heç kimə inandırmaq olmaz. Bu baxımdan bu aksiyanı çox qüsurlu gördüm.\r\n\r\n– Son günlər sosial şəbəkələrdə başladılar ki, Müdafiə Nazirliyi şəhidlərimizin dəqiq sayını versin. Bəzi saytlar şəhidlərimizin siyahısını yayımladı, yayımlanan siyahıda olanlardan bir neçəsi hətta sağ çıxdı. Ermənilər bundan çox yaxşı istifadə etdilər.\r\n\r\n- Həmin o məlumatı Əli Kərimli də paylaşmışdı. Bu çox qüsurlu hərəkət idi. Bunu qınayıram. Bu cür məlumatları paylaşanları da qınayıram. Əgər əmin olsam bu qədər şəhid olub və gizlədilib, bu zaman onun aşkara çıxarılması üçün hər cür addım atardım. Əlimizdə fakt varsa və bunu biliriksə onu yayımlamaq olar. O cür yalan xəbərin siyasətçilər tərəfindən paylaşılması qüsurludur. Mətbuatın bu tipli məlumatı yayımlaması başa düşüləndir. Onlar məlumat axtarışındadır. Bəzi media qurumlarında bütün dəyərlər arxada qalır, yalnız reytinq və birinci xəbər vermək prinsipi önə çıxır. Ancaq siyasətçilərin yoxlanmamış xəbərləri paylaşması və bundan siyasi aponentinə qarşı istifadə etməsi düzgün deyil. Dağlıq Qarabağ məsələsindən siyasi aponentlərinə qarşı istifadə edilməsi biabırçılıqdır, yöndəmsizlikdir. Bu elə xəyanətə bərabər bir məsələdir. Əli Kərimlinin o cür məlumatı paylaşması da düzgün deyildi, eyni zamanda onun evinin qarşısında aksiyanın keçirilməsi də eybəcər idi. Bu cür hallara baxdıqda görərik ki, hər iki tərəf Dağlıq Qarabağ münaqişəsindən bir-birinə qarşı istifadə etdi.\r\n\r\n– Cəbhədə olduğu kimi virtual aləmdə də informasiya müharibəsi gedirdi. İnformasiya müharibəsi necə getdi?\r\n\r\n- Düşünürəm ki, Azərbaycan 90-cı illərdə olan Azərbaycan deyil. Azərbaycanın xaricdən oxunan mətbuatı var. Azərbaycanın səfirlikləri məlumatları xarici dillərə tərcümə edib xarici mediaya ötürür. Azərbaycan bir çox ölkələrdə lobbi təşkilatları yarada bilib. Azərbaycanın haqq işi ilə bağlı dünya mətbuatında kifayət qədər yazılar dərc olundu. Azərbaycan bir neçə ildir ki, informasiya müharibəsində Ermənistana uduzmur. Əksinə Azərbaycan kifayət qədər önə çıxıb. Bir zamanlar diaspora təşkilatlarımız yox idi, erməni lobbisi güclü idi, Azərbaycan təklənmişdi.\r\n\r\nSon baş verən hadisələrdə Azərbaycana qarşı qərəz Rusiya mətbuatında oldu. Rusiya bütün məqamlarda Azərbaycanı aşağılayaraq, günahkar kimi təqdim etdi. Əlavə olaraq, Rusiya mətbuatı Ermənistanı qalib kimi göstərməyə çalışdı. Onlar yayırdılar ki, Ermənistanın əks hücumu ilə Azərbaycan ordusu geri oturduldu və böyük itkilər verdi. Rusiya mətbuatı Azərbaycanın adına yazılası məlumatları Ermənistanın adına yazıb dünyaya sırımağa çalışdı. Rusiya mətbuatı Azərbaycana qarşı o qədər qərəzli idi ki, adamda ikrah hissi oyadırdı.\r\n\r\n
\r\n\r\n– Ermənistan informasiya müharibəsində ölkəmizdə olan etnik xalqları qızışdırmaq üçün xəbərlər yayırdı.\r\n\r\n- Azərbaycanda etnik xalqlarla bağlı problem yoxdur. Ancaq bu problemin olmasını istəyən qüvvələr mövcuddur. Düşünürəm ki, tarix boyu bizim ermənilərdən başqa heç bir xalqla tarixi düşmənçiliyimiz olmayıb. Biz eyni coğrafiyada yaşayırıq. Hamımız Azərbaycan vətəndaşıyıq. Azərbaycanın müstəqilliyi və Dağlıq Qarabağ müharibəsi zamanı çoxlu sayda etnik xalqların nümayəndələri də həlak olublar. Azərbaycanda yaşayan xalqlar arasında ayrıseçkilik yoxdur. Hər kəs bilsin ki, bu, türkün davası deyil, bu, Azərbaycanda yaşayan bütün xalqların davasıdır.\r\n\r\n– Cəbhədə atəşkəs elan olunduqdan sonra bir çox siyasilər partiya lideri şəklində yox, millət vəkili səviyyəsində cəbhə xəttinə yollandılar. Hərbçilərimizlə, camaatla görüşdülər. Sizdə belə bir plan varmı?\r\n\r\n- Təbii ki. Biz bu məsələni partiya daxilində müzakirə etdik. Bakıya gələn şəhidlərimizin yas mərasimində iştirak etdik. Əlimizdən başqa heç nə gəlmir. Rayon şöbələrində olan üzvlərimiz rayonlardakı yas mərasimlərinə qatılırlar. Bir çox üzvlərimiz cəbhə bölgəsinə getdilər. Biz Tərtərə getmək istəyirdik. Bir neçə yerlə məsləhətləşdik, danışdıq. Bizə getməməyi məsləhət gördülər. Müxalifət kimi gedib kimlərləsə görüşlər keçirməyimiz alınmayacaq. Əfsuslar olsun ki, Azərbaycanın siyasi mədəniyyəti o dərəcə aşağıdır ki, artıq müxalifətin gedib cəbhədə əsgərlərə dəstək verməsi düzgün qarşılanmır. Elə başa düşürlər ki, biz bundan siyasi məqsədlərimiz üçün istifadə edəcəyik. Bəli, o cür müxalifət partiyaları var. Özümüz haqlı ikən haqsız duruma düşməmək üçün bu səfərimizdən imtina etdik. Ancaq istəyirəm ki, hakimiyyət içərisində bunun dəstəkləndiyi ifadə olunsun. Müxalifət də gedib əsgərlərimizlə görüşsün, əsgərlərimizə dəstək olsun. Cəbhənin ən qaynar nöqtəsinə getməyə hazıram və bizim bütün üzvlərimiz də hazırdır.\r\n\r\nSəxavət Məmməd\r\nFotolar: Nurlan Gülməmmədov\r\nÖlkə.Az\r\n\r\n
]]>\r\n
\r\n
\r\n
\r\n
\r\nPrezidentin yanında İctimai Palatanın (ya da Məsləhət Şurası) yaradılması\r\n\r\nPrezident yanında siyasi partiyaların, QHT-lərin, nüfuzlu ictimai-siyasi xadimlərin iştirakı ilə formalaşdırılan Məsləhət Şurasının yaradılması prezidentin də informasiya blokadasından çıxarılması və bir çox problemli siyasi, sosial və iqtisadi məsələlərin həllində olan inhisarı aradan qaldırmış olar. Rusiyada bu təcrübə var və həmin təcrübənin öyrənilərək tətbiq edilməsi Azərbaycan üçün də faydalıdır.\r\n\r\nStruktur islahatlarının aparılması\r\n\r\nDiaspora üzrə Dövlət Komitəsinin ləğv edilərək Xarici İşlər Nazirliyinin tərkibində idarə kimi fəaliyyət göstərməsini;\r\n\r\n”Azərenerji” və “Azərişıq”ın birləşdirilməsini;\r\n\r\nEnergetika Nazirliyinin ləğvini və səlahiyyətlərinin SOCAR və İqtisadiyyat Nazirliyi arasında bölüşdürülməsini;\r\n\r\nBakı Metropoliteni ilə Azərbaycan Dəmir Yolları ASC-nin birləşdirilməsini;\r\n\r\nAzərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ləğv edilərəkƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsini;\r\n\r\nAzərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ləğv edilərək səlahiyyətlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Xarici İşlər Nazirlikləri arasında bölüşdürülməsini;\r\n\r\nSəhiyyə Nazirliyinin ləğv edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsini;\r\n\r\nAzərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə birləşdirilməsini;\r\n\r\nVergilər Nazirliyinin Maliyyə Nazirliyinə birləşdirilməsini;\r\n\r\nGömrük Komitəsinin Maliyyə Nazirliyinə birləşdirilməsini;\r\n\r\nGənclər və İdman Nazirliyinin ləğvini və Mədəniyyət və Turizm Nazirliyinə birləşdirilməsini;\r\n\r\nNəqliyyat Nazirliyinin ləğvi və səlahiyyətlərinin digər qurumlar arasında bölüşdürülməsini;\r\n\r\nMüdafiə Sənayesi Nazirliyinin Müdafiə Nazirliyinə birləşdirilməsini uyğun görürük.\r\n\r\nMərhələ-mərhələ yerli icra hakimiyyətlərinin səlahiyyətlərinin bələdiyyələrə verilməsi və onların səlahiyyətlərinin genişləndirilməsi ciddi islahat kimi nəzərdən keçirilməlidir. Böyük şəhərlərdə (Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Naftalan və Mingəçevir) icra hakimiyyətlərinin ləğvi və şəhər merinin seçkilər yoli ilə seçilməsi və Bələdiyyə Şurasının yaradılması vacibdir.\r\n\r\nTəhsildə islahatların dərinləşdirilməsinə də ehtiyac var. Rektorların seçkilər yolu ilə müəyyən edilməsi təhsilin keyfiyyətinin artırılmasında xüsusilə önəmli rol oynayacaq.\r\n\r\nSiyasi məhbusların azad edilməsi\r\n\r\nAzərbaycanda demokratik mühitin bərpası və siyasi qüvvələr arasında etimad mühitinin yaradılması üçün yerli və beynəlxalq ictimaiyyət tərəfindən siyasi və vicdan məhbusu kimi tanınan şəxslərin əfv edilməsi ən vacib şərtdir. Bu addımın atılması ölkədə siyasi stabillik yaratmaqla bərabər, siyasi hakimiyyətin hazırkı böhran şəraitində bir çox beynəlxalq maliyyə qurumları, hökumətlər və banklarla da danışıqlarını stimullaşdıracaq. Əlavə olaraq, xarici sərmayələrin ölkəyə gəlməsinə maneçilik törədən erməni lobbisinin də fəaliyyətini zəiflətmiş olacaqdır.\r\n\r\nSiyasi məhbus kimi tanınan şəxslərin Novruz bayramını gözləmədən qısa zaman ərzində əfv edilməsini təklif edirik.\r\n\r\nAvropa Birliyinin Şərq Tərəfdaşlığı Assosiasiya Sazişinin imzalanması\r\n\r\nHazırki böhran şəraitində Azərbaycanın kürəyini söykəyəcək ciddi və iqtisadi dayanıqlı tərəfdaşı yoxdur. Ölkəmiz Rusiya ilə yaxın münasibətlər qursa da, hazırda bu ölkənin maliyyə və sosial vəziyyəti çox ağırdır. Məhz Rusiyanın Qərbin sanksiyalarına məruz qalması da Azərbaycanın maliyyə durumuna ağır təsir edən amillərdəndir. Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyənin də bir sıra problemləri vardır və çətin bir geopolitik situasiya ilə üz-üzədir. Faktiki neft gəlirlərinə ümid bağlayan siyasi hakimiyyət neftin ucuzlaşması fonunda çarəsiz bir duruma düşüb. Ona görə də Azərbaycan üçün real çıxış yollarından biri Avrointeqrasiyanın dərinləşməsi və dövlətin əsas prioritetlərindən biri olmalıdır.\r\n\r\nAzərbaycan Avropa Birliyi ilə Assosiasiya Sazişini dayandırmayaraq danışıqları müsbət məcrada aparsaydı, bəlkə də neftin ucuzlaşmasının ölkə iqtsadiyyatına təsiri daha ağrısız olardı. Avropa Birliyi ilə yüksək əməkdaşlıq şəraitində qeyri-neft sektorunun inkişafına indikindən üç-dörd dəfə daha çox nail olmaq mümkün idi. Çünki Avropa Birliyinin bu sektorun dirçəldilməsi üçün konkret tələbləri və təklifləri olub. Bəlkə də informasiya məhdudluğundan çoxları məlumatlı deyil ki, bu qurum Azərbaycandan Avropa Birliyi ərazisinə 6 min addan çox məhsulun ixrac edilməsinə yaşıl işıq yandırıb, lakin siyasi hakimiyyət bunu dəyərləndirməyib.\r\n\r\nAzərbaycanın Avropa Birliyi ilə Assosiasiya Sazişini imzalamaq üçün danışıqları sürətləndirməyi, bu mümkün deyilsə, Azərbaycanın Avropa Birliyinə təklif etdiyi Strateji Əməkdaşlıq haqqında sazişlə bağlı danışıqların daha sürətlə və əməli addımlarla bərpasını təklif edirik.\r\n\r\nEyni zamanda, Azərbaycanın indiki ağır sosial durumdan çıxması üçün təcili olaraq Avropa Birliyi ilə məsləhətləşmələrin aparılmasını, çıxış yollarının müzakirəsini və Avropa Birliyi tərəfindən Azərbaycana konket yardımının göstərilməsi üçün danışıqların başlanmasını təklif edirik.\r\n\r\nİnhisarçılığın aradan qaldırılması – Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı işlərin sürətləndirilməsi və Avropa Birliyinin Dərin və Hərtərəfli Azad Ticarət Zonasına qoşulmaq\r\n\r\nÖlkədə inhisarçılıq mövcuddur və bunu hər kəs təsdiq edir. İnzibati üsullarla, hətta prezident səviyyəsində göstərişlər verilsə də, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmadan inhisarçılığın aradan qaldırılması mümkün deyil. Azərbaycan artıq neçə illərdir ki, Avropa Birliyinin Dərin və Hərtərəfli Azad Ticarət Zonasına qoşulmaq istəyir.\r\n\r\nBunun üçün Azərbaycanın Avropa Birliyi ilə Dərin və Hərtərəfli Azad Ticarət Sazişini imzalaması lazımdır. Bunun üçün isə ilk növbədə Azərbaycan ÜTT-yə üzv olmalıdır. Proses isə qəsdən yubadılır. Əslində texniki cəhətdən Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olmaq üçün 80-90 faiz civarında hazırlıqlara malikdir. Çatışmayan məsələ siyasi qərardır. Siyasi qərar verildikdən sonra Azərbaycan altı ay ərzində ÜTT-na üzv ola bilər.\r\n\r\nHakimiyyətin tezliklə ÜTT-yə üzv olmaq üçün siyasi qərar verməsini təklif edirik.\r\n\r\nSeçki Məcəlləsinin Venesiya Komissiyasının tələblərinə və tövsiyələrinə uyğunlaşdırılması və ATƏT-in mandatının bərpa edilməsi\r\n\r\n2018-ci il prezident və ondan sonra gələn digər seçkilərin azad və demokratik keçirilməsi üçün Seçki Məcəlləsinin optimallaşdırılması vacibdir. Venesiya Komissiyasının tələb və tövsiyələrinin yerinə yetirilməsi azad və şəffaf seçkinin keçirilməsi üçün əsas şərtdir. Bu tövsiyələrin müzakirə edilməsi və bu müstəvidə iqtidar-müxalifət dialoqunun da təşkili ATƏT-in mandatına uyğun idi. ATƏT-in mandatının aşağı salınmasından sonra siyasi səhnədə ciddi durğunluq yaşanmaqdadır və təbii ki, ölkə üçün nəticələri ağır da ola bilər.\r\n\r\nAXCP olaraq hesab edirik ki, ATƏT-in mandatının bərpa olunması vacibdir və bu, ölkədə siyasi islahatların, iqtidar-müxalifət dialoqunun daha intensiv və səmərəli təminatına əsas verən faktorlardan olacaq.\r\n\r\nQeyd edək ki, hazırda partiya rəhbərliyi və ekspertlərin iştirakı ilə yaradılan birgə İşçi Qrupu Təkliflər Paketi üzərində işi davam etdirir və yaxın günlərdə sənəd yekunlaşdırılaraq daha təkmil formada təqdim ediləcək.
]]>