Video – AXCP http://axcp.biz Siyasi - Ictimai Mon, 28 Nov 2016 05:50:27 +0000 en-US hourly 1 https://wordpress.org/?v=4.6.1 “Ölüm binası” və əcəllə üz-üzə yaşayan sakinlər – VİDEO http://axcp.biz/olum-binasi-v%c9%99-%c9%99c%c9%99ll%c9%99-uz-uz%c9%99-yasayan-sakinl%c9%99r-video/ Mon, 21 Nov 2016 10:20:19 +0000 http://axcp.biz/?p=1150 Xətai rayonu, Gəncə prospekti, 20A ünvanındakı illərdir qəzalı olan binada vəziyyət daha da gərginləşib, hər an uça bilər. Belə ki, noyabrın 14-də, gecə saatlarında binada güclü silkələnmə və uçqun olub. Sakinlər gecəni küçədə keçiriblər.

Məsələni araşdırmaq üçün Talk Tv-nin əməkdaşları hadisə yerində olublar. Bina sakinləri bildiriblər ki, vəziyyət hərgün pisə doğru gedir, faciə qaçılmazdır, lakin getməyə yerləri olmadığından ölümlə üz-üzə yaşamağa məcburdurlar. Onların sözlərinə görə məsələylə bağlı bütün dövlət qurumlarına müraciət etsələr də, problemləri ilə maraqlanan yoxdur.

Daha ətraflı videosujetdə:

 

]]>
Razi Nurullayev: “Türkiyə “Osmanlı” varisi kimi İraq torpaqlarına iddia edə bilər” http://axcp.biz/razi-nurullayev-turkiy%c9%99-osmanli-varisi-kimi-iraq-torpaqlarina-iddia-ed%c9%99-bil%c9%99r/ Sat, 05 Nov 2016 11:34:03 +0000 http://axcp.biz/?p=1140 AXCP sədri Razi Nurullayev Talk Tv-nin “Baxış bucağı” verilişinin qonağı olub. Verlişdə Yaxış Şərqdə cərəyan edən hərbi-siyasi prosseslər geniş müzakirə edilib…

 

]]>
“Ermənilər atamın ağzından dişlərini də söküblər” – Dilqəm Əsgərovun oğlu – Videosujet http://axcp.biz/erm%c9%99nil%c9%99r-atamin-agzindan-disl%c9%99rini-d%c9%99-sokubl%c9%99r-dilq%c9%99m-%c9%99sg%c9%99rovun-oglu-videosujet/ Wed, 02 Nov 2016 08:01:49 +0000 http://axcp.biz/?p=1136

]]>
Razi Nurullayev prezidentlərin Sankt-Peterburq görüşündən danışdı – VİDEO http://axcp.biz/razi-nurullayev-prezidentl%c9%99rin-sankt-peterburq-gorusund%c9%99n-danisdi-video/ Mon, 27 Jun 2016 07:55:23 +0000 http://axcp.biz/?p=1125 “Mən ümumiyyətlə hər bir zaman demişəm və bu gün də təkrar etmək istəyirəm ki, bu şəkildə prezidentlərin görüşündən nəticə gözləmək sadəlöhvlük olardı. Mən düşünürəm ki, prezident İlham Əliyev də bu görüşə gedən zaman onun nəticələrinə inanmır. Bəli, təəssüf ki, siyasətdə hər şey düşündüyümüz, istədiyimiz kimi olmur. Aydındır ki, əgər hökumət görüşdən imtina etsə, Azərbaycan tərəfi sülh danışıqlarından imtina etməkdə günahlandırılacaq. Onun üçün də bəlkə prezident bilə-bilə nəticəsiz danışıqlara gedir. Lakin mən düşünürəm ki, bunun bir çıxış yolu olmalıdır, istənilən halda hər bir problemdən çıxış yolu var”. 
Bu sözləri “Talk TV”-yə prezidentlərin son görüşünü şərh edən yeni yaradılmış AXCP-nin sədri Razi Nurullayev deyib.
O, qeyd edib ki, görüşün nəticəsindən aslı olmayaraq Ermənistan heç bir halda tutduğu mövqedən geri çəkilməyəcək: “Azərbaycan isə bir qarış torpağını belə, ermənilərə verən deyil. Belə bir vəziyyətdə, hər iki tərəf mövqeyində dayanaraq görüşlərə gedirsə, təbii ki, həmin görüşdən nəticə hasil oluna bilməz. Rusiya ya sağol demək olar ki, bu görüşləri təşkil edir, lakin digər yandanda düşünürəm ki, əgər Rusiya ermənistana lazım olduğu səviyyədə və qədərində təzyiq və müqavimət göstərsəydi nəticə də olardı. Əgər Ermənistan qarşısında güc görməsə və yaxud Rusiyanın müqaviməti ilə qarşılaşmasa heç bir halda heç bir rayonu azad etmək niyyətində olmayacaq. Onun üçün də heç bir halda biz 6-7 rayonun qaytarılması ilə bağlı başımızın altına yastıq qoya bilmərik. Azərbaycan konkret addım atmalıdır. Bu konkret addımı mən bir neçə dəfə demişəm və yenə də səsləndirmək istəyirəm. Azərbaycan özü üçün və dünya ictimaiyyəti üçün son danışıq tarixini müəyyənləşdirməlidir. Azərbaycan dekabrın birini son müddət kimi beynəlxalq içtimaiyyətin qarşısında və ermənistanın qarşısında qoyub. Azərbaycan bu müddətə qədər sülh danışıqlarına sadiqdir və Beynəlxalq ictimaiyyətdən, Minsk qrupu həmsədr ölkələrindən və eyni zamanda ATƏT üzvü ölkələrindən bir təşəbbüs, nəticə gözləyir. Əgər onlar bu müddət ərzində Azərbaycanın haqq işində dəstək ola bilməyəcəklərsə, Ermənistan işğal etdiyi ərazilərdən çıxmayacaqlarsa Azərbaycan o zaman istənilən addımı atmaq hüququnu özündə saxlayır. Azərbaycan bu bəyanatı verəndən sonra və bu prinsiplərə sadiqliyini göstərəndən sonra Minsk qrupu həmsədr ölkələri, ATƏT ölkələri, dünya ictimaiyyəti təbii ki, hərəkətə keçəcəklər”.
4 günlük müharibədən sonra dünya ictimaiyyətinin bu məsələ üzərində fəallaşdığını deyən Razi Nurullayev bildirib ki, buna qədər dondurulmuş münaqişə adı verilən Qarabağ problemində bütün dünya, özəlliklə Rusiya xüsusi canfəşanlıq göstərməyə başlayıb: “Azərbaycana təbii ki, problemin dondurulmasını bunu qəbul etmirdi. Müharibə başlayandan sonra isə status-kvo götürüldü və artıq bu problem dondurulmuş yox, istənilən an partlaya biləcək və müharibə vəziyyətinə çata biləcək bir münaqişədir. Bu baxımdan Azərbaycan bu müddəti təyin edəndən sonra artıq dünya ictimaiyyəti də müəyyən addım ata bilər və təbii ki, bu demək deyilki Azərbaycan dekabrn birinə qədər irəli sürüldüyü tələblər yerinə yetirilməyəcəksə həmən müharibəyə başlayacaq. Amma Azərbaycan artıq öz addımlarına özü cavabdeh olmalıdır və dünya ictimaiyyəti əgər bunu etmirsə artıq Azərbaycan öz dostları ilə birlikdə torpaqlarının azad olunması üçün digər tədbirlər və mövqelər, təkliflər və hərəkətlər üzərində işini aparmalıdırlar. Bunu hətta mən görüşdən öncə də demişdim, ola bilsin ki, Ermənistan üzərinə hər hansı bir öhdəlik götürüb ki, bir neçə aydan sonra deyək ki, 5-6 rayonu qaytarıram, sonrakı mərhələdə isə dağlıq Qarabağın ümumilikdə müqəddaratını həll edirik. Amma biz hər zaman görmüşük Ermənistan belə sözlər verib, sonra sözünün üzərində dayanmır. Əgər dünən Sankt-Peterburqda Ermənistan prezidenti söz veribsə ki, Dağlıq Qarabağla bağlı kompramist mövqe sərgiləyəcək və rayonların qaytarılması ilə bağlı konkret addımlar atılacaq, heç kim zəmanət verə bilməz ki, Sarkisiyan həmişəki kimi bir həftə sonra başqa bir bəyanat verməyəcək, dağlıq Qarabağa müstəqillik tələb etməyəcək. Onun üçün də mən də təəccüblənirəm ki, bu gün hansısa müsbət nəticələrdən danışılır. İstənmilən halda Dağlıq Qarabağla bağlı nə dünənki görüşdən nədə ki, ondan öncəki görüşlərdən konkret ortada bir fakt olmayana qədər müsbət mənada danışmaq həm yersizdir, həm də mən hesab edirəm ki, bu mümkün deyildir”.
Razi Nurullayev sonda rəhbərlik etdiyi partiyanın irəli sürdüyü “Vahid Qərar Şurası”nın Qarabağ probleminin həllində önəmli rol oynayacağını bildirib: “Azərbaycan iqtidarı da gücünü xalqdan və Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatlardan almalıdır. Məhz elə bu yerdə də təklif irəli sürdüyümüz “Vahid Qərar Şurası” öz yerini tutur. Mən düşünürəm ki, “Vahid Qərar Şurası” tez bir zamanda formalaşmalıdır və hakimiyyət buna çox ciddi bir siyasi dəstək verməlidir. Ölkədə ictimai-siyasi təşkilatlar da buna dəstək verməlidir. “Vahid Qərar Şurası” da Azərbaycanın taleyüklü məsələləri ilə bağlı Vahid Qərarını açıqlasın. Artıq prezident də “Vahid Qərar Şurası”ndan güc alaraq, xalqın dəstəyindən əmin olaraq danışıqlara rahat getsin”.

 

]]>
Razi Nurullayev: “Elçibəy ideyaları gerçəkləşdiyi zaman xalq xoşbəxt olacaq” – VİDEO SUJET http://axcp.biz/razi-nurullayev-elcib%c9%99y-ideyalari-gerc%c9%99kl%c9%99sdiyi-zaman-xalq-xosb%c9%99xt-olacaq/ Mon, 27 Jun 2016 07:51:36 +0000 http://axcp.biz/?p=1121 İctimai Fikir Akademiyasının növbəti ictimai müzakirəsi Azərbaycanın demokratik yolla seçilmiş ilk prezidenti Əbülfəz Elçibəyin doğum gününə həsr olunub – Ətraflı videoda

 

]]>
Üzeyir Cəfərov: “Vahid Qərar Şurası”na qısqanclıq edənlərin vətəndaşlıq mövqeyinə şübhə edirəm – Videosujet http://axcp.biz/vahid-q%c9%99rar-surasina-qisqancliq-ed%c9%99nl%c9%99rin-v%c9%99t%c9%99ndasliq-movqeyin%c9%99-subh%c9%99-edir%c9%99m-uzeyir-c%c9%99f%c9%99rov/ Tue, 24 May 2016 08:31:31 +0000 http://axcp.biz/?p=1091 Azərbaycan Xalq Cəbhəsi Partiyası  Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların, ictimai birliklərin, ziyalıların və digər söz sahibi olan təşkilatların, ən əsası Azərbaycan xalqının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vahid mövqeyini ortaya qoymaq üçün təklif etdiyi “Vahid Qərar Şurası”nın müzakirələri davam edir. İctimaiyyətdən müsbət rəy toplayan şura haqqında daha bir ekspert yüksək fikirlər səsləndirib.

 

Belə ki, “İctimai Fikir Akademiyası”nın “Qarabağ münaqişəsində xalqın vahid mövqeyi” mövzulu ictimai müzakirəsində iştirak edən hərbi ekspert Üzeyir Cəfərov, tədbirdən sonra Talk Tv-yə açıqlamasında “Vahid Qərar Şurası”nın çox önəmli təklif olduğunu bildirib. Ekspert qeyd edib ki, müxalifətindən, iqtidarından aslı olmayaraq hərkəs bu şuraya dövlətçilik nöqteyi nəzərindən yanaşmalı, qısqanclıq göstərməməlidir:

“Burda heç bir qısqanclıqdan söhbət gedə bilməz. Çünki burda Azərbaycanın gələcəyi ilə bağlı olan müddəalar öz əksini tapıb. Sənədi hazırlayanlar vətənini, torpağını sevən insanlardır. Mən hesab edirəm ki, o sənəd üzərində bütün iqtidarlı, müxalifətli hər bir kəsin işləməsi çox vacibdir və çox zəruridir. Çünki muharibə elə bir şeydir ki, dövlətin olum-qalım məsələsi həll olunur. O nöqteyi nəzərdən mən şəxsən fərd olaraq, cəmiyyətin bir üzvü olaraq  “Vahid Qərar Şurası”nın tədbirlərində iştirak edəcəm. Çünki orda həm müzakirə olunası, həm də təklif ediləsi xeyli müddəalar var. Mən demirəm ki, o ideal bir sənəddir, sadəcə işçi bir sənəddir, o sənəd üzərində işləmək lazımdır. Ona görə də hamını dəvət edirəm “Vahid Qərar Şurası” ətrafında birləşməyə. Və o sənədi dövlətimizə, xalqımıza bir kömək məqsədilə gələcəkdə proqram xarakterli bir sənəd kimi ortaya çixaraq. Yenədə deyirəm ki, kim bu sənədə qısqanclıqla yanaşılacaqsa o insanların Azərbaycanla bağlı mövqeyini sağlam mövqe hesab edə bilmərəm. Çünki yenə də deyirəm “Vahid Qərar Şurası” Azərbaycan dövlətinə, hakimiyyətinə gələcəkdə atmaq istədiyi addımlarda bir əlavə mandat statusu oynayacaq. Yəni mən belə yanaşıram. Ona görə də mən hesab edirəm ki, o sənəd üzərində bütün Azərbaycan cəmiyyəti yaxından işləməlidir və bütün iqtidarlı, müxalifətli qüvvələr vahid ölkənin taleyi, gələcək taleyi ilə bağlı məsələlərin həlli üçün öz tövhələrini mütləq mənada ortaya qoymalıdır”.

 

Son zamanlar cəbhə xəttində baş verənləri, Qarabağ problemi ətrafında gedən prosessləri və son Vyana görüşünü də dəyərləndirən ekspert bildirib ki, diplomatların 20 ildən artıq müddətdə əldə edə bilmədiklərini Azərbaycan ordusu qısa zamanda etdi, dünyanın diqqətini Qarabağa yönəltməyi bacardı:

“Prinsip etibarı ilə bu hadisələr Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirdi. Mayın 16-da Vyanada baş tutan görüşdə Azərbaycan tərəfi həm ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, həm də dünyaya bir daha belə bir mesaj ünvanladı ki, Azərbaycan heç bir halda Torpaqlarının işğalı ilə barışmayacaq, nəyin bahasına olur osun Azərbaycan silahlı qüvvələri Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcək. Bu istiqamətdə lazım olan bütün addımlar atılıb, ordumuz üçün ən muasir silah-sursatlar alınıb. Bu gün əsgər və zabitlərimizin döyüş ruhu bütün Azərbaycanda olduğu kimi ən yüksək səviyyədədir. Mən hesab edirəm ki, iyun ayının sonunda prezidentlərin növbəti görüşü vaxtı danışıqların əsas parametrləri razılaşdırılmalıdır. Azərbaycanın işğal altında qalan bir neçə yaşayış məntəqəsinin Azərbaycanın halal haqqı kimi öz ərazisinə qaytarılması məsələsi reallığını tapacaq. Hesab edirəm ki, iyun ayında əgər erməni tərəfi yenədə cəhd edərsə danışıqlar prosesini pozsun, Azərbaycan silahlı qüvvələri bu dəfə daha amansız, daha sərt şəkildə düşmənə layiq olduğu cəzanı verəcək. Azərbaycan ordusu bütün çətinliklərə baxmayaraq çətinlik o barədə ki, dağlıq relyefinə görə demək istəyirəm, tam hazırdır, verilən tapşırığı ən yüksək şəkildə yerinə yetirmək əzmindədirlər”.

 

“Ermənistan heç vaxt öz ağlı ilə hərəkət etmir, hər zaman onlara havadarları yol göstərir” deyən Üzeyir Cəfərov bildirib ki, artıq Rusiya da problemin həllində maraqlıdır. Ekspert buna misal olaraq, Rusiya xarici işlər nazirinin Vyana görüşündən sonrakı “tərəflər məsələnin mərhələli həllinə razılaşıblar” fikrini xatırladıb. Üzeyir Cəfərovun sözlərinə görə, mərhələli həll ondan ibarət olacaq ki, ermənistan işğal altında olan ətraf rayonları Azərbaycana qaytaracaq, sonra vətəndaşlar öz torpaqlarına köçəcək və yalnız bundan bir müddət sonra referendum müzakirə mövzusu ola bilər:

“Yəni Ermənistanın istədiyi kimi ola bilməz. Çünki, Dağlıq Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi var. Bu gün də onlar qüvvəsindədir. Baxmayaraq ki, 20 ildən artıq vaxt keçib. Orda aydın şəkildə göstərilib ki, Ermənistanın işğalçı silahlı qüvvələri qeyri şərtsiz olaraq Azərbaycan ərazilərindən geri çəkilməlidirlər. Buna görə də Azərbaycan həm aprelin əvvəllərində ortaya qoyduğu prinsipial mövqe, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin əsasında Qarabağla bağlı məsələ öz xeyrinə həll edəcək. Azərbaycanın kifayət qədər siyasi və hərbi iradəsi var ki, bu məsələ Azərbaycanın tam ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini tapsın”.

 

Minsk Qrupunun da fəaliyyətinə münasibət bildirən hərbi ekspert, 20 il ərzində Minsk Qrupunu ölü bir qurum kimi dəyərləndirdiyini və həmsədrlərin  dünyanın ən xoşbəxt turisti olduğunu deyib:

“Çünki Qarabağ məsələsi burda, yəni regionda həll olunmalı olduğu halda, bunlar bütün dünyanın 4 tərəfini gəzib boş-boş bəyanatlar, mənasız monitorinqlər keçirməklə öz işlərini bitmiş hesab edirlər. Hətta indi Vyana görüşündə də onlar əlavə imkanlar əldə ediblər ki, guya bu müşahidəçilərin sayı artırılacaq. Nə dəyişəcək? O müşahidəçiləri biz Ukraynanın Dambas regionunda da görürük. Amma müşahidəçilərin olmasına baxmayaraq orda qan axıdılırdı, axmaqda da davam edir. Qarabağda monitorinqlər necə keçirilirdisə, ölənlər, itənlər hər iki tərəfdə necə olurdusa, indi də eyni vəziyyət davam edir. Hesab edirəm ki, ATƏT-in minsk qrupunun həmsədrlərinə ehtiyac yoxdur. Artıq hesab edirəm 2016-cı ildə Dağlıq Qarabağla bağlı məsələlər müsbət həllini tapandan sonra ATƏT-in Minsk Qrupunun da fəaliyyəti yəqin ki, tarixçilərin araşdırma mövzusu olacaq. Və onlar tarixdə heçdə yaxşı bir fikirlə xatırlanmayacaqlar”.

Sonda ABŞ-ın dövlət katibi Con Kerrinin Vyana görüşündə iştirakını da müsbət dəyərləndirən ekspert qeyd edib ki, iyun ayında Azərbaycan xalqı Qarabağla bağlı xoş xəbərlər alacaq.

]]>
http://axcp.biz/1088/ Mon, 02 May 2016 09:08:37 +0000 http://axcp.biz/?p=1088 Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) “Vahid Qərar Şurası” təklifinin ictimai müzakirəsi – Lider Tv

 

]]>
Razi Nurullayev: “Siyasi meyidə çevrilmiş Əli Kərimlini dirildirlər” – Videomüsahibə http://axcp.biz/razi-nurullayev-siyasi-meyid%c9%99-cevrilmis-%c9%99li-k%c9%99rimlini-dirildirl%c9%99r-videomusahib%c9%99/ Wed, 20 Apr 2016 11:41:39 +0000 http://axcp.biz/?p=1077 Aprel ayının əvvəlində cəbhədə gedən 4 günlük döyüşlərdən sonra bir qrup şəxs Əli Kərimlinin evinin qarşısına yığışaraq aksiya keçirməyə başladı.

Aksiya iştirakçıları Əli Kərimliyə qarşı müxtəlif şüarlar səsləndirirdilər. Əli Kərimlinin evinin qarşısında keçirilən aksiya həm müxalifət, həm də iqtidar cəbhəsi tərəfindən heç də xoş qarşılanmadı.

Əli Kərimlinin evinin qarşısında keçiriləcək aksiya ilə bağlı AXCP sədri Razi Nurullayev Ölkə.Az-a müsahibə verib:

“Əli Kərimlinin yenidən siyasi səhnə üçün dirildilməsi yaxşı hal olmadı. Ona görə bunu deyirəm ki, biz neçə vaxtdır Azərbaycan siyasətində yeniliyin, reformaların, islahatların gəlməsinin tərəfdarı idik. Biz heç bir zaman deməmişik ki, Əli Kərimli xəyanətkardır, Əli Kərimli Qarabağı satar, Əli Kərimli Azərbaycan xalqının düşmənidir. Bəli, Əli Kərimli özünün marağı olmayan yerdə, özünün siyasəti işləməyən yerdə düşmənə çevrilir. Bu birmənalıdır.

Düşünürəm ki, ictimai rəydə bir fikir yaranmalıdır ki, doğurdan da yeni insanlara, siyasətçilərə ehtiyac var və bu gün də bu ehtiyac hiss olunur. Ancaq yenidən kimlərinsə marağındadır ki, Əli Kərimlini təzədən “diriltsinlər”. Birmənalı olaraq Əli Kərimli siyasi meyidə çevrilmişdi. Ancaq onu yenidən diriltdilər. Neçə illərdir ki, Əli Kərimli televiziyaya buraxılmırdı. Necə olur ki, Əli Kərimli televiziyaya buraxılmır, Əli Kərimli xalq tərəfindən unudulur və belə bir çətin məqamda yenidən Əli Kərimli televiziyalara çıxarılır və onun reklamı aparılır. Hər bir ağıllı insan bilir ki, Əli Kərimlinin evinin qarşısında aksiya keçirməklə Azərbaycan xalqı Əli Kərimlini düşmən kimi görməyəcək. Orada “Əli Kərimli torpaqlarımızı satacaq” deməklə, heç kəs Əli Kərimlinin torpaqlarımızı satacağına da inanmayacaq. Bu, birbaşa Əli Kərimlinin siyasi səhnəyə çıxmasına, siyasi səhnədə görünməsinə xidmət edir.

Əli Kərimlinin siması insanlara tanış bir simadır. Əli Kərimli onsuzda yenidən liderə çevrilə bilməyəcək. Bu gün Əli Kərimli məzlum sifəti formasında özünə dəstək qazanmaqdadır. Bu gün kifayət qədər Əli Kərimlini dəstəkləyən insanlar var. Hətta bu gün Əli Kərimliyə qarşı ən sərt siyasi mövqe sərgiləyən Razi Nurullayev belə Əli Kərimli haqqında sərt ifadələr işlədə bilmir. Çünki Əli Kərimli məzlum durumuna salınıb. Əli Kərimliyə insanların yazığı gəldiyindən və eyni zamanda mənim də onun halına acıdığımdan bu məsələləri deyirəm. Kənardan baxanlar elə bilər ki, onu müdafiə etmək istəyirəm. Çünki deyirəm ki, o, Qarabağı satmaz, Azərbaycan xalqının düşməni ola bilməz, yəni, deyilən şəkildə. Bax ona görə də, bu gün Əli Kərimli dirildildi. Əli Kərimlini dirildən insanlar başa düşməlidir ki, artıq onu siyasi fiqura çevirə bilməyəcəklər…”

Razi Nurullayevin Əli Kərimlinin evinin qarşısında aksiya keçirənlərlə bağlı daha geniş fikrinə videomüsahibədə baxa bilərsiniz.

Ölkə.Az həmin videomüsahibəni sizə təqdim edir:

]]>
Sumqayıt ŞƏHİDini yola salır – VİDEO http://axcp.biz/sumqayit-s%c9%99hidini-yola-salir-video/ Tue, 19 Apr 2016 03:45:53 +0000 http://axcp.biz/?p=1057

]]>
Razi Nurullayev: “Dünyada analoqu olmayan “Xocalı Soyqırımı” parkı yaradılsın” – VİDEO http://axcp.biz/razi-nurullayev-dunyada-analoqu-olmayan-xocali-soyqirimi-parki-yaradilsin-video/ Sun, 28 Feb 2016 06:33:54 +0000 http://axcp.biz/?p=1039

]]>
.