AXCP http://axcp.biz Siyasi - Ictimai Sat, 13 Aug 2016 07:52:44 +0000 en-US hourly 1 https://wordpress.org/?v=4.6.1 “Vahid Qərar Şurası”nın növbəti ictimai müzakirəsi – FOTOLAR http://axcp.biz/vahid-q%c9%99rar-surasinin-novb%c9%99ti-ictimai-muzakir%c9%99si-fotolar/ Tue, 26 Jul 2016 06:00:49 +0000 http://axcp.biz/?p=1129 “Azərbaycanın ən ağır problemli Dağlıq Qarabağ münaqişəsidir”

Cebhe.info xəbər verir ki, bunu AXCP-nin təklif etdiyi “Vahid Qərar Şurası”nın bu gün BMM-də keçirilən ictimai müzakirəsində AXCP sədri Razi Nurullayev deyib. Şəhid olmuş Azərbaycan əsgərlərinin xatirəsinin 1 dəqiqəqlik sükutla yad olunduğu tədbirdə çıxış edən R.Nurullayev qeyd edib ki, bütün siyasi partiyaların ən ümdə vəzifəsi xeyirli iş görmək, torpaqların geri qaytarılmasına töhfə verməkdir: “Bu günədək Minsk Qrupu və digər dövlətlər müəyyən təkliflər irəli sürülüb. Amma bu təkliflər heç vaxt yerli kontekst nəzərə alınmayıb.

Bunlar Azərbaycan üçün keçərli və maraqlı deyil. Son zamanlarda Dağlıq Qarabağla bağlı danışıqlar proseslərində irəliləyiş, müsbət çalarlar da var. Rusiya bu proseslərdə daha səmimi görünür. Rusiya bir neçə rayonun Azərbaycana qaytarılmasında maraqlıdır”.

AXCP sədrinin sözlərinə görə, məsələ ilə bağlı “Vahid Qərar Şurası” təklifi meydana çıxıb:

“VQŞ-ın qayəsində duran əsas məsələ xalqla hakimiyyət arasında birliyini təmin etməkdir. Azərbaycan torpaqlarını azad edə bilər, amma buna imkan vermirlər. Bu gün Sarkisyan ürəyində qorxu var ki, güzəştə getsə, hakimiyyətdən endirəcəklər. Biz istəyərdik ki, “Vahid Qərar Şurası” yaradılsın. Çalışacağıq ki, Minsk Qrupu vasitəsilə bunabənzər qurum Ermənistanda da yaradılsın. Ziyalıların, cəmiyyətin tanınmış və nüfuzlu şəxslərinin “Vahid Qərar Şurası”nda iştirakını istəyirik. Azərbaycan Biz VQŞ-nı elan etmişik və artıq Məşvərət Məclisi də yaradılacaq. Azərbaycan prezidentinin də bu məclisdə iştirakı vacibdir. Əgər prezident bu məclisdə iştirak edəcəksə, bu, müsbət nəticə verəcək. Azərbaycan prezidenti Dağlıq Qarabağ münaqişəsinin məsuliyyətini Vahid Qərar Şurası ilə bölüşə bilər. Bu halda ona olan təzyiqlər də azalacaq. Artıq bununla bağlı müraciət göndərmişik. Prezidentlə yanaşı digər dövlət strukturlarına da müraciət edilib. “Vahid Qərar Şurası”nın tərkibi genişləndikcə, bu, təkcə AXCP-nin yox, bütün siyasi qurumların birliyi olacaq. Ümid edirik ki, Azərbaycan hökuməti də buraya öz nümayəndəsini təyin etsik. Hesab edirəm ki, hakimiyyət də Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır və buna görə, müraciətə müsbət cavab verəcəyinə ümid edirik”. Tədbirdə cəbhə xəttində şəhid olmuş Azərbaycan əsgərlərinin xatirəsi 1 dəqiqəqlik sükutla yad olunub.

 

“Ziyalılar, ictimai-siyasi fəallar Vahid Qərar Şurasını dəstəkləyirlər”.

Bunu AXCP-nin təklifi ilə yaradılacaq “Vahid Qərar Şurası”nın ictimai müzakirəsində partiya sədrinin müavini Cavid Musazadə deyib.

“Cəmiyyət tərəfindən VQŞ-a dəstək var. “Vahid Qərar Şurası”nı biz ilkin olaraq layihə kimi ortaya qoymuşuq. Kimlərsə müəyyən təkliflər verə bilərlər və bunu nəzərə alacağıq. Proseslərin gedişində VQŞ quruma da çevrilə bilər”, – deyə C.Musazadə qeyd edib.

 

“Vahid Qərar Şurası gecikmiş qərardır”.

Bunu Daxili Qoşunların ehtiyatda olan zabiti Arif Qafarov bildirib. “Bu layihə daha əvvəllər ortaya atılmalıydı. Amma indi irəli sürülüb və böyük mahiyyəti var. AXCP-ə təşəkkür edirəm ki, öz dövlət mənafeyini öz mənafeyindən üstün tutub belə bir təklif verib. Bu, olduqca vacib Şuradır. Bu nəinki işğalda olan torpaqlarımız qaytarılana qədər, bundan sonra da icra olunarsa Azərbaycanın suverenliyinə böyük töhfə olardı”, – deyə A.Qafarov vurğulayıb.

 

“25 il ərzində Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmayıb”.

AXCP-nin “Vahid Qərar Şurası” ilə bağlı keçirdiyi ictimai müzakirələrin iştirakçısı, Qərbi Azərbaycana Qayıdış Hərəkatının sədri Rizvan Talıbov bu fikirdədir. R.Talıbov qeyd edib ki, beynəlxalq ictimaiyyətin işğalçı və işğala məruz qalan tərəf arasında ayrı-seçkilik etməsi münaqişəsinin həllini ləngidir:

“Ermənistan qüdrətli dövlət deyil ki, dəstəklənsin. Lakin Minsk Qrupu, Rusiya və digər dövlətlər Ermənistana dəstəkləməklə münaqişənin həllini ləngidirlər. Belə bir məqamda AXCP-nin “Vahid Qərar Şurası” yerində verilən təklif kimi önə çıxır. Münaqişənin həllini və Azərbaycan cəmiyyətinin bu yöndə aktivliyini artırmaq üçün bu kimi təkliflərə ehtiyac var. Təəssüflə qeyd etməliyik ki, bu yöndə ermənilər bizdən daha fəaldırlar. Buna görə də Azərbaycan cəmiyyətinin də münaqişənin həll prosesində aktivliyini artırmağa ehtiyac var”.

Çıxışçı bildirib ki, Azərbaycan və Ermənistan xalqları tarixi boyu bor yerdə yaşayıblar, ancaq Azərbaycan güzəştə getməməlidir:

“Bizim güzəştə gedəcək heç nəyimiz qalmayıb. Güzəştsiz münaqişəsinin dinc yolla həlli yoxdur. Əgər Azərbaycan və Ermənistan arasında sülhün olmasını istəyən dövlətlər varsa, Qərbi Azərbaycan məsələsi gündəmə gətirilməlidir. Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar da ora qayıtsınlar və onlara da status verilsin. Ümid edirik ki, bu, “Vahid Qərar Şurası” tərəfindən nəzərə alınacaq”.

 

““Vahid Qərar Şurası”nın yaradılması Dağlıq Qarabağ münaqişəsinin həlli üçün olduqca vacib bir təklifdir”.

Tədbirdə çıxış edən Ümid Partiyasının funksioneri Taleh Əliyev belə deyib.

““Vahid Qərar Şurası Azərbaycan üçün ilk olan yanaşmadır. Bu günədək siyasi partiyalar sanki daxili siyasi qələbə üçün çalışırdılar. Amma “Vahid Qərar Şurası” siyasi partiyalar tarixində yeni bir hadisədir. Digər siyasi partiyalar da buna dəstək olmalıdırlar. Mütəmadi olaraq VQŞ haqqında mediaya məlumat verilməli, məsələ həmişə gündəmdə saxlanılmalıdır. VQŞ-ın strukturu ilə tanış olmaq və müzakirə etmək lazımdır. Əgər bu layihə uğurla həyata keçiriləcəksə, bu, cəmiyyətin də xeyrinə olacaq və həmişə AXCP-nin adı xatırlanacaq”.

T.Əliyev qeyd edib ki, Minsk Qrupu münaqişənin həllində yox, öz istəklərinin təminində maraqlıdır: “Biz vasitəçilərə ümid etməməliyik. Bu gün Ermənistan – Azərbaycan düşmənçiliyi regiona girmək istəyən dövlətlərə əlavə şans verir. İki dövlət arasında münasibətlərin qaydasına salınmasının başqa yolları axtarılmalıdır”.

“Biz Ermənistanla informasiya müharibəsini udmalıyıq, bu yöndə görülən tədbirlər gücləndirilməlidir”.

“İrəvan – 2018” Hərəkatının sədr müavini Oktay Hacımusalı “Vahid Qərar Şurası”nın ictimai müzakirəsində çıxışı zamanı belə deyib.

“Vahid Qərar Şurası da informasiya müharibəsində fəaliyyətini sistemləşdirməlidir. Biz düzgün informasiya müharibəsi aparmaqla dünyaya lazım olan mesajı çatdıra bilərik. Bununla Ermənistanın işğalçı tərəf olmasını da dünyaya sübut edə bilərik. Artıq hücuma keçməyin vaxtıdır, geri çəkilmək lazım deyil. Çünki illərdir ki, dünya gözlərinə pərdə asıb, reallıqları görmür. Bu baxımdan “Vahid Qərar Şurası”nın Məşvərət Məclisi formalaşdırılmalıdır. Ən azından həftədə bir dəfə toplanıb taleyüklü məsələləri də müzakirə edə bilərik. “İrəvan 2018” Hərəkatı VQŞ-a dəstək verməyə hazırdır. Çünki Dağlıq Qarabağ bizim ortaq marağımızdır”.

 

Zaman-zaman Qarabağ adından bəzi siyasi qurumlar hakimiyyətə gəlmək üçün istifadə edirlər”.

Bu fikirdə olan hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, AXCP-nin “Vahid Qərar Şurası” ideyası təqdir olunmalıdır: “Çünki siyasi partiyaların məqsədləri sırf hakimiyyətə gəlmək olmamalıdır, dövlətin maraqlarının müdafiəsi də nəzərə alınmalıdır. Buna görə də AXCP-nin “Vahid Qərar Şurası” çox vacib və təqdirəlayiq təklifdir. Hesab edirəm ki, bu proses o vaxt effektiv olacaq ki, burada dövlət qurumları ilə yanaşı digər ictimai-siyasi qurumlar da təmsil olunacaqlar”.

 

KXCP sədrinin müavini Aydın Mədətoğlu da çıxışında AXCP-nin “Vahid Qərar Şurası” təklifini dəstəklədiyini bildirib:

“Yerinə düşən təklifdir. Dünya bizi yaxşı tanıyır, bütün dövlətlər bizi yaxşı izləyir. Hamı işğalçını da yaxşı bilir. Qarabağ probleminin baş memarı Rusiya və digər dövlərlər də proseslərin hansı formada cərəyan etdiyini bilirlər. Sadəcə burada xristian təəssübkeşliyi özünü göstərir. Bu baxımdan Qarabağ düyünün açılması o qədər də asan məsələ deyil. Buna görə də indiyədək məsələnin konkret həlli mümkün olmayıb. Qarabağla bağlı bütün sözlər deyilib. Sadəcə olaraq bu deyilənlərin 1faizi də həyata keçməyib. Bu baxından Vahid Qərar Şurasının Qarabağ münaqişəsinin həllinə təkan verəcəyinə ümid edirəm. Hər kəs öz dəstəyini verməlidir, çünki Qarabağ məsələsinin iqtidarı, müxalifəti olmamalıdır. Biz öz yaxamızı kənara çəkməməliyik. Ümid edirəm ki, VQŞ-ın təklifləri həyata keçəcək”.

 

Hüquq müdafiəçisi, “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, Azərbayan ordusunun aprel əməliyyatları dünyaya Qarabağ münaqişəsini bir daha xatırladıb:

“Aprelədək heç kəsi bu məsələ maraqlandırmırdı. Amma bundan sonra hadisələr maraqlı inkişaf etməyə başladı. Bu nöqteyi-nəzərdən “Vahid Qərar Şurası” öz zamanında irəli sürülən təklif kimi dəyərləndirilməlidir. Bu, gecikmiş təklif deyil. İnanırıq ki, “Vahid Qərar Şurası” münaqişənin həll prosesinə öz töhfələrini verəcək”.

 

Müzakirələrə qatılan ziyalı Məhərrəm Şəmkirli bildirib ki, Qarabağda ermənilərə veriləcək status Qərbi Azərbaycandan olan soydaşlarımıza da verilməlidir:

“Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımız öz tarixi vətənlərinə qaytarılsınlar və onlara orada status verilsin. Ümid edirəm ki, “Vahid Qərar Şurası” bunu dilə gətirəcək. Bu baxımdan “Vahid Qərar Şurası” Azərbaycanın suverenliyi üçün önəmli rola sahib olacaq”.

 

Jurnalist Nicat Dağlar xatırladıb ki, uzun illərdir Dağlıq Qarabağla bağlı eyni sözlər təkrarlanır:

“Daha danışmaq yox, hərəkətə keçmək lazımdır. Hamı işğalçını da tanıyır, işğala məruz qalanı da. Aprel hadisələri göstərdi ki, Azərbaycan ordusu istənilən an torpaqlarımızı azad etməyə qadirdir. Biz apreldə kimin kim olduğunu, hansı dövlətin kimi dəstəklədiyini də gördük. Biz münaqişənin həlli üçün regionda gedən prosesləri düzgün qiymətləndirməliyik. Bu gün Qarabağ münaqişəsinin həlli üçün fərqli proqram təqdim edilmir, hamı eyni təkifləri verir. Ümid edirəm ki, “Vahid Qərar Şurası” öz fərqli təklifini verəcək”.

 

Müzakirənin gedişində AXCP sədri Razi Nurullayev bildirib ki, Şuranın yaradılması təklifi Azərbaycan üçün yenilikdir:

““Vahid Qərar Şurasının yaradılması özü yenilik, Qarabağ münaqişəsinin həllinə fərqli baxışdır. Azərbaycanın Qarabağla bağlı mövqeyi bəllidir, sadəcə məsələ təkliflərin həyata keçirilməsi mexanizmidir. “Vahid Qərar Şurası”nın məqsədi odur ki, hər kəs, bütün siyasi partiyalar bu məsələdə səmimi olsunlar, bir yerdə fəaliyyət göstərsinlər. Məqsədimiz budur ki, prezident də dəstək versin və məsuliyyət bölüşdürülsün”.

R.Nurullayev qeyd edib ki, Rusiya ilk dəfədir ki, münaqişənin həll prosesində səmimidir:

“Rusiya hal-hazırda Sarkisyana təzyiq edir ki, 6-7 rayon ilkin mərhələdə Azərbaycana qaytarılsın. Sarkisyan isə Rusiyadan təminat istəyir ki, torpaqlar geri qaytarıldıqdan sonra hakimiyyətdə qalacaq. Sarkisyan indiki məqamda sadəcə hakimiyyətinin təhlükəyə düşəcəyindən qorxur və buna görə də tərəddüd edir. Azərbaycanın bu məsələdə Ermənistana güzəşti o olmalıdır ki, Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində muxtariyyət verilsin. Hansısa qərar veriləndə, Azərbaycan bundan zərər çəkməməlidir”.

“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Polad Vahid Qərar Şurasını mükəmməl təklif kimi dəyərləndirib:

“Bu dövlətə uğur gətirəcək bir addımdır və hər kəs bu təklifi alqışlamalıdır, bu partiyaya rəqib olanlar da, dostlar da bunu dəyərləndirməlidir. Çünki “Vahid Qərar Şurası” dövlətimiz üçün önəmli olan bir problemin həllini gündəmə gətirir. Uğurlar arzu edirəm, dövlətimiz üçün bu, çox sevidiricidir
Çıxışlara münasibət bildərən AXCP sədri Razi Nurullayevin sözlərinə görə, VQŞ-ın fəlsəfəsinin arxasında nə dayandığını görənlər var:

“Bizə inananlar çoxdur. Biz istəyirik ki, Şurada Azərbaycan dövlətinin maraqlarına xidmət edən insanlar təmsil olunsunlar. Növbəti tədbir strukturun müəyyən olunmasına və məramına həsr olunacaq. Bununla bağlı sənəd də qəbul olunacaq. Düşünürəm ki, “Vahid Qərar Şurası” ilə bağlı burada səsləndirilən təkliflər nəzərə alınacaq, həmçinin bütün təkliflərə açığıq. Ümid edək ki, yaxın zamanlarda Dağlıq Qarabağla bağlı müsbət bir xəbər eşidəcəyik və torpaqlarımız azad olunacaq”.

]]>
Предложения председателя ПНФА Рази Нуруллаева по «Формуле1» http://axcp.biz/%d0%bf%d1%80%d0%b5%d0%b4%d0%bb%d0%be%d0%b6%d0%b5%d0%bd%d0%b8%d1%8f-%d0%bf%d1%80%d0%b5%d0%b4%d1%81%d0%b5%d0%b4%d0%b0%d1%82%d0%b5%d0%bb%d1%8f-%d0%bf%d0%bd%d1%84%d0%b0-%d1%80%d0%b0%d0%b7%d0%b8-%d0%bd/ Mon, 27 Jun 2016 07:57:26 +0000 http://axcp.biz/?p=1127 «Я не только не против проведения в Азербайджане соревнований «Формула-1» и других международных соревнований и мероприятий, но и выступаю за то, чтобы прилагать для этого еще больше усилий. Пусть приезжают туристы, узнают о нашей стране, чтобы мы лучше интегрировались в мир. Но когда мероприятия приносят неудобства гражданам Азербайджана, вызывают у них раздражение, на них бессмысленно тратятся деньги, то я против мероприятий подобного типа».

Об этом заявил председатель Партии народного фронта Азербайджана (ПНФА) Рази Нуруллаев. Председатель партии отметил, что правительство взяло на себя обязательство проводить эти мероприятия в течение 10-ти лет, поэтому выступление против этих соревнований ничего не изменит:

«Но необходимо предпринять меры, чтобы получить как можно больше выгоды от их проведения и устранись создаваемые гражданам неудобства. Я призываю правительство предпринять эти неотложные меры. В чем проблема?

Во-первых, неприемлемо проводить соревнования в центре города. В Баку и без того имеются проблемы с пробками, дорогами и парковками. Больше месяца перекрытие дорог в центре вызвает заторы и на окраинах города. Теперь центр закрылся как минимум на неделю, что принесло много хлопот водителям и жителям города. Возникнут пробки, в 1000 раз больше городских жителей будут страдать от этого, чем количество зрителей этих соревнований.

Во-вторых, закрыт вход на бульвар. В летние месяцы люди идут гулять на бульвар, а вход туда закрыт на неделю, что создает большие неудобства сотням тысяч людей, изменит их отношение к соревнованиям на негативное.

В-третьих, в такой сложный для экономики страны период трата 100 миллионов на строительство трассы, чтобы потом ее разобрать, вызывает беспокойство и недовольство. Ясно, что тот, кто продумал это таким образом, ошибся. От эйфории, вызванной проведением соревнований в Азербайджане, они не подумали о проблемах, которые они создадут».

Говоря о путях решения сложившихся проблем, председатель ПНФА выдвинул правительству следующие предложения:

«Предлагаю, чтобы в следующем году соревнования проводились не в центре города, а создали новую инфраструктуру для проведения гонок за пределами. Все равно каждый год будут снимать старое асфальтовое покрытие и укладывать новое. Если создадут постоянную инфраструктуру для проведения там «Формулы-1», то не будут бросать деньги на ветер ежегодно. Построенные для проведения Первых Европейских игр спортивные объекты хотя бы остались для дальнейшего использования. Они будут задействованы в следующем году для проведения Исламиады.

С другой стороны, у созданной за пределами города инфраструктуры есть преимущества. Во-первых, у азербайджанских пилотов появится место для тренировок, они смогут тренироваться там в течение всего года. Во-вторых, в Азербайджане каждый раз поднимался вопрос о создании полигона для «автошей». Пусть гоняют лучше там, а не на городских улицах. Можно для них создать свой трек. Если создать такую инфраструктуру и расширить полосы озеленения, то это привлечет туристов. Туристам, которые приедут в Баку через месяц, мы будет показывать дороги говорить, что по ним прошли гонки «Формулы-1», но у них не создастся визуального эффекта.

Надеюсь, что правительство и глава государства отреагируют на мои предложения и с этого года начнут строительство новой инфраструктуры для проведения гонок».

]]>
Razi Nurullayev prezidentlərin Sankt-Peterburq görüşündən danışdı – VİDEO http://axcp.biz/razi-nurullayev-prezidentl%c9%99rin-sankt-peterburq-gorusund%c9%99n-danisdi-video/ Mon, 27 Jun 2016 07:55:23 +0000 http://axcp.biz/?p=1125 “Mən ümumiyyətlə hər bir zaman demişəm və bu gün də təkrar etmək istəyirəm ki, bu şəkildə prezidentlərin görüşündən nəticə gözləmək sadəlöhvlük olardı. Mən düşünürəm ki, prezident İlham Əliyev də bu görüşə gedən zaman onun nəticələrinə inanmır. Bəli, təəssüf ki, siyasətdə hər şey düşündüyümüz, istədiyimiz kimi olmur. Aydındır ki, əgər hökumət görüşdən imtina etsə, Azərbaycan tərəfi sülh danışıqlarından imtina etməkdə günahlandırılacaq. Onun üçün də bəlkə prezident bilə-bilə nəticəsiz danışıqlara gedir. Lakin mən düşünürəm ki, bunun bir çıxış yolu olmalıdır, istənilən halda hər bir problemdən çıxış yolu var”. 
Bu sözləri “Talk TV”-yə prezidentlərin son görüşünü şərh edən yeni yaradılmış AXCP-nin sədri Razi Nurullayev deyib.
O, qeyd edib ki, görüşün nəticəsindən aslı olmayaraq Ermənistan heç bir halda tutduğu mövqedən geri çəkilməyəcək: “Azərbaycan isə bir qarış torpağını belə, ermənilərə verən deyil. Belə bir vəziyyətdə, hər iki tərəf mövqeyində dayanaraq görüşlərə gedirsə, təbii ki, həmin görüşdən nəticə hasil oluna bilməz. Rusiya ya sağol demək olar ki, bu görüşləri təşkil edir, lakin digər yandanda düşünürəm ki, əgər Rusiya ermənistana lazım olduğu səviyyədə və qədərində təzyiq və müqavimət göstərsəydi nəticə də olardı. Əgər Ermənistan qarşısında güc görməsə və yaxud Rusiyanın müqaviməti ilə qarşılaşmasa heç bir halda heç bir rayonu azad etmək niyyətində olmayacaq. Onun üçün də heç bir halda biz 6-7 rayonun qaytarılması ilə bağlı başımızın altına yastıq qoya bilmərik. Azərbaycan konkret addım atmalıdır. Bu konkret addımı mən bir neçə dəfə demişəm və yenə də səsləndirmək istəyirəm. Azərbaycan özü üçün və dünya ictimaiyyəti üçün son danışıq tarixini müəyyənləşdirməlidir. Azərbaycan dekabrın birini son müddət kimi beynəlxalq içtimaiyyətin qarşısında və ermənistanın qarşısında qoyub. Azərbaycan bu müddətə qədər sülh danışıqlarına sadiqdir və Beynəlxalq ictimaiyyətdən, Minsk qrupu həmsədr ölkələrindən və eyni zamanda ATƏT üzvü ölkələrindən bir təşəbbüs, nəticə gözləyir. Əgər onlar bu müddət ərzində Azərbaycanın haqq işində dəstək ola bilməyəcəklərsə, Ermənistan işğal etdiyi ərazilərdən çıxmayacaqlarsa Azərbaycan o zaman istənilən addımı atmaq hüququnu özündə saxlayır. Azərbaycan bu bəyanatı verəndən sonra və bu prinsiplərə sadiqliyini göstərəndən sonra Minsk qrupu həmsədr ölkələri, ATƏT ölkələri, dünya ictimaiyyəti təbii ki, hərəkətə keçəcəklər”.
4 günlük müharibədən sonra dünya ictimaiyyətinin bu məsələ üzərində fəallaşdığını deyən Razi Nurullayev bildirib ki, buna qədər dondurulmuş münaqişə adı verilən Qarabağ problemində bütün dünya, özəlliklə Rusiya xüsusi canfəşanlıq göstərməyə başlayıb: “Azərbaycana təbii ki, problemin dondurulmasını bunu qəbul etmirdi. Müharibə başlayandan sonra isə status-kvo götürüldü və artıq bu problem dondurulmuş yox, istənilən an partlaya biləcək və müharibə vəziyyətinə çata biləcək bir münaqişədir. Bu baxımdan Azərbaycan bu müddəti təyin edəndən sonra artıq dünya ictimaiyyəti də müəyyən addım ata bilər və təbii ki, bu demək deyilki Azərbaycan dekabrn birinə qədər irəli sürüldüyü tələblər yerinə yetirilməyəcəksə həmən müharibəyə başlayacaq. Amma Azərbaycan artıq öz addımlarına özü cavabdeh olmalıdır və dünya ictimaiyyəti əgər bunu etmirsə artıq Azərbaycan öz dostları ilə birlikdə torpaqlarının azad olunması üçün digər tədbirlər və mövqelər, təkliflər və hərəkətlər üzərində işini aparmalıdırlar. Bunu hətta mən görüşdən öncə də demişdim, ola bilsin ki, Ermənistan üzərinə hər hansı bir öhdəlik götürüb ki, bir neçə aydan sonra deyək ki, 5-6 rayonu qaytarıram, sonrakı mərhələdə isə dağlıq Qarabağın ümumilikdə müqəddaratını həll edirik. Amma biz hər zaman görmüşük Ermənistan belə sözlər verib, sonra sözünün üzərində dayanmır. Əgər dünən Sankt-Peterburqda Ermənistan prezidenti söz veribsə ki, Dağlıq Qarabağla bağlı kompramist mövqe sərgiləyəcək və rayonların qaytarılması ilə bağlı konkret addımlar atılacaq, heç kim zəmanət verə bilməz ki, Sarkisiyan həmişəki kimi bir həftə sonra başqa bir bəyanat verməyəcək, dağlıq Qarabağa müstəqillik tələb etməyəcək. Onun üçün də mən də təəccüblənirəm ki, bu gün hansısa müsbət nəticələrdən danışılır. İstənmilən halda Dağlıq Qarabağla bağlı nə dünənki görüşdən nədə ki, ondan öncəki görüşlərdən konkret ortada bir fakt olmayana qədər müsbət mənada danışmaq həm yersizdir, həm də mən hesab edirəm ki, bu mümkün deyildir”.
Razi Nurullayev sonda rəhbərlik etdiyi partiyanın irəli sürdüyü “Vahid Qərar Şurası”nın Qarabağ probleminin həllində önəmli rol oynayacağını bildirib: “Azərbaycan iqtidarı da gücünü xalqdan və Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatlardan almalıdır. Məhz elə bu yerdə də təklif irəli sürdüyümüz “Vahid Qərar Şurası” öz yerini tutur. Mən düşünürəm ki, “Vahid Qərar Şurası” tez bir zamanda formalaşmalıdır və hakimiyyət buna çox ciddi bir siyasi dəstək verməlidir. Ölkədə ictimai-siyasi təşkilatlar da buna dəstək verməlidir. “Vahid Qərar Şurası” da Azərbaycanın taleyüklü məsələləri ilə bağlı Vahid Qərarını açıqlasın. Artıq prezident də “Vahid Qərar Şurası”ndan güc alaraq, xalqın dəstəyindən əmin olaraq danışıqlara rahat getsin”.

 

]]>
Razi Nurullayev: “Elçibəy ideyaları gerçəkləşdiyi zaman xalq xoşbəxt olacaq” – VİDEO SUJET http://axcp.biz/razi-nurullayev-elcib%c9%99y-ideyalari-gerc%c9%99kl%c9%99sdiyi-zaman-xalq-xosb%c9%99xt-olacaq/ Mon, 27 Jun 2016 07:51:36 +0000 http://axcp.biz/?p=1121 İctimai Fikir Akademiyasının növbəti ictimai müzakirəsi Azərbaycanın demokratik yolla seçilmiş ilk prezidenti Əbülfəz Elçibəyin doğum gününə həsr olunub – Ətraflı videoda

 

]]>
Razi Nurullayev: “Nazir də başda olmaqla Səhiyyə Nazirliyinin yarısı istefaya getməlidir” http://axcp.biz/razi-nurullayev-nazir-d%c9%99-basda-olmaqla-s%c9%99hiyy%c9%99-nazirliyinin-yarisi-istefaya-getm%c9%99lidir/ Mon, 27 Jun 2016 07:48:48 +0000 http://axcp.biz/?p=1118 “Azərbaycanda ən bərbad sahələrdən biri də səhiyyə sistemidir. Yaxşı həkim tapmaq və müalicə olunmaq müşkülə çevrilir. Son illər Türkiyədə oxuyub gəlmiş həkimlərin sayəsində müəyyən dönüş yaransa da, hələ də köhnə nomenklatura onlara da bildikləri formada hərəkət etməyə icazə vermir”.

Bunu Ölkə.Az-a Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib. Sədr qeyd bildirib ki, acınacaqlı vəziyyətin düzəldilməsi üçün Səhiyyə Nazirliyinin nazir də daxil olmaqla ən az 50 faizlik heyətinin istefası vacibdir:
“Son illər tikilən və təmir edilən dəbdəbəli səhiyyə müəssisələri ilə fəxr etməyə dəyməz. İstəyirsiniz, lap almazdan, brilyantdan tibb sarayları tikilsin, qızıl və brilyantdan tibb alətləri düzəldilsin, cərrahlara brilyantdan əlcəklər geyindirilsin, amma fakt dəyişməyəcək, yenə də xəstə ayağı buraxıb, sağlam ayağı kəsən cərrahlar olacaq, xəstə dalağ yerinə, qaraciyəri müalicə edən həkim olacaq, apenditsit ağrısını mədə ağrısı kimi qələmə verəcək, dünya tibbində cərrahi əməliyyatın ölümlə nəticələnəciyi ehtimalı yüksək olan xəstəliyi biçaqla yarıb, xəstəni ömürlük şikəst edəcək həkimlər olacaq.

Səbəb aydındır. Savadsızlıq, pula hərislik və bərbad idarəçilik.
Təcili tədbirlər görülməlidir və bunları zaman-zaman çox demişik, amma yenə də xatirlatmaqda fayda gördük”.

“Birincisi, Səhiyyə Nazirliyi qohumbazlıq, yerlibazlıq və rüşvətlə işə götürmə ənənəsindən birdəfəlik qurtarmalıdır” deyən AXCP əlavə edib ki, köhnə nomenklatura bunu həyata keçirə bilməz:

“Səhiyyə Nazirliyinin, nazir daxil olmaqla 50 faiz idarəedici heyəti dəyişməlidir. Yerinə xaricdə təhsil almış, dünya poliklinikalarında idarəetmə təcrübəsi keçmiş şəxslər gətirilməlidir. Yaxşı həkim olmaq, tanınmaq, çox pulu olmaq və iqtidara göstərdiyi xidmətə görə təyinat yolverilməzdir. İnsanların sağlamlığı və həyatı ilə oynamaq cinayətdir.

İkincisi, Tibb Universitetinin rüşvət və korrupsiyadan təmizlənməsinə ehtiyac var. Sovet dönəmində rüşvətin ən çox tuğyan etdiyi universitet Tibb Universiteti idi. Son illərə kimi də bu davam edirdi. İndiki vəziyyətdən tam məlumatlı deyiləm, amma bilirəm ki, bu tibb müəssisəsi çox az sayda yetişkin və qabiliyyətli tibb işçisi hazırlaya bilir. Tibb Universitetinin təmamən yenidən qurulmasına zərurət var. Həm prezident və hökumət fərdi nəzarətə götürməli, həm də Universitetə 40-50 arası xarici mütəxəssislərin dəvət olunması vacibdir. Bizim millətimizin bir xasiyyəti var ki, hamı özündən və işindən çox razıdır, hamı özünü hər kəsdən üstün tutmağa çalışır, amma, onların fitnəsi ilə səhiyyəni daha da bərbad hala salmaq olmaz. Xarici mütəxəssislərə ehtiyac var və kim bunun əksini deməyə çalışırsa, ilk fitnə toxumlarını səpən elə odur. Ən azından tibb sahəsində, şəxsi və fərdi maraqlardan çıxış etmək cinayət əməli sayılmalıdır.

Üçüncüsü, İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının açılması çox mütərəqqi addımdır və bunu alqışlayırıq. Bununla bərabər, dünyaca məşhur daha bir neçə tibb institutlarının Bakıda filiallaırnın yaradılması və İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının əhatə etmədiyi müalicə növləri üzrə kadrlar hazırlaması zərurətdir. Bahalı idman yarışları keçirir və buna pul tapa biliriksə, demək bu tip xalqa doğurdan da vacib olan problemlər üçün də pul tapılar. Bakıda kardiologiya, burun,qulaq və boğaz, böyrək, onkologiya və bir çox digər tibbi sahələrdə kadr hazırlığına ehtiyac var. Ən vacib ehtiyaclardan biri də terepavtlərin – can həkimlərinin hazırlanmasıdır. Heç kim məndən inciməsin, amma hələ də normal və savadlı bir can həkiminə rast gəlməmişəm. Sahə həkimlərinin çox hissəsi aşağı səviyyəli biliklərə malikdir.

Dördüncüsü, nəhayət ki, məcburi tibbi sığorta işə salınsın. Kasıb Gürcüstanda əhali məcburi tibbi sığorta ilə təmin olunub və təmasda olduğum gürcülər çox razılıq edirlər. Kasıblar gün üzü görməyə başlayıb. Amma, varlı Azərbaycan, xöşbəxt Azərbaycan vətəndaşları nə normal tibbi xidmət ala bilirlər, nə də “pulsuz” olan tibbi xidmətləri pulsuz yola verə bilirlər. “Pulsuz” tibbi xidmət o qədər bərbad vəziyyətdədir ki, danışmağa dəyməz. İnsanlar yenə də doğum evlərində rüşvətlə dünyaya gəlir və son mənzilə salınmaq üçün də yenə də həkimdən rüşvətlə ölüm kağızı alır. Budur həqiqət.
Beşincisi, özəl tibb müəssisələrinə qarşı tələblər ən azı on dəfə sərtləşməlidir. Yalançı və lazım olmayan analizlərin aparılmasına, şişirdilmiş qiymətlərin qoyulmasına, həkim-əczaçılıq şirkətlərinin dərman sırıma əməkdaşlığına son qoyulmalıdır. 10-15 otaq təmir edib, binanın bir mərtəbəsini təmir etdirib tibb müəssisəsi yaratmaq olmaz. Elə həkimlər var ki, 4-5 yerdə işləyirlər. Məgər bundan keyfiyyət dəyişir? Necə olur ki, özəl tibb müəssisələrinin sayı durmadan artır, amma keyfiyyət dəyişmir?”

“Öz ölkəsində heç nəyə yaramayan, sadəcə pul verib özünü reklam etdirən xarici həkimləri bura gətirib insanların sağlamlığı ilə də oynamaq olmaz” deyən Razi Burullayev sonda vurğulayıb ki, özəl tibb tibbin keşiyində yox, asan pul qazanmaq məkanına çevrilib:

“Məgər hökumət bunu görmür? Görüb susursa, bu qanunsuzluqlara şərikdir”…

]]>
AXCP sədrindən müxalifətə birlik təklifi http://axcp.biz/axcp-s%c9%99drind%c9%99n-muxalif%c9%99t%c9%99-birlik-t%c9%99klifi/ Tue, 24 May 2016 08:52:54 +0000 http://axcp.biz/?p=1113 “Ümumi işin xeyrinə olan birliklərdə iddiasız və ön şərtsiz iştiraka hazırıq”

“Müxalifət düşərgəsində “mən-mən” ab-havasından, özünə vurğunluqdan, bir-birini tanımaq və tanımamaq iddiasından geri çəkilməkdə fayda var. Təbii ki, elə məqamlar və elə adamlar var ki, onların ümumi işə ziyan vuracağı qənaətindən qaça bilmirsən. Bizim AXCP ilə bağlı vəziyyətimiz kimi. Ümumiyyətlə isə, ölkədə kifayət qədər ciddi partiyalar və siyasətçilər var ki, birləşərək ölkənin siyasi həyatına əsaslı təsir göstərə bilərlər”.

Cebhe.info xəbər verir ki, bunun AXCP sədri Razi Nurullayev deyib.

Partiya sədrinin sözlərinə görə, rəhbərlik etdiyi AXCP ümumi işin xeyrinə olan birliklərdə iddiasız və ön şərtsiz iştirak etməyə hazırdır:

“Bu gün əhalinin böyük bir hissəsi siyasi prosesləri izləsə də, iştirak etmir. Onlar üçün siyasi partiyalar etibarını itirmiş qurumlardır. Çünki bir çox partiya və siyasətçilər gücündən artıq danışmaq və bəyanatlar səsləndirmək, hədələr dilə gətirmək, qarşısındakını aşağılamaq, hörmətdən salmaq, başqa siyasətçinin gördüyü xeyirli işin də təkərinə çomaq soxmaq yolunu tutur. Bəlkə də bu, qısqanclıq ucbatından, gözügötürməzlikdən irəli gəlir. Halbuki Azərbaycan siyasətində o qədər boşluqlar var ki, hələ səhnədə olan siyasətçilər qədər də insana yer var. Heç kim heç kimin yerini dar etmir. Əslində burada ciddi bir səbəb də var və bu qısqanclıq hissi də elə buradan başlayır. Əksər siyasi partiyaların nizamnaməsi, məramı və məqsədləri çox oxşardır. İdeoloji xətləri yox səviyyəsindədir.

Öz adımdan deyə bilərəm ki, biz kifayət qədər dəyişiklik yaratmaq yolunu tutmuşuq və təcrübəmizi istənilən dost partiya ilə bölüşməyə hazırıq. Onlara dəstək olmağa da gücümüzü səfərbər edə bilərik. Sonunda qoy cəmiyyətimiz, insanlarımız və güclü olan qazansın. Azərbaycan siyasi həyatı üçün 5-6 ciddi ideoloji xətt üçün məkan və yer var. Ən azı isə 10-15 əhali təbəqəsi ilə də işləmək imkanları mövcuddur. Elə problem ondadır ki, siyasi partiyalar eyni hədəf qrupları, eyni təbəqə və eyni insanlarla ünsiyyət qurmağı sevir.

Belə görünür ki, hər kəs çalışır ki, on milyon vətəndaşımızı tərəfinə çəksin. Bu isə mümkün deyil və dünyada da indiyə qədər uğur qazanmayıb. Belə hallar inqilablar və ölkənin ərazi bütövlüyünün itirilməsi zamanı – konkret olaraq müharibələr vaxtı mümkündür. Bunun üçün də ölkənin siyasi partiyalarının ciddi məsləhət və məşvərət etməsində fayda görürəm. Hər kəsin güclü olduğu və hər kəsin daha yaxşı işləyə biləcəyi əhali qrupları var. Bunu müzakirə edə və ciddi qərarlar da verə bilərik. Yenə də təkrarlamaq istərdim ki, bunun üçün ciddi və sağlam siyasi qüvvələrin bir yerə toplanmasına ehtiyac var. Biz bu ehtiyacı görür və dost partiya və siyasətçilərlə bu imkanları müzakirə etməyə hazırıq. Bu sadəcə, demək istədiklərimin kiçik bir hissəsidir. Az zaman müddətində böyük yol qət etdik, onlarla təklif və proqramlar hazırlamışıq”.

Razi Nurullayev bildirib ki, partiyanın ideoloji, nəzəri və əməli dayaqları olacaq alt yapısı üzərində də iş gedir:

“Partiya tamamən yenilənməkdədir. Çalışacağıq ki, qoyduğumuz fundament elə möhkəm olsun ki, şəxslərə bağlı olaraq üçulub tökülməsin. Biz sağlam siyasi qüvvələrlə əməkdaşlığa və müzakirələrə hazırıq. İstər ölkənin iç siyasəti, istər xarici siyasət, istər də Dağlıq Qarabağ müharibəsinin həllinə töhfədə. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Vahid Qərar Şurası da gündəmimizin əsas mövzusudur. Burada iştirak və müzakirə də hər kəsə açıqdır”.

]]>
Рази Нуруллаев: «Устав большинства политических партий схож, нет идеологических линий» http://axcp.biz/%d1%80%d0%b0%d0%b7%d0%b8-%d0%bd%d1%83%d1%80%d1%83%d0%bb%d0%bb%d0%b0%d0%b5%d0%b2-%d1%83%d1%81%d1%82%d0%b0%d0%b2-%d0%b1%d0%be%d0%bb%d1%8c%d1%88%d0%b8%d0%bd%d1%81%d1%82%d0%b2%d0%b0-%d0%bf%d0%be/ Tue, 24 May 2016 08:42:40 +0000 http://axcp.biz/?p=1102 «В оппозиционном лагере было бы полезным отказаться от самовлюбленности и амбиций. Естественно, есть такие моменты и такие люди, когда тебя не покидает убеждение, что они только навредят общей работе. Как в нашем случае с ПНФА. В целом в стране достаточно серьезных политических партий и политиков, объединившись, они могут оказать серьезное влияние на политическую жизнь страны. С самого начала хочу отметить, что мы готовы без предусловий принимать участие в союзе во благо всеобщего дела».

Об этом заявил председатель Партии народного фронта Азербайджана Рази Нуруллаев. По его словам, хотя большая часть население на сегодняшний день и следит за политическими процессами, но не участвует в них напрямую:

«Они не доверяют политическим партиям, которые стараются только унизить и опорочить друг друга, ставят палки в колеса друг другу. Хотя на политической сцене Азербайджана найдется место для всех».

«Устав большинства политических партий, их помыслы и цели схожи. Идеологических линий нет», — заявил Рази Нуруллаев.

«От себя скажу, что мы избрали путь создания изменений и можем поделиться своим опытом с любыми дружескими партиями, поддержать их. Политические партии могут создать различные идеологические линии и работать с разными  слоями населения, но проблема в том, что они выбирают одни и те же группы и слои населения. Каждый старается склонить 10-миллионное населения в свою сторону. Но это невозможно. Такое возможно только во время революции или потере территориальной целостности, во время войны.  Для каждой партии есть свои слои населения. Мы может это обсудить и принять серьезное решение. Для этого серьезные и здоровые политические силы должны собраться вместе. Мы готовы обсудить эти возможности с дружественными партиями и политиками».

Рази Нуруллаев отметил, что за короткое время возглавляемая им ПНФА проделала большую работу и подготовила для них предложения и программы:

«Мы полностью обновляем партию, работаем над ее идеологическими, теоретическими и практическими основами. Мы готовы к сотрудничеству и обсуждениям со здоровыми политическими силами. Основной темой нашей повестки дня является создание «Совета единого решения» для урегулирования карабахского конфликта. Все могут участвовать и обсуждать».

]]>
Razi Nurullayev: “Hər iki gəncin üzərindən saxta ittihamları götürülməlidir” http://axcp.biz/razi-nurullayev-h%c9%99r-iki-g%c9%99ncin-uz%c9%99rind%c9%99n-saxta-ittihamlari-goturulm%c9%99lidir/ Tue, 24 May 2016 08:38:05 +0000 http://axcp.biz/?p=1099

 

“NİDA üzvləri Bayram Məmmədov və Qiyasəddin İbrahimovun dörd ay müddətinə həbsə atılması bütöv Azərbaycanda qeyz doğurub. Onların etdikləri xuliqanlıq hərəkətidir və cəzaları da maksimum 30 sutka həbs ola bilərdi. İki cavan ömrü həbsxanada çürütmək yolverilməzdir”. 

 

Musavat.com xəbər verir ki, bu sözləri yeni yaradılmış Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi urullayev NİDA üzvləri Bayram Məmmədov və Qiyasəddin İbrahimovun həbslərinə münasibət bildirərkən deyib.

AXCP sədri məsələyə biraz da ironik yanaşaraq qeyd edib ki, nə çilədirsə, hərəkata qoşulanlar, siyasi fəallıq göstərənlər və hakimiyyəti tənqid edənlər narkomaniyaya qurşanırlar:

“Bu gün, dünyada yüz minlərlə insan var ki, dissertasiya mövzusu axtarışındadır. Bütün dünya üçün Azərbaycanın siyasi fəallarının narkomaniyaya qurşanması fenomeni üzrə yüzlərlə dissertasiya işi müdafiə edilə bilər. Bəlkə, bu fenomenin kökünü qazıyıb, çıxış yolunu göstərənlər Nobel mükafatı da ala bilər.

Hər zaman demişik və yenə də deyirik. Təhqir, aşağılama və insan heysiyyatına toxunacaq kobud davranış yolverilməzdir. İstər bunu müxalifətin siyasi fəalı, istərsə də siyasi hakimiyyətin məmurları etsin. İnsan şəxsiyyətinə hörmət etmək, hörmət görmək deməkdir. Amma, insanlara şər atmaq, etmədikləri cinayət üzrə onları həbsə atmaq çox üzücüdür və siyasi qruplar arasında uçurumu dərinləşdirir, cəmiyyətdə çox böyük siyasi bölücülük yaradır”.

“Mən də inanıram ki, Bayram Məmmədov və Qiyas İbrahimov narkotika aludəçisi, nə də onlar kiloqramlarla heroin satan deyillər” 

 

Razi Nurullayev bildirib ki, hər iki gəncin həyat tərzi onların şərləndiyini bir daha sübut edir:

“Zatən, onların ailə üzvləri və yaşayış tərzləri artıq ictimaiyyətə təqdim olunub. İnsan ürək ağrısız baxa bilmir. Bu o gənclərin valideynlərinə qarşı böyük ədalətsizlikdir. Siyasi hakimiyyəti Bayram Məmmədovun və Qiyas İbrahimovun üzərindən saxta itihamları götürməyə və pozulan hüquqlarını bərpa etməyə çağırıram. 22 yaşlı və 48 kilo çəkisi olan Qiyasın anasının göz yaşına dəyərmi? Bütün dünya o göz yaşına dəyməz!”

]]>
Üzeyir Cəfərov: “Vahid Qərar Şurası”na qısqanclıq edənlərin vətəndaşlıq mövqeyinə şübhə edirəm – Videosujet http://axcp.biz/vahid-q%c9%99rar-surasina-qisqancliq-ed%c9%99nl%c9%99rin-v%c9%99t%c9%99ndasliq-movqeyin%c9%99-subh%c9%99-edir%c9%99m-uzeyir-c%c9%99f%c9%99rov/ Tue, 24 May 2016 08:31:31 +0000 http://axcp.biz/?p=1091 Azərbaycan Xalq Cəbhəsi Partiyası  Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların, ictimai birliklərin, ziyalıların və digər söz sahibi olan təşkilatların, ən əsası Azərbaycan xalqının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vahid mövqeyini ortaya qoymaq üçün təklif etdiyi “Vahid Qərar Şurası”nın müzakirələri davam edir. İctimaiyyətdən müsbət rəy toplayan şura haqqında daha bir ekspert yüksək fikirlər səsləndirib.

 

Belə ki, “İctimai Fikir Akademiyası”nın “Qarabağ münaqişəsində xalqın vahid mövqeyi” mövzulu ictimai müzakirəsində iştirak edən hərbi ekspert Üzeyir Cəfərov, tədbirdən sonra Talk Tv-yə açıqlamasında “Vahid Qərar Şurası”nın çox önəmli təklif olduğunu bildirib. Ekspert qeyd edib ki, müxalifətindən, iqtidarından aslı olmayaraq hərkəs bu şuraya dövlətçilik nöqteyi nəzərindən yanaşmalı, qısqanclıq göstərməməlidir:

“Burda heç bir qısqanclıqdan söhbət gedə bilməz. Çünki burda Azərbaycanın gələcəyi ilə bağlı olan müddəalar öz əksini tapıb. Sənədi hazırlayanlar vətənini, torpağını sevən insanlardır. Mən hesab edirəm ki, o sənəd üzərində bütün iqtidarlı, müxalifətli hər bir kəsin işləməsi çox vacibdir və çox zəruridir. Çünki muharibə elə bir şeydir ki, dövlətin olum-qalım məsələsi həll olunur. O nöqteyi nəzərdən mən şəxsən fərd olaraq, cəmiyyətin bir üzvü olaraq  “Vahid Qərar Şurası”nın tədbirlərində iştirak edəcəm. Çünki orda həm müzakirə olunası, həm də təklif ediləsi xeyli müddəalar var. Mən demirəm ki, o ideal bir sənəddir, sadəcə işçi bir sənəddir, o sənəd üzərində işləmək lazımdır. Ona görə də hamını dəvət edirəm “Vahid Qərar Şurası” ətrafında birləşməyə. Və o sənədi dövlətimizə, xalqımıza bir kömək məqsədilə gələcəkdə proqram xarakterli bir sənəd kimi ortaya çixaraq. Yenədə deyirəm ki, kim bu sənədə qısqanclıqla yanaşılacaqsa o insanların Azərbaycanla bağlı mövqeyini sağlam mövqe hesab edə bilmərəm. Çünki yenə də deyirəm “Vahid Qərar Şurası” Azərbaycan dövlətinə, hakimiyyətinə gələcəkdə atmaq istədiyi addımlarda bir əlavə mandat statusu oynayacaq. Yəni mən belə yanaşıram. Ona görə də mən hesab edirəm ki, o sənəd üzərində bütün Azərbaycan cəmiyyəti yaxından işləməlidir və bütün iqtidarlı, müxalifətli qüvvələr vahid ölkənin taleyi, gələcək taleyi ilə bağlı məsələlərin həlli üçün öz tövhələrini mütləq mənada ortaya qoymalıdır”.

 

Son zamanlar cəbhə xəttində baş verənləri, Qarabağ problemi ətrafında gedən prosessləri və son Vyana görüşünü də dəyərləndirən ekspert bildirib ki, diplomatların 20 ildən artıq müddətdə əldə edə bilmədiklərini Azərbaycan ordusu qısa zamanda etdi, dünyanın diqqətini Qarabağa yönəltməyi bacardı:

“Prinsip etibarı ilə bu hadisələr Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirdi. Mayın 16-da Vyanada baş tutan görüşdə Azərbaycan tərəfi həm ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, həm də dünyaya bir daha belə bir mesaj ünvanladı ki, Azərbaycan heç bir halda Torpaqlarının işğalı ilə barışmayacaq, nəyin bahasına olur osun Azərbaycan silahlı qüvvələri Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcək. Bu istiqamətdə lazım olan bütün addımlar atılıb, ordumuz üçün ən muasir silah-sursatlar alınıb. Bu gün əsgər və zabitlərimizin döyüş ruhu bütün Azərbaycanda olduğu kimi ən yüksək səviyyədədir. Mən hesab edirəm ki, iyun ayının sonunda prezidentlərin növbəti görüşü vaxtı danışıqların əsas parametrləri razılaşdırılmalıdır. Azərbaycanın işğal altında qalan bir neçə yaşayış məntəqəsinin Azərbaycanın halal haqqı kimi öz ərazisinə qaytarılması məsələsi reallığını tapacaq. Hesab edirəm ki, iyun ayında əgər erməni tərəfi yenədə cəhd edərsə danışıqlar prosesini pozsun, Azərbaycan silahlı qüvvələri bu dəfə daha amansız, daha sərt şəkildə düşmənə layiq olduğu cəzanı verəcək. Azərbaycan ordusu bütün çətinliklərə baxmayaraq çətinlik o barədə ki, dağlıq relyefinə görə demək istəyirəm, tam hazırdır, verilən tapşırığı ən yüksək şəkildə yerinə yetirmək əzmindədirlər”.

 

“Ermənistan heç vaxt öz ağlı ilə hərəkət etmir, hər zaman onlara havadarları yol göstərir” deyən Üzeyir Cəfərov bildirib ki, artıq Rusiya da problemin həllində maraqlıdır. Ekspert buna misal olaraq, Rusiya xarici işlər nazirinin Vyana görüşündən sonrakı “tərəflər məsələnin mərhələli həllinə razılaşıblar” fikrini xatırladıb. Üzeyir Cəfərovun sözlərinə görə, mərhələli həll ondan ibarət olacaq ki, ermənistan işğal altında olan ətraf rayonları Azərbaycana qaytaracaq, sonra vətəndaşlar öz torpaqlarına köçəcək və yalnız bundan bir müddət sonra referendum müzakirə mövzusu ola bilər:

“Yəni Ermənistanın istədiyi kimi ola bilməz. Çünki, Dağlıq Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi var. Bu gün də onlar qüvvəsindədir. Baxmayaraq ki, 20 ildən artıq vaxt keçib. Orda aydın şəkildə göstərilib ki, Ermənistanın işğalçı silahlı qüvvələri qeyri şərtsiz olaraq Azərbaycan ərazilərindən geri çəkilməlidirlər. Buna görə də Azərbaycan həm aprelin əvvəllərində ortaya qoyduğu prinsipial mövqe, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin əsasında Qarabağla bağlı məsələ öz xeyrinə həll edəcək. Azərbaycanın kifayət qədər siyasi və hərbi iradəsi var ki, bu məsələ Azərbaycanın tam ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini tapsın”.

 

Minsk Qrupunun da fəaliyyətinə münasibət bildirən hərbi ekspert, 20 il ərzində Minsk Qrupunu ölü bir qurum kimi dəyərləndirdiyini və həmsədrlərin  dünyanın ən xoşbəxt turisti olduğunu deyib:

“Çünki Qarabağ məsələsi burda, yəni regionda həll olunmalı olduğu halda, bunlar bütün dünyanın 4 tərəfini gəzib boş-boş bəyanatlar, mənasız monitorinqlər keçirməklə öz işlərini bitmiş hesab edirlər. Hətta indi Vyana görüşündə də onlar əlavə imkanlar əldə ediblər ki, guya bu müşahidəçilərin sayı artırılacaq. Nə dəyişəcək? O müşahidəçiləri biz Ukraynanın Dambas regionunda da görürük. Amma müşahidəçilərin olmasına baxmayaraq orda qan axıdılırdı, axmaqda da davam edir. Qarabağda monitorinqlər necə keçirilirdisə, ölənlər, itənlər hər iki tərəfdə necə olurdusa, indi də eyni vəziyyət davam edir. Hesab edirəm ki, ATƏT-in minsk qrupunun həmsədrlərinə ehtiyac yoxdur. Artıq hesab edirəm 2016-cı ildə Dağlıq Qarabağla bağlı məsələlər müsbət həllini tapandan sonra ATƏT-in Minsk Qrupunun da fəaliyyəti yəqin ki, tarixçilərin araşdırma mövzusu olacaq. Və onlar tarixdə heçdə yaxşı bir fikirlə xatırlanmayacaqlar”.

Sonda ABŞ-ın dövlət katibi Con Kerrinin Vyana görüşündə iştirakını da müsbət dəyərləndirən ekspert qeyd edib ki, iyun ayında Azərbaycan xalqı Qarabağla bağlı xoş xəbərlər alacaq.

]]>
http://axcp.biz/1088/ Mon, 02 May 2016 09:08:37 +0000 http://axcp.biz/?p=1088 Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) “Vahid Qərar Şurası” təklifinin ictimai müzakirəsi – Lider Tv

 

]]>