Azərbaycan siyasətində yeni simalar olmalıdır. Partiyalar yenidən şəkillənməlidir.
Bu sözləri Kanal13-ə müsahibəsində AXCP Ehtimad Qurultayı Təşkkilatı Komitəsinin sədri Razi Nurullayev deyib. Sədr müsahibəsində ölkədəki mövcud ictimai-siyasi vəziyyətə, AXCP-də son zamanlar baş verənlərə, aydınlıq gətirərək vurğulayıb ki, partiya parçalanmamalıdır:
“Buradan qarşı tərəfə səslənirəm: AXCP vahid olmalıdır, parçalanmamalıdır. Bizim bir istəyimiz var. Azərbaycan siyasətində yeni simalar olmalıdır. Partiyalar yenidən şəkillənməlidir. Köhnə siyasətçilər kənara çəkilməli və yerini gənclərə verməlidir… Bu gün Əli Kərimli sədrlikdən istefa versə, bir qurultay olacaq. Artıq iki qurultaya ehtiyac qalmayacaq. Ola bilsin ki, sədriyə də namizədlyimi verməyim”.
Haqqında səsləndirilən ittihamlara da münasibıt bildirın sədr qeyd edib ki, Razi Nurullayev hakimiyyətin proyektidir deyənlər əgər haqlıdırlarsa, o zaman bu oyunu pozsunlar:
“Əli Kərimli və ətrafı deyir ki, Razi Nurullayev hakimiyyətin proyektidir. Əgər bu belədirsə, o zaman hakimiyyət mənə imkan verməyəcək ki, AXCP-ni bütövləşdirim. Bu da məntiq. Qoy, Əli Kərimli mənim oyunumu pozsun. İstefa verib, yerini gənc bir şəxsə versin. O düşünrsə ki, mən bunu kimlərinsə tapşırığı ilə yerinə yetirirəm, qoy o zaman oyunumu pozsun”.
R. Nurullayev sonda Əli Kərimli ilə şəxsi probleminin olmadığını qeyd edib:
“Demirəm ki, Əli Kərimli kənarda qalsın. Demirəm ki, o siyasətdən getsin. Bir müddət kənarda qalsın və bəlkə biz sabah onu dəvət edib lider elan edəcəyik. Bəlkə onu vahid namizəd kimi görmək istəyəcəyik. Hətta, onun lider olmasına, hər kəs istəsə vahid namizəd olmasına da etirazım yoxdur. Ümumiyyətlə, mənim Əli Kərimli adında problemim yoxdur”.







