Dövlət – insan hüquqları və azadlıqları\\
\\Dövlət insanların hüquq və azadlıqlarını qorumaq üçün yaradılmışdır. Onun orqanlarının bütün istiqamətləri – QANUNVERİCİLİK, İCRA və MƏHKƏMƏ hakimiyyəti vətəndaşların iradəsi ilə formalaşmalıdır. Dünyada ən yaxşı Qanun xalqın, ölkədə yaşayan bütün vətəndaşların xoşbəxtliyinə xidmət edən qanundur. Ən güclü hakim ədalətdir. Ölkənin böhrandan çıxarılmasının ilkin şərti dövlət quruculuğunun bütün istiqamətlərində qanunların işləməsini təmin etməkdir. Azərbaycanın suverenliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, hüquqi, dünyəvi, demokratik dövlətin bərqərar olması, Qarabağ probleminin həlli üçün QANUNVERİCİLİK, İCRA və MƏHKƏMƏ orqanlarının fəaliyyəti bütünlüklə xalqın mənafeyinə xidmətə tabe etdirməlidir.\\Azərbaycanın hər bir vətəndaşının azad, firavan yaşaması, qanunların və onun icrasının hamı üçün bərabər, ali və ədalətli olması uğrunda mübarizə bizimn fəaliyyətimizin əsas istiqamətidir. Dövlət orqanlarının bütün strukturlarında avtoritarizmə, monopoliyaya, tayfabazlığa, korrupsiyaya, rüşvətxorluğa, haqsızlığa qarşı barışmaz mübarizə bizim mövqeyimizdir. Haqqı mənimsənilənlə başqasının haqqını mənimsəyən birləşə bilməz. Yalnız ədalətli qanunlar, onların hər bir insan üçün aliliyi baxımından tətbiqi xalqı birləşdirir, cəmiyyəti inkişaf etdirir, dövləti möhkəmləndirir.\\Xalq dövlət üçün deyil, dövlət xalq üçündür! Ədalət dövlətin ləyaqəti, cəmiyyətin tərəqqisi, vətəndaşların həmrəyliyidir. Ədalətsizlik dövlətin qüsuru, cəmiyyətin tənəzzülü, vətəndaşların ixtilafıdır.\\ \
- \
- Sosial-iqtisadi sahə
\
\ Azərbaycanın dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün və Azərbaycan xalqının layiqli həyat səviyyəsinin təmin olunmasının qeyri-enerji sektorunu inkişaf etdirmədən, eləcə də güclü və dinamik inkişaf edən iqtisadiyyat yaratmadan mümkün olmadığını dərindən anlayaraq Respublikanın təbii şəraitini, coğrafi mövqeyini, tarixi-ənənəvi və milli xüsusiyyətlərimizi nəzərə alaraq iqtisadiyyatımızın inkişafı üçün aşağıdakıların həyata keçirilməsini zəruri sayırıq. Sosial-iqtisadi problemlərin həllinə nail olmaq üçün aşağıdakı müddəalar vacibdir:\\- Azad bazar iqtisadiyyatı modelinin inkişaf etdirilməsi və ədalətli rəqabət mühitinin yaradılması;\\- İqtisadi azadlıqların təmin edilməsi;\\- Sosial hüquqlarla əhatə olunmuş, sığortalanmış, azad və ədalətli rəqabət əsasında formalaşmış bazar iqtisadiyyatı mexanizminin həyata keçirilməsinə nail olunması;\\- korrupsiyaya qarşı barışmaz və real mübarizə aparılması;\\- insan amilinə qayğı və diqqətin artırılması;\\- milli sahibkarlar ordusunun yaranmasını ləngidən süni maneələrin aradan qaldırılması;\\- sosial yönümlü layihələrin icrasının dərinləşdirilməsi, burdakı şəffaflığı təmin edilməsi;\\- ölkənin ÜTM-yə üzv olması və xırda biznesin inkişafına ayrılan kreditlərin sayını artıqmaqla faiz dərəcələrinin aşağı salınması;\\- Kənd təsərrüfatının inkişafına dövlət yardımının genişləndirilməsi;\\- Mülkiyyətin toxunulmazlığının təmin olunmalısı;\\- İqtisadiyyatın və dövlət büdcsinin neft və qaz amilindən asılılığının azaldılması üçün məqsədyönlü proqramların qəbul edilməsi və həyata keçirilməsi;\\- İqtisadiyyatın hərtərəfli və etibarlı inkişafı üçün neft sektorundan əldə olunan gəlirlərin əhəmiyyətli hissəsinin qeyri-neft sektorunun inkişafına yönəldilməsi;\\- vergi və gömrük siyasətinin dünyanın sivil ölkələrinin təcrübəsinə söykənərək, elmi əsaslarla təşkil olunması;\\ \
- \
- İnsan haqları və hüquqlarının təminatı
\
\
\\Cəmiyyətin cüzi bir təbəqəsinin sürətlə varlanması, böyük əksəriyyətinin yoxsullaşması kimi sosial konflikt yaradan vəziyyətin aradan qaldırlması ciddi mübarizə tələb edir. Əhalinin orta və yüksək yaşayış tərzində sabitləşməsi üçün qanunların gücündən tam istifadə etmək vacib şərtlərdən biridir. Respublikada yaşayan bütün xalqların mədəniyyətinin, dini əqidəsinin, hüquq və azadlıqlarının qorunması əsas vəzifələrimizdən biridir.\\ \\ \\Azərbaycan Respublikasının ən böyük sərvəti onun vətəndaşlarıdır. Hər şey xalqa, hər şey insana, ölkədə yaşayan hər bir vətəndaşa xidmət etməlidir!\\- Qanunun aliliyinin, dövlət də daxil olmaqla bütün hüquq subyektlərinin qanun qarşısında bərabərliyinin təmin olunması;\\- Qanunların qəbulu zamanı xalqın milli-mənəvi xüsusiyyətlərinin gözlənilməsi, mövcud qanunların və hüquq normalarının daha da demokratikləşməsinə və vətəndaşların maraqlarına xidmət etməsinə səy göstərilməsi, hər kəsin qanun qarşısında bərabərliyinin, insan hüquqlarına hörmət prinsiplərinin əsas götürülməsi, köklü məhkəmə islahatlarının həyata keçirilməsi, andlı iclasçılar institutunun tətbiq olunması, hakimlərin ömürlük seçilməsi və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq addımların atılması;\\- İctimai birliklərin, siyasi partiyaların və kütləvi informasiya vasitələrinin qanunla müəyyən olunmuş qaydada yaranması və fəaliyyəti üçün bərabər şəraitin yaradılması və onların inkişafı üçün əməli addımların atması;\\- Məhkəmə-Hüquq Şurasının hakimlərin özünüidarə orqanı kimi üzlərinin yarısı hakimlərdən, digər yarısı isə vəkillərdən və hüquq sahəsində yalnız elmi-pedoqoji fəaliyyətlə məşğul olan şəxslərdən ibarət olmaqla yenidən formalaşdırılması və bu qurumun icra hakimiyyəti orqanlarından asılılığına son qoyulması;\\- Beynəlxalq normalarla müəyyənləşmiş insan hüquqlarının həyata keçirilməsinə siyasi, iqtisadi, hüquqi, təşkilati və mənəvi zəmin hazırlanması;\\- Vətəndaşların siyasi hüquqlarının, seçmə və fəaliyyət azadlıqlarının, sosial hüquqlarının, şəxsi mənafe və maraqlarının qorunması mexanizminin inkişaf etdirilməsi.\\ \
- \
- Vətəndaş Cəmiyyətinin inkişafı
\
\
\\Vətəndaş cəmiyyəti vətəndaşın suverenliyinə, hüquqi, demokratik dövlət quruluşuna, azad sahibkarlığa yerli özünüidarəçiliyə, parlamentarizmə, insanların könüllü birləşməsi birliklərinə, qeyri-dövlət, qeyri-siyasi münasibətlərə, azad rəqabətə, əməkdaşlığa, müxtəlif mülkiyyət formalarına, konsensus və kompromisə, özünütəşkilə və sinergetik başlanğıclara, tolerantlığa, humanizmə, fərdlərin uyğunlaşdırılmış fəaliyyətinə, qarşılıqlı yardıma, azadlığa, demokratiyaya əsaslanan, yüksək inkişaf etmiş, xüsusi tipli açıq cəmiyyətdir. Qərb dünyasında təşəkkül tapan və indi dünyanın bütün demokratik ölkələrində formalaşmaqda olan vətəndaş cəmiyyəti bəşəriyyətin uzun əsrlər boyu arzuladığı ideal cəmiyyət “cənnət” axtarışının gerçəkləşdiyi, həyata keçdiyi ümumbəşəri sərvət, ümumdünya fenomeni olub insanlığın ədalətli, azad, demokratik, ləyaqətli ictimai həyatda yaşamaq haqqını təsdiq edir. Bu cəmiyyəti qurmaq bütün bəşəriyyətin əzəli, əbədi, müqəddəs məqsədidir.\\Vətəndaş cəmiyyətinin mənəvi sahəsinə aşağıdakı elementləri aid etmək olar: söz, fikir azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı, məlumat azadlığı, yaradıcılıq azadlığı, öz mövqeyini açıq ifadə etmək azadlığı, yaradıcı, elmi birliklərin müstəqilliyi və dövlətdən asılı olmaması. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı aşağıdakı prinsiplər üzərində qurulmalıdır:\
- \
- İqtisadi azadlıq, müxtəlif mülkiyyət formaları, bazar münasibətləri.
- İnsan və vətəndaşların təbii hüquqlarının qeyd-şərtsiz tanınması və qorunması.
- Qanun qarşısında hamının bərabərliyi.
- Demokratik və legitim hakimiyyətin mövcudluğu.
- Hüquqi, demokratik, sosial, sivil dövlətin formalaşması.
- Siyasi, ideoloji plüralizm, leqal müxalifətin mövcudluğu.
- Müstəqil kütləvi informasiya vasitələri, azad mətbuat, söz, fikir azadlığı.
- Dövlətin şəxsi və ictimai həyata müdaxilə etməməsi, vətəndaş və dövlətin qarşılıqlı vəzifələri, məsuliyyət və öhdəlikləri.
- Milli barışıq, sinfi konsensus, kompromis, qarşılıqlı əməkdaşlıq.
- Şəxsiyyətin ləyaqətli həyatını təmin edən səmərəli sosial siyasət. Vətəndaş cəmiyyətinin əsas subyekti insan və dəyərlər sistemidir. Bu cəmiyyətin əsas məqsədi şəxsiyyətin tələbatlarını ödəmək, mənafeyini və hüquqlarını qorumaqdır.
\
\
\
\
\
\
\
\
\
\
\Vətəndaş cəmiyyətində insanlar azadlıq əldə edir, mülkiyyətə sahib olur, kamil şəxsiyyət kimi yetişir. Vətəndaş cəmiyyəti yalnız yetkin hüquqi dövlət şəraitində geniş fəaliyyət göstərir. Bu cəmiyyətin formalaşması zamanı bütün sahələrdə sivilizasiyalaşma baş verir. Vətəndaş cəmiyyətinin hüdudlarına gəldikdə, o, bir tərəfdən mülkiyyət, plüralizm, sabitliklə, digər tərəfdən hüquqi dövlət, demokratiya və vətəndaşların ictimai fəallığı ilə sıx bağlıdır.\\Vicdan azadlığı problemi bəşəriyyətin inqilabi-demokratik inkişafının nailiyyəti, zəmanəmizin aktual problemlərindəndir. Vicdan, şəxsi və ictimai mənafeyi öz əqidəsiinə uyğun olaraq insanın hərəkət etmək bacarığı və imkanıdır. Geniş mənada vicdan azadlığı, vətəndaşların bu və ya digər əməllərə (ədalət və ədalətsizlik, yaxşı və pis) qiymət verməkdə mənsub olduğu zümrənin, yaxud bütün cəmiyyətin onda tərbiyə etdiyi təsəvvürə uyğun olaraq hərəkət etməkdə azad olmaq imkanıdır. Sözün dar mənasında, vicdan azadlığı kateqoriyası insanların dinə münasibətə tam sərbəstliyini nəzərdə tutur. Vicdan azadlığı istənilən dini seçib ona riayət etmək və heç bir dinə inanmamaq, yəni ateist mövqedə durmaq hüququnun təmin edilməsi kimi iki vacib prinsiplə müəyyən edilir.\\ \
- \
- Xarici siyasət prinsipləri
\
\ Dövlətin, xalqın beynəlxalq aləmdəki yeri və nüfuzu onun öz sərhədləri daxilində apardığı siyasət əsasında formalaşır. Ölkənin xarici siyasəti onun daxili siyasətindan asılıdır. Ölkə daxilində iqtidardan öz hüquq və azadlıqlarını ala bilməyən xalq beynəlxalq aləmdə öz hüquqlarını tələb edə bilməz. Ölkə daxilində bütün insanların Konstitusiyada təsbit olunmuş vətəndaşlıq hüquqlarının, siyasi, iqtisadi, sosial və digər azadlıqlarının təmin olunması demokratiyanın ilkin şərtidir. Yalnız bundan sonra beynəlxalq aləmdə sivil bir dövlət kimi hüquqlarımızı tələb etməyə haqqımız çatar. Azərbaycan dövləti mövcud təbii-coğrafi, tarixi, ənənəvi, milli-psixoloji, iqtisadi və digər amilləri nəzərə almaqla öz xarici siyasətində aşağıdakılara xüsusi diqqət yetirməlidir və biz buna çalışırıq:\\- Azərbaycan dövlətinin xarici ölkələrdən və beynəlxalq təşkilatlardan asılı düşməməsi, müqavimətinin artırılması, bütün istiqamətlərdə azad və ədalətli rəqabət mühitinin yaradılması üçün ölkədəki siyasi qüvvülər arasında qarşılıqlı inam və etimada nail olunmaq;\\- Beynəlxalq və regional təşkilatlarla, hərbi-siyasi bloklarla münasibətlərdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulmasını və Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması prinsipini başlıca məqsəd və vəzifə kimi əsas götürmək;\\- Bütöv Azərbaycan ideyasını təbliğ etmək, Cənubi Azərbaycandakı soydaşlarımızın milli oyanışına və milli özünüdərkinə nail olunmasına, bu prosesin genişləndirilməsinə və onların sosial-siyasi və mədəni hüquqları uğrunda apardıqları mübarizəyə hərtərəfli siyasi dəstək vermək;\\- Bölgədə sülhün, əminamanlığın təmin olunması üçün Qafqaz xalqları ilə həmrəylik nümayiş etdirmək, onlarla iqtisadi, mədəni və s. istiqamətlərdə sıx əməkdaşlıq etmək;\\- Azərbaycan-Türkiyə siyasi-iqtisadi və hərbi əlaqələrinə xüsusi önəm verilməklə strateji tərəfdaşlığı bütün türk dünyası miqyasınadək genişləndirmək;\\- Öz milli dəyərlərimizlə Avropaya daha dərin inteqrasiya, Avropanın şəffaflıq, təhsil, yaxşı idarəetmə sahəsində təcrübəsini ölkədə tətbiq etmək, ÜTT-na üzvlüyü gerçəkləşdirmək;\\- Türk dövlətləri və topluluqları ilə əlaqələri genişləndirmək, milli-mənəvi dəyərlər sistemini əlaqəli araşdırmaq və bu dəyərləri gələcək nəsillər üçün qoruya bilmək məqsədilə hərtərəfli qarşılıqlı inteqrasiyanı təmin edəcək ümumtürk mədəni-iqtisadi birliyinin gerçəkləşdirilməsinə nail olmaq;\\- Sülh, əmin-amanlıq və bəşəriyyətin tərəqqisi naminə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən, beynəlxalq hüquqa, ədalət prinsiplərinə söykənən xarici siyasət yürüdən dövlətlərlə əlaqələri hərtərəfli inkişaf etdirmək.





