Elçibəysiz AXCP

Parçalanmalar sunamisi

1997-ci ildə Əbülfəz Elçibəy Kələkidən Bakıya qayıtdı və bütün siyasi qüvvələri ölkədə vətəndaş həmrəyliyi və milli birliyi təmin etmək üçün vahid mövqedən çıxış etməyə çağırdı. Təəssüf ki, öz səriştəsizlikləri və aşırı iddiaları ilə AXC hakimiyyəti daxilində ziddiyyətlərin yaranmasına səbəb olan qüvvələr Əbülfəz Elçibəyin tarixi çağırışını düzgün dəyərləndirə bilmədilər, manipulyativ davranışlarla ölkədə sivil, etimadlı siyasi münasibətlər sisteminin formalaşması üçün üzərilərinə düşən vəzifələrdən yayındılar.

73af669db1aa0f2c26ccabf394c59024

Ölkəyə güclü və milli maraqlardan çıxış edən müxalifətin lazım olduğunu yaxşı başa düşən və bu missiyanın gerçəkləşməsi üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışan Əbülfəz Elçibəy xalqın və dövlətin mənafeyi naminə iddialarından geri çəkilmək istəməyən qüvvələri bir araya gətirə bilmədi. Müxalifətin birliyi istiqamətində göstərilən səylərin müqavimətlə qarşılanması son nəticədə milli demokratik qüvvələrin vahid ideologiyası ətrafında birləşən insanların ümidsizləşməsinə, bir çox hallarda isə siyasi səhnəni tərk etmələrinə zəmin yaratdı.

 

Əbülfəz Elçibəy xəstələndikdən və müalicə üçün Türkiyəyə yola düşdükdən sonra isə müxalifət və AXCP daxili ziddiyyətlər daha da dərinləşərək idarəolunmaz hala gəldi. AXCP faktiki olaraq iki siyasi qanada – “islahatçılar”a və “klassiklərə” parçalandı. Partiyanın parçalanmasını istəməyən insanların göstərdikləri fədakarlıqlara baxmayaraq bir çox hallarda kənardan idarə olunan proseslərin qarşısını almaq mümkün olmadı.

2000-ci il iyul ayının 19-da AXCP-nin “klassiklar” adlanan qanadı partiyanın bir sıra rayon təşkilatlarının iştirakı ilə müşavirə çağırdı.  Beləliklə, Milli Azadlıq Hərəkatında, Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında müstəsna xidmətləri olan bir siyasi təşkilat ikiyə parçalandı. Bu hadisədən az sonra Əbülfəz Elçibəy dünyasını dəyişdi.

  • “Vahid Qərar

    0 109

    “Azərbaycanın ən ağır problemli Dağlıq Qarabağ münaqişəsidir” Cebhe.info xəbər v

    Daha ətraflı
  • Предложения председателя

    0 164

    «Я не только не против проведения в Азербайджане сорев

    Daha ətraflı
  • Razi Nurullayev

    0 151

    “Mən ümumiyyətlə hər bir zaman demişəm və bu gün də təkrar etmək istəyirəm ki, bu ş

    Daha ətraflı
  • Razi Nurullayev:

    0 175

    İctimai Fikir Akademiyasının növbəti ictimai müzakirəsi Azərbaycanın demokratik yolla seçi

    Daha ətraflı
  • Razi Nurullayev:

    0 186

    “Azərbaycanda ən bərbad sahələrdən biri də səhiyyə sistemidir. Yaxşı həkim tapmaq və

    Daha ətraflı

FLICKR WIDGET

Oct 2016

No Events For Today
baz b.er ç.ax çər c.ax cüm şən
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30

ƏLAQƏDƏ QALIN!

SON TWEET-LƏR

Bütün tweet-ləri oxu

AXCP © 2015, All Rights Reserved

.