Xəbər Lenti

Siyasətdə yeni simaların səhnəyə çıxması zəruridir

0 şərh
OEgC4Gr

“Azərbaycan siyasəti yenilənməlidir. Təmamilə yeni simaların siyasi səhnəyə gəlməsi zəruridir. Bu gün hakimiyyəti tənqid etməklə, onları “rüşvətxor”, “qanundankənar”, “saxtakar” adlandırmaqla Azərbaycanı dəyişmək mümkün deyil. Azərbaycan qanunsuzluqlar, korrupsiya, məmurlar tərəfindən törədilən və stimullaşdırılan cinayətlər içində boğulur, amma cəmiyyətin müqaviməti sıfırdır”.

“Cəmiyyətin müqavimət göstərməməsinin bir səbəbi də xalqı arxasınca aparmaq iddiasında olanların çoxdan tükənməsidir. Onun üçün də Azərbaycan siyasətinə tam olaraq yeni insanların gəlməsi zəruridir. 90-cı illərin qalıqlarının siyasi səhnədə hələ də duruş gətirmək və söz demək cəhdi insanlarda yaxşı hiss oyatmır. Siyasətə gəlmək kimi həm də getməyi bacarmaq lazımdır. Söhbət yalnız Əli Kərimlinin getməsi ilə bitmir, onlarla siyasətçinin getməsinə, onlarla partiyanın yenilənməsinə ehtiyac var. 90-cı illərdə, eyni zamanda 2008-ci ilə kimi siyasətdə nəticəsizlik qazanan və adının qabağına “lider” sözünü calaq edənlərin çoxu siyasi səhnədən kənara çəkilməlidir. Ölkənin xilas yolu budur. Əks halda, biz hazırkı iqtidarla mübarizə aparmaqda çox çətinlik çəkəcəyik”.

“Mən bütün partiyalarda sağlam gəncliyi üsyana çağırıram. Qorxu və kortəbii bağlılıq hissini kənara atın. Uğursuz liderlərə, uğursuz sədrlərə “Yox” deməyi bacarın. Partiya daxilində üsyana qalxın və sizin çiyinlərinizdə kreslo qoyub oturmuş başabəla, uğursuz, nəticəsiz və ancaq danışmağı bacaran siyasətçiləri devirin. Üsyan edin və sizin üsyanınız bu xalqı xoşbəxt gələcəyə çıxarmaq üçündür. Biz sizə əlmizdən gələn köməyi edəcəyik”.

  • "İctimai Fikir

    0 24

    “İctimai Fikir Akademiyası”nın növbəti tədbirində iqtisadi böhran və çıxış yolları

    Daha ətraflı
  • “Xoşbəxtlər ölkəsi”nin

    0 134

    Biz nə zaman xoşbəxt olduq, heç xəbərimiz olmadı? İllərin insandan alıb apardığı g�

    Daha ətraflı
  • “Maraqlar məngənə”si

    0 95

    Terrorçu qruplaşmaların üzvləri, kamikadzelər, cihadçılar fikir vermisinizsə, əsasən gən

    Daha ətraflı
  • AXCP sədri

    0 128

    Manatın kəskin ucuzlaşması insanları təlaşa salıb Bir ildə ikinci devalvasiyanın baş v

    Daha ətraflı
  • Путь к

    0 126

    Единоличное лидерство Единоличное лидерство являет�

    Daha ətraflı

FLICKR WIDGET

Feb 2016

No Events For Today
baz b.er ç.ax çər c.ax cüm şən
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30

ƏLAQƏDƏ QALIN!

SON TWEET-LƏR

Bütün tweet-ləri oxu

AXCP © 2015, All Rights Reserved

.