AXCP
Tarixin Təşkilatı, Təşkilatın Tarixi
Tarixin Təşkilatı, Təşkilatın Tarixi

Azərbaycan Xalq Cəbhəsi yarandığı gündən cəmiyyətin demokratikləşməsini başlıca məqsədlərindən biri hesab etmiş və bu istiqamətdə ardıcıl mübarizə aparmışdır.

Tarixin Təşkilatı, Təşkilatın Tarixi
Azərbaycanın ən yeni tarixi – ikinci respublikanın yaranması Azərbaycan Xalq Cəbhəsinin adı ilə bağlıdır. Bu tarixi nə qədər saxtalaşdırmağa cəhd etsələr də buna nail ola bilmədilər. Çünki bu, sadəcə olaraq kağız üzərində adi bir mürəkkəblə yazılmış tarix deyil, bu, istiqlal uğrunda mücadilə edən azadlıq şəhidlərinin qanı ilə yaddaşlara yazılmış bir tarixdi. Bəli, tarixi adi kağız üzərindən silmək olar, amma yaddaşlardan silmək olmaz. Bu adi həqiqəti zaman subut etdi.Meydanda yaranan Xalq Təşkilatı – Azərbaycan Xalq Cəbhəsi
Yetmiş il yasaq olunan tarix yaddaşlardan yaddaşlara ötürülərək yaşadı və əsrin əvvəlində Müsavatın qurduğu Azərbaycan Demokratik Respublikasını əsrin sonunda Azərbaycan Xalq Cəbhəsi bərpa etdi. Azərbaycanın ən yeni tarixi “Azadlıq” meydanından başlayır. Rus-Sovetimperiyasına meydan oxuyan milyonların qatıldığı o meydanda bu gün 25 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cəbhəsinin əsası qoyuldu. 18 gün davam edən, sonda amansızcasına dağıdılan Meydan hərəkatı Azərbaycan Xalq Cəbhəsinin simasında keyfiyyətcə yeni mərhələyə – təşkilatlanma mərhələsinə daxil oldu. 1989-cu il iyulun 16-da qurulan AXC Azərbaycanın tarixinə milli azadlıq hərəkatına başçılıq edən mütəşəkkil siyasi təşkilat kimi düşüb. 
fda571AXC-nin təsis olunması
1989-cu il iyulun 16-da Azərbaycanın 30 rayonundan məşvərətçi səslə 240, səsvermə hüququ olan 196 nəfərin iştirakı ilə Bakıda təsis konfransı keçirilmişdir.  Xalq Cəbhəsinin yaranması haqda dünya xalqlarına 22 dildə müraciət göndərilmişdir
. AXC təsis konfransı bənddən ibarət qətnamə qəbul etmişdir:1.Azərbaycan Xalq Cəbhəsinin təsisi haqqında.2.Azərbaycan dövlət suverenliyi haqqında.3.Azərbaycan SSR-nin iqtisadiyyatı haqqında.4.Azərbaycan Demokratik Respublikası haqqında.5.DQMV-də Xüsusi İdarə Forması haqqında.6.Azərbaycan SSR-nin bəzi yerlərindəki xüsusi vəziyyət haqqında7.Siyasi məhbuslar haqqında.8.Türk xalqlarının müasir dövrdə vəziyyəti və vəzifələri haqqında.9.SSRI-də milli münasibətlər haqqında.10.Ölkədəki ictimai-siyasi vəziyyət haqqında.1991_28May_Yurus01Bakıda yarıgizli konfransda təsis olunan AXC ilk sədrini (Əbülfəz Elçibəy) və İdarə Heyətini (Canbaxış Umudov, Etibar Məmmədov, Ələkrəm Hümbətov, Hikmət Hacızadə, İsa Qəmbər, Leyla Yunus, Pənah Hüseyn, Nemət Pənahlı, Nəcəf Nəcəfov, Rəhim Qazıyev, Sabit Bağırov, Sülhəddin Əkbər, Tofiq Qasımov, Yusif Səmədoğlu, Zərdüşt Əlizadə) seçir.

  1. Müstəqil Azərbaycan dövləti – AXC-nin şah əsəri

Azərbaycan Xalq Cəbhəsi yarandığı gündən cəmiyyətin demokratikləşməsini başlıca məqsədlərindən biri hesab etmiş və bu istiqamətdə ardıcıl mübarizə aparmışdır. Təsadüfü deyil ki, cəmiyyətimizdə yeni demokratik ənənələrin yaranmasında AXC-nin müstəsna rolu var. Belə dəyərlərin çoxu əvvəl AXC-nin içərisində yaranır, təcrübədən keçir, inkişaf etdirilərək zaman-zaman cəmiyyətə transfer edilmişdir. Məhz bu səbəbdən Xalq Cəbhəsi əsas məqsədlərindən yayınmamaqla daxilində gedən proseslərə (təşəbbüskarlıq, fikirmüxtəlifliyi, rəqabət, çoxpartiyalılıq…) təbii yanaşaraq onların inkişafına zəmin yaratmışdır.Azərbaycan Xalq Cəbhəsi əsas hədəfi olan azadlıq və müstəqillik uğrunda durmadan mübarizə apardı. O zamanlar ölkədə kütləvi şüurun həzm edə biləcəyi vətəndaş cəmiyyəti, siyasi fəaliyyət, seçki azadlığı, alternativ mətbuat kimi anlayışlar yox idi. Siyasi partiya qurmaq barədə mülahizələr isə ümumiyyətlə, küfrə bənzər düşüncələr hesab edilirdi. Dağılmaqda olan imperiyanın mərkəzi hökuməti çox nadir hallarda hökumət saydığı yerli hökumətləri daha artıq sıxmaqda, yerli hökumət isə bu təzyiqləri bəhanə edib daha artıq quduzlaşmaqda idi. Xalq Cəbhəsinin üzvləri belə bir zamana meydan oxudular və meydanlara atıldılar. AXC-nin gücü və tələbi ilə,  xalq hərəkatı fonunda 23 sentyabr 1989-cu ildə Azərbaycan SSR Ali Soveti “Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında” Azərbaycan SSR-in Konstitusiya Qanununu qəbul etdi.
1350493371_1350038774_1287398249_untitled-1Bu qanunun 5-ci maddəsində qeyd edilir ki, “Azərbaycan SSR-in suverenliyi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla respublikanın bütün ərazisinə şamil edilir” və “Azərbaycan SSR-in digər müttəfiq respublikalarla sərhədləri yalnız müvafiq respublikaların qarşılıqlı sazişi üzrə dəyişdirilə bilər”. 1989-cu ilin sonlarında Azərbaycan xalqı 200 illik imperalist parçalanmaya etiraz edərək SSRİ-nin İranla sərhəddində tikanlı məftilləri sökdü. Həmin il Azərbaycan xalqı bütün dünya üzrə ilin mübariz xalqı kimi tanındı.Bunun ardınca AXC 1990-cı ildə keçirilməsi planlaşdırılan parlament seçkilərinə hazırlaşdı. Ölkədə böyük nüfuza malik AXC-nin xalqdan səs alacağı mütləq idi və bunu gözəl anlayan imperiya başbilənləri zorakılığa əl atdı. 1990-cı il yanvarın 20-də Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini hakimiyyətdə saxlamaq və güclü milli-azadlıq hərəkatına çevrilməkdə olan oyanışı boğmaq məqsədilə Bakıda Sovet Ordusu tərəfindən 20 Yanvar faciəsi törədildi. AXC 1990-cı ildə rus tanklarının qarşısına əliyalın çıxaraq sıralarından onlarla şəhid verdi və mücadilə tarixinin ən şərəfli, ləyaqətli dövrlərindən birini yaşadı.
yazovXalq Cəbhəsinin siyasi iradəsi qarşısında aciz qalan Rus ordusu geri çəkildi. Bu mənəvi qələbə imperiyanın çöküşündə həlledici rol oynadı. Məhz bu məğlubiyyətdən sonra SSRI Müdafiə Naziri Dimitri Yazov “Biz Xalq Cəbhəsinin strukturlarını dağıtmağa gəlmişdik, təəssüf ki, özümüz dağıldıq” demişdi.
AXC elə həmin il Azərbaycanda demokratik siyasi mübarizə yolunun əsasını qoydu və parlament seçkilərində iştirak edərək uğur əldə etdi. Məhz parlamentdə yer alan AXC-nin tələbi ilə 18 oktyabr 1991-ci il tarixində Azərbaycanın Ali Soveti 23 sentyabr 1989-cu il tarixli Konstitusiya Qanununu əsas götürərək, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası tərəfindən bəyan edilmiş dövlət müstəqilliyinin bərpasını elan etdi.
Azərbaycan ikinci dəfə müstəqil dövlət kimi dünya dövlətlərinin sırasına qoşuldu və BMT-nin üzvü oldu.AXC hakimiyyəti – Bir ilin uğurları
 AXC 1992-ci ilin mayında hakimiyyətə gəldi. Həmin vaxt Şuşanın işğalını önləyə bilməyən hakimiyyət artıq süqut eləmişdi. Əbülfəz Elçibəy – Azərbaycan Xalq Cəbhəsinin sədri ilk seçilmiş prezident oldu.
Bununla da Azərbaycanda demokratiyanın 1918-ci ildə yaradılmış AXC-dən bir irs kimi yaşadığını və xalqımızın hər zaman demokratiyaya hazır olduğunu ortaya qoydu. Elçibəyin prezidentlik dönəmi bütün postsovet məkanında demokratiyanın təntənəsi oldu. Bir illik hakimiyyəti dönəmində AXC Azərbaycan tarixində silinməz iz buraxan uğurlara imza atdı

  1. Azərbaycan Xalq Cəbhəsi öz gəlişi ilə, itirilmiş torpaqların qırx faizindən çoxunu geri aldı. Hərbi əməliyyatlarla Laçının və Xankəndinin bir neçə kilometrliyinə kimi yaxınlaşdı. Azərbaycan Ordusu yarandı və düşmənə yerini göstərdi. Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi paradı keçirildi.
  2. Azərbaycanda ilk dəfə milli valyuta vahidi – Manat çap edilib, dövriyyəyə buraxıldı. Bu, çökmüş Sovet Ittifaqı ölkələrində çox ciddi hadisə idi. Çünki SSRI dağılandan sonra Kreml pul vahidini dəyişərək, ölkələrdə iqtisadi böhran yaratmaq istəyirdi. Amma bu, Azərbaycanda mümkün olmadı.
  3. Təhsildə test islahatı aparıldı və on minlərlə kasıb övladı yuxusunda görməyə qorxduğu ixtisaslara bir manat vermədən sahib oldular. Indi Azərbaycanda böyüklü-kiçikli, vəzifə tutan on minlərlə insan həmin test üsulunun nəticəsində hüquqşünas, həkim, şərqşünas və s. ixtisaslara yiyələnib. Indi onlar müstəqil Azərbaycana xidmət edirlər.
  4. Azərbaycan tarixində ən mühüm hadisə baş verdi – müstəqilliyimiz üçün böyük təhdid olan Rus qoşunları və hərbi bazaları Azərbaycandan çıxarıldı. Bu gün Ukraynanın, bir neçə il öncə Gürcüstanın yaşadığı problemlər Azərbaycanda olmadı. Çünki Rus hərbi bazaları artıq yox idi. Heç kimə sirr deyil ki, Kreml bu olaylardan qəzəb duyurdu və dünyada yüksək imicə malik AXC hakimiyyəti ilə barışa bilmirdi.rgrggrtg2
  5. Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə BMT- Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarına təcavüzünü pisləyən 4 qətnamə qəbul etdi. Münaqişə  tarixində dünya ictimaiyyətindən alınmış ən böyük dəstək bu idi. Dünya tələb edirdi ki, işğalçılar geri çəkilsinlər və Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun.
  6. Ilk dəfə özəlləşməyə start verildi və bu zaman dövlət səviyyəsində bütün həssaslıqlar qorundu. Azərbaycanda iş adamları, mülkiyyət sahibləri üçün minbit şərait yaradıldı.  Inkişaf və böyümə üçün onlara lazımi dəstək verildi.
  7. Azərbaycan Avroatlantik məkana doğru ən böyük addımını atdı. Qərbyönümlü xarici siyasətin əsasını qoydu. Azərbaycanın gələcəyinin yolunu məhz Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti müəyyənləşdirdi. O siyasətin ki, inkişaf və perspektiv, rifah və səadət baxımından heç bir alternativi yoxdur.
  8. Ilk dəfə Azərbaycan neftinin işlənməsi üçün Qərb şirkətlərilə danışıqlara başlandı. Sonradan bu danışıqları xatırlayan “dəmir ledi” Tetçer yazırdı: “Azərbaycan xalqı çətin ki, öz tarixində belə bir rəhbər görsün. O, hər sentin rəsmiləşib büdcəyə getməsi üçün saatlarla danışıq aparırdı, deyirdi ki, bu, bizim körpələrin gələcəyinin puldur”. Bu sözlər AXC sədri, prezident Əbülfəz Elçibəy barəsində deyilib.

AXC hökumətinin süqutu -daxili intiriqalar
Azərbaycan Milli Azadlıq Hərəkatının dalığasında hakimiyyətə gəlmiş Azərbaycan Xalq Cəbhəsi ölkənin idarə olunmasında iştirak edən şəxslərin aşırı siyasi ambisiyaları, şəxsi maraqları və separatçı davranışları nəticəsində vahid bir təşkilat olaraq öz mövcudluğunu qoruyub saxlaya bilmədi. Elçibəy hakimiyyətinin süqutunun xarici faktorları ciddi, hiyləgər, güclü idilər.
Bu qüvvələr, konkret halda Rusiya, İran və onların ortaq layihəsi, siyasi fahişəsi olan Ermənistan Azərbaycanın gerçək türk dövləti kimi formalaşmasında maraqlı deyildilər. Nəticə göz önündədir. Millətləşmə, dövlətləşmə, bütövləşmə yolunda olan Elçibəy Azərbaycanı 4 iyun qiyamı ilə süquta uğradı.
Milli hakimiyyətin süqutunda daxili faktorları hər zaman subyektiv amillər sırasına daxil etməyə çalışıblar. Elçibəy hakimiyyətinin devrilməsində xarici faktorların ilhamvericisi məhz daxili faktorlar oldu.Heydər_Əliyev_və_Sürət_HüseynovYenicə qurulmuş Elçibəy hakimiyyətinin əsas sütunları olan struktur rəhbərlərinin, konkret halda AXC İcraiyyə Komitə rəhbərinin, Parlament sədrinin, Baş nazirin, Daxili İşlər nazirinin, Ali Məhkəmə sədrinin, Baş prokurorun, Dövlət katibinin, Müdafiə Nazirinin özəl və qrup maraqlarını milli məsələdən önə keçirmələrinin, hakimiyyətin imkanlarından istifadə edərək öz partiyalarını qurma prosesinə girişmələrinin hakimiyyətin süqutunda müstəsna rolu olmuşdur (Əbülfəz Elçibəy komandasının mərkəzi nüvəsində təmsil olunan əsas füqurların hərəsinin öz partiyası var və hələ də bir-biri ilə qanlı savaşdadırlar). AXC rəhbərliyində təmsil olunan Azərbaycan parlamentin sədri İsa Qəmbər öncə Şimali Azərbaycan Demokrat Partiyasını, daha sonra Müsavat Partiyasını, onun müavini Tamerlan Qarayev Doğru Yol Partiyasını, daxili işlər naziri İskəndər Həmidov Milli Demokrat (Bozqurd) Partiyasını, mətbuat və informasiya naziri Sabir Rüstəmxanlı Vətəndaş Həmrəyliyi Partiyasını yaratdılar. AXC hakimiyyətində təmsil olunmayan, lakin vaxtilə Xalq Cəbhəsinin rəhbərliyində olan Etibar Məmmədov Milli İstiqlal, Zərdüşt Əlizadə isə Sosial Demokrat partiyalarını təsis edərək AXC hakimiyyətinə müxalifətdə dayandılar. Bundan başqa, AXC-də təmsil olunan, lakin hakimiyyətin yüksək eşolonunda yer almayan şəxslər də müxtəlif adlar altında (Xalq Azadlıq, Birlik, Milli Birlik, Vəhdət, Vahid Azərbaycan Milli Birlik və s.) siyasi təşkilatlar formalaşdırmaqla Xalq Cəbhəsinin vahid eloktratını parçaladılar.qiyam2Hakimiyyət daxilində yaranmış ziddiyyətlər və bunun nəticəsində buraxılan səhvlər, dövlət idarəçiliyində təmsil olunan şəxslərin təcrübəsizliyi və hazırsızlığı, ölkədə, bölgədə və regionda baş verən hadisələrə münasibətdə vahid mövqenin formalaşmaması, rəsmi dövlət qurumlarının tabeçiliyindən kənarda silahlı qruplaşmaların mövcudluğu və onların törətdiyi özbaşınalıqlar, regionda marağı olan qüvvələrin dağıdıcı fəaliyyəti son nəticədə AXC hakimiyyətinin süquta uğramasına səbəb oldu.Ölkə prezidenti Əbülfəz Elçibəy AXC hakimiyyətində təmsil olunan şəxslərin buraxdığı səhvlər ucbatından silahlı gücə çevrilmiş Sürət Hüseynovun Gəncədən başlatdığı qiyamın qarşısını almaq və vətəndaş qarşıdurmasına yol verməmək üçün həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyevi Bakıya dəvət etdi. Özü isə ölkədə sabitliyin təmin olunmasına maneə yaratmaq məqsədilə gerçəkləşdirilməsi ehtimal edilən siyasi oyunların qeyri-ixtiyarı iştirakçısına çevrilməmək üçün paytaxtı tərk edərək doğulduğu Kələki kəndinə yola düşdü.