AXCP sədri Razi Nurullayevin İranda baş verən hadisələrlə bağlı açıqlaması
AXCP sədri Razi Nurullayevin İranda baş verən hadisələrlə bağlı açıqlaması
İranda baş verən hadisələrə liderimiz Əbülfəz Elçibəyin mövqeyi necə olardı? Elçibəy davamçısı olaraq bu mövqeyi bildirməyi özümün və partiyamızın borcu hesap edirəm. Elçibəyin İranla bağlı bəzi mübahisə doğuran fikirləri olsa da, hazırkı dövrdə İranın parçalanmasının lehinə olmazdı. Çünki İranda indi başlanan mübarizə milli-azadlıq mübarizəsi deyil, teokratik quruluşa qarşı bir dirənişdir. Azadlıq şüarları yalnız bir rejimin digəri ilə əvəzlənməsi istəyinə çalışmaq görüntüsü yaradır.
Mən də bu mövqedən çıxış edərək, İran dövlətinin bu şəkildə -özündə milli azadlıqları ehtiva etməyən inqilablarla dağılmasına və yeni bi modern fəlakətin oturuşmasına qarşıyam. Biz ilk növbədə 35 milyonluq Azərbaycan türkünün orada yaşamasını və bu fəlakətlərdən nəsibini alacağını da düşünməliyik.
Hazırda İran parçalanarsa, nə biz, nə də güneydəki azadlıq hərəkatımız Güney Azərbaycana sahib çıxmaq iqtidarında deyilik. 10 milyonluq Qüzey Azərbaycan sıxıntılar içində boğularkən, Dağlıq-Qarabağ və ölkəmizin 20 faiz torpaqları erməni qəsbkarlarının işğalı altında olarkən Güney Azərbaycana da sahib çıxmaq imkanımız xaricindədir.
Biz bilirik ki, İranda milli azadlıq hərəkatı vüsət alacaq. Azərbaycan gec-tez bütövləşəcək. Bizim bu mübarizəmiz bir an da dayanmır və sonda biz bunu yaşayacağıq. Ancaq hələ nə tarixi şərait, nə də zaman, gedişat buna hesablanmır. Ona görə də o gün bu gün deyil!
İranı demokratik ölkə hesab edənlər də var. Həmin yanaşmaların gayesi də insanların iradəsinin seçki ilə müəyyən edilməsi, müstəqil məhkəmənin olması və digər məslələrdir. Amma daxili qatda məsələ başqadır. Bizi məyus edən ən əsas məsələ İran dövlətinin işğalçı Ermənistanla isti münasibətlər qurmasıdır. Güneyli həmvətənlərimizin tələblərindən biri də bu əlaqələrə qarşı çağırış, İran dövlətinin bu siyasətini durdurmaq üçün ciddi siyasi təşkilatlanma olmalıdır və biz bu cür təşkilatlanmalara gücümüz daxilində dəstək verməyə hazırıq!
Digər məsələlərə gəldikdə isə, İran xalqının xarici siyasi intervensiya olmadan irəli sürdükləri dəyişikliklərı dəstəkləyirik. Rejim mahiyyətini və idarəetməsini dəyişməlidir, vətəndaşların etiraz etmə hüququ, azadlıq və demokratik tələbləri tanınmalıdır.
Din dövlətdən ayrı olmalıdır. Tərəqqi və inkişaf əsridir. Müsəlman ölkələri inkişafdan geri qalarkən, başqa ölkələr texnoloji inkişafın carçısına çevriliblər. Mövcud şəriət idarəçiliyi inkişafa yox, geriliyə aparır. Iranda da dinin dövlət idarəçiliyindən tam ayrılmasının lehinəyik.
Güney Azərbaycanlıların siyasi və mədəni hüquqlarının genişlənməsi, Güneydə Azərbaycan türk dilinə dövlət dili statusu veriməsi hər zaman tələbimiz olub və bu gün də gündəmdədir. Amma, Azərbaycan türklərinin İran dövlətinin fəlakətə sürüklənməsində alət kimi istifadə olunmasına qarşıyıq və həmvətənlərimizi çox ehtiyatlı olmağa, proseslərə diqqətli yanaşmağa səsləyirik.
-
AXCP-də Yurd
1995-ci ildə “Yurd”çuların istəyi sayəsində AXC partiyaya çevrilib, o vaxt Kələkidə olan Elçibəy sədr seçilsə də, yeni yaranan partiyanın təşkilatlanma, idarə olunma prosesi “Yurd”çuların nəzarətində olub.
-
AXCP EQTK
19 avqust 2015-ci ildə AXCP-də sabiq müavin olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi yaratdığını bəyan etdi.
-
Rəyasət heyəti
AXCP-nin Rəyasət heyəti
-
Tarixin Təşkilatı, Təşkilatın Tarixi
Azərbaycan Xalq Cəbhəsi yarandığı gündən cəmiyyətin demokratikləşməsini başlıca məqsədlərindən biri hesab etmiş və bu istiqamətdə ardıcıl mübarizə aparmışdır.
-
AXC-nin qara səhifəsi
1993-cü ildə milli hökumət devrildikdən sonra Əbülfəz Elçibəy başda olmaqla AXC rəhbərliyinə daxil olan yüksək vəzifə sahibləri ya həbs olundu, ya dasürgün həyatı yaşamağa məcbur oldular.
-
Elçibəysiz AXCP
1997-ci ildə Əbülfəz Elçibəy Kələkidən Bakıya qayıtdı və bütün siyasi qüvvələri ölkədə vətəndaş həmrəyliyi və milli birliyi təmin etmək üçün vahid mövqedən çıxış etməyə çağırdı.
-
KXCP
“İslahatçılar” və “klassiklər” davası, AXCP-nin ilk parçalanması – KXCP yarandı
-
BAXCP
AXCP parçalandı, BAXCP yarandı


