AXCP
Xəbərlər Ölüm hökmünü bərpa edərdim və yəqin ki, çox insanlar həyatlarını itirərdilər - Razi Nurullayev
Ölüm hökmünü bərpa edərdim və yəqin ki, çox insanlar həyatlarını itirərdilər - Razi Nurullayev

"Şəxsən mən" adlı yeni layihəyə start verilir.

Ölkə.Az saytı "Şəxsən mən" adlı yeni layihəyə start verir. Məqsədimiz oxucularımıza siyasətçilərin, ictimai xadimlərin, elm adamlarının başqa üzünü də göstərməkdir.\\Layihəmizin birinci qonağı AXCP sədri Razi Nurullayevdir:\\ \\- Şəxsən mən siyasətçi olmasaydım...\\- Yəqin ki, elm adamı ola bilərdim. Bu elm adamı da bitikiçilik sahəsində ola bilərdi. Bundan əlavə diplomat da ola bilərdim.\\ \\- Şəxsən mənim simpatiyam olan siyasətçilər...\\- Bu barədə düşünməmişəm. İsa Qəmbərin səbrli olmasını bəyənirəm. İlham Əliyevin səmimiliyini bəyənirəm. İran Prezidentinin müdrikliyini bəyənirəm. Bəzən fikirlərim dəyişir. Əhməd Davudoğlu Türkiyənin xarici işlər naziri olanda onu çox bəyənirdim. Baş nazir olandan sonra gözümdən düşdü. Əhməd Davudoğluda baş nazirlik xarizması yox idi. Deyə bilmərəm bu siyasətçiyə nə qədər lazımdır, ancaq Sərdar Cəlaloğlu qeyri-adi fikirlər irəli sürür və həmişə düz danışır. Bəzən siyasətçiyə bu qədər fikirlərini səmimi ifadə etmək ziyan vurur. Sərdar Cəlaloğlu heç nəyi düşünmədən fikirini söyləyir.\\ \\- Şəxsən mən bu musiqilərə qulaq asıram...\\- Ən çox xalq mahnılarına qulaq asıram. Muğamata çox qulaq asıram. Ancaq muğamdan çoxlu "aman, aman, ha ha ha" edəndə xoşuma gəlmir. Ehtiram Hüseynovun səsi xoşuma gəlir, Abgülün bir neçə mahnısı, Güllü Muradovanın şirin səsi məni ovsunlayıb. Sabir Mirzəyevin "Cahargah təsnifi" xoşuma gəlir, Arif Babayevin cəmi bir mahnısı xoşuma gəlir. Zil səs oxumaq, qışqırmaq muğamatı gözümdən salır. Xoşuma gələn mahnılara qulaq asıram. Müxtəlif növ mahnılara qulaq asıram, ancaq bir janr, bir mahnı üzərində dayanmıram.\\ \\- Şəxsən mən aktyor olsaydım...\\- Aktyor olsaydım ən yüksək yerlərdə dayanardım. Artistlikdə bir səmimiyyət də lazımdır. İnsanın içində, xarici görünüşündə səmimiyyət olmalıdır. Mən özümdə bunu görürəm və düşünürəm ki, rolumun içərisinə girib onu tam səmimi oynaya bilərdim. Elə aktiyor oyunları var ki, baxıb deyirsən, sanki həyatdakı kimidir. Elə oyunlar da var ki, baxırsan ki, şit, düşük görünür. Mən aktiyor olsam uca yerdə olardım, yaxşı artist olardım. ABŞ-da doğulsaydım şəxsən mən "Oskar" ala bilərdim.\\ \\- Şəxsən mən futbolçu olsaydım...\\- Uşaqlığımda futbol oynamışam. Mənə Maradona deyirdilər. Məşq etsəydim, futbolçu olsaydım, Maradona ola bilməsəm də, Maradonadan üstün, ya da Maradona səviyyədə futbolçu ola bilərdim. Buna əminəm. İstənilən halda oynadığm oyunlarda qol vurmuşam. Bir yox, bir neçə qol vurmuşam həmişə. Uzaqdan qollar vurmuşam. Penaltiləri həmişə dəqiq yerinə yetirmişəm. Heyf futbolçu olmadım.\\ \\- Heyf... Şəxsən bu klublara azarkeşlik edirəm.\\- Futbol azarkeşi olmamışam, ancaq dünya çempionatarının bütün oyunlarına bir-bir baxmışam. Azərbaycan klublarına daim baxmışam. Azərbaycan futbolu son 2-3 ildə canlanıb. Azərbaycan futbolunun zəif olması məni futboldan iyrəndirdi. Braziliyanın, Argentinanın, Real Madridin oyunlarına baxandan sonra Azərbaycan futbolçularının oyunanuna baxanda çox əsəbləşdirirdi. Azərbaycan hər uduzanda əsəbləşirdim, iştaham kəsilirdi, iş qabiliyyətim ölürdü. Buna görə də, futboldan uzaq düşdüm. Son zamanlar Azərbaycan futbolunun dirçəlməsi mənim də marağımı geri qaytarıb. Azərbaycan milli komandasını, "Qarabağ"ı xüsusi olaraq izləyirəm, "Qəbələ"nin oyunlarına baxıram, ancaq hələ ki, sevindirir məni. Milli komandamızın dünya çempionatının seçmə mərhələsində məğlubiyyətsiz davranışı məni sevindirir.\\ \\- Şəxsən mən baş məşqçi olsaydım, hücum futbolu oynadardım, ya müdafiə?\\- Baş məşqçi olsaydım müdafiə olunan komandanı öldürərdim. Ancaq hücum. Kişi kimi ancaq hücum oynamaq lazımdır. Ən böyük müdafiə elə hücumdur.\\ \\- Şəxsən mən biznesmen olsaydım...\\- Bilmirəm yaxşı biznesmen ola bilərdim, ya yox. Məncə mən yaxşı biznesmen ola bilməzdim. Bəlkə də ABŞ-da Fransada, İngiltədə doğulsaydım yaxşı biznesmen ola bilərdim. Həm də xeyriyyəçi bir biznesmen olardım. Ancaq Azərbaycan kimi ölkələrdə heç bir zaman biznesmen olmazdım, ola da bilməzdim, ağlımdan da keçməyib.\\ \\- Şəxsən mən icra başçısı olsaydım...\\- İcra başçısı olsaydım həmin rayon İtaliyanın, Fransanın bir şəhərinə bənzəyərdi.\\ \\- Şəxsən mənim yaxşı səsim olsaydı...\\- Səsim olsaydı müğənni olmazdım. Siyasətçi olsam belə oxuyardım. TV verilişlərində gedib çıxış edərdim və düşünürəm ki, bu çox yaxşı olardı. Səsim olsaydı mütləq oxuyardım.\\ \\- Şəxsən mən Hitler olsaydım...\\- Hitler olmaq istəməzdim. Hitler olsaydım yəqin ki, Azərbaycanın gələcəyi üçün bəlkə də Hitler kimi addımlar atardım. Azərbaycan xalqını yenidən tərbiyə etmək istəyirəm. Azərbaycan xalqının mentaliteti, fikiri, zikiri pozulub. Uşaqlığımdan bilirəm həmişə soruşanda deyirdilər nə olacaqsan deyirdim, jurnalist, siyasətçi. Deyirdilər, ağlın yoxdur, prokuror olmaq lazımdır, çünki yaxşı qazanır. İnsanlarımızın fikiri-zikri rüşvətlə yoğrulub. Bu gün də bu davam edir. Ona görə də, Azərbaycanın təmizlənməsi, normallaşması üçün konkret və qətiyyətli addımlar atmaq lazımdır. Ölüm hökmünü bərpa edərdim və yəqin ki, çox insanlar həyatlarını itirərdilər. Ağrılı qərarlar verərdim, bilsəm də ki, bu mənə nifrət qazandıracaq, ancaq Azərbaycanın gələcəyini işıqlı edəcək. Bilmirəm nə dərəcədə həqiqətdir, 1930-cu illərdə Hitler qatarlarda biletsiz gedən sərnişinləri güllələtdirib. Ona görə bütün almanlar avtobusa, qatara minəndə birinci biletini alır. Onun beyninə yazılıb ki, mənim nəslimdə kimisə buna görə güllələyiblər. Düşünürəm ki, qətiyyətli fikirlərə ehtiyac var.\\ \\- Şəxsən mən yazıçı olsaydım...\\- Yazıçı olsaydım yəqin ki, roman yazardım. Məhəbbət romanları yazardım.\\ \\- Belə çıxır şair olsaydınız qadınları vəsf edərdiniz.\\- Şair də olsaydım məhəbbətdən yazardım, qadınları vəsf edərdim.\\ \\- Şəxsən mən Şah İsmayıl Xətai olsaydım...\\- İndiki zamanda Şah İsmayıl Xətai olmaq olmaz, ancaq mən Şah İsmayıl Xətai olsaydım bir çox iddialarımı boğardım. Hətta mənə pislik etmiş olsa belə, torpağımı zəbt etmiş olsa belə Osmanlı imperiyası ilə müharibəyə getməzdim. Dil tapıb birgə bir dövlət yaradırdım. Eyni zamanda sünni-şiə söhbəti aparmazdım. Dində şünni, şiə yoxdur. İnsanların tanıdığı Allah var, peyğəmbərləri və müqəddəs kitabı var. Bundan başqa heç nəyi qəbul etmirəm. İnsanların inancı bu məsələ üzərində qurulmalıdır. Çalışardım ki, Azərbaycan bütöv olsun vəTürkiyə ilə bərabər olsun. Hətt federativ dövlətə də razılaşardım.\\ \\- Şəxsən mən deputat olsaydım...\\- Deputat olsaydım, inanmıram ki, indiki deputatlardan böyük bir fərqim olardı. Çünki danışacaqdım, səsimi kəsəcəkdilər, tənqid edəcəkdim efirə verməyəcəkdilər, çox tənqid etsəm, mikrafonumu birdəfəlik söndürəcəkdilər. Elə indiki kimi çığır-bağır salacaqdım. Azərbaycanda indiki halda deputat olmaq çox böyük üstünlük deyil.\\ \\- Şəxsən mən jurnalist olsaydım...\\- Elə sizin kimi qəribə reportajlar hazırlayardım.\\ \\- Şəxsən mən səyyah olsaydım...\\- Səyyah olsaydım nə gözəl olardı. Bütün dünyanı gəzərdim. Gəzmək nə qədər gözəldir. Getdiyim hər bir yer haqqında yazardım, tanıtdırardım, zövq alardım. Düşünürəm ki, səyyah olsaydım ölməzdim, uzun illər yaşayardım.\\ \\- Şəxsən mən dərviş olsaydım...\\- Bütün dərvişlər kimi hər kəsin başa düşmədiyi hərəkətlər edərdim. Bəlkə də çoxlarından ağıllı olardım, ancaq bir çoxları məni dəli hesab edərdilər, ancaq sonradan necə ağıllı biri olduğumu bilərdilər. Qəzəllər deyərdim, şeir deyərdim, üst-başı pis gündə gəzərdim, əlimdə əsa olardı. "Bomja" oxşayardım.\\ \\- Şəxsən mən nazir övladı olsaydım...\\- Nümunəvi bir övlad olardım. Bir çoxlarına nümunə göstərilərdim. Azğınlıq, özbaşınalıq etməzdim. Öz əməyimlə, zəhmətimlə irəli gedərdim. Düşünürəm ki, nazir valideynimə də baş ucalığı gətirərdim.\\ \\- Şəxsən ömrümə bir ay qalsaydı...\\- Heç bir zaman buna inanmazdım və həyatımı davam edərdim. Bunu çox düşünmüşəm. Doğurdan da insan bilsə ki, bir aydan sonra öləcək nə olardı, mən heç zaman təslim olmazdım. Yaşamaq üçün mübarizə aparardım. Ruhdan düşməzdim.\\ \\- Şəxsən mən polis olsaydım...\\- Mən polis ola bilməzdim. Polis olsaydım yəqin ki, bir ay sonra məni işdən qovardılar.\\ \\- Şəxsən mən müəllim olsaydım...\\- Bir müddət müəllim olmuşam. Yaxşı müəllim olmuşam. Rüşvət almamışam. Hətta tələbələrimin mənə ad günümdə hədiyyə etdikləri bahalı telefonu, şokoladları imtina edib götürməmişəm. Bu gün də onların bir çoxu məni tapıb xoş sözlər deyir. Onların qarşısında başımı dik tuturam.\\ \\- Şəxsən mən çoban olsaydım...\\- Qoyunları otarardım. Kabab həvəskarı deyiləm. Silahım olardı, ovçuluqla da məşğul olardım, quş ətləri ilə qidalanardım.\\ \\- Şəxsən mən BMT-nin baş katibi olsaydım...\\- BMT-nin baş katibi olsaydım başım çox ağrıyardı. Çünki ABŞ-a tabe olmazdım. Onların göstərişini yerinə yetirməzdim. Doğrudan da dünyanın düzəni üçün çalışardım. Eyni zamanda çalışardım ki, BMT Təhlükəsizilik Şurasının 5 daimi üzvü məsələsi ləğv olunsun. Dünyanın taleyi ABŞ, Çin, Rusiya, Fransa və Böyük Britaniyadan asılı olmasın.\\ \\- Şəxsən mən kəşfiyyatçı olsaydım...\\- Kəşfiyyatçı ola bilərdim. Qlobal məsələləri həll edə bilən bir kəşfiyatçı ola bilərdim. Ölkə daxilində işləyə bilməzdim. Dünya miqyaslı məsələlərdə kəşfiyyatçı ola bilərdim. Ağlımdan belə şeylər keçib. Bəlkə də Ceyms Bond da ola bilərdim.\\ \\- Şəxsən mən ABŞ prezidenti olsaydım...\\- Yəqin ki, kasıb ölkələri düşünərdim. ABŞ maraqları ilə yanaşı digər ölkələrin də maraqlarını nəzərə alardım. Müharibələrin getməsinə razılıq verməzdim. Boyun əyməyən, dünyanın düzənini pozan ölkələri mütləq şəkildə cəzalandırardım.\\ \\- Rusiya prezidenti olsaydım...\\- Rusiyanın dünyanın aparıcı gücü olması üçün çalışardım. Rusiyanı demokratik bir ölkə edərdim.\\ \\- Şəxsən mən zənci olsaydım...\\- Zəncilərin hüquqları uğrunda mübarizə aparardım. Mənə zənci deyənləri irqi ayrı seçkilikdə ittiham edərdim və gedib güzgüdə özümə baxardım.\\ \\- Şəxsən mənim uşaqlıq arzum həyata keçsəydi...\\- Uşaqlıq arzumu ilk dəfə 5-ci sinifdə dilə gətirmişəm. Uşaqlıq arzum SSRİ-nin baş katibi olmaq idi. Bu arzu ilə yaşadım. Mehman filiminə baxandan sonra prokuror olmaq istədim. Düşünürdüm ki, cinayətkarları tutacam. Eyni zamanda çoxlu kitab oxuyurdum. Hər oxuduğum kitabın qəhrəmanının roluna girib, o olmaq istəyirdim. Ancaq hər zaman siyasətçi olmaq, SSRİ-nin baş katibi olmaq arzum olub. Əsgərliyə getdim, gəldim, həyatda çətinliklər yaşadım. Baxdım ki, kitabda oxuduğumla həyat fərqlidir. Dəyişdim, arzularım da dəyişdi. Böyük arzularım dəyişmədi. Əlimdə imkan olsa, Bakını söküb yarısını park tikərəm.\\ \\- Şəxsən mən Məcnun olsaydım...\\- Məcnun kimi səhralarda ölməzdim. Leyliyə qovuşmağın yolunu tapardım.\\ \\- Bəlkə də sizi bezdirdim. O üzdən sizə şans verirəm, deyə bilərsiniz, "şəxsən sən"...\\- "Şəxsən sən" həmişə axtarışdasan. Axtaran tapar.\\ \\Səxavət Məmməd\Fotolar: Nurlan Gülməmmədov\Ölkə.Az