AXCP
Xəbərlər
"Ölüm binası" və əcəllə üz-üzə yaşayan sakinlər - VİDEO

Xətai rayonu, Gəncə prospekti, 20A ünvanındakı illərdir qəzalı olan binada vəziyyət daha da gərginləşib, hər an uça bilər. Belə ki

Xətai rayonu, Gəncə prospekti, 20A ünvanındakı illərdir qəzalı olan binada vəziyyət daha da gərginləşib, hər an uça bilər. Belə ki, noyabrın 14-də, gecə saatlarında binada güclü silkələnmə və uçqun olub. Sakinlər gecəni küçədə keçiriblər. Məsələni araşdırmaq üçün Talk Tv-nin əməkdaşları hadisə yerində olublar. Bina sakinləri bildiriblər ki, vəziyyət hərgün pisə doğru gedir, faciə qaçılmazdır, lakin getməyə yerləri olmadığından ölümlə üz-üzə yaşamağa məcburdurlar. Onların sözlərinə görə məsələylə bağlı bütün dövlət qurumlarına müraciət etsələr də, problemləri ilə maraqlanan yoxdur. Daha ətraflı videosujetdə: https://www.youtube.com/watch?v=nzSFDKxgPwg