AXCP
AXC-nin qara səhifəsi
AXC-nin qara səhifəsi

1993-cü ildə milli hökumət devrildikdən sonra Əbülfəz Elçibəy başda olmaqla AXC rəhbərliyinə daxil olan yüksək vəzifə sahibləri ya həbs olundu, ya dasürgün həyatı yaşamağa məcbur oldular.

Təşkilata və liderə xəyanət… 1993-cü ildə milli hökumət devrildikdən sonra Əbülfəz Elçibəy başda olmaqla AXC rəhbərliyinə daxil olan yüksək vəzifə sahibləri ya həbs olundu, ya dasürgün həyatı yaşamağa məcbur oldular. Fəqət çox keçmədi ki, 1994-cü ildə, yəni cəmi bir il sonra Əli Kərimov heç bir maneə olmadan Bakıya qayıtdı və AXC sədrinin birinci müavini qismində təşkilata rəhbərlik etməyə başladı. 529982_3626193489185_294294711_n Komandanın lideri Əbülfəz Elçibəy sürgündə, yıxılmış hökumətin digər yüksək vəzifə sahibləri – baş nazir, nazirlər, bir sözlə ictimai-siyasi səhnədə ciddi fiqur olan hər kəs ya həbsdə, ya da sürgündə olduğu bir zamanda Əli Kərimli nəinki Bakıya gəldi, hətta ona sərbəst siyasi fəaliyyət şəraiti də yaradıldı. İbrahim İbrahimli, İsa Qəmbər, Mirmahmud Mirəlioğlu, Fərəc Quliyev, İsgəndər Həmidov kimi nüfuzlu müxalif liderlərin kölgəsində qalmamaq üçün Əli Kərimlinin süni şişirdilməsi planı da işləndi. 94-cü ilin 21 may mitinqində cibində qumbara ilə həbs edilən Ə.Kərimli haqqında həbsdə olduğu müddətdə “gördünüzmü hakimiyyət ondan çəkinir, qorxur”, həbsdən çıxdıqdan sonra isə “Əli Kərimlini həbsdə saxlamağa gücləri çatmadı” təbliğatı aparıldı  və beləcə müxalif düşərgənin ilk separatçı və hər an hakimiyyətlə anlaşmağa qadir süni lideri hazırlandı.  Ustadına kəm baxan şagird Bakıya dönüşündən və əldə etdiyi səlahiyyətdən sui-istifadə edərək öz tərəfdarlarından ibarət olan «Yurd» birliyini dirçəltməyə və AXC-nin bütün strukturlarını «yurdlaşdırmağa» girişən gənc siyasətçi buna qismən nail oldu. Təşkilatda mövqeyini möhkəmləndirən keçmiş dövlət katibi gizli şəkildə Əbülfəz Elçibəyi nüfuzdan salmaq üçün məqsədyönlü fəaliyyətlə məşğul olur, hətta qəzetlərə Elçibəyi təhqir edən məqaləlr sifariş etməkdən belə çəkinmirdi. Konkret olaraq «Azadlıq», «Bu gün» və adlarını xatılamadığımız digər qəzetlərdə gedən materialları misal göstərmək olar. Bu işdə ona Bakıya qayıtması üçün şərait yaradan iqtidarın maaliyə və digər yardımlarda bulunması da istisna deyi. Bir ildən sonra, 1995-ci ildə Əli Kərimov artıq AXCP-nin proporsional siyahısına başçılıq edərək parlament seçkilərinə qatıldı və Milli Məclisin deputatlığına layiq görüldü. Mandatın arxasındakı xəyanət və bəxt ştrixləriSual oluna bilər ki, Əli Kərimovu AXCP-nin proporsional siyahısından deputat etmək hökumətin nəyinə lazım idi, elə AMİP-in gözünə Müsavatdan da bir iki nəfər qatıb seçkilərə demokratik don geyindirmək mümkün deyildimi? Əlbəttə ki, mümkün idi, amma sərfəli deyildi. Çünki, AXCP sədri Əbülfəz Elçibəydən fərqli olaraq Müsavat başqanı İsa Qəmbər proporsional siyahıya özü başçılıq edəcəkdi. Bu isə iqtidar üçün təhlükəli olmasa belə, əlavə başağrısı ola bilərdi. İkinci bir tərəfdən iyun qiyamından sonra İsa Qəmbərin parlamentdəki sərt mövqeyi belə asanlıqla unudula və bağışlana bilməzdi.Nəhayət, bir halda ki, Elçibəy deputat olmaq istəmirdi, 1995-ci il parlament seçkilərinə beynəlxalq ictimaiyyət qarşısında demokratik don geyindirməyin ən optimal yolu eks-prezidentin rəhbərlik etdiyi partiyaya bir neçə mandat verilməsindən keçirdi. Bu plan quruldu və Əli Kərimovun vasitəsilə həyata keçirildi. (Elçibəy niyə buna mane olmadı və ya ola bilmədi sualının cavabı isə başqa söhbətin mövzusudur). Onu da qeyd edək ki, AXC məhz Əli Kərimovun təklifinə əsasən 1995-ci ildən etibarən AXCP adlanır.Seçkilər öncəsi, 24-25 iyun tarixində keçirilən qurultayda qəbul olunan bu formulirovka hər şeydən öncə, məhz Əli Kərimovun AXCP sədrinin birinci müavini və AXCP-nin de-fakto rəhbəri olaraq deputat mandatı almasına hesablanmışdı. Onunla bərabər Qulamhüseyn Əliyevə, xüsusən də Mirmahmud Fəttayevə mandat verilməsi isə Əli Kərimovu hücumlardan qorumaq və narazı qala biləcək cəbhəçiləri susdurmaq üçün idi.