1997-ci ildə Əbülfəz Elçibəy Kələkidən Bakıya qayıtdı və bütün siyasi qüvvələri ölkədə vətəndaş həmrəyliyi və milli birliyi təmin etmək üçün vahid mövqedən çıxış etməyə çağırdı.
Parçalanmalar sunamisi
1997-ci ildə Əbülfəz Elçibəy Kələkidən Bakıya qayıtdı və bütün siyasi qüvvələri ölkədə vətəndaş həmrəyliyi və milli birliyi təmin etmək üçün vahid mövqedən çıxış etməyə çağırdı. Təəssüf ki, öz səriştəsizlikləri və aşırı iddiaları ilə AXC hakimiyyəti daxilində ziddiyyətlərin yaranmasına səbəb olan qüvvələr Əbülfəz Elçibəyin tarixi çağırışını düzgün dəyərləndirə bilmədilər, manipulyativ davranışlarla ölkədə sivil, etimadlı siyasi münasibətlər sisteminin formalaşması üçün üzərilərinə düşən vəzifələrdən yayındılar.
Ölkəyə güclü və milli maraqlardan çıxış edən müxalifətin lazım olduğunu yaxşı başa düşən və bu missiyanın gerçəkləşməsi üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışan Əbülfəz Elçibəy xalqın və dövlətin mənafeyi naminə iddialarından geri çəkilmək istəməyən qüvvələri bir araya gətirə bilmədi. Müxalifətin birliyi istiqamətində göstərilən səylərin müqavimətlə qarşılanması son nəticədə milli demokratik qüvvələrin vahid ideologiyası ətrafında birləşən insanların ümidsizləşməsinə, bir çox hallarda isə siyasi səhnəni tərk etmələrinə zəmin yaratdı. Əbülfəz Elçibəy xəstələndikdən və müalicə üçün Türkiyəyə yola düşdükdən sonra isə müxalifət və AXCP daxili ziddiyyətlər daha da dərinləşərək idarəolunmaz hala gəldi. AXCP faktiki olaraq iki siyasi qanada – “islahatçılar”a və “klassiklərə” parçalandı. Partiyanın parçalanmasını istəməyən insanların göstərdikləri fədakarlıqlara baxmayaraq bir çox hallarda kənardan idarə olunan proseslərin qarşısını almaq mümkün olmadı. 2000-ci il iyul ayının 19-da AXCP-nin “klassiklar” adlanan qanadı partiyanın bir sıra rayon təşkilatlarının iştirakı ilə müşavirə çağırdı. Beləliklə, Milli Azadlıq Hərəkatında, Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında müstəsna xidmətləri olan bir siyasi təşkilat ikiyə parçalandı. Bu hadisədən az sonra Əbülfəz Elçibəy dünyasını dəyişdi.-
AXCP-də Yurd
1995-ci ildə “Yurd”çuların istəyi sayəsində AXC partiyaya çevrilib, o vaxt Kələkidə olan Elçibəy sədr seçilsə də, yeni yaranan partiyanın təşkilatlanma, idarə olunma prosesi “Yurd”çuların nəzarətində olub.
-
AXCP EQTK
19 avqust 2015-ci ildə AXCP-də sabiq müavin olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi yaratdığını bəyan etdi.
-
Rəyasət heyəti
AXCP-nin Rəyasət heyəti
-
Tarixin Təşkilatı, Təşkilatın Tarixi
Azərbaycan Xalq Cəbhəsi yarandığı gündən cəmiyyətin demokratikləşməsini başlıca məqsədlərindən biri hesab etmiş və bu istiqamətdə ardıcıl mübarizə aparmışdır.
-
AXC-nin qara səhifəsi
1993-cü ildə milli hökumət devrildikdən sonra Əbülfəz Elçibəy başda olmaqla AXC rəhbərliyinə daxil olan yüksək vəzifə sahibləri ya həbs olundu, ya dasürgün həyatı yaşamağa məcbur oldular.
-
Elçibəysiz AXCP
1997-ci ildə Əbülfəz Elçibəy Kələkidən Bakıya qayıtdı və bütün siyasi qüvvələri ölkədə vətəndaş həmrəyliyi və milli birliyi təmin etmək üçün vahid mövqedən çıxış etməyə çağırdı.
-
KXCP
“İslahatçılar” və “klassiklər” davası, AXCP-nin ilk parçalanması – KXCP yarandı
-
BAXCP
AXCP parçalandı, BAXCP yarandı


