AXCP
KXCP
KXCP

“İslahatçılar” və “klassiklər” davası, AXCP-nin ilk parçalanması – KXCP yarandı

“İslahatçılar” və “klassiklər” davası, AXCP-nin ilk parçalanması – KXCP yarandı
AXC 1995-ci ildə partiya kimi fəaliyyətə başlayandan bəri Əli Kərimlinin "islahatçılar" adlanan komandası ilə Mirmahmud Mirəlioğlunun "klassiklər"i arasında bəzən gizli, bəzən açıq şəkildə gedən mübarizə 2000-ci ilin parlament seçkiləri ərəfəsində daha ciddi xarakter aldı. Elçibəyin sağlığında bu qrupları bir partiyada saxlamaq mümkün idisə onun vəfatından sonar həm ideoloji, həm siyasi baxışlarında fərqliliklər olan bu qrupların bir arada olması mümkünsüzə çevrildi. Beləliklə, AXCP-nin parçalanması ilə bağlı ilk böyük proses 2000-ci ildə eks-prezident Əbülfəz Elçibəyin ölümündən sonra başladı.
AXCP daxilində başlayan qarşıdurma sonda partiyanın parçalanması ilə nəticələndi. Bir müddər həm Mirmahmud Mirəlioğlunun, həm də Əli Kərimlinin sədrliyi altında iki AXCP fəaliyyət göstərdi. Sonradan Mirmahmud Mirəlioğlunun rəhbərliyi altında olan təşkilat adını dəyişərək Klassik Xalq Cəbhəsi Partiyasına çevrildi.