AXCP
AXCP-də Yurd
AXCP-də Yurd

1995-ci ildə “Yurd”çuların istəyi sayəsində AXC partiyaya çevrilib, o vaxt Kələkidə olan Elçibəy sədr seçilsə də, yeni yaranan partiyanın təşkilatlanma, idarə olunma prosesi “Yurd”çuların nəzarətində olub.

“Yurd” separatçılığı və AXCP-nin parçalanması 1995-ci ildə “Yurd”çuların istəyi sayəsində AXC partiyaya çevrilib, o vaxt Kələkidə olan Elçibəy sədr seçilsə də, yeni yaranan partiyanın təşkilatlanma, idarə olunma prosesi “Yurd”çuların nəzarətində olub. Biz “Yurd”la bağlı bu nüansları heç də əbəs yerə xatırlatmırıq. Çünki AXCP-nin yarandığı gündən bəri, belə demək mümkünsə, başına gələnlər “Yurd”un adı ilə çox vaxt birbaşa bağlı olub. İllər ötdükcə AXCP daxilində baş verən qarşıdurmalar, bir qrupun özünü “islahatçılar”, digər qrupun özünü “klassiklər” kimi təqdim etməsi nəticəsində müşayiət olunub.  1997-ci ilin payızında (30 oktyabr) Elçibəyin Bakıya qayıtması partiyada onun tərəfdarlarının fəallaşması və qüvvələr nisbətinin yavaş-yavaş bərabərləşməsi istiqamətində dəyişikliklərə səbəb oldu. 22883\\Fazil Qəzənfəroğlunun Türkiyə sürgününə qoyulmuş qadağanın götürülməsi ilə onun da vətənə dönməsi reallaşdı və Bəyçilərin Əli Kərimova qarşı qisas mübarizəsini daha da alovlandırdı. Lakin nə qədər ki, Elçibəy sağ idi, cəbhəçilərə səbrli olmağı məsləhət bilərək onları Əli Kərimova qarşı kəskin hücumlardan çəkindirirdi. Onun vəfatından sonra labüd parçalanma baş verdi.  Daha sonralar “Yurd”un lideri kimi təqdim olunan Əli Kərimli ilə uzun illər yanaşı mübarizə aparan şəxslərin ayrılıb özlərinə yeni partiya yaratmalarının da şahidi olmuşuq. Bu gün qətiyyətlə söyləmək olar ki, əgər AXCP-də parçlanmalar olmasaydı, indi bu qurum ölkənin ən mütəşəkkil siyasi təşkilatı idi.