AXCP
AXCP EQTK
AXCP EQTK

19 avqust 2015-ci ildə AXCP-də sabiq müavin olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi yaratdığını bəyan etdi.

b1bccab8fff619 avqust 2015-ci ildə AXCP-də sabiq müavin olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi yaratdığını bəyan etdi.  AXCP Etimad Qurultayı – Yenidən Xalq etimadı

Beləliklə Müasir Azərbaycan tarixində müstəsna rolu olan bir təşkilat kəmiyyət və keyfiyyətcə özünün yeni mərhələsinə qədəm qoyur. AXCP Etimad Qurultayı Təşkilat Komitəsininin ilk bəyanatında da gediləcək böyük yolun vədi verilib:

\

“Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Əli Kərimlinin rəhbərlik etdiyi əlaməti olaraq bir araya gəlir və uzun illər uğrunda mübarizə apardığımız əsl AXCP-ni bərqərar edirik. Bizi zor gücünə partiyadan uzaqlaşdırmaq və bir şəxsin əsassız ambisiyalarının qurbanı etmək olmaz. Çünki biz bu partiya və bu amal üçün bütün şüurlu həyatımızı həsr etmiş və cəbhəçi kimi ən ağır məhrumiyyətlərə düçar olmuşuq. Vətəni, milləti sevmək kimi şərəfli bir həyat yolu keçən cəbhəçiləri indi kimsə öz şəxsi maraqlarını həyata keçirmək üçün müxtəlif yollarla partiyadan xaric edir. Həmin şəxslər haqsız və alçaqcasına ləkələnir. Onların təmannasız və fədakar mübarizə yollarına kölgə salınır. Artıq bütün bu rəzalətə dözmək və bunları sadəcə müşahidə etmək mümkün deyildir. Buna imkan vermək də onların dəyirmanına su tökməkdir. Son çıxış yolumuz, hakimiyyətə sərf edən oyunlarla gündəmdə qalan və bir nəfərə qulluq edən AXCP-ni əsl və səmimi sahiblərinə qaytarmaqdır. Güclü müxalifət olmadan polis rejimi yaradan və repressiyalar yağdıran iqtidarı hakimiyyətdən uzaqlaşdırmaq mümkün deyil”.bec4fbab23f1

\Əziz dostlar,\Dəyərli həmfikirlər,\

Bizim məqsədimiz Azərbaycan Xalq Cəbhəsi Partiyasını sağlamlaşdırmaq və orada daxili demokratiyanı bərpa etmək, indiyə kimi oradan qanunsuz və əsassız qovulanların və ləkələnənlərin hüquqlarını bərpa edib partiyaya qaytarmaqdır. Biz heç də ikinci AXCP yaratmırıq. Əsl cəbhəçilərin bu AXCP-də toplanacağına əminik. Hər kəsi – hüququ pozulanları, qanunsuz və mənəviyatsızcasına ləkələnənləri, Elçibəy və Rəsulzadə ideyalarının daşıyıcılarını sıralarımıza dəvət edirik.

Biz əsl AXCP-ni qaytaracağıq. Biz birbaşa olaraq Əli Kərimlinin diktəsi və istəyi ilə qanunsuz olaraq partiyadan uzaqlaşdırılmışıq. Hüquqlarımızı bərpa edib partiyaya dönəcəyik. O zaman artıq iki AXCP-yə ehtiyac qalmayacaq. Bu zaman Əbülfəz Elçibəyin də ruhu şad olacaq.

Əziz cəbhəçilər,\Biz partiyanı parçalamaq istəmədik. Biz adımızı dəyişdirib onlarla partiyanın sıralarına qoşulmaq istəmədik. AXCP var, sadəcə o qəsb edilib, idarəetmədən narazı olanlar və etiraz edənlər zorakı şəkildə oradan uzaqlaşdırılır. Buna son qoyulmalıdır və biz buna sizlərlə birlikdə son qoyacağıq. Partiya könüllü şəkildə toplumun birləşdiyi bir qurumdur. Partiya kiminsə inhisarında olan, Məhdud Məsuliyyətli Cəmiyyət deyil. Bundan sonra daha heç kim partiyanı özünün şəxsi firması kimi idarə edə bilməz. İstədiyi adamı partiyadan qovmaqda sərbəst ola bilməz. Bu tip adamların partiyanı uçuruma da aparmağa nə hüquqi, nə də mənəvi haqqı çatır.

\64a416397ebcHörmətli dostlar,\

AXCP-nin bütövlüyünü qorumaq üçün, xalqımızın rifahı üçün yaranmış vəziyyətdən iqtidarın istifadə etməsinə imkan verməyək. Bu gün hakimiyyət maraqlıdır ki, müxalifət parçalansın, dağılsın və idarə olunan hala düşsün. AXCP-nin rəhbərliyində Əli Kərimlinin və əlaltılarının olması bu anti-milli hakimiyyətin siyasətinə və marağına tam cavab verir. İllərimiz itir, gənclərimiz küçələrdə qocalır və həbsxanalarda həyatları məhv olur, lakin Əli Kərimlinin övladları xaricdə bahalı universitetlərdə təhsil alır və dəbdəbəli həyat yaşayırlar. Polis dəyənəyi altında mübarizəyə atılan gəncliyin isə maraqları şəxsi maraqlara görə qurban verilir və satılır. Əziyyətlərimiz heç, ümidlərimiz puç olur. Nəticədə xalqın etimadını itiririk. Əli Kərimli və onun bir qrup əlaltısı isə hakimiyyətlə min bir oyuna gedərək şəxsi maraqlarını təmin edir və yalançı müxalifət obrazı yaradır. Bu azmış kimi, Əli Kərimli bəzi xarici qüvvələrin əlində oyuncağa çevrilərək milli və partiya maraqlarını da vicdansızcasına satmaqla məşğuldur. Bu kimi şəxslər uzun müddət səmimi cəbhəçiləri aldatmış və bununla da xalqa və ümumi dəyərlərimizə xəyanət etmişlər.

\Biz hakimiyyətin bizdən istifadə etməməsi və sıralarımıza nifaq salmaması üçün elan etdiyimiz Azərbaycana Xalq Cəbhəsi Partiyası qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etməyəcək. Çünki, biz düşünürük ki, bu ümummüxalifətin mənafeyinə zidd hərəkət olar. Biz çıxış yolunu da irəli sürürük. Birincisi, qoy bütün cəbhəçilər aparılan siyasətə etiraz olaraq burada elan etdiyimiz Azərbaycan Xalq Cəbhəsi Partiyasında birləşsinlər. Onun sıralarında 20 ildən çox xalqın qanını soran korrupsioner və polis rejimi quran hakimiyyətlə mübarizələrini prinsipial və ağıllı üsullarla davam etdirsinlər. Biz indiyə qədər əzilmiş və haqqı pozulmuş vətəndaşların haqlarının bərpa edilməsi üçün qanunun imkan verdiyi ən sərt və barışmaz yolla mübarizə aparacaq və AXCP-ni iqtidar partiyası edəcəyik. Ləyaqətli və xalqa xidmət edən hakimiyyətin qurulması cəbhəçilərin və Azərbaycan xalqının təbii haqqıdır.teleqraf.com1424769028unnamed (9)\

Hesab edirik ki, bütün cəbhəçilərin iştirakı ilə etimad qurultayı çağırılmalı, əsl AXCP-nin qayəsi və mahiyyəti özünə qaytarılmalı, partiya yenidən təşkil olunaraq özünə yeni rəhbərlik seçməlidir.\Bununla bərabər, AXCP-nin nizamnaməsi dəyişdirlməlidir. Sədrin sərhədsiz səlahiyyətləri məhdudlaşdırılmalı və seçkili orqanların səlahiyyətləri artırılmalıdır. Əlavə olaraq, sədrlik müddəti iki dəfəyə məhdudlaşdırılmalıdır. Bu demokratiyanın tələbidir.

\

Biz inanırıq ki, cəbhəçilərin birliyi və səyi ilə AXCP-ni əsl sahiblərinə qaytaracaq, müxalifətin birliyi üçün çalışacaq və sizlərin uzun müddət yorulmadan mübarizə apardığınız idealların və arzuların həyata keçməsinə nail olacağıq”

\