AXCP
Xəbərlər Razi Nurullayev:
Razi Nurullayev: "Siyasi meyidə çevrilmiş Əli Kərimlini dirildirlər" - Videomüsahibə

Aprel ayının əvvəlində cəbhədə gedən 4 günlük döyüşlərdən sonra bir qrup şəxs Əli Kərimlinin evinin qarşısına yığışaraq aksiya keçirməyə başladı

Aprel ayının əvvəlində cəbhədə gedən 4 günlük döyüşlərdən sonra bir qrup şəxs Əli Kərimlinin evinin qarşısına yığışaraq aksiya keçirməyə başladı.\\Aksiya iştirakçıları Əli Kərimliyə qarşı müxtəlif şüarlar səsləndirirdilər. Əli Kərimlinin evinin qarşısında keçirilən aksiya həm müxalifət, həm də iqtidar cəbhəsi tərəfindən heç də xoş qarşılanmadı.\\Əli Kərimlinin evinin qarşısında keçiriləcək aksiya ilə bağlı AXCP sədri Razi Nurullayev Ölkə.Az-a müsahibə verib:\\"Əli Kərimlinin yenidən siyasi səhnə üçün dirildilməsi yaxşı hal olmadı. Ona görə bunu deyirəm ki, biz neçə vaxtdır Azərbaycan siyasətində yeniliyin, reformaların, islahatların gəlməsinin tərəfdarı idik. Biz heç bir zaman deməmişik ki, Əli Kərimli xəyanətkardır, Əli Kərimli Qarabağı satar, Əli Kərimli Azərbaycan xalqının düşmənidir. Bəli, Əli Kərimli özünün marağı olmayan yerdə, özünün siyasəti işləməyən yerdə düşmənə çevrilir. Bu birmənalıdır.\\Düşünürəm ki, ictimai rəydə bir fikir yaranmalıdır ki, doğurdan da yeni insanlara, siyasətçilərə ehtiyac var və bu gün də bu ehtiyac hiss olunur. Ancaq yenidən kimlərinsə marağındadır ki, Əli Kərimlini təzədən "diriltsinlər". Birmənalı olaraq Əli Kərimli siyasi meyidə çevrilmişdi. Ancaq onu yenidən diriltdilər. Neçə illərdir ki, Əli Kərimli televiziyaya buraxılmırdı. Necə olur ki, Əli Kərimli televiziyaya buraxılmır, Əli Kərimli xalq tərəfindən unudulur və belə bir çətin məqamda yenidən Əli Kərimli televiziyalara çıxarılır və onun reklamı aparılır. Hər bir ağıllı insan bilir ki, Əli Kərimlinin evinin qarşısında aksiya keçirməklə Azərbaycan xalqı Əli Kərimlini düşmən kimi görməyəcək. Orada "Əli Kərimli torpaqlarımızı satacaq" deməklə, heç kəs Əli Kərimlinin torpaqlarımızı satacağına da inanmayacaq. Bu, birbaşa Əli Kərimlinin siyasi səhnəyə çıxmasına, siyasi səhnədə görünməsinə xidmət edir.\\Əli Kərimlinin siması insanlara tanış bir simadır. Əli Kərimli onsuzda yenidən liderə çevrilə bilməyəcək. Bu gün Əli Kərimli məzlum sifəti formasında özünə dəstək qazanmaqdadır. Bu gün kifayət qədər Əli Kərimlini dəstəkləyən insanlar var. Hətta bu gün Əli Kərimliyə qarşı ən sərt siyasi mövqe sərgiləyən Razi Nurullayev belə Əli Kərimli haqqında sərt ifadələr işlədə bilmir. Çünki Əli Kərimli məzlum durumuna salınıb. Əli Kərimliyə insanların yazığı gəldiyindən və eyni zamanda mənim də onun halına acıdığımdan bu məsələləri deyirəm. Kənardan baxanlar elə bilər ki, onu müdafiə etmək istəyirəm. Çünki deyirəm ki, o, Qarabağı satmaz, Azərbaycan xalqının düşməni ola bilməz, yəni, deyilən şəkildə. Bax ona görə də, bu gün Əli Kərimli dirildildi. Əli Kərimlini dirildən insanlar başa düşməlidir ki, artıq onu siyasi fiqura çevirə bilməyəcəklər..."\\Razi Nurullayevin Əli Kərimlinin evinin qarşısında aksiya keçirənlərlə bağlı daha geniş fikrinə videomüsahibədə baxa bilərsiniz.\\Ölkə.Az həmin videomüsahibəni sizə təqdim edir:\\https://www.youtube.com/watch?v=cQZxuAWbKd4