AXCP
Xəbərlər Üzeyir Cəfərov: “Vahid Qərar Şurası”na qısqanclıq edənlərin vətəndaşlıq mövqeyinə şübhə edirəm - Videosujet
Üzeyir Cəfərov: “Vahid Qərar Şurası”na qısqanclıq edənlərin vətəndaşlıq mövqeyinə şübhə edirəm - Videosujet

Azərbaycan Xalq Cəbhəsi Partiyası  Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların, ictimai birliklərin, ziyalıların və digər söz sahibi olan təşkilatların, ən əsası Azərbaycan xalqının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vahid mövqeyini ortaya qoymaq üçün təklif etdiyi “Vahid Qərar Şurası”nın müzakirələri davam edir. İctimaiyyətdən müsbət rəy toplayan şura haqqında daha bir ekspert yüksək fikirlər səsləndirib.\\ \\Belə ki, “İctimai Fikir Akademiyası”nın “Qarabağ münaqişəsində xalqın vahid mövqeyi” mövzulu ictimai müzakirəsində iştirak edən hərbi ekspert Üzeyir Cəfərov, tədbirdən sonra Talk Tv-yə açıqlamasında “Vahid Qərar Şurası”nın çox önəmli təklif olduğunu bildirib. Ekspert qeyd edib ki, müxalifətindən, iqtidarından aslı olmayaraq hərkəs bu şuraya dövlətçilik nöqteyi nəzərindən yanaşmalı, qısqanclıq göstərməməlidir:\\“Burda heç bir qısqanclıqdan söhbət gedə bilməz. Çünki burda Azərbaycanın gələcəyi ilə bağlı olan müddəalar öz əksini tapıb. Sənədi hazırlayanlar vətənini, torpağını sevən insanlardır. Mən hesab edirəm ki, o sənəd üzərində bütün iqtidarlı, müxalifətli hər bir kəsin işləməsi çox vacibdir və çox zəruridir. Çünki muharibə elə bir şeydir ki, dövlətin olum-qalım məsələsi həll olunur. O nöqteyi nəzərdən mən şəxsən fərd olaraq, cəmiyyətin bir üzvü olaraq  “Vahid Qərar Şurası”nın tədbirlərində iştirak edəcəm. Çünki orda həm müzakirə olunası, həm də təklif ediləsi xeyli müddəalar var. Mən demirəm ki, o ideal bir sənəddir, sadəcə işçi bir sənəddir, o sənəd üzərində işləmək lazımdır. Ona görə də hamını dəvət edirəm “Vahid Qərar Şurası” ətrafında birləşməyə. Və o sənədi dövlətimizə, xalqımıza bir kömək məqsədilə gələcəkdə proqram xarakterli bir sənəd kimi ortaya çixaraq. Yenədə deyirəm ki, kim bu sənədə qısqanclıqla yanaşılacaqsa o insanların Azərbaycanla bağlı mövqeyini sağlam mövqe hesab edə bilmərəm. Çünki yenə də deyirəm “Vahid Qərar Şurası” Azərbaycan dövlətinə, hakimiyyətinə gələcəkdə atmaq istədiyi addımlarda bir əlavə mandat statusu oynayacaq. Yəni mən belə yanaşıram. Ona görə də mən hesab edirəm ki, o sənəd üzərində bütün Azərbaycan cəmiyyəti yaxından işləməlidir və bütün iqtidarlı, müxalifətli qüvvələr vahid ölkənin taleyi, gələcək taleyi ilə bağlı məsələlərin həlli üçün öz tövhələrini mütləq mənada ortaya qoymalıdır”.\\ \\Son zamanlar cəbhə xəttində baş verənləri, Qarabağ problemi ətrafında gedən prosessləri və son Vyana görüşünü də dəyərləndirən ekspert bildirib ki, diplomatların 20 ildən artıq müddətdə əldə edə bilmədiklərini Azərbaycan ordusu qısa zamanda etdi, dünyanın diqqətini Qarabağa yönəltməyi bacardı:\\“Prinsip etibarı ilə bu hadisələr Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirdi. Mayın 16-da Vyanada baş tutan görüşdə Azərbaycan tərəfi həm ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, həm də dünyaya bir daha belə bir mesaj ünvanladı ki, Azərbaycan heç bir halda Torpaqlarının işğalı ilə barışmayacaq, nəyin bahasına olur osun Azərbaycan silahlı qüvvələri Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcək. Bu istiqamətdə lazım olan bütün addımlar atılıb, ordumuz üçün ən muasir silah-sursatlar alınıb. Bu gün əsgər və zabitlərimizin döyüş ruhu bütün Azərbaycanda olduğu kimi ən yüksək səviyyədədir. Mən hesab edirəm ki, iyun ayının sonunda prezidentlərin növbəti görüşü vaxtı danışıqların əsas parametrləri razılaşdırılmalıdır. Azərbaycanın işğal altında qalan bir neçə yaşayış məntəqəsinin Azərbaycanın halal haqqı kimi öz ərazisinə qaytarılması məsələsi reallığını tapacaq. Hesab edirəm ki, iyun ayında əgər erməni tərəfi yenədə cəhd edərsə danışıqlar prosesini pozsun, Azərbaycan silahlı qüvvələri bu dəfə daha amansız, daha sərt şəkildə düşmənə layiq olduğu cəzanı verəcək. Azərbaycan ordusu bütün çətinliklərə baxmayaraq çətinlik o barədə ki, dağlıq relyefinə görə demək istəyirəm, tam hazırdır, verilən tapşırığı ən yüksək şəkildə yerinə yetirmək əzmindədirlər”.\\ \\“Ermənistan heç vaxt öz ağlı ilə hərəkət etmir, hər zaman onlara havadarları yol göstərir” deyən Üzeyir Cəfərov bildirib ki, artıq Rusiya da problemin həllində maraqlıdır. Ekspert buna misal olaraq, Rusiya xarici işlər nazirinin Vyana görüşündən sonrakı “tərəflər məsələnin mərhələli həllinə razılaşıblar” fikrini xatırladıb. Üzeyir Cəfərovun sözlərinə görə, mərhələli həll ondan ibarət olacaq ki, ermənistan işğal altında olan ətraf rayonları Azərbaycana qaytaracaq, sonra vətəndaşlar öz torpaqlarına köçəcək və yalnız bundan bir müddət sonra referendum müzakirə mövzusu ola bilər:\\“Yəni Ermənistanın istədiyi kimi ola bilməz. Çünki, Dağlıq Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi var. Bu gün də onlar qüvvəsindədir. Baxmayaraq ki, 20 ildən artıq vaxt keçib. Orda aydın şəkildə göstərilib ki, Ermənistanın işğalçı silahlı qüvvələri qeyri şərtsiz olaraq Azərbaycan ərazilərindən geri çəkilməlidirlər. Buna görə də Azərbaycan həm aprelin əvvəllərində ortaya qoyduğu prinsipial mövqe, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin əsasında Qarabağla bağlı məsələ öz xeyrinə həll edəcək. Azərbaycanın kifayət qədər siyasi və hərbi iradəsi var ki, bu məsələ Azərbaycanın tam ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini tapsın”.\\ \\Minsk Qrupunun da fəaliyyətinə münasibət bildirən hərbi ekspert, 20 il ərzində Minsk Qrupunu ölü bir qurum kimi dəyərləndirdiyini və həmsədrlərin  dünyanın ən xoşbəxt turisti olduğunu deyib:\\“Çünki Qarabağ məsələsi burda, yəni regionda həll olunmalı olduğu halda, bunlar bütün dünyanın 4 tərəfini gəzib boş-boş bəyanatlar, mənasız monitorinqlər keçirməklə öz işlərini bitmiş hesab edirlər. Hətta indi Vyana görüşündə də onlar əlavə imkanlar əldə ediblər ki, guya bu müşahidəçilərin sayı artırılacaq. Nə dəyişəcək? O müşahidəçiləri biz Ukraynanın Dambas regionunda da görürük. Amma müşahidəçilərin olmasına baxmayaraq orda qan axıdılırdı, axmaqda da davam edir. Qarabağda monitorinqlər necə keçirilirdisə, ölənlər, itənlər hər iki tərəfdə necə olurdusa, indi də eyni vəziyyət davam edir. Hesab edirəm ki, ATƏT-in minsk qrupunun həmsədrlərinə ehtiyac yoxdur. Artıq hesab edirəm 2016-cı ildə Dağlıq Qarabağla bağlı məsələlər müsbət həllini tapandan sonra ATƏT-in Minsk Qrupunun da fəaliyyəti yəqin ki, tarixçilərin araşdırma mövzusu olacaq. Və onlar tarixdə heçdə yaxşı bir fikirlə xatırlanmayacaqlar”.\\Sonda ABŞ-ın dövlət katibi Con Kerrinin Vyana görüşündə iştirakını da müsbət dəyərləndirən ekspert qeyd edib ki, iyun ayında Azərbaycan xalqı Qarabağla bağlı xoş xəbərlər alacaq.\\https://www.youtube.com/watch?v=VZBnAsP_0To