AXCP
Xəbərlər Razi Nurullayev prezidentlərin Sankt-Peterburq görüşündən danışdı - VİDEO
Razi Nurullayev prezidentlərin Sankt-Peterburq görüşündən danışdı - VİDEO

“Mən ümumiyyətlə hər bir zaman demişəm və bu gün də təkrar etmək istəyirəm ki, bu şəkildə prezidentlərin görüşündən nəticə gözləmək

“Mən ümumiyyətlə hər bir zaman demişəm və bu gün də təkrar etmək istəyirəm ki, bu şəkildə prezidentlərin görüşündən nəticə gözləmək sadəlöhvlük olardı. Mən düşünürəm ki, prezident İlham Əliyev də bu görüşə gedən zaman onun nəticələrinə inanmır. Bəli, təəssüf ki, siyasətdə hər şey düşündüyümüz, istədiyimiz kimi olmur. Aydındır ki, əgər hökumət görüşdən imtina etsə, Azərbaycan tərəfi sülh danışıqlarından imtina etməkdə günahlandırılacaq. Onun üçün də bəlkə prezident bilə-bilə nəticəsiz danışıqlara gedir. Lakin mən düşünürəm ki, bunun bir çıxış yolu olmalıdır, istənilən halda hər bir problemdən çıxış yolu var”. 
\
\
Bu sözləri “Talk TV”-yə prezidentlərin son görüşünü şərh edən yeni yaradılmış AXCP-nin sədri Razi Nurullayev deyib.
\
\
O, qeyd edib ki, görüşün nəticəsindən aslı olmayaraq Ermənistan heç bir halda tutduğu mövqedən geri çəkilməyəcək: “Azərbaycan isə bir qarış torpağını belə, ermənilərə verən deyil. Belə bir vəziyyətdə, hər iki tərəf mövqeyində dayanaraq görüşlərə gedirsə, təbii ki, həmin görüşdən nəticə hasil oluna bilməz. Rusiya ya sağol demək olar ki, bu görüşləri təşkil edir, lakin digər yandanda düşünürəm ki, əgər Rusiya ermənistana lazım olduğu səviyyədə və qədərində təzyiq və müqavimət göstərsəydi nəticə də olardı. Əgər Ermənistan qarşısında güc görməsə və yaxud Rusiyanın müqaviməti ilə qarşılaşmasa heç bir halda heç bir rayonu azad etmək niyyətində olmayacaq. Onun üçün də heç bir halda biz 6-7 rayonun qaytarılması ilə bağlı başımızın altına yastıq qoya bilmərik. Azərbaycan konkret addım atmalıdır. Bu konkret addımı mən bir neçə dəfə demişəm və yenə də səsləndirmək istəyirəm. Azərbaycan özü üçün və dünya ictimaiyyəti üçün son danışıq tarixini müəyyənləşdirməlidir. Azərbaycan dekabrın birini son müddət kimi beynəlxalq içtimaiyyətin qarşısında və ermənistanın qarşısında qoyub. Azərbaycan bu müddətə qədər sülh danışıqlarına sadiqdir və Beynəlxalq ictimaiyyətdən, Minsk qrupu həmsədr ölkələrindən və eyni zamanda ATƏT üzvü ölkələrindən bir təşəbbüs, nəticə gözləyir. Əgər onlar bu müddət ərzində Azərbaycanın haqq işində dəstək ola bilməyəcəklərsə, Ermənistan işğal etdiyi ərazilərdən çıxmayacaqlarsa Azərbaycan o zaman istənilən addımı atmaq hüququnu özündə saxlayır. Azərbaycan bu bəyanatı verəndən sonra və bu prinsiplərə sadiqliyini göstərəndən sonra Minsk qrupu həmsədr ölkələri, ATƏT ölkələri, dünya ictimaiyyəti təbii ki, hərəkətə keçəcəklər”.
\
\
4 günlük müharibədən sonra dünya ictimaiyyətinin bu məsələ üzərində fəallaşdığını deyən Razi Nurullayev bildirib ki, buna qədər dondurulmuş münaqişə adı verilən Qarabağ problemində bütün dünya, özəlliklə Rusiya xüsusi canfəşanlıq göstərməyə başlayıb: “Azərbaycana təbii ki, problemin dondurulmasını bunu qəbul etmirdi. Müharibə başlayandan sonra isə status-kvo götürüldü və artıq bu problem dondurulmuş yox, istənilən an partlaya biləcək və müharibə vəziyyətinə çata biləcək bir münaqişədir. Bu baxımdan Azərbaycan bu müddəti təyin edəndən sonra artıq dünya ictimaiyyəti də müəyyən addım ata bilər və təbii ki, bu demək deyilki Azərbaycan dekabrn birinə qədər irəli sürüldüyü tələblər yerinə yetirilməyəcəksə həmən müharibəyə başlayacaq. Amma Azərbaycan artıq öz addımlarına özü cavabdeh olmalıdır və dünya ictimaiyyəti əgər bunu etmirsə artıq Azərbaycan öz dostları ilə birlikdə torpaqlarının azad olunması üçün digər tədbirlər və mövqelər, təkliflər və hərəkətlər üzərində işini aparmalıdırlar. Bunu hətta mən görüşdən öncə də demişdim, ola bilsin ki, Ermənistan üzərinə hər hansı bir öhdəlik götürüb ki, bir neçə aydan sonra deyək ki, 5-6 rayonu qaytarıram, sonrakı mərhələdə isə dağlıq Qarabağın ümumilikdə müqəddaratını həll edirik. Amma biz hər zaman görmüşük Ermənistan belə sözlər verib, sonra sözünün üzərində dayanmır. Əgər dünən Sankt-Peterburqda Ermənistan prezidenti söz veribsə ki, Dağlıq Qarabağla bağlı kompramist mövqe sərgiləyəcək və rayonların qaytarılması ilə bağlı konkret addımlar atılacaq, heç kim zəmanət verə bilməz ki, Sarkisiyan həmişəki kimi bir həftə sonra başqa bir bəyanat verməyəcək, dağlıq Qarabağa müstəqillik tələb etməyəcək. Onun üçün də mən də təəccüblənirəm ki, bu gün hansısa müsbət nəticələrdən danışılır. İstənmilən halda Dağlıq Qarabağla bağlı nə dünənki görüşdən nədə ki, ondan öncəki görüşlərdən konkret ortada bir fakt olmayana qədər müsbət mənada danışmaq həm yersizdir, həm də mən hesab edirəm ki, bu mümkün deyildir”.
\
\
Razi Nurullayev sonda rəhbərlik etdiyi partiyanın irəli sürdüyü “Vahid Qərar Şurası”nın Qarabağ probleminin həllində önəmli rol oynayacağını bildirib: “Azərbaycan iqtidarı da gücünü xalqdan və Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatlardan almalıdır. Məhz elə bu yerdə də təklif irəli sürdüyümüz “Vahid Qərar Şurası” öz yerini tutur. Mən düşünürəm ki, “Vahid Qərar Şurası” tez bir zamanda formalaşmalıdır və hakimiyyət buna çox ciddi bir siyasi dəstək verməlidir. Ölkədə ictimai-siyasi təşkilatlar da buna dəstək verməlidir. “Vahid Qərar Şurası” da Azərbaycanın taleyüklü məsələləri ilə bağlı Vahid Qərarını açıqlasın. Artıq prezident də “Vahid Qərar Şurası”ndan güc alaraq, xalqın dəstəyindən əmin olaraq danışıqlara rahat getsin”.
\ \\https://www.youtube.com/watch?v=WROiz983geg