Əli Kərimli – İflas

Əli Kərinlinin əsas ideoloqu ondan üz döndərir – Asim Mollazadə də gedir

1422347900_teleqraf.com1400044199asim-mollazade-foto-esas“Yurd”un əsas ideoloqlarından biri olan Asim Mollazadə 2000, 2005 və 2010-cu il seçkilərində parlamentə düşə bilib. 2005-ci il parlament seçkiləri ərəfəsində Milli Məclisdə keçirdiyi brifinqdə Müsavat Partiyasının başqanı İsa Qəmbəri müxalifətin əməkdaşlığına ciddi əngəl yaratmaqda ittiham edən Asim Mollazadə bir müddət sonra AXCP-dən istefa verib və Demokratik İslahatlar Partiyası yaratdığını elan etdi.

 

Hər iki tərəfin siyahısında olub özünə partiya quran Fərəc Quliyev

скачанные файлы

Fərəc Quliyev 1994-cü ildə həbs edilsə də, onun adı uzun müddət AXCP-nin rəhbər vəzifələrində saxlanılıb.Hətta 2000-ci ildə iki yerə parçalanan AXCP-nin hər iki tərəfi həbsdə olan Fərəc Quliyevi qiyabi olaraq İdarə Heyətinə seçib.2001-ci ildə azadlığa buraxılan Fərəc Quliyevin AXCP-nin “birləşdirilməsi” prosesinə qoşulacağı ilə bağlı ümidlər isə puça çıxır.Bu prosesdən kənarda qalan keçmiş məhbus bir müddət siyasi fəaliyyətlə də məşğul olmur.Nəhayət, Fərəc Quliyev 2003-cü ildə özünün Milli Dirçəliş Hərəkatı Partiyası yaradr.2010-cu ildə isə 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputat seçilib.
 

Əli Məsimlinin partiya yaratmaqla bağlı uğursuz cəhdi

6999617_4

Göründüyü kimi, AXCP-dən ayrılan tanınmışların demək olar hamısı tərəfdarlarını toplayıb yeni partiya yaratmaqla gündəmdə qala biliblər.Amma uzun müddət AXCP-də rəhbər strukturlarda çalışan Əli Məsimlinin yeni partiya təsis etmək cəhdi uğurlu olmadı. O, 2005-ci ildən sonra Azad Demokratlar Birliyi Partiyasını təsis etmək niyyətilə təşkilat komitəsi yaradıb. Lakin bu istiqamətdəki fəaliyyəti istənilən səviyyədə olmayıb.Qeyd edək ki, AXC hakimiyyəti zamanı baş nazir əvəzi olan Əli Məsimli 2000-ci ildə “klassiklərlə” bir yerdə AXCP-dən gedənlərdən biri idi.2005-ci ildə “YeS” blokunun namizədi kimi seçkilərə qatılan Əli Məsimli deputat mandatı qazana bilib. O, 2010-cu ildə də 113 saylı Şəki şəhər seçki dairəsindən deputat seçilib.
Əli Kərimlidən ayrılıb “aydınlığa” çıxanlar

Əli Kərimli ilə birgə addımlamaqdan imtina edən digər bir qrup AXCP üzvü Qulamhüseyn Əlibəyliolub. 2008-ci ilin avqust ayınadək AXCP Ali Məclisinin sədri olan Qulamhüseyn Əlibəyli həmin il AXCP-dən istefa verdiyini açıqlayıb. Həmin ilin sentyabr ayında Aydınlar Partiyasının yaradıldığı elan olunub.Yeri gəlmişkən, bu ikinci qrupdur ki, AXCP-dən ayrılandan sonra yaratdıqları yeni partiyanın adında Xalq Cəbhəsi ifadəsi yoxdur. Partiya quruculuğunda AXCP Ali Məclisinin keçmiş sədri ilə yanaşı, “Yurd” birliyinin yaradıcılarından olan Qorxmaz İbrahimli, digər tanınmışlar (onlar həm də “Yurd”çu kimi tanınıblar) keçmiş deputat Nizami Quliyev, Xanoğlan Əhmədov və Qadir İbrahimli də iştirak ediblər. Bu şəxslər həm də Aydınlar Partiyasının rəhbərliyində təmsil olunurlar.
Mandatı Əli Kərimlidən üstün tutan Cəmil Həsənli

cemil_hecenli_11

1989-cu ildə yaradılan AXC-nin BDU təşkilatında təmsil olunan Cəmil Həsənli 1994-2005-ci illərdə AXCP sədrinin humanitar məsələlər üzrə müavini olub.2005-ci ildə parlamentə seçilib, Əli Kərimlinin qərarının əksinə olaraq mandatdan imtina etməyib və AXCP üzvlüyündən çıxıb. O, 2009-cu ildə təsis edilən Azərbaycan Ziyalılar Forumunun həmtəsisçilərindən biridir. 2013-cü il dekabrın 3-də Milli Şuranın sədri seçilib. Prezident seüçkilərindən sonra Milli Şurada təmsil olunan bütün partiyalar ayrılıblar.İndi bu qurumda partiya olaraq yalnız AXCP təmsil olunur.

 

 

Əli Kərimlinin iflası, AXC yenidən meydana qayıdır

Parçalanmadan sonra mövqeləri əhəmiyyətli dərəcədə zəifləyən Əli Kərimovu bu dəfə də növbəti 2000-ci ilin saxta parlament seçkiləri xilas etdi. Parçalanma ərəfəsində yenidən o, iqtidarla iş birliyinə gedərək bir çox AXCP Ali Məclisi üzvü olan cəbhəçiyə mandat vəd etdi və bir çox majoritar dairədən onların namizədliklərini qeydə aldıraraq Ali Məclisin yarıdan bir qədər çoxunun səsini almağa nail oldu və bununla da legitimliyin onun tərəfində olduğunu bəyan etdi. Digər tərəfdən «legitim» AXCP-dən 7 nəfəri Milli Məclisin salonuna daşıyaraq saxta parlamentə «legitimlik» qazandırmaqda hakimiyyətə növbəti dəfə yardım əlini uzatdı. Amma bəzi məlumatlara görə, bu dəfə Əli Kərimliyə mandat yalnız legitimlik xatirinə verilməyib.

Kərimliyə çox yaxın olan şəxslərdən birinin verdiyi bilgiyə görə, o, mandat müqabilində 2003-cü il prezident seçkilərində İlham Əliyevi dəstəkləməyə söz veribmiş. Amma çox keçmədi ki, kifayət qədər mütəhərrik şəxs olan Əli Kərimli mövqeyinin bir qədər möhkəmləndiyini görüb daha çox pay qoparmaq məqsədi ilə soyadı ilə birlikdə, iqtidara qarşı münasibətində də kosmetik dəyişiklər etdi. Təbii ki, bu, MM-ə təyin etdiyi deputatlara «mandatını almısan otur yerində» təfəkkürü ilə yanaşan iqtidarın xoşuna gəlmirdi. Ona görə də, Əli Kərimli həm cəzalandırılmalı, həm də vədini yerinə yetirməyə məcbur edilməli idi.  Bir sözlə, xəyanətə vərdiş bu dəfə Əli Kərimlinin uzun illər gizli və açıq əməkdaşlıq etdiyi iqtidara qarşı yönəldi. Bunun isə cavabı çox ağır oldu. İqtidar-müxalifət arasındakı siyasi mübarizədə ilk dəfə olaraq etik pərdə götürüldü və Əli Kərimli bütün etdiklərinin ən pis təhqirlərlə bədəlini yaşamağa məhkum edildi.

 

Əli Kərimlinin gerçək portreti

Əli Kərimlinin təhdid və qorxu dolu daxili dünyası gerçəklərini qiymətləndirməsinə maneə olur. Onun ən böyük gerçəyi yalandır. Buna görə, tez-tez haqqında olan gerçəkləri gözdən itirməyə çalışır. Daha doğrusu, apardığı analizlərində həqiqətlərin qəlibinə öz gerçəklərini doldurur. Bu gerçəkləri qorumaq üçün əl atmadığı variant, üz tutmadığı yol yoxdur. O, heç vaxt özündən başqasını anlamayıb. Çatmaq istədiyi məqsədləri uğrunda rahatlıqla əzməyi bacarır. Bu səbəbdən də AXCP-yə maliyyə gəliri qazandıran sənaye müəssisəsi kimi baxan Əli Kərimli Razi Nurullayev demiş, cəbhəçiləri portağal qabığı kimi soyur.

 

O, həmişə cəbhəçilərin ən kiçik istəklərini belə, özünə qarşı təhdid kimi görüb. Əli Kərimli üçün “yaxşılar” və “pislər” var: Güvəndikləri “yaxşılar”dır, qalanları isə “pislər”dir. Bir gün cəbhəçilərdən hansınınsa birinin sədrliyi ələ keçirəcəyindən qorxan Əli Kərimli psixoloji olaraq, özünü ən aşağı səviyyədə hiss edir. Bunu daxildə hiss etsə də büruzə verməməyə çalışır. Özünü düşdüyü çuxurdan çıxarmaq üçün tərəfdarlarının başlarında çıxış etməyi sevir. O, buna təhlükəsizlik zirehi kimi baxır. Sırf bu xarakterinə görə, Əli Kərimli əldə etdiklərinin heç birisini tərəfdarları ilə paylaşmır. Bu təkliyini də qarşısındakıların “səhv” olduqlarına bağlayır.

img1427378

Yerini möhkəmlətmək üçün partiya tərəfdarlarından özünü lider kimi təsdiqləyən təriflər toplamağa çalışır. Əli Kərimli üçün problem qəti şəkildə çöldədir, cəbhəçi olmayanlardadır. Çünki özünün səhv olması bütün ətrafının pis olması deməkdir ki, bu da onun mənliyi üçün qəbuledilməzdir. Bütün tərəfdarlarına minlərlə vədlər verən Əli Kərimli tələsinə düşmüşləri özünün maraqlarına xidmət etməyə məcbur edir. Cəbhəçilər üçün də Əli Kərimli var, qalanları isə “səhvlər”dir. Beləliklə, sədr düşüncələrində özünü kosmik səviyyəyə qaldırdığı üçün huşunu itirmiş kimi çıxışlar edir. Çünki o nə özünü, nə də bu günü sevir. Özünü yox, gələcəkdə əldə etdiyi xəyali iqtidar postunu sevdiyi üçün əziyyət çəkir. Reallıqla barışmaq istəmədiyi üçün aqressivdir, qara düşünür. Bu xarakteri onu içindən çıxa bilməyəcəyi arzular burulğanına atıb. Lakin əbəs yerə belə düşünür. Çünki onu göylərə qaldırdığı arzuları həm mənliyini, həm də iqtidarını əzir. Üzləşdiyi çətin vəziyyət Əli Kərimlini insan təbiiliyindən uzaqlaşdırır. Beləcə, ancaq özünü güclü hesab etdiyi insanları sevdiyini zənn edərək, insanlardan uzaqlaşır və heç kəsi sevə bilmir. Əli Kərimli üçün dəyər – zombiləşdirib məqsədlərini çiyinlərinə yüklədiyi tərəfdarları və çıxa bilmədiyi kosmik arzularıdır.

 

  • “Vahid Qərar

    0 110

    “Azərbaycanın ən ağır problemli Dağlıq Qarabağ münaqişəsidir” Cebhe.info xəbər v

    Daha ətraflı
  • Предложения председателя

    0 164

    «Я не только не против проведения в Азербайджане сорев

    Daha ətraflı
  • Razi Nurullayev

    0 151

    “Mən ümumiyyətlə hər bir zaman demişəm və bu gün də təkrar etmək istəyirəm ki, bu ş

    Daha ətraflı
  • Razi Nurullayev:

    0 176

    İctimai Fikir Akademiyasının növbəti ictimai müzakirəsi Azərbaycanın demokratik yolla seçi

    Daha ətraflı
  • Razi Nurullayev:

    0 186

    “Azərbaycanda ən bərbad sahələrdən biri də səhiyyə sistemidir. Yaxşı həkim tapmaq və

    Daha ətraflı

FLICKR WIDGET

Oct 2016

No Events For Today
baz b.er ç.ax çər c.ax cüm şən
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30

ƏLAQƏDƏ QALIN!

SON TWEET-LƏR

Bütün tweet-ləri oxu

AXCP © 2015, All Rights Reserved

.