Xəbər Lenti

“AĞ blok”un namizədi təzyiqlərə məruz qalıb

0 şərh
11737857_407381592782177_1072787622966440723_n

Cavid Məmmədzadə: “Hakimiyyədən demokratik seçki gözləmirik, artıq qanunsuzluqlar başlanıb” ““AĞ blok” İctimai Hərəkatından 9  gənc Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürüb. Onlar artıq MSK-ya müraciət edərək qeydiyyata alınmağı gözləyirlər”. Bunu cebhe.info-ya açıqlamasında “AĞ blok”un üzvü Cavid Məmmədzadə verib. Lakin C.Məmmədzadə namizədlərin ciddi siyasi təzyiqlərlə üzləşdiyini dedi: “Hazırda parlament seçkilərinə ən fəal şəkildə qatılan qurum “AĞ blok”dur. Çünki onun üzvlərinin 99 faizini gənclər təşkil edir. Qalan heç bir siyasi təşkilatın bu qədər aktivliyi yoxdur. Namizədlərimiz arasında müxtəlif partiyalardan- Müsavat, AXCP, KXCP və Ümid Partiyasından olan gənclər var. Lakin seçkilərlə bağlı şərait çox pisdir və seçkilərin saxtakarlıq şəraitində keçiriləcəyini söyləmək olar. Seçkidən heç bir müsbət nəticə gözləmirəm. Artıq saxtakarlıqlar başlayıb və müxalifət namizədlərinə qarşı təzyiqlər edilir. Bu gün mənə verilən məlumata görə, Biləsuvar rayonunda Pərvin Əsədov adlı ziyalı bir gəncdən namizədliyini geri götürməyi tələb ediblər. Onun səlahiyyətli nümayəndəsini gecə vaxtı döyüblər və qohumlarını işdən çıxarmaqla hədələyiblər. O da bu gün namizədliyini geri götürmək məcburiyyətində qalıb. Ona görə də 23 ildir normal seçki keçirə bilməmiş hakimiyyətdən  demokratik seçki gözləmirik. Mən də “AĞ blok”dan namizəd idim. Lakin blokun rəhbərliyi danışıqlardan sonra namizədliyimi geri götürmək məcburiyyətində qaldım. Yəni ki, müxalifət partiyalarının qısqanc hərəkətləri, Əli Kərimlinin ətrafındakı zombilərin təhqirləri məni bu addımı atmağa vadar etdi. Çünki müxalifətdaxili çəkişmələr, facebookda bir-birini aşağılaması seçkidə qələbəyə ümidləri azaldır və hakimiyyətə saxtakarlıq etmək üçün şans verir”. Buna baxmayaraq, Cavid Məmmədzadə “AĞ blok”un seçkilərdə iştirak etmək niyyətindən geri çəkilməyəcəyini vurğuladı. – See more at: http://www.cebhe.info/oxu/659/#sthash.yT5woYHj.dpuf

  • “Vahid Qərar

    0 109

    “Azərbaycanın ən ağır problemli Dağlıq Qarabağ münaqişəsidir” Cebhe.info xəbər v

    Daha ətraflı
  • Предложения председателя

    0 164

    «Я не только не против проведения в Азербайджане сорев

    Daha ətraflı
  • Razi Nurullayev

    0 151

    “Mən ümumiyyətlə hər bir zaman demişəm və bu gün də təkrar etmək istəyirəm ki, bu ş

    Daha ətraflı
  • Razi Nurullayev:

    0 175

    İctimai Fikir Akademiyasının növbəti ictimai müzakirəsi Azərbaycanın demokratik yolla seçi

    Daha ətraflı
  • Razi Nurullayev:

    0 186

    “Azərbaycanda ən bərbad sahələrdən biri də səhiyyə sistemidir. Yaxşı həkim tapmaq və

    Daha ətraflı

FLICKR WIDGET

Oct 2016

No Events For Today
baz b.er ç.ax çər c.ax cüm şən
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30

ƏLAQƏDƏ QALIN!

SON TWEET-LƏR

Bütün tweet-ləri oxu

AXCP © 2015, All Rights Reserved

.