Xəbər Lenti

İnsan hüquqları ən mühüm dəyər kimi

0 şərh

Hazırda insan hüquqları probleminin öyrənilməsi bütövlükdə cəmiyyətdəki münasibətlər sisteminin xüsusiyyətlərinin müəyyənləşdirilməsi ilə bağlıdır. İnsan cəmiyyəti mürəkkəb, dinamik sistem olmaqla sosial münasibətlərin məcmusu kimi səciyyələnir. Qeyd etmək lazımdır ki, insan hüquqları hər bir cəmiyyətin spesifik cəhətlərindən, insanların dünyagörüşündən asılı olaraq dəyişir. Başqa sözlə, insan hüquqlarının universal xarakteri nisbi analıyışdır və onun bəşəriliyini göstərmək üçün zəruridir. Reallıqda isə cəmiyyətdəki münasibətlər, insanların aid olduqları sosial qruplar insan hüquqlarını sırf milli çərçivəyə salır.

Hesab edirəm ki, insan hüquqlarının Qərb dünyasındakı mənzərəsinin dəyərləndirilməsi bir sıra məsələlərin yenidən nəzərdən keçirilməsini zəruri edir. II Dünya müharibəsindən sonra insan hüquqlarına dair baxışlar bir sıra ölkələrin konstitusiyalarında yer almağa başladı. İqtisadi və sosial xarakterli hüquqları ehtiva edən sağlamlıq, əmək, ailə və uşaqların müdafiəsi, istirahət, təhsil almaq, minimum əmək haqqı, sosial təminat, mənzillə təmin olunmaq, sığorta, tətil etmək, söz və mətbuat azadlıgı kimi hüquqlar insan hüquqlarının əhatə dairəsinə daxil oldu.

Fikrimcə, insаn hüquqlаrı sаhəsində olan sənədləri – bеynəlхаlq sаzişləri üç qrupа bölmək lаzımdır. Birinci qrupа Ümumdünyа İnsаn Hüquqlаrı Bəyаnnаməsi, еləcə də insаn hüquqlаrı hаqqındа pаktlаr kimi bеynəlхаlq sənədlər, əsаsən dinc şərаitdə insаn hüquqlаrınа аid оlаn prinsip və nоrmаlаrdаn ibаrət оlаn digər sənədlər dахildir. Məlum olduğu kimi, 1948-ci il aprelin 10-da BMT-nin Baş Assambleyası Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul etdi. Bəyannamə preambula və 30 maddədən ibarət idi. Burada göstərilirdi ki, irqindən, dərisinin rəngindən,cinsindən, dilindən, əqidəsindən, siyasi mənsubiyyətindən, milli və sosial mənşəyindən, əmlak vəziyyətindən və digər hallardan asılı olmayaraq, bəyannamədə göstərilən hüquqlar bütün insanlara aiddir.

İkinci qrup silаhlı münаqişələr dövründə insаn hüquqlаrının müdаfiəsi ilə bаğlı bеynəlхаlq kоnsеnsiyаlаrı əhаtə еdir. Bunlаrа ilk növbədə mühаribənin qаydа və qаnunlаrı hаqqındа 1899 və 1907-ci il Hааqа kоnvеnsiyаlаrının аyrı-аyrı müddəаlаrı, еləcə də mühаribə qurbаnlаrı hаqqındа 1949-cu il tаriхli dörd Cеnеvrə Коnvеnsiyаsı və 1977-ci ildə qəbul еdilmiş оnlаrа Əlаvə Prоtоkоllаr аiddir.

Üçüncü qrup isə həm dinc şərаitdə, həm də silаhlı münаqişələr dövründə insаn hüquqlаrının cinаyətkаrcаsınа pоzulmаsınа görə məsuliyyət məsələlərinin nizаmlаndığı bеynəlхаlq sənədlərdən ibаrətdir. Bu qrupа Nürnbеrq Nizаmnаməsi, еləcə də Nürnbеrq və Tоkiоdа bеynəlхаlq hərbi tribunаllаrın hökmləri, Sоyqırım cinаyətinin qаrşısının аlınmаsı və оnа görə cəzа hаqqındа Коnvеnsiyа, Hərbi cinаyətlərin və bəşəriyyətə qаrşı cinаyətlərin unudulmаsının qеyri-məqbulluğu hаqqındа Коnvеnsiyа və İrqçiliк cinаyətlərinin qаrşısının аlınmаsı və оnа görə cəzа hаqqındа Коnvеnsiyа, Bеynəlхаlq Cinаyət Məhkəməsinin Stаtutu аiddir. Avropanın demokratik dövlətləri tərəfindən 1949-cu ildə imzalanan və 1953-ildə qüvvəyə minən Avropa İnsan Hüquqları Xartiyası insan hüquqlarının təsbiti istiqamətində növbəti tarixi sənəd oldu.

Yeri gəlmişkən, mülki və siyasi insan hüquqları müasir cəmiyyətin ən mürəkkəb, ziddiyyətli və əhəmiyyətli problemini təşkil edir. Mülki hüquqlar vətəndaş cəmiyyətinin üzvü olan insana məxsus, ölkə vətəndaşının cəmiyyətin siyasi, sosial, mədəni həyatında inkişafını şərtləndirən hüquq və azadlıqlarıdır. Bunlar yaşamaq hüququ, azadlıq və şəxsi toxunulmazlıq hüququ, işgəncə və digər növ zorakılıqdan azadlıq və s.dir. Bu kimi hüquqlara ölkə vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayanlar malikdirlər. Şəxsi azadlıqlar insanın muxtariyyətini və onun şəxsi həyatını dövlət müdaxiləsindən qoruyan hüquqlardır. Sosial və iqtisadi hüquqlar vətəndaşın minimal yaşayış tərzini təmin edən hüquqlardır.

Siyasi hüquqlar insana qərarların qəbul edilməsində və həmçinin, seçkilərdə iştirak etmək hüququ verir. Siyasi hüquqlar insana partiya və ictimai təşkilatlar vasitəsilə dövlət qərarlarının qəbul edilməsində, seçkilərdə iştirak etmək və dövlət vəzifələrində çalışmaq hüququ verir.

Prosessual hüquqlar, yəni məhkəməyə müraciət etmək və s. hüquqlar vasitəsilə insana dövlətin onun digər hüquqlarını pozan qərarlarından qorunmaq imkanı verilir.

XXI yüzillikdə vüsət alan yeni ictimai təşkilat formaları, yüksələn vətəndaş şüurluluğu, qloballaşma prosesləri, dünya dövlətlərinin insan hüquqları sferasına münasibətdə müxtəlif davranış növləri nümayiş etdirmələri, vətəndaş cəmiyyəti anlayışlarının funksional meyara çevrilməsi, sivilizasiyalararası dialoqlar insan hüquqları sahəsinə də önəmli təsir göstərmişdir.

Səbuhi Aslanbəyli – Politoloq

  • Анализ проблем

    0 62

    Каковы факты, служащие причиной ослабления и отдалени�

    Daha ətraflı
  • “Ölüm binası”

    0 76

    Xətai rayonu, Gəncə prospekti, 20A ünvanındakı illərdir qəzalı olan binada vəziyyət daha

    Daha ətraflı
  • AXCP sədri

    0 81

    “Çıxış yolu İvanda, Petroda, Conda və Mayklda deyil” - Razi Nurullayev  “Çürümən

    Daha ətraflı
  • Ölüm hökmünü

    0 115

    Ölkə.Az saytı "Şəxsən mən" adlı yeni layihəyə start verir. Məqsədimiz oxucularımıza si

    Daha ətraflı
  • Razi Nurullayev:

    0 101

    AXCP sədri Razi Nurullayev Talk Tv-nin "Baxış bucağı" verilişinin qonağı olub. Verlişdə Ya

    Daha ətraflı

FLICKR WIDGET

Dec 2016

No Events For Today
baz b.er ç.ax çər c.ax cüm şən
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30

ƏLAQƏDƏ QALIN!

SON TWEET-LƏR

Bütün tweet-ləri oxu

AXCP © 2015, All Rights Reserved

.