Xəbər Lenti

AXCP-nin anti-böhran Təkliflər Paketi – III hissə

0 şərh

Siyasi islahatlar\r\n\r\nXəbər verdiyimiz kimi, AXCP ölkədə yaranan iqtisadi böhrandan çıxış yolları ilə bağlı müxtəlif istiqamətlər üzrə Təkliflər Paketi hazırlayaraq ictimaiyyətə və hökumətə təqdim edib. Bundan əvvəlki təkliflər paketi turizmin, eləcə də ağır və yüngül sənayenin inkişafı ilə bağlı olub. Partiyanın Təkliflər Paketinin növbəti hissəsi siyasi islahatları əhatə edir. Partiyada belə hesab edirlər ki, iqtisadi islahatlar siyasi islahatlarla paralel aparıldığı təqdirdə nəticə verə bilər. \r\n\r\n \r\n\r\nMüxalifət və vətəndaş cəmiyyəti nümayəndələrinin iqtisadi və siyasi komissiyaların işinə cəlb edilməsi\r\n\r\nHökumətin Parlament, müxtəlif nazirlik, komitələr, agentliklər və icra strukturları çərçivəsində iqtisadi, sosial, siyasi və humanitar sahələrdə fəaliyyət göstərən dövlət komissiyaları mövcuddur. Bu komissiyalarda müxalifət və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı zəruridir. Müxalifət hökumətin anti-böhran addımlarından müxtəlif informasiya vasitələrindən məlumat ala bilir. Bu məlumat da sadəcə bir neçə cümlədən ibarət olur. Geniş proqramın nələri əhatə etdiyi məlum olmur. Buna görə də bəzən müxalifət və vətəndaş cəmiyyəti təmsilçiləri artıq hakimiyyətin yerinə yetirməyə başladığı və ya hazırladığı bir məsələ ətrafında müzakirə açır, təklif hazırlayır və hökuməti tənqid edir. Hakimiyyət isə müxalifəti məlumatsızlıqda və qərəzdə günahlandırır.\r\n\r\nVəziyyətdən çıxış yolu və informasiya mübadiləsinin təkmilləşdirilməsi üçün dövlət komissiyalarında,  müxalifət və vətəndaş cəmiyyəti təmsilçilərinin ən azından müşahidəçi statusunda iştirakına şərait yaradılmasına ciddi ehtiyac var və bu təklifin reallaşdırılması təkcə informasiya mübadiləsi baxımından deyil, eyni zamanda iqtidar-müxalifət dialoqunun daha effektiv, daha məntiqli rakursda keçirilməsinə də şərait yaradacaqdır.\r\n\r\nQHT-lərin əngəlsiz fəaliyyətinin və beynəlxalq təşkilatların Azərbaycana qayıdışının təmin edilməsi\r\n\r\nYerli, xarici və beynəlxalq qeyri-hökumət təşkilatlarının xətti ilə 2013-cü ilə qədər hər il Azərbaycana 300 milyondan çox vəsait daxil olub. Azərbaycan hakimiyyəti 2009-cu ildən başlayaraq “Qeyri-hökumət təşkilatları və fondlar haqqında” qanuna bir sıra məhdudlaşdırıcı müddəalar əlavə edib və nəticədə QHT-lərin fəaliyyəti çətinləşib. 2014-cü ildən başlayaraq QHT rəhbərlərinin kütləvi həbsi isə xaricdən maliyyələşən vətəndaş cəmiyyəti sektorunu iflic edib.\r\n\r\nDüzgün statistika aparılmadığına görə qeyri-hökumət təşkilatlarında çalışan insanların sayını birbaşa demək çətindir. Lakin yerli, xarici və beynəlxalq təşkilatlarda çalışan insanların sayı bəzi hesablamalara görə 11000-12000 nəfər arasında olub. ABŞ-ın “Sülh Korpusu” (Peace-Corps) və “Dünyaya Baxış” (World Vision) təşkilatlarının nümunəsində bəzi misalları xatırladaq.\r\n\r\nABŞ-ın “Sülh Korpusu” (Peace-Corps) təşkilatının bağlanan mərkəzi ofisində 30-dan çox işçi olub və onlar yüksək əmək haqqı alıblar. Bu təşkilatın 120 könüllüsü Azərbaysanın kənd rayonlarında yerli ailələrdə yaşayıb və yerli məktəblərdə uşaqlara ingilsi dilini tədris ediblər. 120 ailə bu könüllülərə evini kirayə verib. 120 könüllünün hər biri ayda ən azı 300-400 ABŞ dolları vəsait xərcləyib. Mərkəzi ofisdə işləyən rəhbərlik üçün yüksək qiymətə  3 mənzil kirayə götürülb. Hər ay bu təşkilatın xətti ilə ən azı 10 nəfər xarici vətəndaş Azərbaycana gəlib və hotellərdə minimum 10 gün qalıblar. İldə 3-4 dəfə 200-300 nəfərin iştirakı ilə 3 günlük tədbirlər keçirlib və orta hesabla hər biri üçün 7000-8000 ABŞ dolları vəsait xərclənib.\r\n\r\n“Dünyaya Baxış” (World Vision) təşkilatının Azərbaycan üzrə 400 nəfər işçisi olub. OXFAM və Açıq Cəmiyyət İnstitutunu xətti ilə 400-500 təşkilat maliyyə ilə təmin edilib. Bu təşkilatlarda isə orta hesabla 4 nəfər işçinin çalışdığını götürsək, QHT-lərə yaradılan problemlərə görə 2000 nəfərin işini itirdiyini hesablaya bilərik.\r\n\r\nYerli, xarici və beynəlxalq təşkilatlarda çalışan insanların statistikasının orta hesabla 11000-12000 nəfər arasında olduğunu nəzərə alsaq, ümumulikdə faydalanan insan sayının isə 55 000 nəfər arasında olduğunu görərik.\r\n\r\nTəklif edirik ki, “QHT-lər və Fondlar haqqında Azərbaycan Respublikası qanunu”na edilmiş məhdudlaşdırıcı müddəalar aradan qaldırılsın və QHT-lərin xarici donorlardan maliyyələşməsi ilə bağlı sərt məhdudiyyətlər ləğv edilsin. Xarici donorların, beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyəti üçün məhdudiyyətlər götürülsün. Xarici donorların və beynəlxalq təşkilatların Azərbaycanda ofislərini açmaq üçün daha münbit şərait yaradılsın.\r\n\r\nEyni zamanda hakimiyyət ölkəyə daxil olan vəsaitin qeyri-qanuni siyasi fəaliyyətlərə cəlb edilməməsinə, layihələrin istiqamətinə və xərclənməsinə nəzarət etsin. Bəzi QHT-lərin fəaliyyətində olan şübhəli məqamlara görə bütünlükdə bir sektorun çökdürülməsi və ölkənin hər il 300 milyona yaxın dollardan məhrum edilməsi  ölkə iqtisadiyyatı üçün də fəlakətdir.\r\n\r\nBir sıra nazirliklərin müxalifətə verilməsi\r\n\r\nDörd nazirliyin – Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Səhiyyə və Təhsil nazirliklərinin müxalifətə verilməsini təklif edirik. Bu sahələr daha çox humanitar və sosial yönümlüdür. Ona görə də hesab edirik ki, müxalifətin bu nazirliklərə rəhbərlik etməsi hakimiyyətə hər hansı siyasi təhlükə yaratmır.  Əslində ölkə əhalisinin də ən çox narazı olduqları dövlət qurumları bu nazirliklərdir.\r\n\r\nBu təkliflərin reallaşması və mexanizmin işləməsi nəticəsində Azərbaycan Şərqə 1918-ci ildə bir günəş kimi doğmuşdusa, onun daha əzəmətli ikinci doğuşu da reallaşa bilər. Bu, həm də ölkədə siyasi stabillik, demokratiyanın təntənəsi və Azərbayanın dünya miqyasında reytinqinin, imicinin yüksəlməsi deməkdir. Təbii ki, bu da ölkənin sosial, iqtisadi və siyasi inkişafına ciddi töhvə verəcəkdir.\r\n\r\nDialoq\r\n\r\nAXCP olaraq hesab edirik ki, müxalifətlə iqtidar arasında dialoq vacibdir. Ölkənin gələcək inkişafı, hazırda ölkədə mövcud olan iqtisadi böhrandan ağrısız çıxmağın əsas şərtlərindən biri dialoqdur.\r\n\r\nLakin əsas məsələ real dialoq variantının tətbiq olunmasıdır. Əgər dialoq görüntü xarakterli olursa, tərəflər arasında uçurum daha da dərinləşir.\r\n\r\nDialoq təklifi hakimiyyət tərəfdən irəli sürülməli və təşkil edilməlidir. Müxalifətin dialoq təşkil etmək üçün nə səlahiyyəti, nə də kifayət qədər təzyiq vasitələri var. Müxalifət dialoqda maraqlıdır. Hakimiyyətə də dialoq lazımdırsa, görüşü təşkil etməlidir. Yox, əgər iqtidar dialoqa ehtiyac görmürsə, müəyyən güzəşt və təkliflərə açıq deyilsə, o zaman dialoqdan imtina etmək gərəkir. Onun üçün də dialoq təklifini iqtidar irəli sürməli və predmetini müəyyən etməlidir. Əgər dialoqun predmeti və ardınca nəticəsi olmayacaqsa, onda müxalifətin də növbəti dialoq şousundan imtina etməsində siyasi fayda var.\r\n\r\nDialoqun baş tutması və konkret əsas yaratması üçün ilkin olaraq aşağıda dediklərimiz mövzuda geniş tərkibdə dialoqun keçirilməsinə ehtiyac duyuruq.\r\n

    \r\n

  1. Müxalifət partiyalarının təqdim etdiyi anti-böhran təklifləri ilə bağlı geniş tərkibli (müxtəlif nazirlik, komitə və parlament üzvləri, əksər müxalifət qüvvələrinin təmsilçiləri) dialoqun keçirilməsi.
  2. \r\n

  3. Hazırda Azərbaycanda 55 qeydiyyatdan keçmiş partiya var. Təbii ki, bu partyaların çoxunun fəaliyyəti yoxdur. Müxalifət də partiyaların sayının azaldılmasında maraqlıdır. Artıq iqtidarın fəaliyyətsiz partiyaların bağlanması ilə bağlı çağırışı var və yəqin ki, onların qapadılması ilə bağlı konkret addımlar atılacaq. Partiyaların qapadılmasının siyasi gərginlik yaratmasını önləmək, bunun ayrı-ayrı şəxslər tərəfindən fərdi olaraq siyasiləşdirilməsinin qarşısını almaq və ortada hökm sürən narahatlığı aradan qaldırmaq üçün bütün partiyaların iştirakı ilə dialoqun keçirilməsini vacib sayırıq. Biz də partiyaların sayının azaldılmasına xoşgörülü yanaşırıq və mövcud vəziyyətdə 9-10 partiyanın “Siyasi partiyalar haqqında qanun”a uyğun ola biləcəyi düşüncəsində olduğumuzu bildiririk.
  4. \r\n

  5. Azərbaycanda siyasi partiyaların sayının qanunauyğun şəkildə tənzimlənməsindən sonra onların dövlət tərəfindən ofis və digər zəruri ehtiyaclarının təminatı həyata keçirilməlidir. Dialoqun mühüm predmetlərindən biri də bu ola bilər.
  6. \r\n

  7. “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər barədə dialoqun keçirilməsi də zərurətdir. Siyasi partiyaların Siyasi Fondlarını qurması beynəlxalq təcrübədir və ölkəmiz üçün məqbuldur.  Siyasi Fondlar Hollandiya, Böyük Britaniya, ABŞ, İsveç, Almaniya, İspaniya, İtaliya və digər ölkələrdə mövcuddur və əsasən, onlar ideoloji baxışları üzrə Siyasi Fondlarını yaradıblar. Azərbaycanda da belə fondların yaradılmasına icazə verilərsə, siyasi partiyaya kömək etmək istəyən fərd və hüquqi şəxslər vəsaiti həmin fonda köçürə bilər və bu da hökumətin nəzarətində olar.
  8. \r\n

\r\nPrezidentin yanında İctimai Palatanın (ya da Məsləhət Şurası) yaradılması\r\n\r\nPrezident yanında siyasi partiyaların, QHT-lərin, nüfuzlu ictimai-siyasi xadimlərin iştirakı ilə formalaşdırılan Məsləhət Şurasının yaradılması prezidentin də informasiya blokadasından çıxarılması və bir çox problemli siyasi, sosial və iqtisadi məsələlərin həllində olan inhisarı aradan qaldırmış olar. Rusiyada bu təcrübə var və həmin təcrübənin öyrənilərək tətbiq edilməsi Azərbaycan üçün də faydalıdır.\r\n\r\nStruktur islahatlarının aparılması\r\n\r\nDiaspora üzrə Dövlət Komitəsinin ləğv edilərək Xarici İşlər Nazirliyinin tərkibində idarə kimi fəaliyyət göstərməsini;\r\n\r\n”Azərenerji” və “Azərişıq”ın birləşdirilməsini;\r\n\r\nEnergetika Nazirliyinin ləğvini və səlahiyyətlərinin SOCAR və İqtisadiyyat Nazirliyi arasında bölüşdürülməsini;\r\n\r\nBakı Metropoliteni ilə Azərbaycan Dəmir Yolları ASC-nin birləşdirilməsini;\r\n\r\nAzərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ləğv edilərəkƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsini;\r\n\r\nAzərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ləğv edilərək səlahiyyətlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Xarici İşlər Nazirlikləri arasında bölüşdürülməsini;\r\n\r\nSəhiyyə Nazirliyinin ləğv edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsini;\r\n\r\nAzərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə birləşdirilməsini;\r\n\r\nVergilər Nazirliyinin Maliyyə Nazirliyinə birləşdirilməsini;\r\n\r\nGömrük Komitəsinin Maliyyə Nazirliyinə birləşdirilməsini;\r\n\r\nGənclər və İdman Nazirliyinin ləğvini və Mədəniyyət və Turizm Nazirliyinə birləşdirilməsini;\r\n\r\nNəqliyyat Nazirliyinin ləğvi və səlahiyyətlərinin digər qurumlar arasında bölüşdürülməsini;\r\n\r\nMüdafiə Sənayesi Nazirliyinin Müdafiə Nazirliyinə birləşdirilməsini uyğun görürük.\r\n\r\nMərhələ-mərhələ yerli icra hakimiyyətlərinin səlahiyyətlərinin bələdiyyələrə verilməsi və onların səlahiyyətlərinin genişləndirilməsi ciddi islahat kimi nəzərdən keçirilməlidir. Böyük şəhərlərdə (Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Naftalan və Mingəçevir) icra hakimiyyətlərinin ləğvi və şəhər merinin seçkilər yoli ilə seçilməsi və Bələdiyyə Şurasının yaradılması vacibdir.\r\n\r\nTəhsildə islahatların dərinləşdirilməsinə də ehtiyac var. Rektorların seçkilər yolu ilə müəyyən edilməsi təhsilin keyfiyyətinin artırılmasında xüsusilə önəmli rol oynayacaq.\r\n\r\nSiyasi məhbusların azad edilməsi\r\n\r\nAzərbaycanda demokratik mühitin bərpası və siyasi qüvvələr arasında etimad mühitinin yaradılması üçün yerli və beynəlxalq ictimaiyyət tərəfindən siyasi və vicdan məhbusu kimi tanınan şəxslərin əfv edilməsi ən vacib şərtdir. Bu addımın atılması ölkədə siyasi stabillik yaratmaqla bərabər, siyasi hakimiyyətin hazırkı böhran şəraitində bir çox beynəlxalq maliyyə qurumları, hökumətlər və banklarla da danışıqlarını stimullaşdıracaq. Əlavə olaraq, xarici sərmayələrin ölkəyə gəlməsinə maneçilik törədən erməni lobbisinin də fəaliyyətini zəiflətmiş olacaqdır.\r\n\r\nSiyasi məhbus kimi tanınan şəxslərin Novruz bayramını gözləmədən qısa zaman ərzində əfv edilməsini təklif edirik.\r\n\r\nAvropa Birliyinin Şərq Tərəfdaşlığı Assosiasiya Sazişinin imzalanması\r\n\r\nHazırki böhran şəraitində Azərbaycanın kürəyini söykəyəcək ciddi və iqtisadi dayanıqlı tərəfdaşı yoxdur. Ölkəmiz Rusiya ilə yaxın münasibətlər qursa da, hazırda bu ölkənin maliyyə və sosial vəziyyəti çox ağırdır. Məhz Rusiyanın Qərbin sanksiyalarına məruz qalması da Azərbaycanın maliyyə durumuna ağır təsir edən amillərdəndir. Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyənin də bir sıra problemləri vardır və çətin bir geopolitik situasiya ilə üz-üzədir. Faktiki neft gəlirlərinə ümid bağlayan siyasi hakimiyyət neftin ucuzlaşması fonunda çarəsiz bir duruma düşüb. Ona görə də Azərbaycan üçün real çıxış yollarından biri Avrointeqrasiyanın dərinləşməsi və dövlətin əsas prioritetlərindən biri olmalıdır.\r\n\r\nAzərbaycan Avropa Birliyi ilə Assosiasiya Sazişini dayandırmayaraq danışıqları müsbət məcrada aparsaydı, bəlkə də neftin ucuzlaşmasının ölkə iqtsadiyyatına təsiri daha ağrısız olardı. Avropa Birliyi ilə yüksək əməkdaşlıq şəraitində qeyri-neft sektorunun inkişafına indikindən üç-dörd dəfə daha çox nail olmaq mümkün idi. Çünki Avropa Birliyinin bu sektorun dirçəldilməsi üçün konkret tələbləri və təklifləri olub. Bəlkə də informasiya məhdudluğundan çoxları məlumatlı deyil ki, bu qurum Azərbaycandan Avropa Birliyi ərazisinə 6 min addan çox məhsulun ixrac edilməsinə yaşıl işıq yandırıb, lakin siyasi hakimiyyət bunu dəyərləndirməyib.\r\n\r\nAzərbaycanın Avropa Birliyi ilə Assosiasiya Sazişini imzalamaq üçün danışıqları sürətləndirməyi, bu mümkün deyilsə, Azərbaycanın Avropa Birliyinə təklif etdiyi Strateji Əməkdaşlıq haqqında sazişlə bağlı danışıqların daha sürətlə və əməli addımlarla bərpasını təklif edirik.\r\n\r\nEyni zamanda, Azərbaycanın indiki ağır sosial durumdan çıxması üçün təcili olaraq Avropa Birliyi ilə məsləhətləşmələrin aparılmasını, çıxış yollarının müzakirəsini və Avropa Birliyi tərəfindən Azərbaycana konket yardımının göstərilməsi üçün danışıqların başlanmasını təklif edirik.\r\n\r\nİnhisarçılığın aradan qaldırılması – Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı işlərin sürətləndirilməsi və Avropa Birliyinin Dərin və Hərtərəfli Azad Ticarət Zonasına qoşulmaq\r\n\r\nÖlkədə inhisarçılıq mövcuddur və bunu hər kəs təsdiq edir. İnzibati üsullarla, hətta prezident səviyyəsində göstərişlər verilsə də, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmadan inhisarçılığın aradan qaldırılması mümkün deyil. Azərbaycan artıq neçə illərdir ki, Avropa Birliyinin Dərin və Hərtərəfli Azad Ticarət Zonasına qoşulmaq istəyir.\r\n\r\nBunun üçün Azərbaycanın Avropa Birliyi ilə Dərin və Hərtərəfli Azad Ticarət Sazişini imzalaması lazımdır. Bunun üçün isə ilk növbədə Azərbaycan ÜTT-yə üzv olmalıdır. Proses isə qəsdən yubadılır. Əslində texniki cəhətdən Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olmaq üçün 80-90 faiz civarında hazırlıqlara malikdir. Çatışmayan məsələ siyasi qərardır. Siyasi qərar verildikdən sonra Azərbaycan altı ay ərzində ÜTT-na üzv ola bilər.\r\n\r\nHakimiyyətin tezliklə ÜTT-yə üzv olmaq üçün siyasi qərar verməsini təklif edirik.\r\n\r\nSeçki Məcəlləsinin Venesiya Komissiyasının tələblərinə və tövsiyələrinə uyğunlaşdırılması və ATƏT-in mandatının bərpa edilməsi\r\n\r\n2018-ci il prezident və ondan sonra gələn digər seçkilərin azad və demokratik keçirilməsi üçün Seçki Məcəlləsinin optimallaşdırılması vacibdir. Venesiya Komissiyasının tələb və tövsiyələrinin yerinə yetirilməsi azad və şəffaf seçkinin keçirilməsi üçün əsas şərtdir. Bu tövsiyələrin müzakirə edilməsi və bu müstəvidə iqtidar-müxalifət dialoqunun da təşkili ATƏT-in mandatına uyğun idi. ATƏT-in mandatının aşağı salınmasından sonra siyasi səhnədə ciddi durğunluq yaşanmaqdadır və təbii ki, ölkə üçün nəticələri ağır da ola bilər.\r\n\r\nAXCP olaraq hesab edirik ki, ATƏT-in mandatının bərpa olunması vacibdir və bu, ölkədə siyasi islahatların, iqtidar-müxalifət dialoqunun daha intensiv və səmərəli təminatına əsas verən faktorlardan olacaq.\r\n\r\nQeyd edək ki, hazırda partiya rəhbərliyi və ekspertlərin iştirakı ilə yaradılan birgə İşçi Qrupu Təkliflər Paketi üzərində işi davam etdirir və yaxın günlərdə sənəd  yekunlaşdırılaraq daha təkmil formada təqdim ediləcək.

  • Анализ проблем

    0 94

    Каковы факты, служащие причиной ослабления и отдалени�

    Daha ətraflı
  • “Ölüm binası”

    0 108

    Xətai rayonu, Gəncə prospekti, 20A ünvanındakı illərdir qəzalı olan binada vəziyyət daha

    Daha ətraflı
  • AXCP sədri

    0 129

    “Çıxış yolu İvanda, Petroda, Conda və Mayklda deyil” - Razi Nurullayev \r\n\r\n“Çürü

    Daha ətraflı
  • Ölüm hökmünü

    0 155

    Ölkə.Az saytı "Şəxsən mən" adlı yeni layihəyə start verir. Məqsədimiz oxucularımıza si

    Daha ətraflı
  • Razi Nurullayev:

    0 130

    AXCP sədri Razi Nurullayev Talk Tv-nin "Baxış bucağı" verilişinin qonağı olub. Verlişdə Ya

    Daha ətraflı

FLICKR WIDGET

Jan 2017

No Events For Today
baz b.er ç.ax çər c.ax cüm şən
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30

ƏLAQƏDƏ QALIN!

SON TWEET-LƏR

Bütün tweet-ləri oxu

AXCP © 2015, All Rights Reserved

.